Əli
İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə peyğəmbərin canişini, 1-ci imam və 1-ci xəlifə. / From Wikipedia, the free encyclopedia
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب; 17 mart 599, Məkkə, Hicaz, Ərəbistan yarımadası[3] – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti[3]) – Məhəmmədin əmisi oğlu[8], səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni[8]. 4-cü Raşidi xəlifə[8][9]. Əbu Talibin oğlu[8][9]. İslamı qəbul edən ilk kişi, ikinci şəxs.[10][11] Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi[8][12]. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.[13]
Əli | |
---|---|
ərəb. أبُو الحَسَنْ عَلِيُّ بْنُ أَبِيْ طَالِبٍ الهَاشِمِيّ القُرَشِيُّ | |
Əvvəlki | Osman ibn Əffan |
Sonrakı | Həsən ibn Əli |
632 – 661 (ləqəbi: Əmir əl-möminin, Mürtəza[1], Əbu Turab[2], Əsədulla əl-qalib[1]) | |
Sonrakı | Həsən ibn Əli (2-ci imam) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 mart 599 |
Doğum yeri | |
Vəfat tarixi | 29 yanvar 661 (61 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sui-qəsd |
Dəfn yeri | |
Fəaliyyəti | dövlət xadimi, qazı, fəqih, mühəddis, müfəssir, hakim, şair, Xəlifə |
Atası | Əbu Talib[4] |
Anası | Fatimə bint Əsəd[4] |
Həyat yoldaşları | |
Uşaqları | |
Ailəsi | Bəni Haşim |
Dini | islam |
Hərbi xidmət | |
Döyüşlər |
|
Vikianbarda əlaqəli mediafayllar |
Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir.[13] Atası Əbu Talib[8], anası isə Fatimə binti Əsəddir.[13] Əmisioğlu Məhəmməd[8] tərəfindən himayə olunub və onun evində böyüyüb. Məhəmməd ilahi vəhy aldığını bildirdiyi zaman, Əli İslamı qəbul edən ilk kişi olmuş və həyatını bu dinə həsr etmişdir.[2][14][15][16][17]
Əli Məhəmməddən sonra Mədinəyə köçmüşdür. Orada Əli Məhəmmədin qızı Fatimə ilə ailə həyatı qurmuşdur.[8] Bundan sonra Əli Mədinədə Məhəmmədlə keçirdiyi 10 il ərzində, müharibələrdə rəhbər kimi iştirak etmiş, bildiriş və əmrləri çatdırmış, demək olar ki, bütün müharibələrdə iştirak edərək fəal rol oynamışdır. Əli 656-cı ildə Osman ibn Əffanın öldürülməsindən sonra Mədinə məscidində xalq tərəfindən xəlifə seçilmişdir.[8][18][19] 661-ci ildə Kufə məscidində sui-qəsd nəticəsində öldürülmüşdür.[20][21][22][23]
İslam mədəniyyətində Əlinin özünəməxsus yeri vardır. Belə ki, o İslamda müdriklik, dürüstlük, igidlik, hörmət və s. rəmzidir. Xüsusən Təsəvvüfdə Əli təfsir, fiqh və dini fikir sahələrində ən yüksək şəxs hesab olunur və o Məhəmmədin nəslinin davamçısı kimi qəbul edilir.[20][24][25]
Əli bəzi dini şəxsiyyətlərlə Əli kültünün mərkəzi şəxsiyyətini təşkil edir.[26] Şayiə mədəniyyətinə əsaslanan əsərlərdə Əli bilik, cəsarət, inam, dürüstlük, sədaqət, səxavət və mərhəmət ilə xüsusilə xatırlanır və batin sufi ənənələri üçün ən vacib mistik şəxsiyyətdir. Xüsusilə təfsir, fiqh və dini düşüncə sahəsindəki üstünlüyü tanınır.