Xəndək döyüşü31 mart 627-ci il tarixində reallaşmışdır. Məkkəli Müşriklərlə Müsəlmanlar arasındakı üçüncü və son müharibədir. Bu müharibə adını, müsəlmanların müdafiə üçün qazdıqları xəndəkdən alıb. Bu müharibədə müsəlmanların 3.000 döyüşçüsü, müşriklərin isə 10.000 döyüşçüsü və 600 atlısı vardı. Nəticədə qazanan müsəlmanlar oldu.

Cəld faktlar Tarix, Yeri ...
Xəndək döyüşü
təsvir
Tarix 31 mart 627
Yeri Sal dağı, Ərəbistan yarımadası
Səbəbi Din
Nəticəsi Müsəlmanların qalibiyyəti
Ərazi dəyişikliyi Sal Dağı, Səudiyyə Ərəbistanı
Münaqişə tərəfləri

Müsəlmanlar

Müşriklər
Beni Kureyza

Komandan(lar)

Məhəmməd
Əli ibn Əbutalib
Salman Farsi
Ubadə ibn Samit[1]

Əbu Süfyan
Əmr ibn Əbdül-Vud ☸️
Tuleyha ibn Xuveylid

Tərəflərin qüvvəsi

3000 Müsəlmanlar

10000 Müşriklər + 600 süvari

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
    Bağla

    Səbəbləri

    Məkkəli müşriklər Uhud döyüşündə qəti bir zəfər qazana bilməmişdi. Ayrıca Uhud müharibəsindən sonra Müsəlmanlar, Mədinənin şərqinə və şimalına bəzi yürüşlər edərək Məkkə karvanlarının Misir, Suriyaİraq yolunu bağlamışdılar.

    Hazırlıqlar

    Məkkəli müşriklər öz birliklərinin yanında, Ehabiş, Kinanə, Tihame, Qatafan, Fezare, Bəni Əsəd və Nəcd qəbilələrindən də pullu əsgərlər aldılar.

    Məkkəli müşriklər hərəkətə keçdiyini xəbər alan müsəlmanlar, əvvəlcə döyüş üçün strategiya təyin etdi. Buna görə açıq döyüşülməyəcək, müdafiə döyüşü aparılacaqdı. Müdafiə etməyi asanlaşdırmaq məqsədiylə Salman Farsinin təklifiylə şəhərin (Mədinə) bəzi strateji yerlərinə xəndəklər qazılmasına qərar verildi.[2] Ayrıca qadın və uşaqlar da zərər görməmələri üçün şəhərdəki bəzi binalara yerləşdirildilər.

    Döyüş

    Sal dağında qərargah quran müsəlmanlar, kiçik qruplara ayrılaraq xəndəyi qorumağa və xəndəyi aşma cəhdlərinə maneə törətməyə çalışdılar. Bir iki cəhd xaricində Müşriklərin xəndəyi aşmağı cəhdi yox idi. Döyüş qarşılıqlı ox vurğuları ilə keçdi.

    Yemək ehtiyatlarının bitməsi və mühasirənin təsirsiz qalması səbəbiylə Müşriklər, Bəni Kureyze Yəhudilərini döyüşə qatılmaları üçün razı saldılar. Buna görə, Məhəmmədə hücum sözü verən Bəni Kureyzelilar, Müsəlmanları arxadan vuracaqlardı. Ancaq vəziyyətdən xəbər tutann Məhəmməd, bəzi kiçik birlikləri bu istiqamətə sövq etdi. Bunu eşidən Bəni Kureyzelilar əhəmiyyətli bir cəhd göstərə bilmədilər. Yalnız bəzi Yəhudilərin, ailələrin olduqları qüllələrə müvəffəqiyyətsiz hücum cəhdləri oldu. Bunların birində Məhəmmədin bibisi Safiyyə, qülləyə dırmaşan bir Yəhudinin başını kəsərək digər Yəhudilərin önünə atdı.[3]

    Müşriklərin mühasirəsi 1 aya qədər sürdü. Soyuqların artması, hətta çıxan bir fırtınanın çadırlarını dağıtması səbəbiylə Müşriklər, mühasirəni qaldırdılar.[4] Beləcə Xəndək müharibəsi Müşriklər üçün bir məğlubiyyət olaraq tarixə keçdi.

    İstinadlar

    Wikiwand in your browser!

    Seamless Wikipedia browsing. On steroids.

    Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

    Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.