Qüds müftisi, Fələstindəki ərəb millətçilərinin lideri From Wikipedia, the free encyclopedia
Hacı Məhəmməd Əmin əl-Hüseyni (ərəb. محمد أمين الحسيني; 1 yanvar 1895, Qüds, Osmanlı imperiyası[5] – 4 iyul 1974[6][7][…], Beyrut) — Qüds müftisi, Fələstindəki ərəb millətçilərinin lideri.
Hacı Məhəmməd Əmin əl-Hüseyni | |
---|---|
ərəb. محمد أمين الحسيني | |
Qüds müftisi | |
1921 – 1948[1][2][3][4] | |
Əvvəlki | Kamil əl-Hüseyni |
Sonrakı | Hüssam əd Din-Carullah |
Fələstin prezidenti | |
1948 – 1953 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1895 |
Doğum yeri | |
Vəfat tarixi | 4 iyul 1974[6][7][…] (79 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, mufti |
Dini | sünni islam |
Hərbi xidmət | |
Qoşun növü | Ərəb üsyanı |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Əmin əl-Hüseyni 1895-ci ildə Qüdsün ən zəngin və nüfuzlu ərəb ailələrindən birində anadan olmuşdur. O, Qüdsdəki Yəhudi Hərəkatı Alyansının məktəbində, sonra Qahirədə Əl-Əzhər Universitetində[8] və İstanbulda inzibati işçilər hazırlayan məktəbdə təhsil alıb. 1914-1917-ci illərdə Osmanlı ordusunda xidmət etmişdir. Fələstinin ingilis qoşunları tərəfindən işğalından sonra hərbi idarənin rəsmisi oldu. O, Qüdsdə millətçi ərəb gənclərinin iki ən böyük təşkilatından biri olan Ərəb Klubuna rəhbərlik edib.
Əl-Hüseyni 1920-ci ilin aprelində Qüdsdə yəhudilərə qarşı iğtişaşlar təşkil etdiyinə görə Britaniya imperiya məhkəməsi tərəfindən qiyabi olaraq 10 il həbs cəzasına məhkum edilmiş, lakin həmin ilin avqustunda əfv edilmişdir.[9] 1921-ci ilin mayında Britaniyanın ali komissarı Herbert Samuel Hüseyni Qüds müftisi təyin etdi (1921-ci ilin martına qədər bu vəzifəni onun ögey qardaşı tuturdu).
Hüseyni 1929-cu ildə yəhudi talanlarının təşkilində fəal iştirak edib. 1931-ci ildə 22 İslam ölkəsinin iştirak etdiyi Ümumdünya İslam Konfransının sədri olub.[10]
1936-cı ildə Əl-Hüseyni sonradan Yaxın Şərqdə Üçüncü Reyxin maliyyəçisi kimi tanınan isveçrəli bankir Fransua Genotla görüşür.[11] Çak Morseyə görə, 1930-cu illərdə Fələstində baş tutan ərəb üsyanı zamanı nasistlər əl-Hüseynini maliyyələşdiriblər.[12].
1936-cı il fevralın 11-də Hitleryugend modelində yaratdığı “Al Futuvvah” gənclər təşkilatının ilk toplantısında çıxış edərək, Adolf Hitlerin 6 ardıcılı ilə mübarizəyə başladığını və hazırda 60 milyon nəfər tərəfdarının olduğunu qeyd etdi.[13] "Əl Futuvvah" həm 1936-1939-cu illər iğtişaşları zamanı, həm də 1948-ci ildə əsas gizli ərəb qruplaşmasına çevrildi.[14]
1936-cı ildə ərəb partiyalarının Nablusda keçirilən konfransında 1936-1939-cu illərdə ərəb üsyanına rəhbərlik edən Hüseyninin başçılığı ilə Ali Ərəb Komitəsi təşkil edildi.[15] Polkovnik Frederik Kiş 1938-ci ildə yazırdı:
Şübhə etmirəm ki, müfti öz nəhəng səlahiyyətlərindən sui-istifadə etməsəydi, hökumət də on beş il ərzində onun hərəkətlərinə dözməsəydi, onda ərəblər və yəhudilər çoxdan mandat kontekstində anlaşma əldə etmişdilər.[16] |
İkinci Dünya müharibəsinin əvvəlində Britaniya hakimiyyəti əl-Hüseynini müfti vəzifəsindən uzaqlaşdırdı. O, qaçdı, lakin Dəməşq və Beyrutdan ərəb üsyanına rəhbərlik etməyə davam etdi. 1940-cı ildə əl-Hüseyni İraqa getdi və burada 1941-ci ildə almanpərəst Rəşid əl-Qaylaninin Britaniya əleyhinə çevrilişində iştirak etdi. Çevrilişin ingilislər tərəfindən yatırılmasından sonra o, İtaliyada, sonra isə Üçüncü Reyxdə yaşamışdır. O, Almaniya hökumətindən ayda 50.000 marka məvacib alırdı.[17] Müqayisə üçün qeyd edək ki, Alman feldmarşalı həmən dövrdə ayda 25.000 marka məvacib alırdı.
28 noyabr 1941-ci ildə Berlində əl-Hüseyni ilə Adolf Hitler arasında görüş baş verdi. Berlindən yayılan xəbər bülletenində “Fürer ərəb milli hərəkatının ən görkəmli nümayəndələrindən biri olan Qüdsün baş müftisini salamlayıb” deyilirdi. Görüş zamanı əl-Hüseyni Hitleri “İslamın müdafiəçisi” adlandırmışdır və o, öz növbəsində müftiyə “Yaxın Şərqdəki yəhudi ünsürlərini məhv edəcəyini” vəd edib.[18]
Əl-Hüseyni görüşdə Hitlerə Almaniya və ərəblərin təbii müttəfiq olduğunu bildirib. Çünki onların ortaq düşmənləri mövcuddur - ingilislər, yəhudilər və kommunistlər. Əl-Hüseyni ümumərəb üsyanı təşkil edəcəyinə söz vermiş və alman ordusunda ərəb legionu yaratmağı təklif etmişdir. Hitler Fələstində “yəhudi milli ocağını” ləğv edəcəyini və müharibədən sonra ərəblərə müstəqillik verəcəyini vəd vermişdir. Lakin Hitlerin rəsmi olaraq belə bir bəyanatı olmamışdır.[19][20] 2010-cu ildə açıqlanan ABŞ kəşfiyyat xidmətlərinin məlumatına görə, Hitler əl-Hüseyniyə Qafqazdan və Afrika Korpusunda xidmət edən alman qoşunlarının “Yaxın Şərqdəki ərəbləri azad edəcəyini” və “Almaniyanın əsas məqsədinin yəhudilərin məhv edilməsi olacağını” vəd edib.[17]
Əmin əl-Hüseyni Yuqoslaviyada Müsəlman Bosniyalılardan ibarət SS diviziyasının ("Xəncər" 13-cü SS Dağ Diviziyası) yaradılmasına kömək etmışdi.[8]
Bundan əlavə, o, Vermaxtın himayəsi altında minlərlə ərəb legionu yaratmağı təklif etmışdi. 1943-cü ildə o, şəxsən Üçüncü Reyxin xarici işlər naziri İoahim fon Ribbentropa müraciət edərək, 5000 yəhudi uşağının Bolqarıstandan Fələstinə mühacirətinin qarşısının alınmasını tələb etdi. Təl-Əvivi bombalamaqda israr edir, alman paraşütçülərinin Fələstinə endirilməsini tələbini qoyurdu. 1944-cü il martın 1-də Berlin Radiosunda müfti bütün İslam dünyasını yəhudilərə qarşı cihada çağırdı. O, bəyan etdi: “Ərəblər! Bir olaraq ayağa qalxın və müqəddəs hüquqlarınız üçün mübarizə aparın. Yəhudiləri harada görsəniz öldürün. Bu, Allaha da, tarixə də, dinə də xoşdur. Bu sənin namusunu qoruyar.”[8]
Müfti müharibədən sonrakı dövrdə də nasistlərlə yaxşı münasibət saxlayıb. Onun yaxın dostları arasında, məsələn, Yozef Gebbels idarəsinin ideoloqu İohann von Leers də olmuşdur.
Almaniyanın məğlubiyyətindən bir müddət əvvəl əl-Hüseyni daha iki tərəfdaşının müşayiəti ilə Avstriyanın Klaqenfurt şəhərindən üzərindəki nişanları rənglənmiş Siebel Si 204 DL + NT tipli təlim təyyarəsi ilə İsveçrəyə uşdu. Burada Bern-Belpdə endikdən sonra aerodromda sığınacaq istədi.
Bütün səylərinə, Əmir Şakib Arslanın və Misir səfirinin köməyinə baxmayaraq, İsveçrə hakimiyyəti müftiyə və onu müşayiət edənlərə sığınacaq verməkdən imtina etdikdə və iki alman pilotu Almaniyaya göndərəndə o, fransızlara təslim olmaq qərarına gəldi. O, fransızlar tərəfindən Konstans keçid məntəqəsində həbs edildi. Əvvəlcə Parisin Çerçe-Midi həbsxanasında, sonra isə Paris yaxınlığındakı villada saxlanıldı. Əl-Hüseyni Yuqoslaviya hakimiyyəti tərəfindən mühakimə olunacaq nasist hərbi cinayətkarlar siyahısına salınmışdı. Lakin Ərəb Dövlətləri Liqası marşal Titoya müftinin ekstradisiyasında israr etməmək xahişi ilə müraciət etdi.[21]
1946-cı ildə əl-Hüseyni Fransadan qaça bildi və Qahirədə məskunlaşdı. 1948-ci ildə Ərəb-İsrail müharibəsində ərəblərin məğlubiyyətindən sonra Əl-Hüseyni Qəzzəda (Misir qoşunları tərəfindən işğal edilmiş) "ümum Fələstin hökuməti" yaratdı. Lakin onun real gücü yox idi və onun höküməti tezliklə dağıldı. Sonralar əl-Hüseyni Qahirədə və Beyrutda yaşadı, panislamist xarakterli siyasi fəaliyyətlə məşğul oldu.
Əmin əl-Hüseyni Haşimilər sülaləsinin, xüsusən 1951-ci ildə Qüdsdə Əl-Hüseyni tərəfdarlarından biri tərəfindən öldürülən İordaniya kralı Abdulla ibn Hüseynin qatı əleyhdarı idi.
Fələstin Muxtariyyətinin Qüds məsələləri üzrə keçmiş komissarı Feysəl əl-Hüseyni onun nəvəsidir.
Əmin əl-Hüseyni 4 iyul 1974-cü ildə Beyrutda vəfat etmişdir.
Fələstində ingilis və yəhudilərə qarşı mübarizədə əl-Hüseyninin silahdaşlarından biri, Ərəb Azadlıq Ordusuna komandanlıq edən, əvvəllər müfti tərəfindən Böyük Britaniya və Fransaya işləməkdə ittiham edilən Fəvzi əl-Kavukci onu tam cahil adlandırır. Əl-Kavukçu onu mütləq və qeyri-səlahiyyət iddiasında, ərəblər arasında populyarlıq uğrunda mübarizədə rəqiblərin meydana çıxmasına imkan verməyən eqosentrik, eləcə də bütün müxaliflərə xəyanət etməkdə günahlandıran və təsir gücünə malik olan digər insanları öldürmək əmri verən gücə can atan bir şəxs kimi təqdim edir.[22]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.