Şamaxı FK

futbol klubu From Wikipedia, the free encyclopedia

Şamaxı FK
Remove ads

Şamaxı FKAzərbaycanın Şamaxı şəhərini təmsil edən peşəkar futbol klubu. İkiqat Azərbaycan çempionu (2008 və 2010), və ikiqat Azərbaycan Kubokunun (2018 və 2021) qalibidir. 2023-2024 mövsümündə 1-ci Liqanın qalibi olaraq növbəti mövsümdə Preymer liqaya yüksəlib.

Cəld faktlar Klubun tam adı, Ölkə ...
Remove ads

2004-cü ilə kimi Xəzər Universiteti, 2017-ci ilə kimi "İnter", 2022-ci ilə kimi isə "Keşlə" adı altında mübarizə aparıb.

Remove ads

Tarixi

Thumb
"Keşlə" adı altında çıxış edərkən istifadə olunan loqosu.

"Şamaxı" futbol komandasının tarixi 1997-ci ildən başlayır. Azərbaycanın özəl ali təhsil ocaqlarından olan Xəzər Universitetində həmin il eyniadlı komanda yaradılmış və həvəskarlar liqasının sırasına qoşulmuşdur. Növbəti mövsümdə də (1998/1999) "Xəzər Universiteti" Həvəskarlar liqasında oynamışdır. 1999/2000 mövsümündə isə "Xəzər Universiteti" Azərbaycan çempionatının güclülər dəstəsində oynamağa başlamışdır. Yüksək liqada debütü 11-ci yerlə nəticələnən komanda 2000/2001 mövsümündə 7-ci, 2001/2002 mövsümündə isə 3-cü yeri tutmuşdur. 2002/2003 mövsümünün ölkə birinciliyi keçirilməmişdir. 2003/2004 mövsümündə "Xəzər Universiteti" uğurla çıxış etmiş və Azərbaycan çempionatını 4-cü pillədə başa vurmuşdur.

Bu nəticə "Xəzər Universiteti"nə UEFA-İntertoto kubokunda iştirak etmək hüququ qazandırdı.

  • Yarışın birinci mərhələsində "Xəzər Universiteti" Avstriyanın "Bregents" komandasını sıradan çıxardı: 3:0 (+:-) və 2:1.
  • İkinci mərhələdə isə "Xəzər Universiteti"nin rəqibi Finlandiyanın "Tampere Yunayted" komandası oldu. Komandamız ilk görüşdə 0:3 hesabı ilə uduzsa da, Bakıda keçirilən təkrar qarşılaşmada 1:0 qalib gələrək, UEFA-İntertoto Kubokunda iştirakını dayandırdı.

Beləliklə, Azərbaycan klublarının avrokubok tarixində "Xəzər Universiteti" ilk dəfə olaraq, bir avrokubok mövsümndə 3 qələbə qazandı. 2004-cü ilin yayından "Xəzər Universiteti" komandasının bütün hüquqları yeni yaradılmış "İnter-Bakı" Peşəkar Futbol Klubuna keçmiş və komanda 13-cü Azərbaycan çempionatına da "İnter-Bakı" adı ilə başlamışdır. Bir müddət sonra isə klubda struktur dəyişikliyi edilmiş və "İnter-Bakı" Peşəkar Futbol Klubu "İnter" Peşəkar İdman Klubuna çevrilmişdir. Beləliklə, futbol komandasının adı 13-cü çempionatın ortalarından rəsmi şəkildə "İnter" kimi təsdiq olunub. 13-cü çempionatda "İnter" gözəl oyunu ilə fərqlənsə də, yekun cədvəldə 7-ci pillə ilə kifayətlənib. 14-cü Milli çempionatımızda isə "İnter" medallara layiq yer tutmağa çox yaxın olsa da komanda yekun cədvəldə 4-cü yerdən yuxarı qalxa bilməmişdir. Gənc komanda olmasına baxmayaraq, 2007–2008-ci il mövsümündə ölkə çempionu olub. Növbəti çempionatda isə 2-ci yeri tutub. 2009–2010-cu il mövsümündə "İnter" ikinci dəfə Azərbaycan çempionu adını qazandı. 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 256,5 xal ilə Azərbaycan klubları arasında 4-cü, dünyada isə 465-ci pillədə başa vurmuşdur[2].

2017-ci il 28 oktyabrdan etibarən klub rəsmən "Keşlə" adlandırılıb.[3] 2022-ci ildə "Keşlə" FK-nın adının dəyişdirilərək "Şamaxı" Futbol Klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb. "Keşlə" FK-nın aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcək.[4]

Liqa və kubok tarixi

Əlavə məlumat Mövsüm, Liqa ...
Remove ads

Uğurları

  • Azərbaycan çempionatı:
    • 1Çempion Qızıl medal (2) — 2007/2008, 2009/2010
    • 2Gümüş mükafatçı Gümüş medal (3) — 2008/2009, 2013/2014, 2014/2015
    • 3Bürünc mükafatçı Bürünc medal (3) — 2011/2012, 2012/2013, 2019/2020
  • Azərbaycan Kuboku:
    • 1Çempion Qızıl medal (2) — 2017/2018, 2020/2021
    • 2Gümüş mükafatçı Finalçı (4) — 2004/2005, 2007/2008, 2008/2009, 2010/2011
  • Azərbaycan Birinci Liqası:
    • 1Çempion Qızıl medal (1) — 2023/2024
  • Birlik Kuboku:

Keşlə Avrokuboklarda

Son yenilənmə: 2020-ci il

Əlavə məlumat Turnir, Oyunlar ...
Əlavə məlumat Mövsüm, Turnir ...

Heyəti

19 yanvar 2025 tarixində yenilənib
Əlavə məlumat Nömrə, Ölkə ...
Remove ads

İstinadlar

Loading content...

Xarici keçidlər

Həmçinin bax

Loading content...
Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads