Minúsius Féliks (lat. Marcus Minucius Felix, ö. 210) — latındilli apologetikasının nümayəndəsi, Roma vəkili idi.
Minusius Feliks | |
---|---|
Marcus Minucius Felix | |
Doğum tarixi | II əsr |
Vəfat tarixi | |
Vətəndaşlığı | Roma imperiyası |
Fəaliyyəti | Xristian apologeti |
Erkən xristianlıq |
Yunandilli apologetika:
Yustin • Tatian • Afinoqor • Teofil Latındilli apologetika:
Minusius Feliks • Arnobius • Laktansius • Tertullian Qnostiklərə qarşı olanlar:
|
Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:
Rəsmi kilsə tərəfdarları:
Atanasius • İoann Xrisostom • Saxta Dionisius Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:
|
Latın qərbində Kilsə Ataları
Boesius • Kassiodor • Avqustin Avrelius |
Apologetikası
Təqribən 180—192 illər arası dialoqlar üslubunda yazılmış "Oktavius" adlı apologetik əsərin yazarı idi. Bu kitab üslub baxımından Siseronun dialoqlarına bənzəyir. Burada söhbət bütpərəstlik və Xristianlıqdan gedir. Bu əsər, II yüzillikdə Xristianlıqla antik dünyagörüşünün arasında gedən polemikanın əsas məqamlarına toxunduğuna görə, çox böyük önəm daşıyır. Dioloq bütpərəst Sesilius (Cecilius) və xristian Oktaviusun arasında Minusius Feliksin iştirakı ilə gedir.[1].
Sesilius, insan idrakının həqiqəti əks etdirməyə qadir olmadığını əsas gətirərək, xristianları qınayır. O deyir ki, xristianların əksəriyyəti savadsız adamlar olduğu halda, onlar ən ali kateqoriyalar olan Tanrıdan, taledən, dünyanın yaranmasından söhbət açırlar və bunlarla bağlı problemləri həll etmək iddiasındadırlar. Halbuki, bunu ən savadlı adamlar belə edə bilməyiblər. Burada Sesilius skeptik mövqedən çıxış edir.
Daha sonra Sesilius deyir ki, dinin seçimi insanın özündən asılıdır. Çünki, dini kateqoriyalar son olaraq əsaslı dərk edilib sübuta yetirilə bilməz. Bu səbəbdən Xristianlığın başqa dinlərlə müqayisədə heç bir üstünlüyü yoxdur. Roma dini ən qədim zamanlardan mövcuddur. Ona romalılıların əjdadları sitayiş ediblər. Bu dinlə Roma qüdrətli bir imperiyaya çevrilib. Bu dindən çıxmaq öz millətinə, keçmişinə xəyanət etməkdir.[2].
Sonda Sesilius Xristianlığa qarşı bir sıra dəlillərlə çıxış edir. O xristianların dini ayinlərinin icra tərzini insanlıqdan uzaq və əxlaqa zidd elan edir, onları mövhumatçılıqda ittiham edir. Sonra Sesilius qiyaməti və onunla bağlı hadisələri əsassız adlandırır, ölülərin dirilməsi ideyasını rədd edir. Xristianların əksəriyyətinin kasıblıq və zəlil vəziyyətdə yaşadıqlarını vurğulayan Sesilius, Tanrının dirilərə deyil, ölülərə (yəni onların qiyamətdə dirilməsi nəzərdə tutulur) kömək etməsinə görə təəccüb edir.[3].
Sesiliusdan sonra, Oktavius xristianlara qarşı edilən ittihamlara cavab verir. O, ilk növbədə, hər bir insana müdrikliyin açıq olmasından danışır. Yəni, həqiqət təkcə filosoflara deyil, hər bir adama açıla bilər. İnsan tərəfindən dünyanın dərk edilməsinin vacibliyini inkar etməyən Oktavius, onun şüurunu yalnız bununla məhdudlaşdırmanın əleyhinə çıxış edir. Çünki, dünyada İlahinin rolu vardır.
Bizim ətrafımızda olan ahəng, gözəllik, yaradanın varlığına işarə edir. Nizamda olan bu dünya heç də xaotik təsadüfdən yarana bilməzdi. Bəşəriyyətin ən ağıllı insanları, məsələn, Fales, Pifaqor, Demokrit, Platon və başqaları, Tanrının varlığını təsdiq edirdilər [4].
Sonra Oktavius Roma tanrıları ilə bağlı rəvayətləri tənqid edərək deyir ki, onların yaşadığı həyat heç də tanrılara layiq deyil, onlar özlərini insanlar kimi aparırlar, insanlar kimi müxtəlif qüsurlara malikdirlər. Məsələn O deyir: əgər tanrılar və vaxtsa doğulurlarsa, onda nə üçün onlar indi doğulmurlar? Məgər Yupiter qocalıb, Yunona isə daha doğa bilmir? Oktaviusa görə, o tanrıların bəziləri nə vaxtsa adi insanlar olublar. Sonra, onlar öləndən sonra, onları tanrılaşdırılıblar[5].
Sonra Oktavius xristian əxlaqının təmizliyi və aliliyini, xristianların fağırlıq (yoxsulluq) idealını müdafiə edərək, əksinə, bütpərəstlərin əxlaqsız və mənəviyyatsız həyat sürmələri, haqqında söhbət açır.
Bütpərəstliyi tənqid edən Oktavius, eyni zamanda, Xristianlığın romalılar tərəfindən yüksək qiymətləndirilən sağlam düşüncəyə zidd olmamasından danışır, və bu mövzuda qədim filosofların irsi ilə müqayisələr aparır[6].
Mənbə
- Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 57-58. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
- Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 57-58. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
- Catholic Encyclopedia (1913)/ Minucius Feliks
- Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //
Həm də bax
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.