İmamət
From Wikipedia, the free encyclopedia
İmamət (ərəb. إمامة İmāma; ing. Imamah) - İslam dininin şiə qanadında qəbul edilən dini rəhbərlik və siyasi idarə üsulu. İmamət düşüncəsi İslamda siyasi rəhbərliyin yalnız Məhəmməd peyğəmbərin ailə davamçısı olan imamlara aid olduğunu qəbul edir. Şiəliyin 12-imam və İsmayili təriqətləri isə imamların Əhl əl-Beyt (peyğəmbər ailəsinin) üzvləri olduğu üçün qeyri adi biliyə, məsumluğa və aliliyə malik olduğuna inanır [1].
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
İmamət ərəb sözü olub, rəhbərlik mənasını daşıyır. Dini terminologiyada isə "İmamət" sözü belə izah edilir: "İmamət, peyğəmbər canişinliyi olub, dini və dünyəvi işlərdə xalqa rəhbərlik etmək və onları ziyanlı və azğın işlərdən çəkindirib doğru yola dəvət etmək deməkdir. Hamının da belə bir imama tabe olması vacib və zəruri sayılır".
Əhli-beyt məktəbinə görə imamətin bir neçə xüsusiyyəti vardır ki, onların bəzisi aşağıdakılardan ibarətdir:
1-İmamın Allah tərəfindən təyin olunması:
Sünnilərdən fərqli olaraq şiələr imamın seçkilər (müsəlmanlar icması) yolu ilə deyil, məhz Allah tərəfindən təyin edilməsinə əqidə bəsləyir.[2]
2-İmamın ilahi biliklərə yiyələnməsi:
Həzrət peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm ilahi biliklərə malik olduğu kimi, ondan sonra gələn ümmət rəhbəri də ilahi mənbələrlə rabitəli və xalqın ən bilicisi olmalıdır.
3-İmamın məsum olması:
Həzrət Peyğəmbərin günah və səhvlərdən mə'sum olması zəruri olduğu kimi, xalqa rəhbərlik edən imamın da mə'sum olması vacibdir. Əks təqdirdə, xalqın azğınlığa çəkilib hidayət yolundan kənarlaşması kimi acı nəticələr verə bilər. Nəticədə isə insanların hidayəti üçün göndərilmiş din və şəriət təhrif olub, öz dəyərini itirər.
4-İmamın ədalətli olması:
Xalqın İslam dininin də'vət etdiyi qanunlara riayət edib, cəmiyyətdə ədaləti bərpa etməsi, ədalətsiz imamın rəhbərliyi ilə mümkün deyildir.
5-İmamın xalqdan təmənnasız olması:
İlahi peyğəmbərlər öz vəzifələrinin əvəzində xalqdan bir şey istəmədikləri kimi, onların ardıcılları olan imamlar da öz rəhbərliyi üçün xalqdan heç bir şey istəməməli və öz ilahi risalətini təmənnasız olaraq yerinə yetirməlidir.