27 aprel 1930-cu ildə ləzgilər Qazı Məhəmməd Ştulvinin başçılığı altında sovet hakimiyyətinə qarşı üsyan qaldırırlar, lakin 1930-cu ilin noyabrın 29-da bütün üsyançılar edam edilir, məscidlər bağlanır, Quran oxumaq qadağan From Wikipedia, the free encyclopedia
Ləzgilər (ləzg. лезгияр, лекьер) — əsasən Cənubi Dağıstanda və Azərbaycanın şimal-şərqində yaşayan Qafqaz xalqlarından biri.
Hacı Davud | |||||||||||||||||||||||||||
Ümumi sayı | |||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
886 600[2] | |||||||||||||||||||||||||||
Yaşadığı ərazilər | |||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||
Dili | |||||||||||||||||||||||||||
Dini | |||||||||||||||||||||||||||
Daxildir | |||||||||||||||||||||||||||
Ləzgi xalqlar | |||||||||||||||||||||||||||
Mənşəyi | |||||||||||||||||||||||||||
Qafqaz Albanları | |||||||||||||||||||||||||||
Qohum xalqlar | |||||||||||||||||||||||||||
Ləzgilərin çoxu islam dininin Sünni əqidənin Şafii məzhəbin Müridizm təriqətinə etiqad edir. Qafqaz dillərin Dağıstan grupuna aid Ləzgi dilində danışırlar.
Ləzgilərin mədəniyyəti İslam dininə, Ləzgival əxlaq qaydalarına, Ləzgi soylara (sixil) və Ləzgi dilinin istifadəsinə əsaslanır. Ləzgilərin mədəniyyəti, digər Dağıstan xalqlarında olduğu kimi suvarar (adətlər) və İslamdan ibarətdir. Ən önəmli bayramları Ramazan və Qurban bayramlarıdır.
Ləzgilərin qeyrət, əxlaq və ədəb anlayışlarına Ləzgival deyilir. Ləzgival heç kim tərəfindən yazılmamış, ləzgilərin arasında öz-özünə formalaşmış yüksək əxlaq və davranış qaydalarıdır. Uşaqlıqdan bəri cəmiyyətin hər bir üzvünün həyatının bütün sahələrini əhatə edər. Ləzgival, valideynlər və ləzgi cəmiyyəti tərəfindən nəsildən nəsilə ötürülən əxlaq, şərəf və davranış qaydaların bütünüdür. Bu əxlaqi və etik davranışlar cəmiyyətdə ləzgi qadının namus və şərəfini qorumağa yönəlikdir.[12][13][14]
Ləzgilər İslam dininin Sünni etiqatın Şafii məzhəbin Müridizm təriqətinə aiddirlər[15]. XIX əsrdə ləzgilərin şeyxi Məhəmməd Kuravi Çar Rusiyası ilə mübarizə üçün ləzgilərin arasında müridizm hərəkətını başladır, daha sonra bu hərəkata digər Dağıstan xalqları da qoşulur, şeyxin tələbələri arasında ən tanınmışı Şeyx Şamildir.[16] Qafqaz müharibəsindən sonra Çar Rusiyası müridizmə qadağa qoyur, lakin Qafqaz-Rus anlaşmasına əsasən məscidlər fəaliyyətinə davam edə bilirlər.[17] 27 aprel 1930-cu ildə ləzgilər Qazı Məhəmməd Ştulvinin başçılığı altında sovet hakimiyyətinə qarşı üsyan qaldırırlar,[18] lakin 1930-cu ilin noyabrın 29-da bütün üsyançılar edam edilir, məscidlər bağlanır, Quran oxumaq qadağan edilir, dini xadimlər və ailələri isə sürgün edilir.[19] Beləliklə, İslamın təsiri ləzgilərin arasında xeyli azaldılır, lakin 10 il sonra 1940-cı ildə ləzgilər yenidən sürgün edilir, artıq Stalin tərəfindən Mərkəzi Asiyaya. İslamın təbliğinə və Qazı Məhəmməd Xuluxvi, Kiri Buba, Qazı Məhəmməd Ştulvi kimi xalq qəhrəmanlarının adlarının çəkilməsinə belə tamamilə qadağa qoyulur.
Ləzgi dili Qafqaz dilləri ailəsinin Çeçen-Dağıstan dilləri qolunun Ləzgi dilləri yarımqrupuna daxildir.[20] 1928-ci ilə kimi Ləzgi dili üçün ərəb qrafikalı əlifbadan istifadə olunub, 1928–1938-ci illərdə latın qrafikalı əlifbadan, 1938-ci ildən başlayaraq isə kiril əlifbasından istifadə edilir.[21] Dünyada Ləzgi dilində 776 min nəfər danışır.[22] Son illərdə yeni nəsil arasında Ləzgicə bilənlərin sayı azaldıqdan UNESCO Ləzgi dilinin yox olma təhlükəsinin olduğundan xəbərdar etdi.[23]
2000 | 2005 | 2010 | 2015 | 2020 |
---|---|---|---|---|
98,72 % | 87,26 % | 48,25 % | 39,22 % | 28,79 % |
Ləzgi soyu (Sixil) — Ləzgilərin müasir soyadlardan öncə istafadə ettikləri qədim soy isimləri, hələ də Ləzgilərin arasında istifadə olunur. Bir Ləzgi soyu təqribən 40-50 ailədən ibarətdir. Çar Rusiyası gələndən sonra ləzgilərə Magomedov, Axmedov kimi soy isimlər verildi. Amma bəzən çar hakimiyyətinin gəlişindən sonra da soyad əvəzinə ləzgilər soylardan istifadə etməyə davam edirdilər. Məsələn, məşhur ləzgilərdən: Kiri Buba - Axmedov yerinə Kiri, Stal Süleyman - Xasanbekov yerinə Stalari, Ştul Muhamməd - Ramazanov yerinə Ştulari.
İl | 1897 | 1926 | 1937 | 1939 | 1959 | 1970 | 1979 | 1989 | 2000 | 2010 | 2021 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Dağıstan | 95 262[24] | 93 049[25] | 101 789[26] | 100 417[27] | 114 210[28] | 170 494[29] | 202 854[30] | 257 270[31] | 411 535 (2002 г.)[32] |
473 722[33] | 488 608[34] |
Azərbaycan | 63 670[35] | 69 363[36][37] | 104 789[26] | 111 666[38] | 98 211[39] | 137 250[40] | 158 057[41] | 171 395[42] | 178 000 (1999 г.)[43] |
180 300 (2009 г.)[43] |
167,570
(2019 г.) |
Umumi | 159 213[44] | 134 529[45] | 206 487[26] | 220 969[46] | 223 129[39] | 323 829[47] | 382 611[48] | 466 006[49] | 589 535 | 654 022 | 656 178 |
NOT: Son 10 ildə Ləzgi əhalinin azalmasın səbəbi, uşaqların az doğulması, gənclərin gec evlənməsi, eləcə də iqtisadi səbəblərlə başqa ölkələrə köçüb orada assimilyasiya olmalarıdır.
1989 | 2002 | 2010 | 2015 | 2020 | 2023 |
---|---|---|---|---|---|
5.5 | 3.5 | 2.7 | 2.5 | 1.7 | 1.5 |
NOT: Əhalinin sayısını eyni qalmağı üçün ümumi nəsilvermə əmsal ən az 2.2 olması mütləqdir, lakin az saylı xalqlar üçün bu əmsal ən az 3.5 olması vacibdir.
NOT: Son 10 ildə (2009-2019) Ləzgilərin umumi sayı 9.2% azalıb, Ləzgicəni öz ana dili hesab edənlər 15% azalıb, eyni zamanda rusca danışanlar 15,2% faiz çoxalıb.
Rayon | 1939-cu il[57][58] | 1959-cu il[59] | 1970-ci il[60] | 1979-cu il[61] | 1999-cu il[62] | 2009-cu il[63] | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | Əhali | % | |
Azərbaycan üzrə | 111 666 | 3.60% | 98 211 | 2.66% | 137 250 | 2.68% | 158 057 | 2.62% | 178 021 | 2.24% | 210 312 | 2.32% |
Qusar | 47 415 | 88.9% | 37 585 | 86.6% | 55 164 | 87.7% | 59 325 | 87.9% | 73 278 | 90.7% | 86 600 | 92.6% |
Bakı | 7 142 | 1.2% | 6 913 | 1.1% | 12 462 | 1.5% | 16 096 | 1.6% | 26 145 | 1.5% | 24 868 | 1.2% |
Xaçmaz | 8 489 | 15.8% | … | … | 1 | 0.0% | … | … | 0% | 24 688 | 0% | |
Qəbələ | 2 401 | 7.4% | … | … | … | … | … | … | 0.% | 16 020 | 0.25% | |
Quba | 7.3% | … | … | 0% | … | … | 0.0% | 8 952 | 0.01% | |||
İsmayıllı | 6.0% | … | … | 0% | 0.0% | 0.0% | 8 079 | 0.0% | ||||
Oğuz | 300 | 9.8% | 0.11% | 0% | 0% | 0.0% | 4 731 | 0.0% | ||||
Göyçay | 6 683 | 3.8% | 4 038 | % | 3 308 | % | 0% | 0.0% | 396 | 0.% |
Azərbaycanda ləzgilər respublikanın 20-dən çox rayonunda, həmçinin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Göyçay və başqa şəhərlərində yaşayırlar. Quba, Qusar, Xaçmaz, İsmayıllı, Qəbələ, Şəki, Qax və Oğuz ləzgilərin yığcam yaşadıqları rayonlardır[64].
Ləzgilər Azərbaycan əhalisinin 2,0%-ni təşkil edir (2009).[65] 30-cu illərdə məktəblərdə ana dilinin keçilməsinə baxmayaraq, 1936-cı ildən ləzgi dilində dərslərin keçilməsi ləğv edilmişdir. Bu, ləzgilərin assimilyasiya prosesini gücləndirmiş, xalqı yoxa çıxmaq təhlükəsi qarşısında qoymuşdur[64]. 1993-cü ildən başlayaraq Azərbaycanda ləzgi dilində dərsliklər çap edilir. Hazırda 94 məktəbdə (891 sinif) ləzgi dilində dərslər keçirilir. Həmin məktəblərdə 15 000-ə yaxın şagird təhsil alır. Ləzgilərin sıx yaşadığı Quba-Xaçmaz iqtisadi rayonunun sənayesinin əsasını yüngül və yeyinti sənayesi təşkil edir. Başlıca olaraq meyvə-tərəvəz, şərab və süd məhsulları emal edilir. Rayonun kənd yerlərində xalçaçılıq ənənəvi sənətkarlıq növü kimi inkişaf etməkdədir. Qafqazın qədim xalqlarından olan ləzgilər bu bölgənin iqtisadi inkişafında mühüm rol oynayırlar.
1918-ci ildə Ləzgi Digah kəndində baş verən Qanlı dərə soyqırımında erməni-daşnak dəstələri ayrı-ayrı mənbələrə və şahidlərə əsasən 12 minədək ləzgi, eləcə də 4 mindən çox azərbaycanlı və tat əhalini qətlə yetirmişdir. Təpədən-dırnağa kimi silahlanmış nizami qoşun hissələrinə qarşı igidliklə döyüşən yerli əhali həmin dövrdə işğalçıların 5 mindən çox əsgərini tələf etmişdir.[68]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.