Tovuz şəhər stadionu
From Wikipedia, the free encyclopedia
Remove ads
Tovuz şəhər stadionu — Azərbaycanın Tovuz şəhərində stadion. Turan Tovuz ev oyunlarını bu stadionda keçirir.
Remove ads
1979-cu ilin sentyabr ayının 5-də Tovuz şəhər stadionu istifadəyə verilib. Həmin gün "Məhsul" ilə "Neftçi" komandası arasında yoldaşlıq görüşü keçirilib. 1981-ci ildə stadionda əsaslı təmir işləri aparıldıqdan sonra areanın açılış mərasimi keçirilib.
1992-ci ildə "Turan" komandasının yaradıcısı Vidadi Əhmədov komandanı gücləndirməklə yanaşı Mərkəzi stadiondada tikinti-quraşdırma işlərini həyata keçirib. Həmin dövrdə ilk dəfə olaraq drinaj sistemi düzəldildi və tribunanın üstü örtüldü. 2004-cü ildə Tahir Yusifovun rəhbərliyi dövründə dövlətin maliyyə dəstəyi ilə stadion ərazisində tikintisi yarımçıq qalmış baza istifadəyə verildi və stadionda yenidənqurma işləri aparıldı. Tribunalara 6500 ədəd oturacaq quraşdırıldı.[1]
Remove ads
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads