İmam Əli məscidi — şiələrin ilk imamı, sünnilərin isə 4-cü xəlifəsi olan imam Əlinin Nəcəf şəhərində olan türbəsi.[1] Əli bin Əbutalib 40-cı hicri qəməri ilində Əbdürrəhman bin Mülcəm (ərəb. عبد الرحمن بن ملجم) əliylə öldürülüb[2][3][4] Kufə şəhərinin arxasında dəfn olunub və öz vəsiyyətinə əsasən qəbri gizli saxlanıldı. 2-ci hicri qəməri yüzilliyində Harun ər-Rəşid zamanında türbənin yeri bəllənmişdir. şiələrin inancına görə Adəm və Həvvanin qəbri Əli bin Əbutalibin qəbri yanındadır.[5][6]
Bu məqalə Nəcəf şəhərində yerləşən və İmam Əlinin dəfn olunduğu məscid haqqındadır. Digər məscidlər üçün İmam Əli məscidi (dəqiqləşdirmə) səhifəsinə baxın. |
İmam Əli məscidi | |
---|---|
ərəb. حرم الإمام علي | |
31°59′46″ şm. e. 44°18′51″ ş. u.HGYO | |
Ölkə | İraq |
Şəhər | Nəcəf |
Yerləşir | Nəcəf |
Tikilmə tarixi | 977 |
Üslubu | İslam memarlığı |
Vəziyyəti | stabil |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Türbənin ilk binası Harun ər-Rəşid zamanında qızıl gül günbəzi ilə qaldırıldı. ondan sonra Dai Əlsəğir (ərəb. داعی الصغیر) Zeyd bin Əli bin Hüseyn törəmələrindən yenidən düzəldildi. bina son kəz Əzidüddovlə deyləmi Buyei zamanında 327 hicri qəməri ili hududunda yeniləndi. buna görədə türbənin əsas binası Ali Buyə zamanı memarlıq əsərlərindəndir.
Sonrakı dönəmlər, çoxlu təmirlər gördü, çoxlu bəzəklər ona artırıldı. Harunürrəşid dönəmində bina qırmızı boyalıydı, Əzidüddovlə, onun yerinən ağ bir günbəz yaraşdırb səfəvilər dönəmində isə günbəz yaşıl edilib və sonunda Nadir şah zamanında günbəz qızılla bürüdüldü.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.