Azərbaycan Premyer Liqası

Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ən yüksək liqa From Wikipedia, the free encyclopedia

Azərbaycan Premyer Liqası

Azərbaycan Premyer Liqası və ya Misli Premyer LiqasıAzərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir. Hazırda Misli Premyer Liqasında 10 futbol klubu iştirak edir. Azərbaycan Premyer Liqasının mövsümü adətən avqust ayından maya kimi keçirilir. Premyer Liqanın qalibi UEFA Çempionlar Liqasının 1-ci pley-off mərhələsində yer alır.

Cəld faktlar Ölkə, Konfederasiya ...
Ölkə Azərbaycan
Konfederasiya UEFA
Açılış ili 1992
İlk sezon 1992
Komandaların sayı 10
Liqalar sistemində səviyyə 1
Aşağı liqa Azərbaycan Birinci Liqası
Digər kubok(lar) Azərbaycan Kuboku
Beynəlxalq kubok(lar)

UEFA Çempionlar Liqası
UEFA Avropa Liqası

UEFA Konfrans Liqası
Son çempion Qarabağ (11-ci dəfə)
Ən uğurlu komanda Qarabağ (11 dəfə)
TV partnyoru CBC Sport
Veb səhifəsi www.pfl.az
Azərbaycan Premyer Liqası 2024/2025
Bağla

Çempionat 1992-ci ildən 2007-ci ilə qədər Yüksək Liqa, 2007-ci ildən sonra Azərbaycan Premyer Liqası adı altında fəaliyyət göstərir. 1992-ci ildən 10 klub Azərbaycan Premyer Liqasının qalibi olmuşdur. Azərbaycan Premyer Liqasının ən uğurlu komandası "Qarabağ"-dır. Hazırkı çempion "Qarabağ" 2023–24 mövsümündə 11-cu dəfə bu titulu qazanmışdır.

Tarixi

1990-cı illər

1990-cı illərdə liqada əsasən "Neftçi", "Qarabağ", "Kəpəz", "Turan Tovuz FK" və "Şəmkir" hökmranlıq edib. 1997-ci ildə "Kəpəz" Azərbaycan Premyer Liqası tarixində ən uzun qələbə seriyasına imza atmışdır.[1] Gəncəlilər 1997/98 mövsümündə başlayan və 1998/99 mövsümündə başa çatan seriya müddətində 20 görüşdə qələbələri sıralayıb.[1]

2000-ci illər

2000-ci illərin ortasında iqtisadi böhran yerli klublara ciddi zərbə vurdu və nəticədə, "Xəzri Buzovna", "Şəfa" və "ANS Pivani Bakı" kimi klublar mövcüdluğunu dayandırdı. Premyer Liqa klublarının 2002-ci ilin aprelində çempionatın dayandırması və AFFA ilə pikə çatan gərginlik, FİFAUEFA-nın 2 illik sanksiyası ilə bitdi.[2][3][4] Yarışı yarımçıq dayandıran klublar öz yaratdıqları Təşkilat Komitəsinin təşəbbüsü ilə çempionatı davam etdirdi.[5] Lakin "alternativ çempionat" kimi tarixə düşən həmin turnir qeyri-rəsmi hesab edildi.[5] Ölkədə "böyük futbol"un faktiki olaraq yoxa çıxması ilə nəticələnən münaqişədən sonra çox sayda oyunçu xaricə üz tutdu.[5] Xaricə yollana bilməyənlərin bir qismi alternativ çempionatda, digərləri isə futzal yarışlarında çıxış etməyə başladı.[5]

Yeni əsrdə Neftçinin çempionatda hegemonluğuna "Xəzər Lənkəran", "İnter Bakı"[q 1] və "Bakı" kimi yeni rəqiblər son qoymağa çalışırdı. 2005-ci ildə "Neftçi" çempionatın sonunda "Xəzər Lənkəran" klubu ilə eyni xal yığdığı üçün çempionu müəyyənləşdirmək üçün "Qızıl oyun" keçirildi.[6] Gəncə şəhər stadionunda keçirilən oyunda "Neftçi" "Xəzər Lənkəran"ı 2:1 hesabı ilə üstələyərək, ardıcıl ikinci dəfə çempionluğu bayram etdi.[6] Ağasəlim Mircavadovun rəhbərliyi altında "Xəzər Lənkəran" iki dəfə Azərbaycan Kubokunu qazanmış, 2006-cı ildə isə çempion olmuşdur.[7] 2022-ci ildə "Keşlə" futbol klubu rəsmən "Şamaxı" adlandırılıb.[8]

2010-cu illər

Thumb
2011/2012 Azərbaycan Premyer Liqasının kuboku "Neftçi PFK"nın muzeyində.

2010-cu ildə "Neftçi" altı uğursuz ildən sonra çempion oldu.[9][10] Növbəti mövsümdə "Neftçi" yeddinci dəfə Azərbaycan çempionu oldu.[11] 2012-ci ilin avqustun 30-da Böyükağa Hacıyevin rəhbərlik etdiyi "Neftçi" səfərdə APOEL-ə 3:1 (İlk oyun: 1:1) hesabı ilə qalib gələrək Azərbaycan futbol tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.[12] Növbəti mövsümdə "Neftçi" ardıcıl 3-cü dəfə ölkə çempionu oldu.[13]

2013-cü ildən başlayaraq Azərbaycan Premyer Liqasında "Qarabağ" hegemonluq edir.[14] Həmin mövsüm "Qarabağ" 21 ildən sonra ikinci çempionluğu qeyd etdi.[15] 2014-cü ildə "Qarabağ" Azərbaycan futbolunda avrokubokların qrup mərhələsinə vəsiqə qazanan ikinci, 2015-ci ildə "Qəbələ" üçüncü klub kimi tarixə düşdü.[16] 2016-cı ildə "Qarabağ" ardıcıl 4-cü dəfə ölkə çempionu oldu.[17] 2017-ci il avqustun 24-də "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.[18] Həmin ildə Azərbaycan Premyer Liqası Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) dünyanın ən yaxşı çempionatlarının reytinq siyahısında 33-cü yerdə qərarlaşıb.[19]

2018-ci il aprelin 22-də "Qarabağ" ardıcıl beşinci dəfə çempion titulunu qazanıb.[20]

2020-ci illər

2020-ci ildə COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statisitikasının yüksəlməsi, Azərbaycan ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümündə çempionat və kubok yarışı dayandırılıb.[21] Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib.[21] Bunun nəticəsində "Qarabağ" ardıcıl 7-ci, ümumilikdə 8-ci dəfə çempionluq əldə edib.[21]

2021-ci ildə "Neftçi" Azərbaycan Premyer Liqasının yekun turunda yeddi ilin hegemonu olmuş "Qarabağ"a 1:0 hesabı ilə üstün gələrək ölkə çempionu olub.[22]

3 fevral 2025-ci ildə AFFA İcraiyyə Komitəsinin açıqlanan qərarına əsasən, 2025/2026-cı illər mövsümündən komanda sayı 10-dan 12-yə artırılıb. Eyni zamanda Misli Premyer Liqasında 2025/2026-cı illər mövsümündən legioner limitinin ləğvi qərara alınıb. Yeni mövsümdən legioner limitində aşağıdakı kriteriyalar tətbiq olunacaq:

Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu ola bilər.

Meydanda eyni anda 11 əcnəbi futbolçu oynaya bilər.

Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:

1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN

8-dən 12-yə qədər: 10.000 (on min) AZN

13-dən 15-ə qədər: 100.000 (yüz min) AZN

16 və daha yuxarı: 200.000 (iki yüz min) AZN[23]

Korporativ strukturu

13 iyun 2008-ci ildən Azərbaycan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan Birinci LiqasıAzərbaycan Kuboku yarışlarını təşkil edir.[24] Quruma Ramin Musayev rəhbərlik edir.[25]

Hazırda Azərbaycan Premyer Liqasının üç klubu — "Neftçi", "Qarabağ" və "Qəbələ" Avropa Klublar Assosiasiyasının (ECA) üzvüdür.[26] Avropa Klublar Assosiasiyası UEFA Klub Müsabiqələri Komitəsinə üç üzv seçilməsinə nəzarət edir; hansı ki, Çempionlar Liqası və UEFA Avropa Liqası kimi UEFA müsabiqələrində əməliyyatlarında rol oynayır.[27]

Müsabiqə formatı

Hazırda Azərbaycan Premyer Liqasında 10 futbol klubu iştirak edir. Mövsüm ərzində (avqustdan maya qədər) hər klub rəqibləri ilə dörd dəfə (dairəvi sistem) görüşür: iki dəfə öz sahəsində, iki dəfə səfərdə. Cəmi 36 oyun keçirilir. Komandalara qələbəyə görə üç xal, heç-heçəyə görə bir xal və məğlubiyyətə görə sıfır xal verilir. Komandalar ümumi xallar, sonra qol fərqləri ilə və daha sonra vurulan qollarla sıralanır. Əgər vəziyyət eynidirsə, komandalar eyni mövqedə yer alır.

Aşağıda Azərbaycan Premyer Liqasının tarixi boyu komandaların sayı qeyd olunur:

  • 26 klub = 1992
  • 20 klub = 1993
  • 16 klub = 1993–1994
  • 13 klub = 1994–1995
  • 11 klub = 1995–1996
  • 16 klub = 1996–1997
  • 15 klub = 1997–1998
  • 14 klub = 1998–1999
  • 12 klub = 1999–2000
  • 11 klub = 2000–2001
  • 12 klub = 2001–2002
  • 14 klub = 2003–2004
  • 18 klub = 2004–2005
  • 14 klub = 2005–2006
  • 13 klub = 2006–2007
  • 14 klub = 2007–2009
  • 12 klub = 2009–2013
  • 10 klub = 2013–2016
  • 8 klub = 2016–2022
  • 10 klub = 2022–cari

Avrokuboklar üçün kvalifikasiya

Azərbaycan Premyer Liqasında birinci yer tutan komanda UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə, ikinci və üçüncü yer tutan komandalar isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanır. Azərbaycan Kubokunun qalibi UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanır. Əgər Azərbaycan Kubokunun qalibi avrokuboklara vəsiqə qazanıbsa, o zaman Azərbaycan Premyer Liqasında dördüncü yer tutan komanda UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinə, ikinci yeri tutan isə UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanır.

Klublar

Azərbaycan Premyer Liqası 2023–24 komandalarının xəritədə yeri.
Qarabağ FK Ağdam şəhərini təmsil edir, amma Ağdamın işğalı səbəbindən ev oyunlarını Bakıda keçirir.

Stadionları və yerləri

Qeyd: Cədvəl əlifba sırası ilə siyahlanıb

Azərbaycan klubları Avrokuboklarda

30.01.2025 tarixinə

Əlavə məlumat n, Komandalar ...
n Komandalar O Q H M Toplar Top fərqi Xal
1 "Qarabağ" Ağdam 190704674228:252-24256
2 "Neftçi" Bakı 8226203695:127-3298
3 "Inter" Bakı 3514101143:33+1052
4 "Qəbələ" 421172441:66-2540
5 "Zirə" Bakı 1464418:19-122
6 "Bakı" 1845916:34-1817
7 "Xəzər-Lənkəran" 1827914:33-1913
8 "Sabah" Bakı 840412:11+112
9 "Karvan" Yevlax 62133:6-37
10 "Kəpəz" Gəncə 1421116:30-247
11 "MKT-Araz" İmişli 41121:3-24
12 "Bakı Fəhləsi" 21011:103
13 "Şəmkir" FK 101097:21-143
14 "AZAL" Bakı 40223:5-22
15 "Sumqayıt" 40223:13-102
16 "Xəzri" Buzovna 20110:2-21
17 "Səbail" Bakı 20024:6-20
18 "Simurq" Zaqatala 20020:4-40
19 "Turan" Tovuz 20020:7-70
20 "Şəfa" Bakı 20020:7-70
21 "Viləj" Masallı 40042:10-80
Bağla

Çempionlar və bombardirlər

Əlavə məlumat Mövsüm, Çempion ...
Mövsüm Çempion İkinci Üçüncü Bombardir
1992 Neftçi Xəzər Sumqayıt Turan Tovuz FK Azərbaycan Nazim Əliyev (Xəzər Sumqayıt, 39 qol)
1993 Qarabağ Xəzər Sumqayıt Turan Tovuz FK Azərbaycan Samir Ələkbərov (Neftçi, 16 qol)
1993–94 Turan Tovuz FK Qarabağ Kəpəz Azərbaycan Musa Qurbanov (Turan Tovuz FK, 35 qol)
1994–95 Kəpəz Turan Tovuz FK Neftçi Azərbaycan Nazim Əliyev (Neftçi, 26 qol)
1995–96 Neftçi Xəzri Buzovna Kəpəz Azərbaycan Fazil Pərvərov (Kəpəz, 23 qol) / Azərbaycan Rövşən Əhmədov (Kəpəz, 23 qol)
1996–97 Neftçi Qarabağ Xəzri Buzovna Azərbaycan Qurban Qurbanov (Neftçi, 34 qol)
1997–98 Kəpəz Bakı Şəmkir Azərbaycan Nazim Əliyev (Bakı, 23 qol)
1998–99 Kəpəz Şəmkir Neftçi Azərbaycan Alay Bəhramov (Viləş Masallı, 24 qol)
1999–00 Şəmkir Kəpəz Neftçi Azərbaycan Badri Kvaratsxeliya (Şəmkir, 16 qol)
2000–01 Şəmkir Neftçi Viləş Masallı Azərbaycan Paşa Əliyev (Bakılı Bakı, 12 qol)
2001–02 AFFA və klublar arasında yaranan münaqişəyə görə çempionat yarımçıq dayandırılmış və nəticələr hesaba alınmayıb.[28]
2002–03 AFFA və klublar arasında yaranan münaqişəyə görə futbol çempionatı təşkil edilməyib.[29]
2003–04 Neftçi Şəmkir Qarabağ Azərbaycan Samir Musayev (Qarabağ, 20 qol)
2004–05 Neftçi Xəzər Lənkəran Karvan Azərbaycan Zaur Ramazanov (Karvan, 21 qol)
2005–06 Bakı Karvan Neftçi Kot-d'İvuar Yakuba Bamba (Karvan, 16 qol)
2006–07 Xəzər Lənkəran Neftçi Bakı Azərbaycan Zaur Ramazanov (Xəzər Lənkəran, 20 qol)
2007–08 İnter AZAL Neftçi Azərbaycan Xəqani Məmmədov (İnter, 19 qol)
2008–09 Bakı İnter Simurq Uruqvay Valter Quqlemon (İnter, 17 qol)
2009–10 İnter Bakı Qarabağ Azərbaycan Fərid Quliyev (Standard Bakı, 16 qol)
2010–11 Neftçi Xəzər Lənkəran Qarabağ Gürcüstan Georgi Adamiya (Qarabağ, 18 qol)
2011–12 Neftçi Xəzər Lənkəran İnter Özbəkistan Bahodir Nəsimov (Neftçi, 16 qol)
2012–13 Neftçi Qarabağ İnter Çili Nikolas Kanales (Neftçi, 26 qol)
2013–14 Qarabağ İnter Qəbələ Braziliya Reynaldo (Qarabağ, 22 qol)
2014–15 Qarabağ İnter Qəbələ Azərbaycan Nurlan Novruzov (Bakı, 15 qol)
2015–16 Qarabağ Zirə Qəbələ İspaniya Dani Kintana (Qarabağ, 15 qol)
2016–17 Qarabağ Qəbələ İnter Azərbaycan Rauf Əliyev (İnter, 11 qol)
Xorvatiya Filip Ozobiç (Qəbələ, 11 qol)
2017–18 Qarabağ Qəbələ Neftçi Fransa Baqali Dabo (Qəbələ, 13 qol)
2018–19 Qarabağ Neftçi Səbail Azərbaycan Mahir Emreli (Qarabağ, 16 qol)
2019–20 Qarabağ Neftçi Keşlə Azərbaycan Mahir Emreli (Qarabağ, 7 qol)
Fransa Baqali Dabo (Neftçi, 7 qol)
Fransa Stiven Josef-Monroz (Neftçi, 7 qol)
İran Peyman Babayi (Sumqayıt, 7 qol)
2020–21 Neftçi Qarabağ Sumqayıt Azərbaycan Namiq Ələsgərov (Neftçi, 19 qol)
2021–22 Qarabağ Neftçi Zirə Braziliya Kadi (Qarabağ, 12 qol)
2022–23 Qarabağ Sabah Neftçi Azərbaycan Ramil Şeydayev (Qarabağ , 22 qol)
2023–24 Qarabağ Zirə Sabah Braziliya Juninyo (Qarabağ, 20 qol)
Bağla

Mükafatçı klublar






Thumb

Ən uğurlu klublar (%)   Qarabağ (36 %)  Neftçi (27 %)  Kəpəz (9 %)  Digər klublar (28 %)

Əlavə məlumat Klub, Medallar ...
n Klub 1 2 3 Medallar Çempionluq mövsümləri
1 Qarabağ 11 4 4 19 1993, 2013–2014, 2014–2015, 2015–2016, 2016–2017, 2017–2018, 2018–2019, 2019–2020, 2021–2022, 2022–2023, 2023–2024
2 Neftçi 9 5 7 21 1992, 1995–1996, 1996–1997, 2003–2004, 2004–2005, 2010–2011, 2011–2012, 2012–2013, 2020–2021
3 Kəpəz
3
1 2 6 1994–1995, 1997–1998, 1998–1999
4 İnter 2 3 4 9 2007–2008, 2009–2010
5 Şəmkir 2 2 1 5 1999–2000, 2000–2001
6 Bakı 2 2 1 5 2005–2006, 2008–2009
7 Xəzər-Lənkəran 1 3 0 4 2006–2007
8 Turan 1 1 2 4 1993–1994
9 Qəbələ 0 2 3 5
10 Zirə 0 2 1 3
11 Xəzər Sumqayıt 0 2 0 2
12 Sabah 0 1 1 2
13 Karvan 0 1 1 2
14 Xəzri 0 1 1 2
15 AZAL 0 1 0 1
16 Sumqayıt 0 0 1 1
17 Səbail 0 0 1 1
18 Simurq 0 0 1 1
19 Viləş 0 0 1 1
Bağla

Dubllar

Azərbaycan SSR çempionları

Sponsorluq və loqo

Thumb
Unibank Premyer Liqasının loqosu

2009-cu ilə qədər Azərbaycan Premyer Liqasının sponsoru olmayıb. 2009-cu ilin sentyabrında "Unibank" və Peşəkar Futbol Liqası arasında sponsor sazişinin imzalandı və ölkə çempionatına ilk dəfə kommersiya strukturu tərəfindən sponsorluq edildi.[30] 2012-ci ildən 2019-cu ilə qədər Azərbaycan Premyer Liqasına "Topaz" bukmeker şirkəti sponsorluq edib.[31][32][33]

2020-ci il avqustun 2-də Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının yeni loqosunu təqdim edib. Yeni loqo qartal, alov və dalğa ilə əhatələnən futbol topu elementləri üzərində qurulub.[34]

Əlavə məlumat Period, Sponsor ...
Period Sponsor Name
1992–2009Sponsor olmayıbYüksək Liqa (YL) / Azərbaycan Premyer Liqası (APL)
2009–2012UnibankUnibank Premyer Liqası (UPL)
2012–2019TopazTopaz Premyer Liqası (TPL)
2019–2022Sponsor olmayıbAzərbaycan Premyer Liqası (APL)
2022–h.h. Misli Misli Premyer Liqası (MPL)
Bağla

Maliyyə

Azərbaycan Premyer Liqası başladığı ildən, 32-dən çox klub müflis olub.[35] 2000-ci illərin ortasında APL və Azərbaycan Birinci Liqası arasında uçurum yaranması futbol ekspertləri tərəfindən tənqid olunmuşdur.[36] 2008-ci ildən 2016-cı ilə qədər Azərbaycan Premyer Liqasına külli miqdarda vəsait axmağa başladı.[37][38]

2015-ci ildən Azərbaycan Premyer Liqası klublarında çıxış edən 21 və 23 yaşadək yerli futbolçuların maaşına limit tətbiq olunur.[39] 21 yaşadək futbolçuların illik maaşı maksimum 30 min AZN-dək, 23 yaşadək futbolçuların illik maaşı maksimum 50 min AZN-dək müəyyənləşdirilib.[39] Azərbaycan milli futbol komandasının heyətində mövsüm ərzində oyunların 50 faizində iştirak edən futbolçuların maaşı klub tərəfindən maksimum 25 faiz artırıla bilər.[39] AFFA-nın İcraiyyə Komitəsinin qərarına riayət etməyən, formal olaraq müəyənləşdirilmiş maaş göstərən, lakin faktiki olaraq limitdən artıq maaş verən klublar müəyyənləşdirilərək cəzalandırılır.[39]

Azərbaycan dövləti 2021-2022 mövsümündən etibarən bütün Premyer Liqa klublarına illik 3 milyon manat maliyyə dəstəyi verir. Ümumilikdə elita iştirakçılarına 30 milyon manat dəstək göstərilib. Birinci Liqada bu məbləğ 3 milyon manat, İkinci Liqada isə 700 min manat olub.[40]

Medianın işıqlandırması

2009-cu ildə PFL və AzTV Qapalı Səhmdar Cəmiyyəti arasında Azərbaycan Premyer Liqası və Kubokunun oyunlarının eksklüziv çəkiliş və yayım hüququna dair müqavilə imzalanıb.[41] 2009-cu ildən 2015-ci ilə qədər Azərbaycanda Premyer Liqa İdman Azərbaycan TV tərəfindən yayımlanırdı. 2015/16 mövsümündə Azərbaycan Premyer Liqasının yayım hüququ üçün tender təşkil olundu.[42] Tenderin qalibi CBC Sport oldu.[43]

Statistika və rekordlar

Premyer Liqada olan oyunçular mövsümün sonuna kimi Azərbaycan Premyer Liqasının Qızıl Butsu üçün rəqabət aparırlar.

Nazim Əliyev APL-nin tarixində ən çox qol vuran futbolçudur.[44] 1995–96 mövsümündə N. Əliyev APL-də ilk 100 qol vuran oyunçu olmuşdur. O vaxtdan bəri, 10 digər oyunçular da 100 qol nişanına çatmışlar.[45]

APL-də ən çox oyun keçirən futbolçu isə Rahid Əmirquliyevdir.[46]

Qalın şriftlərlə göstərilən oyunçular hələ karyerasını davam etdirir:

Thumb
Xəqani Məmmədov Azərbaycan Premyer Liqasında ən çox qol vurmuş oyunçulardan biridir.
Əlavə məlumat Oyunçu, Dövr ...
Ən çox qol vurmuş oyunçular[45]
Oyunçu Dövr Klub[47] Qol
1 Azərbaycan Nazim Əliyev 1992–1999 Xəzər Sumqayıt 183
2 Azərbaycan Müşfiq Hüseynov 1992–2007 Qarabağ 125
3 Azərbaycan Rövşən Əhmədov 1992–2003 Kəpəz 116
4–5 Azərbaycan Qurban Qurbanov 1990–2006 Neftçi 115
4–5 Azərbaycan Samir Ələkbərov 1992–2001 Neftçi 115
6 Azərbaycan Alay Bəhramov 1992–1999 Viləş Masallı 108
7 Azərbaycan Nadir Nəbiyev 1995–2012 Turan Tovuz FK 103
8–9 Azərbaycan Vadim Vasilyev 1994–2007 Bakı Fəhləsi 102
8–9 Azərbaycan Xəqani Məmmədov 1994–2012 Şamaxı 102
10 Azərbaycan Kənan Kərimov 1995–2012 Şəmkir 101
Bağla
Thumb
Rəşad Abdullayev Azərbaycan Premyer Liqasında ən çox oyun keçirmiş oyunçulardan biridir.
Əlavə məlumat Oyunçu, Dövr ...
Ən çox oyun keçirən oyunçular[48][49][50][51]
Oyunçu Dövr Klub[52] Oyun
1 Azərbaycan Rahid Əmirquliyev 2003–2023 Xəzər Lənkəran 457[53]
2 Azərbaycan Mahmud Qurbanov 1992–2012 Kəpəz 421
3 Azərbaycan Rəşad Sadiqov 1998–2018 Neftçi 392
4 Azərbaycan Azər Məmmədov 1992–2012 Kəpəz 388
5 Azərbaycan Aslan Kərimov 1992–2011 Qarabağ 382
6 Azərbaycan Rəşad Abdullayev 1994–2017 Xəzər Lənkəran 378
7 Azərbaycan Maksim Medvedev 2006–2024 Qarabağ 376
8 Azərbaycan Elvin Məmmədov 2004–2023 Şamaxı 376
9 Azərbaycan Asif Məmmədov 2004–h.h. Qəbələ 373
10 Azərbaycan Aqil Məmmədov 1992–2011 Turan Tovuz FK 363
Bağla

Mükafatçı baş məşqçilər

Thumb
Qurban Qurbanovun rəhbərliyi altında "Qarabağ" Azərbaycan Premyer Liqasında on dəfə qalib olmuşdur.

Azarkeş sayı

Thumb
"Neftçi" azarkeşləri "Qarabağ"la oyunda
Thumb
"Qarabağ" futbol komandasına aid olan "İmarət" azarkeş qrupunun banneri
Əlavə məlumat Mövsüm sayı, Ümumi azarkeş sayı ...
Mövsüm sayı
Ümumi azarkeş sayı
Orta azarkeş sayı
İst.
2001–02187,9291,099[54]
Liqa ləğv olunub[q 2]---
2003–04195,8401,360[55]
2004–05470,6701,623[55]
2005–06-1,623[55]
2006–07-1,085[55]
2007–08-1,564[55]
2008–09-1,643[55]
2009–10-1,701[56]
2010–11-1,871[56]
2011–12-2,299[57]
2012–13-2,381[58]
2013–14-1,703[59]
2014–15-1,537[60]
2015–16-1,521[61]
2016–17-2,587[61]
2017–18-2,016[61]
2018–19-2,022[61]
2019–20-1,012[61]
Bağla

Mükafatlar

Kubok

Çempionluq kuboku PFL-in sifarişinə əsasən, Fransanın "Arthus-Bertrand" şirkəti hazırlayır və hər mövsümun sonu Azərbaycan Premyer Liqasının qalibinə təqdim olunur.[62][63]

Ayın və ilin oyunçusu

Mövsün ərzində "Ayın futbolçusu" və "İlin futbolçusu" futbol klublarının baş məşqçiləri, komandaların kapitanları və idman jurnalistləri arasında PFL tərəfindən keçirilən sorğuya əsasən müəyyənləşir.[64] Qalib oyunçuya PFL və sponsorun hədiyyələri və pul mükafatı təqdim olunur. 2014-cü ildən "Ayın futbolçusu" mükafatın verilməsi dayandırılıb.

Thumb
Reynaldo "Ayın futbolçusu" mükafatını dörd dəfə qazanmışdır.
Thumb
Flavinyo "Ayın futbolçusu" mükafatını ən çox qazanan oyunçulardan biridir.
Əlavə məlumat Mövsüm, İl ...
Mövsüm İl Ay Oyunçu Klub
2009–10 2009 Oktyabr Azərbaycan Vaqif Cavadov Qarabağ
2009–10 2010 Noyabr Braziliya Mario Souza Xəzər Lənkəran
2009–10 2010 Dekabr Azərbaycan Əfran İsmayılov Qarabağ
2009–10 2010 Fevral Azərbaycan Xəqani Məmmədov Karvan
2009–10 2010 Mart Azərbaycan Araz Abdullayev Neftçi
2009–10 2010 Aprel Gürcüstan Georgi Adamiya Qarabağ
2009–10 2010 May Xorvatiya Aleksandar Şoliç Bakı
2010–11 2010 Avqust Özbəkistan Bahodir Nəsimov Neftçi
2010–11 2010 Sentyabr Azərbaycan Samir Zərgərov Kəpəz
2010–11 2010 Oktyabr Braziliya Flavinyo Neftçi
2010–11 2010 Noyabr Mərakeş Zohair Benuahi AZAL
2010–11 2010 Dekabr Azərbaycan Samir Əliyev Simurq
2010–11 2011 Fevral Azərbaycan Rauf Əliyev Qarabağ
2010–11 2011 Mart Braziliya Flavinyo Neftçi
2010–11 2011 Aprel Kosta-Rika Vinston Parks Xəzər Lənkəran
2010–11 2011 May Gürcüstan Georgi Adamiya Qarabağ
2011–12 2011 Avqust Azərbaycan Ceyhun Sultanov Kəpəz
2011–12 2011 Sentyabr Azərbaycan Rəşad Abdullayev Neftçi
2011–12 2011 Oktyabr Kosta-Rika Vinston Parks Bakı
2011–12 2011 Noyabr Braziliya Flavinyo Neftçi
2011–12 2011 Dekabr Gürcüstan Baçana Tsxadadze Şamaxı
2011–12 2012 Fevral Azərbaycan Əfran İsmayılov Qarabağ
2011–12 2012 Mart Fransa Yannik Kamanan Qəbələ
2011–12 2012 Aprel Braziliya Eder Bonfim Xəzər Lənkəran
2011–12 2012 May Litva Deividas Çesnauskis Bakı
2012–13 2013 Fevral Çili Nikolas Kanales Neftçi
2012–13 2013 Mart Rumıniya Marius Pena Bakı
2012–13 2013 Aprel Braziliya Riçard Almeyda Qarabağ
2012–13 2013 May Çili Nikolas Kanales Neftçi
2013–14 2013 Avqust Azərbaycan Cavid Hüseynov Bakı
2013–14 2013 Sentyabr Azərbaycan Əfran İsmayılov Bakı
2013–14 2013 Oktyabr Braziliya Reynaldo Qarabağ
2013–14 2013 Noyabr Azərbaycan Vaqif Cavadov Şamaxı
2013–14 2013 Dekabr İsveçrə Daniel Subotiç Qəbələ
2013–14 2014 Fevral Braziliya Reynaldo Qarabağ
2013–14 2014 Mart Braziliya Reynaldo Qarabağ
2013–14 2014 Aprel Braziliya Riçard Almeyda Qarabağ
2013–14 2014 May Braziliya Reynaldo Qarabağ
Bağla

Qeydlər

  1. 2022-ci ildən klub rəsmən "Şamaxı" adlandırılıb.
  2. AFFA və klublar arasında yaranan münaqişəyə görə bu mövsüm heç bir futbol çempionatı təşkil edilməmişdir.

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.