From Wikipedia, the free encyclopedia
İsmayıl peyğəmbər – İbrahim peyğəmbərin Həcərdən olan oğludur.
İsmayıl | |
---|---|
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 1590[1] |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Həcər Şamın qibtilərin şahı (yaxud bir çoxlarının dediyi kimi Misirin şahı) tərəfindən Saraya bağışladığı kəniz idi. Həcər həmişə Saranın qulluğunda hazır olar və onun evində yaşıyardı. İbrahim öz vətənindən hicrət etdikdən sonra Şamda yaşayırdı.
İbrahimin birinci arvadı Sara onun xalası qızı idi. Amma üstündən bir neçə il keçsə belə onların övladı olmurdu.
Bu zaman İbrahim Saraya Həcəri ona satmağını təklif etdi ki (Bəzi rəvayətlərdə bunun Sara tərəfindən təklif olunduğu yazılır), onunla evlənsin və bəlkə Allah ona bir övlad mərhəmət etdi.
Nəhayət İbrahim Həcər ilə evləndi və ondan İsmail dünyaya gəldi.
Bu hadisə Şamda baş verdi. Amma çox çəkmədi ki, İbrahim Həcər və oğlu İsmaili götürüb Məkkəyə gəldi və orada onları sakin etdi.
Rəvayətlərdə qeyd olunur ki, "İbrahim Şamda Badiyə adlanan bir yerdə sakin oldu. İsmail dünyaya gəldikdə Sara Hacərin əliuşaqlı olduğunu və özünün uşaqsız olduğunu görüb çox kədərlənib, qəm-qüssələndi. Bu, İbrahimin narahatlığına, əzab-əziyyətinə səbəb oldu. İbrahim Allahdan bu çətinliyin aradan qalxmasını istədi. Allah taala ona vəhy edərək buyurdu: -"Qadının məsəli əyilmiş bir sümüyə bənzəyir. Əgər onu öz başına buraxsan bəhrələnəcəksən, yox əgər onu düzəltsən sınacaqdır. Bunun ardınca ona vəhy edib göstəriş verdi ki, Hacər ilə İsmaili Saranın yanından götürüb başqa bir yerə aparsın. İbrahim soruşdu: -"İlahi! Onları hara aparım?" Allah taaladan xitab yetişdi: -"Əmin-amanlıq olan hərəmə, məkana və elə bir yerə ki, yer üzündə oranı birinci yaratmışam (yəni Məkkəyə)."
İbrahim Hacər ilə İsmaili götürüb yola düşdü və Məkkə vilayətinə yetişdilər. Onları minikdən düşürüb, özü Saraya söz verdiyi kimi, minikdən düşməmiş onun yanına geri qayıtdı. Hacər ilə İsmaili düşürtdüyü yerdə bir ağac var idi. Hacər özü ilə gətirdiyi çadırı özünün və uşağını günün yandırıcı şüasından qorumaq üçün ağacın üstünə atdı ki, onun kölgəsində otursunlar.
Hacər İsmail ilə orada qaldı. Günəş səmaya qalxdıqda İsmail susayaraq su istədi. Hacər ayağa qalxıb hal-hazırda Məkkədə hacıların indi "Səy" adlanan əməli etdikləri yerdə su axtarmağa başlayıb fəryad etdi: -"Bu vadidə bir insan varmı?" Amma səsinə səs verən olmadı. İsmail gözündən itənə qədər suyun ardınca gedib uzaqlaşdı. Səfa dağının üstünə çıxdı göz gəzdirib biyabanda ilğım gözünə dəydi. Elə bildi sudur. Odur ki, yenidən dərəyə düşdü. Eləcə də irəli gedib Mərvəyə çatdı. Yenidən oğlu İsmail gözündən itdi. Yenə də göz gəzdirib Səfa tərəfdə olan ilğım yenidən nəzərini cəlb etdi. Su üçün ikinci dəfə Səfaya tərəf qayıtdı. Suyun olmadığın bilib yenidən gəldiyi yolu geri qayıtdı. Yeddi dəfə bu Mərvə dağının üstündə olanda İsmailə baxıb gördü ki, su ayaqlarının altında zahir olub.
Hacər irəli qaçıb suyun axdığını gördü. Ətrafına torpaq yığıb suyun cərəyanının qabağını aldı. O su sonralar zəmzəm bulağı adlanan bu bulaq insanların səhra olan bu ərazidə məskunlaşmasına səbəb oldu.
İbrahim (ə) ara-bir Hacər ilə İsmailə baş çəkməyə gəlirdi. Nəhayət bu səfərlərin birində İsmaili qurbangaha aparıb öz əllərilə oğlunun başını kəsməsi ona əmr olundu.
Tarixçilərin çoxunun dediyinə görə İsmailin yaşı on üçü hələ ötməmişdi. Amma İsmail təslim, iman məqamını və haqqa olan eşqi, əlaqəni atasından irs aparmış və elə bir ananın ətəyində tərbiyə almışdı ki, Allahın hökmünü icra etmək üçün o susuz, quraqlıq biyabanda neçə il çətinliklərə dözüb qalmışdı. Odur ki, yubanmadan öz hazırlığını bildirərək ədəblə atasına dedi: "Atacan! Sənə əmr olunanı icra et, inşallah məni səbir edənlərdən görəcəksən".
Rəvayət olunur ki, Şeytan insan cildinə girərək bir neçə dəfə çalışsa da, İbrahimi bu işdən döndərə bilmədi. Həmin vaxt İbrahim şeytana bir neçə dəfə daş atdı ki, həccin hökümlərində olan "Hacıların Minada cəmərəyə daş atmaqları" mərasimi İbrahim peyğəmbərin bu əməlini xatırladır.
Nəhayət, İbrahim peyğəmbər İsmaili üzü üstə uzadıb bıçağı onun boğazına sürtü, amma bıçaq kəsmədi. Bu zaman Allah bir qoç nazil edərək, İbrahim peyğəmbərə İsmailin əvəzində onu kəsməsini əmr edərək, imtahandan üzüağ çıxdığını bildirir. Həcc ziyarəti zamanı Minada qurban kəsmə bu hadisəni xatırladır.
Bu əhvalata son qoyuldu. İsmail böyüyüb boya-başa çatdı. Məkkədə sakinləşmiş Cərhum qəbiləsindən bir qız ilə evləndi. Bir müddət sonra qəfildən İsmailin anası Hacər vəfat etdi. İsmail anasının cəsədini götürüb Kəbə evinin yanında – hazırda "Hicri İsmail" adlanan yerdə torpağa tapşırdı. İbrahim həmişə olduğu kimi hər neçə vaxtdan bir Hacəri, İsmaili görməyə gəlirdi bu dəfə də Məkkəyə gəlməyə hazırlaşdı.
Sara İbrahimi belə gördükdə irəli gəlib ondan əhd-peyman aldı ki, Məkkəyə daxil olduqda miniyindən düşməyib öz zövcəsini və oğlunu görüb yenidən geri qayıtsın.
İsmail birinci həyat yoldaşından boşanıb digəri ilə evləndi.
İbrahim ara-bir oğlu İsmaili görməyə gəlirdi və hər gəlişində bir macəra baş verirdi. Bu səfərlərinin birində İbrahimə İsmailin köməyi ilə Kəbə evini tikməyi əmr olundu.
Rəvayətlərə əsasən Kəbə evini tikib və həcc əməlini yerinə yetirən ilk şəxs həzrət Adəm (ə) olub. Sonra Nuhun tufanı zamanı Allah-taala onun təməlini asimana qaldırıb sonra yenidən yerə endirmişdir. İbrahim (ə) yenidən onun binasını təzələmək istədikdə Cəbrail nazil olaraq xət çəkib onun yerini İbrahimə (ə) göstərdi.
Onlar Kəbə evini yenidən tikdikdən sonra, İbrahim (ə) Allahın hökmünü camaata çatdırıb onlara həcc qayda-qanunlarını öyrətdi. İslam zühur edənədək camaat həcc əməllərini yerinə yetirirdilər.
Bu əhvalatdan da bir müddət keçdi. Bir gün qadın İsmailə dedi: -"Kəbənin qapılarına pərdə asmayaqmı?" İsmail dedi: -"Bəli, yaxşı olar." Bu məsləhətdən sonra iki ədəd pərdə alıb Kəbənin qapılarına saldı. Bunu belə gördükdə qadın məsləhət verdi ki, başqa bir pərdə də alıb Kəbənin bütün divarlarını örtək. Çünki bu daşların görkəmi yaxşı deyil. İsmail bu məsləhətlə də müvafiq oldu. Qadın öz qəbiləsindən çoxlu yun aldı. Qəbilənin qadınlarının köməyi ilə yunu əyirib pərdə toxudular. Pərdə hazır olduqca onu Kəbənin bir tərəfindən asdılar. Həcc zamanı camaat Məkkəyə gəldikləri vaxt Kəbənin çox hissəsi artıq ötrülmüşdü, amma hələ də bir hissəsi açıq qalmışdı.
Qadın İsmailə dedi: -"Yaxşı olar ki bu hissəni həsirlə örtək. Elə bu işi də gördülər. Ərəblər ziyarətə gəlib bu hissəni görüb dedilər: -"Yeri vardır ki, bu evin təmiri üçün buraya hədiyyə gətirək. Ondan sonra Kəbə evinə hədiyyə gətirmək bir adət-ənənəyə çevrildi. Bu niyyətə çoxlu pul və başqa əşya yığıldıqdan sonra həsiri yığıb yerinə pərdə alıb saldılar. Beləliklədə Kəbə evinin hər tərəfi örtüldü. Kəbə evinin tavanı yox idi. İsmail ağac yığıb onun üstünü örtüb və üstünə gil tökdü.
İsmail və Məkkə camaatı su baxımından çətinlikdə idilər. Bunu İbrahimə çatdırdı. İbrahim də Allahın göstərişi ilə müəyyən yerləri qazdırıb su çıxartdı və bu cəhətdən də rahatlaşdılar.
İsmailin bu arvaddan bir övladı oldu. Amma o uşaqdan heç bir övlad olmadı. O qadından sonra daha dörd qadın aldı və hər birindən Allah taala ona dörd oğul əta etdi, ümumilikdə dörd qadından on iki, ya on altı oğul sahibi oldu. Lakin bu hədisdə övladlarının adı qeyd olunmamışdır. Amma tarix kitablarında İsmailin övladlarının adı belə deyilmişdir.
Təbərinin tarixində bu adlarda ixtilaf edərək deyir: -"Bu on iki oğlun anası "Səyyidə" Məzaz ibni Əmr Cərhuminin qızıdır və ərəbin nəsli Nabitlə Qeydara çatır."
"İsbatul-vəsiyyə"də deyir ki, İsmailin (ə) on üç oğlu olub və ən böyüyü "Qeydar" idi.
"Biharul-ənvar"da "Qisəsul-ənbiya" kitabından nəql edir ki, İbrahim anasının vəfatından sonra Cərhum qəbiləsindən Zələ və yaxud İmadə adlı bir qız ilə evləndi, amma ondan heç bir övladı olmadı. Sonra ona talaq verib Haris ibni Məzazın qızı Səyyidə ilə evləndi və ondan uşaqları oldu.
Sələbi deyir: -"Səyyidə, Məzaz ibn Əmr Cərhuminin qızıdır." Necə ki, Təbəri bu nəzəri qəbul etmişdir. Yəqubi isə bu qızın adını Heyfə qeyd etmişdir.
İsmailin ölüm zamanı yaşının nə qədər olması və harada dəfn edilməsi barədə rəvayətlərdə ixtilaf nəzərə çarpır. Sünnilərin əksəriyyəti həzrətin ömrünü 137 il yazıblar. Necə ki, Tövratdan da belə nəql olub. Nəql olunduğuna görə həzrətin vəfat olduğu yer Fələstindir. Amma ərəb tarixçiləri isə həzrətin vəfat etdiyi yeri Məkkə və dəfn etdiyi yeri isə "Hicri-İsmail" qeyd ediblər. İbni Əsir yazır: "Necə ki, deyirlər İsmail 137-ci il ömr edib, Allah taala ərəbi İsmailin iki oğlu "Qeydar" və "Nabit"dən əmələ gətirib. Elə ki, İsmail ölüm yatağına düşdü, qardaşı İshaqa qızını oğlu İysu (İshaqın oğlu) ilə evləndirməyi vəsiyyət etdi. Digər vəsiyyəti isə belə idi: -"Məni, anam Hacərin məzarının yanında "Hicr"-də dəfn edərsən".
Şiə rəvayətlərinin bəzisində 137 , bəzisində 130 və Səduqun peyğəmbərdən nəql etdiyi rəvayətdə 120 il qeyd olunmuşdur. Məsudi "İsbatul-vəsiyyə"də bu nəzəriyyəni (120 il) qəbul etmişdir və ümumilikdə həzrətin dəfn olunduğu yeri "Hicri-İsmail" qeyd etmişdirlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.