Fatimə
Dini şəxsiyyət / From Wikipedia, the free encyclopedia
Fatimə (ərəb. فاطمة ) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604[1], Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri.
Fatimə | |
---|---|
ərəb. فَاطِمَةُ الزَّهْرَاء | |
Doğum tarixi | ən tezi 604 və ən geci 604[1] |
Doğum yeri | |
Vəfat tarixi | 14 dekabr 632 (28 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Bilinmir |
Həyat yoldaşı | |
Uşaqları | |
Atası | Məhəmməd[3][7] |
Anası | Xədicə[3][7] |
Fəaliyyəti | şair |
Vikianbarda əlaqəli mediafayllar |
YAŞAYIŞI | |
---|---|
Ad və Ləqəbləri · Fədəkiyyə xütbəsi · Fədək · | |
FATİMƏ QURANDA | |
İnsan surəsi · Kovsər surəsi · Təthir ayəsi · Mübahilə ayəsi · Nur ayəsi | |
YERLƏR | |
Fədək · Beytül Əhzan · Bəni Haşim məhəlləsi · Səqifə | |
İNSANLAR | |
AİLƏ | Məhəmməd · Xədicə · Əli |
ÖVLADLAR | Həsən · Hüseyn · Zeynəb · Ümmü Külsüm · Möhsün |
YAXINLARI | Fizzə · Ümmü İmən · Əsma |
BAŞQALARI | Ömər bin Xəttab · Qonfoz · Müğəyrə |
BAĞLI | |
Fatimə təsbihatı · Fatimə kitabı · Fatimə lövhəsi hədisi · Mübahilə günü · Fatimiyə günləri | |
Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö. 280) Fatiməyə aid xütbələri "Bəlağatun-Nisa" adlı kitabda nəql etmişdir. Fədək haqqındakı ona məxsus xütbəni Əbu Talib sülaləsi öz uşaqlarına öyrədirdilər.[8]
İsmaili şiələrinin sülaləsi olan və X–XII əsrlərdə Misirdə və Şimali Afrikada hakimlik edən Fatimilər sülaləsinin adı məhz Fatimə ilə bağlıdır və bu onların Fatimənin nəslindən olduğunu göstərir.
Müsəlmanlar ondan danışarkən "Məsumə", "Cənnət qadınlarının seyyidəsi", və ya "Peyğəmbər qızı" deyirlər. Türk-İslam mədəniyyətində isə adından əvvəl "Həzrəti", "Xanım", adından sonra isə "salamullahi aleyha" və ya "rdiallahu ənha" kimi deyimlərdən istifadə edilir. Yazıda "Hz. Fatimə (s.ə.)" formasında qısaldılan bu ifadələrlə ona qarşı sevgi və hörmət ifadə olunur.