From Wikipedia, the free encyclopedia
"Şahdağ Quba" — Azərbaycanın Quba rayonunda futbol klubu.
Şahdağ Quba FK | |||
---|---|---|---|
Klubun tam adı | "Şahdağ Quba FK" | ||
Ölkə | Azərbaycan | ||
Rəng(lər) | Yaşıl-Qara | ||
Yaranma tarixi | 1928 | ||
Stadionu | Quba Olimpiya İdman Kompleksi Stadionu | ||
Tutumu | 5100 nəfər | ||
Prezidenti | Xanbaba Daşdı | ||
Baş məşqçisi | Qəzənfər Abbasov | ||
Liqa | Region Liqası Paytaxt-Şimal Zonası | ||
2017-2018 | III | ||
|
Ümumiyyətlə Qubada futbolun tarixi ötən əsrin 20-ci illərinə gedib çıxır. Məsələn, 1928-ci ildə 8 komandanın iştirakı ilə keçirilən Azərbaycan çempionatında Quba komandası da iştirak edib. Buna əsasən demək olar ki, rayonun futbolunun 100 ilə yaxın yaşı var. 1936-cı ildə keçirilən Azərbaycan kuboku uğurunda yarışda da Qubanın komandası olub. Bu komanda Böyük Vətən müharibəsinin başlamasına qədər fəaliyyət göstərib və yalnız müharibə başladıqdan sonra fəaliyyətinə ara verib. Müharibədən sonra isə rayonda yenidən futbolun bərpası bir qədər uzun sürüb. Belə ki, müharibə 1945-ci ildə başa çatsa da Qubada futbolun yenidən bərpası 60-cı illərdən başlayıb. 1961-ci ildə rayonda “Şahdağ”ın sələfi hesab olunan “Spartak” komandası yarandı. Komandanın adını “Spartak” olması o dövr üçün normal qarşılandı. Çünki SSRİ vaxtı “Spartak” İdman Cəmiyyəti fəaliyyət göstərirdi və bütün ittifaq üzrə geniş yayılmışdı. Qubada futbol komandasına bu adın verilməsi bu səbəbdən idi. 70-ci illərdə isə “Spartak”ın adı dəyişdirilərək bugünkü “Şahdağ” adı verildi. Bununla da Azərbaycan çempionatı və kubok oyunlarında “Şahdağ” adına rast gəlinməyə başladı. Həmin vaxt “Şahdağ”ın əsas komandasından başqa uşaq komandası da ittifaq miqyaslı yarışlarda çıxış edirdi. Məsələn, 1971-ci il keçirilən yeniyetmələr arasında “Dəri” kuboku üzrə SSRİ kubokunun qalibi də məhz “Şahdağ” olmuşdu. Həmin turnir tək Qubanın yox, bütün Azərbaycanın futbol tarixinə düşdü. İş ondadır ki, “Şahdağ” finalda Ermənistanın “Lusaşok” komandası ilə üz-üzə gəlirdi. Hazırkı Tofiq Bəhramov adına Respubika stadionunda baş tutan matçın baş hakimi də elə Tofiq Bəhramov olub. Onda stadion Leninin adını daşıyırdı. Oyunda hesabı ermənilər açsalar da, ilk hissənin sonuna kimi “Şahdağ” bərabərlik qolunu vura bilib. İkinci hissədə isə daha bir qol vuran qubalılar, oyundan 2:1-lik qələbə ilə ayrılaraq “Dəri top” Kubokunun qalibi adına layiq görülüblər. Həmin vaxt “Şahdağ”ın baş məşqçisi Əfəndi Seyidov olmuşdu.[1]
"Spartak Quba" adlanan futbol komandası SSRİ miqyaslı yarışlarda çıxış edib. Yarandığı il Azərbaycan SSR futbol çempionatının qalibi, 1979-cu ildə isə Azərbaycan SSR Kubokunun sahibi olub.
1999-00-ci il mövsümündə I dəstədə 1-ci yeri tutan Quba təmsilçisi Güclülər dəstəsinə vəsiqə qazanıb. Lakin mövsümü uğursuz keçirərək elitada yerini qoruya bilməyib və mövsümün sonunda oranı tərk edib. Bunun ardınca isə fəaliyyətini dayandırıb. Həmin mövsüm ün ikinci dövrəsində nəticələr daha bərbad olub. Klub 2000-01 mövsümünə "Qarabağ" Ağdam ilə oyunda qazandığı bir xalla[2] başlasada bunun ardını gətirə bilmədi və “Şahdağ” 2001-ci ildə səfərdə həmin dövrün iddialı komandalarından olan “Şəmkir”ə 1:10 hesabı ilə məğlub olmuşdu ki, bu nəticə də “Şahdağ”ın ölkə çempionatlarındakı ən böyük hesablı məğlubiyyəti olub. Bu da klubun fəaliyyətini dayandırmasına təkan verdi. 2004-cü ildə rayonda 3 yaş qrupu üzrə fəaliyyət göstərən "Quba" peşəkar futbol klubu yaradılıb. Bu komanda da 2007-ci ildə maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırıb. "Şahdağ Quba" sonuncu dəfə ölkə miqyaslı yarışlarda 2008-2009-cu illərdə Azərbaycanın I divizionunda çıxış etdikdən sonra fəaliyyətini dayandırıb.[3]
2017-ci ildə FK Şahdağ Quba yenidən yardıldı və AFFA "Region Liqası"nda Paytaxt-Şimal zonası liqasında çıxış etməyə başlamdı.[4] Hələ uzun illər davam edən "Şimal rəqabəti" bu turnirdədə Quba və Qusarın Şahdağ komandaları arasında böyük rəqbətə gətirdi. Bu turnir çərçivəsində hər iki region yenidən futbol bayramına büründü. Komanda yekun nəticədə qrupda 3-cü yeri tutdu.[5] Komanda maliyyə çətinlikləri səbəbindən fəaliyyətini dayandırdı. 2019-cu ildə klub yenidən fəaliyyətə başlayıb.[6][7][8][9][10]
Komanda | Xal | Qələbə | Məğlub | Heç-heçə |
---|---|---|---|---|
Uğur Sumqayıt | 26 | 7 | 0 | 5 |
Şahdağ Qusar | 25 | 7 | 1 | 4 |
Şahdağ Quba | 14 | 4 | 6 | 2 |
Səhliyalı Şabran | 1 | 0 | 1 | 11 |
Eyni adlı iki klub tarixən rəqabətdə olmuşlar. 1999-00 mövsümündə Birinci Divizionda yolları kəsişən iki klub arasındakı ilk görüş 1ː1 hesablı bərabərliklə başa çatdı. İkinci matçda Quba klubu Qusarlıları 3-1 məğlubiyyətə uğratdı. Son divizion matçında da Quba klubu 2-1 qələbə qazanaraq Divizionun çempionu oldu. Yolları 8 il sonrada eyni turnirdə kəsişən qonşular arasında ilk matçda Qusar klubu 4-1 qələbə qazandı. İkinci matçda da 2-1 qələbə qazanan Qusar "Şahdağ"ı son görüşdə xalları yarı bölüb, 2-2 hesablı bərabərlik sayəsində. 9 il sonra Region Liqasında Qusar "Şahdağ"ı daha peşəkar olduğu üçün Quba "Şahdağ"ı üzərində 3 qələbəyə sevindi və yalnız bir matçda heç-heçə qeydə alındı. 2019-cu ilin dekabr ayında uzun aradan sonra yenidən üz-üzə gələn klubların oyununda, Qusar klubu 4-0 hesablı qələbə qazandı.
Yarış | Oyun | Şahdağ Quba |
Heç-heçə | Şahdağ Qusar |
Top fərqi |
---|---|---|---|---|---|
Azərbaycan Birinci Liqası | 6 | 2 | 2 | 2 | 10-11 |
Azərbaycan Region Liqası | 5 | 0 | 1 | 4 | 0-12 |
Cəmi | 11 | 2 | 3 | 6 | 10-23 |
Komanda məşqlərini Quba Olimpiya Kompleksinin stadionunda keçir. Çünki rayonda başqa stadion yoxdur. Əslində belə bir stadion olub. Özü də Quba Mərkəzi Stadionu. Hansı ki, rayonun ən böyük idman qurğusu sayılırdı və mənzərəli məkanda, Qudyalçayın yaxınlığında yerləşirdi. “Şahdağ” da bir vaxtlar ev oyunlarını məhz həmin stadionda keçirərdi. Deyilənə görə, çay stadiona o qədər yaxın imiş ki, topu bir az bərk zərbə vursan, gedib çaya düşərmiş. 2007-ci ildə stadionda əsaslı təmir işlərinin görülməsinə qərar verildi. Bunun üçün maliyyə də ayırılmışdı. Lakin yenidənqurma işləri zamanı ərazidə kütləvi məzarlıq aşkarlandı. Məhz bundan sonra işlər yarımçıq dayandırıldı və əraziyə aidiyyatı qurumların nümayəndələri çağırıldı. Quba şəhərinin şimalında yerləşən kütləvi məzarlıqda 1918-ci ildə ermənilər və bolşeviklər tərəfindən vəhşicəsinə öldürülmüş Azərbaycanlılar və Yahudilər basdırılıb.[11]
Baş məşqçilər | Dövrlər | Kuboklar |
---|---|---|
Rafiq Ələkbərov | 1982-2001 | 1 Azərbaycan Birinci Divizionu |
Dəyanət Əliyev | 2017-2018 | |
İbrahim Uzunca | 2019 | |
Fair Əmirquliyev | 2019-2020 | |
Qəzənfər Abbasov | 2021 |
"Şahdağ" Quba FK-un artıq uzun müddətdir ki, U-10, U-11, U-12, U-13 aşağı yaş klubları AFFA-ın təşkil etdiyi yaş qrupları üzrə liqalarında çıxış edirlər.[15]
Mövsüm | Liqa | Yer | O | Q | H | M | VQ | BQ | Xal | Kubok |
---|---|---|---|---|---|---|---|---|---|---|
1999-00 | 2-ci[16] | 1 | 12 | 6 | 3 | 3 | 14 | 12 | 21 | 1/16 final |
2000-01 | 1-ci | 11 | 20 | 0 | 1 | 19 | 5 | 63 | 1 | 1/16 final |
2008–09 | 2-ci[17] | 8 | 28 | 3 | 5 | 20 | 20 | 69 | 14 | 1/8 final |
2017-18 | Region Liqası
Şimal-Paytaxt |
3 | 12 | 4 | 6 | 2 | 15 | 23 | 14 | İştirak etməyib |
2019-20 | Region Liqası
Şimal-Paytaxt |
İştirak etməyib |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.