Gəncə quberniyası

Rusiya imperiyasında və Azərbaycan Xalq Cümhuriyyətində mövcud olmuş quberniya From Wikipedia, the free encyclopedia

Gəncə quberniyasımap

Gəncə quberniyası (rus. Елисаветпольская губернiя) (1918-ədək Yelizavetpol quberniyası) — Rusiya imperiyasının quberniyalarından biri.

Cəld faktlar Ölkə, İnzibati mərkəz ...
Gəncə quberniyası
Gerb
Gerb

40°40′58″ şm. e. 46°21′38″ ş. u.HGYO


Ölkə Rusiya İmperiyası
İnzibati mərkəz Gəncə
Tarixi və coğrafiyası
Yaradılıb 9 dekabr 1867
Ləğv edilib 26 aprel 1920
Sahəsi 44.136 km²
Əhalisi
Əhalisi 878.415 nəfər (1897)
Etnik tərkib çoxluq:azərbaycanlılar
azlıq:ruslar, ermənilər
Rəsmi dili Azərbaycan
Gəncə quberniyası xəritədə
Gəncə quberniyası xəritədə
Ardıcıllıq

 Bakı quberniyası
 Tiflis quberniyası
Azərbaycan SSR 
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Tarixi

Thumb
Qafqaz regionunun baş xəritəsi, 1858-ci il
Thumb
Qafqaz regionunun ətraflı xəritəsi, 1869-cu il
Thumb
Yelizavetpol quberniyasının inzibati xəritəsi, 1902-ci il

Qafqaz və Zaqafqaziya diyarının idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında Yelizavetpol quberniyası yaradılmışdı. Bakı quberniyasından Şuşa və Nuxa qəzaları, Tiflis quberniyasından Yelizavetpol qəzası, İrəvan quberniyasından ləğv edilmiş Ordubad qəzasının bir hissəsi onun tərkibinə daxil edildi, yeni Qazax və Zəngəzur qəzaları yaradıldı. 1873-cü ildə Yelizavetpol quberniyası tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları təşkil olundu. Sonralar Cəbrayıl qəzasına Azərbaycana qarşı işğalçılıq müharibəsində iştirak etmiş rus zabiti P. M. Karyaginin adı verildi. Qafqaz təqviminin (1917) məlumatına görə Yelizavetpol quberniyasında 4 şəhər (Gorus, Yelizavetpol, Nuxa, Şuşa) və 8 qəza (Ərəş, Cavanşir, Yelizavetpol, Zəngəzur, Qazax, Karyagin, Nuxa, Şuşa) var idi. Yelizavetpol quberniyasının ərazisi 38922,43 kv. verst idi. Quberniyada 1275,131 nəfər əhali yaşayırdı, onların 1213,626 nəfəri yerli sakinlər, 61505 nəfər müvəqqəti yaşayanlar idi. Əhalinin 676377 nəfəri kişi, 598754 nəfəri qadın idi. 156,044 nəfər (12,24%) şəhərlərdə, 1119,087 nəfər (87,76%) qəzalarda yaşayırdı. Əhalinin etnik tərkibi belə idi: azərbaycanlılar 783065 nəfər (61,41%), ruslar 36957 (2,90%) və s. Yelizavetpol quberniyasında quberniya idarə sistemi mövcud idi Quberniyanı hərbi qubernator, 1872-ci ilin martından isə qubernator idarə edirdi. Xanların, bəylərin, ağaların əlində 440,7 min, kəndlilərin əlində 124,3 min desyatin torpaq vardı. Əhali müxtəlif kənd təsərrüfatı sahələri (taxılçılıq, ipəkçilik, üzümçülük, heyvandarlıq və s.), sənətkarlıq sənaye fəaliyyəti və ticarətlə məşğul olurdu. Quberniyada dağ-mədən və əlvan metallurgiya sənayesi müəssisələr (Yelizavetpol və Zəngəzur qəzaları) yerləşirdi. İpəkçiliyin əsas mərkəzi (Nuxa qəzası) də burada idi. Azərbaycan pambığının xeyli hissəsi Yelizavetpol quberniyasının pambıqtəmizləmə zavodlarında emal edilirdi. Üzümçülük və şərabçılıq inkişaf etmişdi. Birinci dünya müharibəsi (1914–1918) quberniyanın iqtisadiyyatına ağır zərbə vurmuşdu. Fevral inqilabından (1917) sonra Yelizavetpolda və digər qəza şəhərlərində ictimai təşkilatların icraiyyə komitələri yaradılmış, quberniya və onun qəzalarına Müvəqqəti hökumətin komissarları təyin olunmuşdu. Bununla bərabər Yelizavetpolda Fəhlə və Əsgər Deputatları Soveti də yaranmışdı Eyni zamanda, qəza şəhərlərində (Şuşa, Nuxa, Karyagin və b. də sovetlər təşkil edilmişdi. Sovetlərdə bolşeviklərin nüfuzu zəif idi. Yelizavetpol quberniyası Azərbaycan milli azadlıq hərəkatında mühüm yer tuturdu. 1905–07 illər inqilab dövründən genişlənən milli-siyasi təşkilatlanma davam edirdi. Milli azadlıq hərəkatının görkəmli xadimləri Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Xudadat bəy Rəfibəyli, Həsən bəy Ağayev və b. böyük iş aparırdılar Nəsib bəy Yusifbəyli 1917-ci ilin martında Türk ədəmi-mərkəziyyət partiyasının əsasını qoymuşdu. Milli azadlıq hərəkatına qarşı mübarizədə erməni-daşnak və bolşevik siyasi partiya və təşkilatları birləşərək, eyni mövqedən mübarizə aparırdılar. Oktyabr çevrilişindən (1917) sonraBakıda sovet hakimiyyətinin elan edilməsi milli azadlıq hərəkatının gedişində Yelizavetpol quberniyasının mövqeyini daha da möhkəmləndirdi. 5 (18) noyabrda Yelizavetpolda keçirilən Qafqaz müsəlmanlarının hərbi qurultayı azərbaycanlılardan ibarət hərbi hissələr yaradılması haqqında qərar çıxardı. Knyaz Levan Maqalov başda olmaqla, müsəlman süvari polku yaradıldı.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra

Cənubi Qafqazda Zaqafqaziya komissarlığı təşkil edildikdən sonra Yelizavetpol quberniyasında hakimiyyət milli şuralara keçdi. Milli hərbi hissələrin silahla təmin edilməsi üçün 1918 ilin yanvarında Qafqaz cəbhəsindən qayıdan rus qoşunları Şamxor stansiyasında tərksilah edildi. Apreldə Zaqafqaziya Demokratik Federativ Respııblikasının yaranması elan edildikdə, Yelizavetpol quberniyası onun tərkibinə daxil oldu. Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə quberniya onun əsasını təşkil etdi və Azərbaycan torpaqlarının bütünlüklə azad edilməsinin mərkəzinə çevrildi. İyunun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Yelizavetpola (Gəncəyə) köçdü. Azərbaycana hərbi yardım üçün dəvət olunmuş türk qoşunları da mayın axırı – iyunun əvvəllərində burada toplanmağa başladı. İyunun 17-də Gəncədə Fətəli xan Xoyskinin sədrliyi ilə 2-ci hökumət kabinəsi təşkil edildi. Hökumətin 30 iyul tarixli qərarı ilə Yelizavetpolun tarixi adı – Gəncə bərpa edildi. Bundan sonra quberniya da Gəncə quberniyası adlandırıldı. Gəncə şəhəri 1918 il iyunun 17-dən sentyabrın 17-dək olan dövrdə dövlətin paytaxtı oldu.

Thumb
Gəncə quberniyası AXC tərkibində

Azərbaycan Xalq Cümhuriyyətinin inzibati-ərazi bölgüsündə mühüm yer tutan Gəncə quberniyası, keçmiş Yelizavetpol quberniyasına yeni əlavə edilmiş ərazilər hesabına xeyli genişləndirilmişdi. Bakı və Zaqatala quberniyalarının ərazisi istisna olmaqla, qalan 10 qəza (Qazax, Gəncə, Nuxa, Ərəş, Cavanşir, Şərur-Dərələyəz, Naxçıvan, Zəngəzur, Cəbrayıl, Şuşa) və 1 dairə (Göyçə) Gəncə ətrafında birləşmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti erməni separatizmi və azərbaycanlılara qarşı soyqırımı şəraitində ölkəni daha səmərəli idarə etmək üçün müvafiq vasitələrdən istifadə edirdi. 1919-cu il yanvarın 13-də Qarabağ general-qubernatorluğu, fevralın 28-də isə Cənub-qərbi Azərbaycan general-qubernatorluğıı yaradılmışdı. Gəncə quberniyasını qubernator idarə edirdi.

Hökumətin 1919-cu il 30 mart tarixli qərarı ilə Gəncə qubernatoru İbrahim ağa Vəkilova general-mayor, köməkçisi Hüseynqulu xan Xoyskiyə isə polkovnik rütbəsi verilmişdi. İ. Vəkilov Azərbaycan ordusu Baş qərargahı Baş idarəsinin topoqrafiya şöbəsinin rəisi təyin olunduğuna görə, 6 may tarixli qərarla Xudadat bəy Rəfibəyli Gəncə qubernatoru təyin edilmişdi. Quberniyada quberniya idarəsi yaradılmışdı. Quberniya idarəsinə vitse-qubernator, müşavirlər, quberniya tibb müfəttişi, quberniya mühəndisi, memarı, yerölçəni daxil idi. Quberniya idarəsi genişmiqyaslı məsələlərlə məşğul olurdu: kəndlərdə vəzifəli şəxslərin seçilməsi və pay torpaqlarının sənaye müəssisələri və tikililər üçün ayrılması haqqında kənd icmalarının qərarlarını təsdiqləyir, inzibati-polis idarələri məmurlarının vəzifə cinayətləri haqqında işlərə, kassasiya şikayətlərinə və kənd məhkəmələrinin qərarlarına və s. baxırdı. İdarə ayrı-ayrı struktur hissələrindən ibarət idi: katiblik bölməsi, 1-ci bölmə (müşavir Mikayıl bəy İsrafilbəyov), 2-ci bölmə (müşavir Aleksandr Konstantinoviç Boqatko), zemstvo bölməsi (Georgi Yefimoviç Çernyayevski), həkim, baytar, tikinti (mühəndis Vasili Yakovleviç Aqunakov) bölmələri. Cümhuriyyət Hökuməti Gəncə quberniyasının sosial-iqtisadi və mədəni inkişafına diqqətlə yanaşırdı. Erməni-daşnak quldur birləşmələrinin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti nəticəsində İrəvan quberniyası qəzalarından qaçqın düşmüş azərbaycanlılar daha çox Gəncədə və onun ətrafında yerləşdirilmişdi. Onların ərzaqla təmin olunması və sağlamlıqlarının qorunması üçün tədbirlər görülmüşdü. Lakin düşmən qüvvələr bütün vasitələrdən istifadə edərək, quberniyada siyasi sabitliyi pozmağa cəhd göstərirdi. Bu sahədə xüsusilə fərqlənən bolşeviklər, quberniyanın xüsusiyyətini nəzərə alaraq, burada kəndli hərəkatının genişləndirilməsinə çalışırdılar. Hələ 1917 ilin dekabrında Qovlar stansiyasında bolşevik Müseyib Əliyevin evində S. Şaumyan və H. Sultanovun iştirakı ilə gizli müşavirə keçirilmişdi. 1918 ilin yanvarında Bakı komitəsinin göstərişi ilə Məşədi Əzizbəyov də Gəncəyə gəlmiş, buradakı vəziyyət haqqında "Hümmət"in iclasında çıxış etmişdi. Cümhuriyyət dövründə də bu pozuculuq işləri davam etdirilirdi. 1919 ilin yazında Gəncədə F. Əliyevin başçılığı ilə Rusiya Kommunist (bolşeviklər) Partiyasının gizli dairə komitəsi təşkil olunmuşdu. Gəncə quberniyasında fəhlə və kəndlilər hökumətə qarşı çıxışlara təhrik edilirdi. 1919 ilin yanvarında Gəncə quberniyası dəmiryolçularının tətili baş vermişdi. Qatır Məmmədin rəhbərlik etdiyi və Cümhuriyyət Hökumətinə qarşı çevrilmiş qaçaq hərəkatı təhlükəli şəkil almışdı. 1920 il aprelin 28-də Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin süqutu və Azərbaycan Sovet Sosialist Respublikaının qurulmasının elan edilməsi Gəncə quberniyasında vəziyyətə təsir göstərdi. Elə həmin gün F. Əliyevin sədrliyi ilə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Gəncə Dairə Komitəsi Quberniya İnqilab Komitəsini yaratdı və hakimiyyətin təhvil verilməsi haqqında Gəncə qubernatoruna ultimatum verdi. Ultimatum qəbul olundu. Aprelin 29-da hakimiyyətin Quberniya İnqilab Komitəsinə verilməsihaqqında akt imzalandı. Mayın 1-də 11-ci Qırmızı ordu hissələri Gəncəyə daxil oldu. Lakin Gəncə quberniyasında sovet hakimiyyəti güclü müqavimət hərəkatı ilə üzləşdi. Gəncədə, Qarabağda və digər bölgələrdə sovet bolşevik işğalına qarşı üsyanlar baş verdi (bax Gəncə üsyanı (1920)). 11-ci ordu hissələri bu üsyanları amansızlıqla yatırdı, sovet hakimiyyəti bərpa olundu. Gəncə quberniyası ləğv edildi.

İqlimi

Yelizavetpol quberniyasının iqlimi olduqca müxtəlifdir. Meşə zonasının hüdudlarından yuxarıya uzanan dağlıq ərazilər ilin demək olar ki, üç rübü qarla örtülü olur və orada tamamilə əhali yaşamır. Yay aylarında burada atmosfer və torpaq rütubətinin bolluğu zamanı, burada ot bitkisinin inkişafı köçərilərin buraya öz heyvanlarını otarmaq üçün gəlməsinə səbəb olur. Onlar burada avqustun sonuna qədər qalırlar. Dağ yaylalarından aşağıda, meşələrin yerləşdiyi zolaqda, iqlim hərçənd hələ sərt olmasına baxmayaraq, dənli bitkilərin (qarğıdalı və düyüdən başqa) becərilməsi ilə məşğul olmağa icazə verir; qışlar burada bol qarlı və kifayət qədər sərtdir, yay aylarında isə yağıntılı keçir, bəzən əkinlərə güclü ziyan vuran sıx dolu yağır. Dağ ətəklərində, dənli bitkilərdən başqa, bağçılıq təsərrüfatı və üzümlüklər meydana çıxır. Burada yerin süni suvarmasına ehtiyac duyulur. Nəhayət, geniş düzən və çöl sahələrində yay ayları uzun, isti və quru iqlimlə müşayiət olunur. Qış burada qısa və yumşaq keçir, yaz ayları qısa olur və tez zamanda yaya keçid edir. Yelizavetpol quberniyasında meşələr təxminən 856 min desyatin və ya bütün sahənin 21%-i qədər ərazi tutur. Ən böyük meşə sahələri Qazax və Zəngəzur qəzalarında cəmlənmişdir.

Əhali

Əlavə məlumat Qəza, Ərazi, verst² ...
1 yanvar 1885-ci və 1 yanvar 1886-cı il tarixinə Yelizavetpol quberniyası əhalisinin qəzalar üzrə bölgüsü
Qəza Ərazi[1], verst² Əhali, Kişilər, 01.01.1885[2] Əhali, Qadınlar, 01.01.1885[2] Əhali, Toplam, 01.01.1885[2] Əhali, Kişilər, 01.01.1886[2] Əhali, Qadınlar, 01.01.1886[2] Əhali, Toplam, 01.01.1886[2]
Yelizavetpol8 398,248 88142 76891 64949 39943 22292 621
Qazax6 092,249 41036 27385 68350 05636 80586 861
Nuxa3 28442 70436 46779 17143 20737 00280 209
Ərəş2 822,924 52021 23545 75524 84521 42246 267
Cavanşir3 90432 50423 63956 14332 81123 85656 667
Şuşa4 44643 72536 14079 86544 48836 66981 157
Cəbrayıl2 74930 44928 87459 32330 76229 01659 778
Zəngəzur6 64453 07243 13896 21053 37843 52496 902
Yekun38 340,3368 655301 456670 111372 827304 818677 645
Bağla
Əlavə məlumat İl, Əhali ...
İl Əhali
01.01.1874 576,952[3]
1883–1884 621.300
01.01.1885 670,111[2]
01.01.1886 677,645[3]
1894 856.700
1897 878,415
1915 1.243.50
Bağla
Əlavə məlumat №, İnzibati bölgüsü ...
İnzibati bölgüsü Mərkəz
1 Yelizavetpol qəzası Yelizavetpol (Gəncə)
2 Ərəş qəzası Ağdaş
3 Nuxa qəzası Şəki
4 Qazax qəzası Qazax
5 Cavanşir qəzası Tərtər
6 Qaryagin qəzası Qaryagin
7 Zəngəzur qəzası Gorus
8 Şuşa qəzası Şuşa
Bağla
Əlavə məlumat №, Qəza ...
Qəza Qəza mərkəzi Sahəsi,
Verst²
Əhali[4]
(1897), nəfər
1 Ərəş Ağdaş (528 nəfər) 2 829,6 67 277
2 Cavanşir Tərtər (752 nəfər) 4 818,4 72 719
3 Yelizavetpol Yelzavetpol (33 625 nəfər) 7 695,7 162 788
4 Zəngəzur Gorus (1 450 nəfər) 6 829,7 137 871
5 Qazax Qazax (1 769 nəfər) 6 024,2 112 074
6 Cəbrayıl Cəbrayıl 2 922,6 66 360
7 Nuxa Şəki (24 734 nəfər) 3 346,7 120 555
8 Şuşa Şuşa (25 881 nəfər) 4 315,6 138 771
Bağla

Keçmiş Yelizavetpol quberniyasında 1915-ci ildə əhalinin ən çox qarışıq olduğu Şuşa, Zəngəzur, Qazax (Göyçə ilə birlikdə), Qaryagin, Cəbrayıl, Cavanşir mahallarında əhalinin milli tərkibi belə idi: 46 faiz müsəlman və 54 faiz erməni, 55 və 44,3 faiz, 49 və 46 faiz, 74,5 və 24,9 faiz, 67,5 və 31,6 faiz.

Milli tərkib






Thumb

Yelizavetpol quberniyası əhalisinin milli tərkibi (1880)   azərbaycan tatarı (60,28 %)  ermənilər (32,63 %)  ruslar (1,5 %)  kürdlər (2,59 %)  udilər (1,63 %)  Qalanları (1,37 %)

Əlavə məlumat Etnik qrup, Sayı ...
1880-ci il tarixinə Yelizavetpol quberniyası əhalisinin milli tərkibi[5]
Etnik qrup Sayı Nisbəti
azərbaycan tatarı357 91760,28%
erməni193 74232,63%
kürd15 3662,59%
udi9 6671,63%
rus8 8911,5%
cekli (haputlu daxil)2 2881,37%*
kürəli1 973*
yəhudi1 740*
alman1 326*
rutul665*
qaraçı245*
yekun593 784100%
Bağla






Thumb

Yelizavetpol quberniyası əhalisinin milli tərkibi (1886)   azərbaycan tatarı (62,8 %)  ermənilər (33,1 %)  ruslar (1,91 %)  udilər (1,04 %)  farslar (0,45 %)  Qalanları (0,7 %)

Əlavə məlumat Etnik qrup, Sayı ...
1 yanvar 1886-cı il tarixinə Yelizavetpol quberniyası əhalisinin milli tərkibi[6]
Etnik qrup Sayı Nisbəti
tatar425 57762,8%
erməni224 35833,1%
rus12 9681,91%
udi7 0281,04%
fars3 0250,45%
alman2 1350,32%
yəhudi1 9070,28%
polyak, gürcü, yunan, türk, kürd və s.6470,1%
yekun677 645100%
Bağla

Qəzalar üzrə

Yelizavetpol Quberniyasının 1897-ci il siyahıya alınması nəticələrinə əsasən etnik tərkibi.

Əlavə məlumat Qəza, Azərbaycanlılar ...
Qəza Azərbaycanlılar Ermənilər Ləzgilər Ruslar Beloruslar Almanlar Kürdlər Tatlar Udinlər
Bütün Quberniyada 60,8 % 33,3 % 1,7 % 1,6 %
Ərəş qəzası 70,1 % 20,5 % 8,7 %
Cəbrayıl qəzası 74,1 % 23,7 % 1,1 %
Cavanşır qəzası 71,6 % 26,9 %
Yelizavetpol qəzası 63,9 % 26,4 % 4,4 % 1,7 % 1,9 %
Zəngəzur qəzası 51,6 % 46,1 % 1,3 %
Qazax qəzası 57,2 % 38,9 % 3,0 %
Nuxa qəzası 69,3 % 15,7 % 7,1 % 1,5 % 5,8 %
Şuşa qəzası 45,3 % 53,3 % 1,0 %
Bağla

Dini etiqad

Əlavə məlumat Din/təriqət, Sayı ...
1880-ci il tarixinə Yelizavetpol quberniyası əhalisinin dini etiqadlarına görə bölgüsü[5]
Din/təriqət Sayı
şiə234 172
qriqoryan193 538
sünni153 462
raskolnik8 464
pravoslav1 118
musəvi1 704
protestant724
yekun593 784
Bağla
  • 1880-ci il tarixinə Yelizavetpol quberniyasının 593,784 nəfər əhalisinin 387,634 nəfərini (və ya 65,28%-ni) müsəlmanlar, 203,844 nəfərini (və ya 34,33%-ni) məsihilər, 1,704 nəfərini (və ya 0,39%-ni) isə musəvilər təşkil edirdi.[5]
Əlavə məlumat Din/təriqət, Kişilər ...
1 yanvar 1886-cı il tarixinə Yelizavetpol quberniyası əhalisinin dini etiqadlarına görə bölgüsü[6]
Din/təriqət Kişilər Qadınlar Toplam
şiə136 889109 232246 121
qriqoryan125 900104 471230 371
sünni98 59683 911182 507
raskolnik4 4744 4409 214
pravoslav4 1939255 118
lüteran1 2169192 135
musəvi9999081 907
katolik26012272
yekun372 827304 818677 645
Bağla
  • 1 yanvar 1886-cı il tarixinə Yelizavetpol quberniyasının 675,645 nəfər əhalisinin 428,628 nəfərini (və ya 63,25%-ni) müsəlmanlar, 247,110 nəfərini (və ya 36,47%-ni) məsihilər, 1,907 nəfərini (və ya 0,28%-ni) isə musəvilər təşkil edirdi.[6]

Məhkəmə sistemi

Yelizavetpol quberniyasının Yelizavetpol dairə məhkəməsinin tərkibində Yelizavetpol şəhəri üzrə 5, Göyçay şəhəri üzrə 2, Nuxa (Şəki) şəhəri üzrə 1, Şuşa şəhəri üzrə 4 notarius fəaliyyət göstərmişdir. Notariuslar olmayan yerlərdə bu vəzifələri barışdırıcı hakimlər, onlar olmayanda isə həmin hakimlərin köməkçiləri yerinə yetirirdi.

1870-ci ildə Yelizavetpol quberniyasında 6 cəza yeri vardı. Həcminə görə həmin binalar 365 nəfərdən ötrü nəzərdə tutulmuşdur. Buna baxmayaraq 1870-ci il ərzində burada saxlanılanların sayı 743 idi. 1870-ci ildə Yelizavetpol qəsrinə 640, Şuşa qəsrinə 640 və Nuxa qəsrinə 528 nəfər gətirilmişdir. Yelizavetpol dairə həbs evində saxlanılanların sayı 162 nəfər, Qazax həbs evində 555 nəfər, Zəngəzur həbs evində isə 207 nəfər olmuşdur. Quberniya, qəsr və həbs evlərinə 1870-ci ildə gətirilənlərin sayı 2551 nəfərə çatmışdır.

Seçki

Hökumət I Dumanı qovaraq, II Dumaya seçkilər elan etdi. Seçkilər 1907-ci ilin yanvar-fevral aylarında keçirildi. Seçkilərdən bir qədər evvəl Partiyasız müsəlman bloku meydana çıxdi. Bakı ərazisində seçkilərin gedişində sosial-demokrat bloku, daşnak və eserçi "Torpaq və azadliq" kedetçilər və partiyasız müsəlman bloku arasında mübarizə gedirdi. Yelizavetpol quberniyasında seçki kampaniyasının gedişini yuxarı sosial təbəqələrin nümayəndələri müəyyənləşdirirdilər. Seçkilər nəticəsində Fətəli İskəndər oglu Xoyski, İsmayil Zeynalabdin oglu Tagiyev, Məhəmməd aga Məhəmmədtagi suıtan oglu Şahtaxtinski, Mustafa Hacı Musa oglu Mahmudov, Mahmudtağı Mahmudov, Zeynal Eynal oglu Zeynalov Azərbaycandan II Dövlət Dumasına deputat seçildilər.

Qubernatorlar

  • Fokion Bulatov, 1868–1876
  • Aleksandr Nakaşidze, 1880–1897
  • Ivan Kireyev, 1897–1900
  • Nikolai Lutsau, 1900–1905
  • Yegor Baranovski, 1905 (müvəqqəti)
  • Aleksandr Kalaçev, 1905–1907
  • Samkalov, 1907–1908
  • Georgi Kovalyev, 1908–1916
  • Mixail Poyarkov, 1916–1917
  • İbrahim ağa Vəkilov (30 mart 1919 – 5 may 1919)
  • Xudadat bəy Rəfibəyli (6 may 1919 – 29 aprel 1920)

Mənbə

  • ASE, V cild, Bakı, 1981, səh. 105

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.