From Wikipedia, the free encyclopedia
Esperanto Dünya Konqresi (Esperanto dilində: Universala Kongreso də Esperanto , qısaltma UK )- az qala qırılmayacaq qədər və yüz ildən çox bir rekordla beynəlxalq Esperanto konqreslərin arasında ən uzun ənənəyə malikdir. Konqreslər Birinci Dünya Müharibəsi və İkinci Dünya Müharibəsi xaricində 1905-ci ildən bəri mütəmadi olaraq hər il keçirilməkdədir. 1920-ci ildən bəri təşkilatçı Beynəlxalq Esperanto Assosiasiyası (Universala Esperanto-Asocio veya UEA) olmuşdur.
Konqreslər hər il təkrarlanır və ortalama 2000 iştirakçını qonaq edir (Birinci Dünya Müharibəsindən bəri bu rəqəm konqresin edildiyi yerə bağlı olaraq 800 ilə 6000 arasında dəyişir). Ortalama təmsil edilən ölkə sayı 60-dır. Bəzi ixtisaslaşmış təşkilatlar öz illik iclaslarında bir neçə yüz iştirakçı yığmaqdadır. Dünya Konqresi ümumiyyətlə iyulun son həftəsi və ya avqustun ilk həftəsində keçirilir və şənbə günündən şənbə gününə qədər 8 gün davam edir.
1980-ci ilə qədər qədər konqreslər 1965-ci ildəki Yaponiya konqresi istisna olmaqla Avropa və ABŞ-də keçirilməkdədir. O tarixdən sonra Braziliya, Kanada, Çin, Kuba, Cənubi Koreya, Avstraliya, İsrail və Vyetnam kimi ölkələrdə də reallaşdırılmışdı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.