From Wikipedia, the free encyclopedia
Ərəb üsyanı (ərəb. الثورة العربية, Al-Thawra al-`Arabiyya, türk. Arap İsyanı/Ayaklanması, ing. Arab Revolt) — Yaxın Şərqdə müstəqil ərəb dövlətlərinin formalaşmasına səbəb olan 1916-1918-ci illərdə baş vermiş azadlıq hərəkatı.[8][9]
Ərəb üsyanı | |||
---|---|---|---|
Birinci dünya müharibəsi | |||
Tarix | İyun 1916 — Oktyabr 1918 | ||
Yeri | Ərəbistan yarımadası | ||
Səbəbi | Etnik münaqişə, ərəb milliyətçiliyi | ||
Nəticəsi |
Ərəblərin qələbəsi Sevr müqaviləsi |
||
Ərazi dəyişikliyi | Ərəblər müstəqillik əldə etdilər. Osmanlı, Hicaz və Yəmən torpaqlarını itirdi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Osmanlı İmperiyasının vilayətlərindən biri olan Hicaz, valilər tərəfindən idarə olunurdu. Vilayətin idarəçiyilində, validən başqa Peyğambər soyundan və məhdudi səlahiyyətlərə sahib olan bir əmir mövcud idi. Bu əmirlərdən sonuncusu olan Şərif Hüseyn vəzir rütbəsiylə Dövlət Şurasının bir üzvü olmasına baxmayaraq, Şərif Abdi Lillah Paşanın 1908-ci ildə birdən vəfatı üzərinə Məkkə əmiri tituluna layiq görülmüş və oraya göndərilmişdir. Şərif Hüseyn, II Ədbulhəmidin iqtidarı zamanı etibarsız görülərək İstanbulda saxlanılmış və Dövlət Şurasının üzvü olmuşdur. İttihad və Tərəqqi partiyası rəhbərliyə gəldikdən sonra bu vəziyyət üzərinə onu Məkkə əmiri tituluna layiq görmüşdür. Məkkə əmiri Şərif Hüseyn və bölgənin Osmanlı valisi Vəhib paşa arasındakı anlaşılmazlıq üsyanın təməllərindən biri idi.[9]
1865-ci ildə Ərəbistan yarımadasında milliyyətçi ərəb təşkilatları qurulmağa başlandı. Birinci Dünya Müharibəsi əsnasında, Şərif Hüseynin oğlu Əmir Feysəlın başçılığında və İmam Yəhya və İbn Səudun da üzv olduğu, Şərif Hüseynin Osmanlı dövlətinə qarşı müharibə elan etməsi və Antanta dövlətlərinin köməyi bir ərəb hökuməti təsisini məqsəd qoyan bir cəmiyyət qurulmuşdur.[9]
Şərif Hüseynin üsyan fikri, 1914-cü ilin fevral ayının ilk həftəsində Misirdə oğlu Əmrah Abdullah ilə görüşdən sonra, Britaniya hakimiyyəti ilə davamlı irəliləyiş əldə etdi. Şərif Hüseyn 1 iyul 1915 tarixində Britaniyaya ilk təklifini göndərmiş və öz xüsusi məktubunda Mərsin və Adanadan Mosul şəhərinə qədər çəkiləcək cənub xəttində ərəblərin müstəqil bir hökumət qurmasına icazə veriməsi şərtiylə, aid olduğu Osmanlı xəlifəliyinə qarşı üsyan edəcəyini bildirmişdir. Şərif Hüseyn və Britaniya arasındakı danışıqlar nəhayət 10 mart 1916 tarixində qarşılıqlı razılaşma ilə tamamlandı. 6 noyabr 1916 tarixinə qədər Şərif Hüseynə 773 min funt sterlinq maddi dəstək verilmişdir.[9]
Şərif Hüseyn 10 iyun 1916 tarixində Osmanlı dövlətinə qarşı üsyan başlatdı və özünü "Ərəb Ölkələrinin Kralı" elan etdi.[9] Lakin 3 yanvar 1917 tarixində Britaniya və onun müttəfiqləri bu titulu uyğun görmədilər və onu, müstəqil bir idarəçi və rəsmi olaraq "Hicazın Hökmdarı və Hakimiyyəti" olaraq tanıdılar.
Hüseynin özünü bütün ərəb ölkələrinin padşahı olduğunu elan etməsi, Əbdüləziz İbn Səudu çox narahat etmişdi. Bunun üzərinə İran körfəzindəki Britanya məsulu onu indiki Küveytə dəvət edib, ona həm silah, həm də maddi yardım etmə, və həmçinin, Hüseyinin onun şəxsi işlərinə qarışmama və "Ərəblərin Kralı" olaraq ərəblər adına danışma qarantiyalarını vermişdir. Buna qarşı Ədbuləziz İbn Səud, Hüseynə qarşı heç bir hərəkət etməyəcəkdir. Britaniyalıların Əbdüləziz ibn Səudə çox tolerant olmasının səbəbi, Hüseyni Ərəbistan yarımadasında, Şamda və İraqda Osmanlılara qarşı mübarizə etməməsini təmin etmək idi.[9]
Bir tərəfdən, 1916-cı ildən bəri ərəb üsyançılarına qarşı mübarizə aparan Osmanlı İmperiyası, 1918-ci ildə imzaladığı Mudros müqaviləsinə əsasən bölgədən çəkilmişdir. Ərəb üsyanından sonra Britaniyə Şərif Hüseynə vəd etdiyi torpaqları verməmişdir. 1917-ci ildə imzalanmış Balfur Bəyannaməsinə əsasən Fələstində bir yəhudi məskəni yaradılmışdır. Bu üsyanın nəticələri bu günə qədər bir çox problemlərə səbəb olmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.