Mələk və ya əvvəlki mənbələrdə füriştə[1]iudaistik, xristianmüsəlman ənənələrində Allaha xidmət edən fərdiləşdirmiş bədənsiz və qanadlı varlıq. Rəvayətlərə görə miqdarca saysız mələklər nurabənzərlərdir. Xristian ənənəsində doqquz dənə mələk rütbə var (serafimlər, xeruvimlər, taxt-taclar, hökmranlıqlar, qüvvələr, hakimiyyətlər, başlanğıclar, arxmələklər və mələklər).

Thumb
Hugo Simberg, 1903.
Thumb
Mələklər mahnısı Vilyam Buqro əsəri, 1825–1905.

İslamda mələklər

Mələklər, Quranda 21 surədə qeyd olunduğu kimi, Allah tərəfindən müəyyən vəzifələri yerinə yetirmək məcburiyyətindədirlər. İslam dinində mələklər, yeməyən, içməyən erkəyi və dişisi olmayan, yatmayan, günah işləməyən , gözə görünməyən, nurdan ya da oddan yaranan varlıqlar kimi insanlara bilinir. Mələklər yalnız Allaha qulluq edirlər. Insanlar və cinlərdən fərqli olaraq, onların iradə azadlığı yoxdur və öz fövqəltəbii məskənlərinə təyin olunmuşlar. Buna görə də günahsız varlıqlardır[2] İslamda ən müqərrəb (məqamı daha uca olan) mələk vəhy mələyi olan Cəbrayıl hesab olunur. Əzrayıl, Mikail, İsrafil də müqərrəb mələklərdir. Cəhənnəm mələkləri arasında məşhur olan Maalik, Zəbanilar və İblisdir.[3] Bəzi Süfizm təfsirlərə görə mələklər Allahın sifətlərinin əksidir: Mərhəmət mələkləri Allahın gözəl adlarını və cəza mələklərini Allahın kral hakimiyyəti adlarını təmsil edirlər.[4]İslam dinində Quranda və ya hədislərdə mələklərin sayları və çeşidləri göstərilməmişdir

Mərhəmət mələkləri

Mərhəmət mələklərin aşağıdakı xüsusiyyətləri vardır:

  • Mələklər nurdan yaradılıblar;[5]
  • Mələklərin qanadları var (Fatir surəsi 1);
  • Mələklər insan cildinə girə bilir;
  • Mələklərdə cinsiyyət (kişi və qadın) anlayışı yoxdur. Dolayısıyla mələklər üçün evlilik, şəhvət, cinsi yolla artma deyə bir şey yoxdur;
  • Mələklər qidalanmır (yemir və içmir), yatmır, yorulmur;
  • Onlara Allah tərəfindən həvalə olunan işləri sorğu-sualsız həyata keçirdilər və bu işləri görəndə yorulmaz və bezməzlər.

Cəhənnəm mələkləri

  • Oddan hazırlanmışdır[6]
  • Onlar itaətsizdirlə (şeytanlar)[7]
  • Günahkarları cəzalandırırlar
  • Onlar cəhənnəmi qoruyurlar
  • Çox vaxt insanlara həsəd aparırlar
  • Allahın yolundan çıxmaq üçün insanları və cinləri pozmağa çalışırlar

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.