Albert Səlimov
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Albert Səlimov (5 aprel 1986[1], Kaspiysk, Dağıstan MSSR[1]) — Rusiyanı və Azərbaycanı təmsil edən boksçu, Dünya və Avropa Çempionatlarının, həmçinin Avropa Oyunlarının qalibi[2]
Albert Səlimov | ||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||
Tam adı | Albert Şöhrətoviç Səlimov | |||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
Rusiya → Azərbaycan |
|||||||||||||||||||||||||||||||
Doğum tarixi | 5 aprel 1986[1] (38 yaş) | |||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||
Təhsili | ||||||||||||||||||||||||||||||||
Boyu | 170 sm. (5 ft 6 in) | |||||||||||||||||||||||||||||||
İdman növü | Boks | |||||||||||||||||||||||||||||||
Məşqçisi | Nuripaşa Talıbov | |||||||||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Albert Səlimov 2006-cı ilin iyulunda Bolqarıstanın Plovdiv şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[3] Finala gedən yolda bütün rəqibləri üzərində qələbə qazanan Albert Səlimovun final görüşündə rəqibi Azərbaycan nümayəndəsi Şahin İmranov oldu.[3] Həmin görüşdə Albert Səlimov rəqibinə 28:10 hesabı ilə qalib gəldi və Avropa Çempionatının qalibi oldu.[3] Bir il sonra, 2007-ci ildə Birləşmiş Ştatlarda baş tutan Dünya Çempionatında da Albert Səlimov bütün rəqibləri üzərində qələbə qazanaraq Dünya Çempionatının qızıl medalına sahib oldu.[4]
Son Dünya və Avropa Çempionatının qalibi olan Albert Səlimov 2008-ci ilin avqustunda Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı.[5] Turnirin təsnifat mərhələsində Albert Səlimov Ukrayna nümayəndəsi Vasili Lomaçenhoya məğlub oldu (8:14) və mübarizəsini uğursuz başa vurdu.[5]
Olimpiadadan sonra Albert Səlimovun birinci turniri 2009-cu ilin sentyabrında İtaliyanın Milan şəhərində baş tutan Dünya Çempionatı oldu.[6] Həmin turnirdə Albert Səlimov yarım-final mərhələsinə məğlub olaraq Dünya Çempionatının bürünc medalına sahib oldu.[6] 2010-cu ildə Albert Səlimov Rusiyada baş tutan Avropa Çempionatının qalibi oldu.[7]
2011-ci il isə Albert Səlimov üçün bir mövsüm oldu. İyunda Avropa Çempionatında mübarizə aparmayan Albert Səlimov sentyabrda Azərbaycanda baş tutan Dünya Çempionatında birinci görüşündəcə turnirdən uzaqlaşdırıldı.[8] Bundan sonra Albert Səlimov tədricən Rusiya yığmasının heyətində "bir nömrə" adını itirdi. 2015-ci ildə Albert Səlimov Azərbaycan yığmasının heyətinə cəlb edildi. Albert Səlimov həm də bir müddət WSB-də çıxış edən "BAKU Fires"da mübarizə apardı.
2015-ci ilin iyununda Albert Səlimov Azərbaycan bayrağı altında Birinci Avropa Oyunlarında mübarizə apardı.[9] Kişilərin 60 Kq. turnirində çıxış edən Albert Səlimov turnirin 1/8 final mərhələsində Gürcüstan nümayəndəsi Otar Eranosyan ilə üz-üzə gəldi.[9] İyunun 20-də baş tutan həmin görüşdə Albert Səlimov rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/4 final mərhələsinə adladı.[9] Bu mərhələdə onun rəqibi Bolqarıstan nümayəndəsi Elian Dimitrov oldu.[9] Bu görüşdə də Albert Səlimov rəqibinə qalib gəldi (3:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı.[9] Finala gedən yolda onun rəqibi İrlandiya nümayəndəsi Sean Komb oldu.[9] İyunun 26-da baş tutan həmin görüşdə Albert Səlimov rəqibi üzərində qələbə qazandı (3:0) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı.[9] Həlledici görüşdə isə onun rəqibi Fransa nümayəndəsi Sofian Oumiha oldu.[9] İyunun 27-də baş tutan final görüşündə Albert Səlimov rəqibinə qalib gəldi (3:0) və Birinci Avropa Oyunlarının qalibi oldu.[9]
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Albert Şöhrətoviç Səlimov "Şöhrət" ordeni ilə təltif edildi.[10]
2015-ci ilin əsas turniri Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatı oldu.[11] Dörd ildən sonra Dünya Çempionatında çıxış edən Albert Səlimov turnirin final görüşündə Kuba nümayəndəsi Lazaro Alvareza məğlub oldu və Dünya Çempionatını gümüş medalla başa vurdu.[11]
Albert Səlimov 2016-cı ilin avqustunda Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunarında təmsil elədi.[12] Təsnifat mərhələsindən azad olan Albert Səlimov olimpiadanın 1/8 final mərhələsində İrlandiya nümayəndəsi Devid Coyze ilə üz-üzə gəldi.[12] Avqustun 9-da baş tutan görüşdə Albert Səlimov rəqibi üzərində 3:0 hesabı ilə inamlı qələbə qazandı və turnirin 1/4 final mərhələsinə vəsiqə qazandı.[12] Yarım-finala gedən yolda onun rəqibi Fransa nümayəndəsi Sofian Umiha oldu.[12] Albert Səlimov həmin rəqibinə 2015-ci il ərzində həm Avropa Oyunlarında, həm də Dünya Çempionatında qalib gəlmişdi.[12] Bu səfər də görüşün favoriti Albert Səlimov hesab olunurdu.[12] Avqustun 12-də baş tutan görüşdə Albert Səlimov gözlənilmədən rəqibinə 0:3 hesabı ilə məğlub oldu.[12] Medalın bir addımlığında mübarizəsini dayandıran Albert Səlimov nəticədə Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.[12]
Albert Səlimov 2016-cı ildə idmanla vidalaşdı.
Avropa Çempionatı | Bolqarıstan | |||
Dünya Çempionatı | ABŞ | |||
Olimpiya Oyunları | Çin | |||
Dünya Çempionatı | İtaliya | |||
Avropa Çempionatı | Rusiya | |||
Dünya Çempionatı | Azərbaycan | |||
Avropa Oyunları | Azərbaycan | |||
Dünya Çempionatı | Qətər | |||
Olimpiya Oyunları | Braziliya |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.