From Wikipedia, the free encyclopedia
Əbülhəsən Əli bin Muhamməd bin Muhamməd bin Abdurkərim əş-Şəbəbəni əl-Cəzri Əbu əl-Fəth İzzəddin və ya İzzəddin İbn əl-Əsir (12 may 1160, Cəzirət Ömər – 1233, Bağdad) — Kürd[5] və Ərəb əsilli[6] İslam tarixçisi.
Əbülhəsən Əli bin Məhəmməd 1160-cı ildə İraqda Cəzirət Ömərdə anadan olmuş, gəncliyi Mavsid şəhərində keçmişdir. Suriya və Fələstində təhsil almışdır. Həyatı Səlib müharibəsi illərinə təsadüf etmiş və bir çox döyüşlərin iştirakçısı olmuşdur. Misir və Suriya hakimi Səlahəddinin Əyyubinin yaxın adamı kimi bir sıra diplomatik missiyaları yerinə yetirmişdir. Bu səfərlər zamanı da gələcək əsərləri üçün külli miqdarda məlumatlar toplamışdır. Yalnız bundan sonra doğma şəhəri Mavsidə qayıdıb, əsərlərini yazmağa başlamış və bütün ərəb aləmində şöhrət qazanmışdır.
İbn əl-Əsirin "Kitab əl-lübab" əsəri 1835-ci ildə Gettingendə «Specimen al-Lobabi, sive Genealogiarum» adı altında nəşr olunmuşdur.
Ən böyük və ən qiymətli əsəri "Əl kamil fi-t tarix" (Mükəmməl tarix) qədim dövrlərdən 1231-ci ilə qədərki hadisələri əhatə edir. Bu əsərin ən qiymətli hissələri Azərbaycanla bağlı səhifələrdir. Burada ərəblərin Azərbaycanı işğal etməsi kimi böyük bir dövr əks olunmuşdur. Burada xüsusilə, Babək hərəkatı, monqolların Azərbaycana yürüşləri, Gürcü çariçası Tamarın dövründə gürcü-Azərbaycan münasibətləri və nəhayət, Xarəzmşah Cəlaləddinin gürcüləri əzib azərbaycanlıları xilas etməsi kimi hadisələr geniş təsvir edilmişdir. Bu böyük əsər ilk dəfə 1876-cı ildə Almaniyanın Leyden şəhərində 14 cilddə, on il sonra isə 1886-cı ildə Qahirədə nəşr olunmuşdur. Əsərin Azərbaycana aid hissələri Juzenin tərcüməsi ilə 1940-cı ildə rus dilində, 1959-cu ildə isə Azərbaycan dilində nəşr olunmuşdur.
İbn əl-Əsir 1234-cü ildə Bağdadda vəfat etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.