From Wikipedia, the free encyclopedia
İshaq peyğəmbər (ən tezi e.ə. 2066 və ən geci e.ə. 1851[1] – ən tezi e.ə. 1970 və ən geci e.ə. 1544[1], Kənan) — İbrahim peyğəmbərin Qurani-Kərimdə qeyd olunmuş başqa bir oğludur. Rəvayətlərə əsasən İshaq İsmaildən 5 il sonra Şamda dünyaya gəlmişdir. Anası Sara İbrahimin rəsmi zövcəsi və xalası qızı olub.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İshaq | |
---|---|
Doğum tarixi | ən tezi e.ə. 2066 və ən geci e.ə. 1851[1] |
Vəfat tarixi | ən tezi e.ə. 1970 və ən geci e.ə. 1544[1] |
Vəfat yeri | |
Xatirə günü | 25 mart |
Vikianbarda əlaqəli mediafayllar |
İshaqın təvəllüdünün müjdəsi mələklər vasitəsi ilə Sara və İbrahimə verilib. Bu əhvalat Quranın üç yerində bəyan olmuşdur. Biri Hud surəsində, digəri Hicr, üçüncüsü isə Zariyat surəsində. Ənkəbut surəsində də ona işarə olunmuşdur. Qeyd olunan yerlərin hamısında bu müjdə mələklərin Lut qövmünü həlak etmək üçün gəldikləri əhvalat əsnasında zikr olunmuşdur.
Bəzi rəvayətlərdə deyilir ki, Allah-taala İsmailin, bəzilərində isə İshaqın doğulacağını müjdələmişdir.
Bəzi rəvayətlərdə nəql olunduğu kimi, ola bilsin bunun səbəbi budur ki, Allah-taala bu müjdəni Lut qövmünün həlak olması xəbərinin əsnasında verib. Çünki İbrahim üçün onların fəlakəti ağır-acınacaqlı olduğu üçün bu müjdə ilə təsəlli tapıb rahatlaşsın, lakin "Hud" surəsində bu müjdə nisbətən geniş surətdə nəql olmuşdur. O ayələrin tərcüməsi belədir:
"Həqiqətən bizim elçilərimiz müjdə ilə İbrahimin yanına gəlib ona salam verdilər. O, da onlara salam verdi. Çox çəkmədi ki, onlar üçün buzov ətindən bişmiş kabab gətirdi. Onların yeməyə əl uzatmadıqlarını görüb onları qəribə hesab edərək xovflandı. Elçilər ona dedilər: -"Qorxma. Biz Lut qövmü üçün göndərilmişik. (Bu vaxt sevincindən) ayaq üstə durmuş zövcəsi güldü. Biz (elə bu göndərdiyimizlərlə) o qadını İshaqla və onun ardınca Yəqubla müjdələdik. Qadın təəccüblə dedi: -"Vay mənim halıma. Mənmi uşaq dünyaya gətirəcəyəm, halbuki mən də, ərim də qocalmışıq. Doğurdanda bu təəccüblü bir işdir".
Ona dedilər: "Allahın işindənmi təəccüb edirsən? Bu Allahın sizin ailəyə olan rəhmət və bərəkətidir. Həqiqətən, Allah bəyənilmiş və ucadır".
Bu hadisənin ətraflı məlumatı belədir:
Allah taala bir neçə mələyi, o cümlədən Cəbraili, Mikaili və İsrafili Lut qövmünü həlak etməyə məmur etdi. –Bəzi təfsirçilər onların ədədini doqquz və on birə qədər deyiblər. –Lakin onlara göstəriş verilmişdir ki, əvvəl İbrahimin yanına gedib və onu İshaqın dünyaya gəlməsilə müjdələyib sonra öz məmuriyyətinin ardınca getsinlər.
Bu göstərişin səbəbi – bəzi tarixçilərin dediyi kimi – bu idi ki, İbrahim qonağı çox sevirdi. Bundan əvvəl Kuleyninin hədisində keçdi ki, hər vaxt qonağı olmasaydı özü gedib qonaq tapıb gətirərdi və çox vaxt qonaqla yemək yeyərdi. O vaxt isə on beş gecə idi ki, İbrahimin qonağı yox idi və bu hadisə İbrahimə çox ağır gəlirdi. Elə bu vaxt xoş simalı və çox yaraşıqlı qonaqların gəlməsinin şahidi oldu. İbrahim sevincək oldu və öz-özünə dedi: -"Bu qonaqların qulluğunda özüm duracağam. Odur ki, durub həyətində olan – bəzi hədislərə əsasən — aman-zaman buzovunu kəsib kabab edib qonaqlar üçün gətirdi. Özü də onlarla oturub yeməyə başladı, amma yeyərkən onların yeməyə əl uzatmadıqlarını görüb ürəyində xovflandı. Bəzilərinin dediyinə və bir rəvayətə əsasən İbrahim qorxdu ki, olmaya bu qüvvətli cavanlar ona xətər vurmağa və yaxud oğurluq üçün gecə vaxtı onun evinə gəliblər və yaxud onların yemək yemədiklərini görüb onların mələk olduğunu bilib qorxdu ki, olmaya onun qövmünü əzab etməyə gəliblər. Hər halda İbrahim öz qorxusunu onlardan gizlədə bilməyib büruzə verdi. Mələklər İbrahimin qorxduğunu görüb özlərini ona tanıtdırdılar. Beləliklə də onun qorxusunu götürüb və öz məmuriyyətini ona bildirdilər. Sonra Saradan olan İshaqın dünyaya gəlməsini ona müjdə verdilər. İbrahim təəccüblə soruşdu: -"Mən qoca olduqdanmı sonra?" Artıq məndə övlad ümidi qalmamışdır. "Məni övladla müjdələyirsinizmi? Bu nə müjdədir belə?" Mələklər dedilər: "Biz sənə haqq olaraq bəşarət veririk". Bu müjdə həyata keçəcək və sən naümid olanlardan olma…" Sara da ayaq üstə durmuşdu. Bu müjdəni eşidib güldü. İmam Baqirdənnəql olmuş hədisdə bəzi təfsirçilərin dediyinə əsasən Saranın gülüşü bu müjdədən təəccüblənməsinə görə idi. Necə ola bilər ki, cavanlıqda uşaq olmağa ümidləri olan zaman uşaqları olmayıb indi ki, hər ikisi qocalıblar Allah taala bu vaxtlarında onlara övlad əta etsin, çünki o zaman Saranın — rəvayətlərdə olan ixtilafa əsasən — 98 və yaxud 99, İbrahimin isə 100 və ya 120 yaşı var idi, amma mələklər İshaqın dünyaya gəlməsindən əlavə İshaqın oğlu Yəqubun dünyaya gəlməsi müjdəsini də verdilər. Beləliklə də rəşid övladın olub və böyüyüb oğul-uşaq, nəsil sahibi olacağına müjdə verdilər. Sara da İbrahim kimi təəccüb edib dedi: "Vay mənim halıma! Mənim necə övladım ola bilər", halbuki mən də, ərim də qocalmışıq…" tərcümə olunan ayələrin sonunadək. Hər halda Sara bu müjdədən sonra hamilə oldu. Hamiləlik dövrü keçdikdən sonra İshaq dünyaya gəldi. Zaman keçdikdə yavaş-yavaş böyüyüb başa çatdı. Şeyxul-ənbiya və onun zövcəsi Saranın həyatına yenidən rövnəq verdi. Bundan sonra bu kitabda bizim əsas mənbəyimiz Qur`ani-Kərimdə və Əhli-beytin rəvayətlərində İshaqın həyatı və evlənməsi barədə heç bir şey deyilməyib, amma "Təbəri tarixi" və "Kamil" kimi bəzi tarix kitablarında və indiki Tövratda bəzi mətləblər deyilmişdir ki, onlarda olan gözə çarpan ixtilaflardan əlavə peyğəmbərlərin məqamından uzaq məsələlər də deyilmişdir. Bizim nəzərimizdə onların heç bir etibarı olmadığı üçün onları müfəssəl nəql etməkdən yan keçdik. Qısaca olaraq bizim gələcək mövzularımızda lazımlı, gələcək əhvalatlarla rabitəsi olan və eyni halda bütün tarixçilərin qəbul etdiklərinin bir hissəsinə işarə edəcəyik. Hər halda belə yazırlar: -"İbrahim qocaldıqda onun xanidanının başçılığını öhdəsinə almış "Luazer" adlı kişiyə sifariş etdi ki, Fələstində yaşayan Kənan əhlindən, öz qohum-qardaşlarında oğlu İshaq üçün qız alıb onu evləndirsin. Luazer də İbrahimin vəsiyyətinə əməl edib "Bətuil ibni Nahur"un qızı "Rəfəqə"ni İshaq üçün alıb onu evləndirdi. Allah taala İshaqa bu xanımdan iki əkiz "Yəqub" və "Eys" adlı oğul əta etdi. İshaq Eysi Yəqubdan çox, Rəfəqə isə Yəqubu çox istəyirdi. Eys böyüdükdən sonra əmisi İsmailin yanına gedib qızı "Bəsmə" ilə evləndi. Yəqub isə dayısı "Liyan ibn Bətul"un yanına gedib qızı "Liya" ilə evləndi. Yəqub dayısı qızından yeddi övlad sahibi olduqdan sonra Liya dünyasını dəyişdi. Yəqub onun bacısı "Rahil" ilə evləndi, Yusif və qardaşı Benyamin ondan dünyaya gəldi. İshaqın ömrünü 180 il yazıblar. Yalnız İbn Əsir "Əl-Kamil" kitabında 160 il yazıb. Dəfn olduğu yer isə anası Saranın dəfn olduğu "Hebrun" hal-hazırda isə "Xəlilur-rəhman" (Əl-Xəlil) adlı şəhərdir. Anası Sara vəfat edərkən 127 yaşı var idi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.