Belarus Respublikası[6] (əvvəlki yazılışı: Belorus;[7] belar. Рэспубліка Беларусь) — Avropanın şərqində dövlət, dənizə çıxışı yoxdur.[8] Ölkə şimal-şərqdən Rusiya Federasiyası, cənubdan Ukrayna, qərbdən Polşa, şimal-qərbdən isə LitvaLatviya ilə həmsərhəddir. Paytaxtı və ən çox əhalisi olan şəhəri Minskdir. 207,600 kvadrat kilometr sahəsinin təqribən 40%-i meşə ilə örtülüdür. İqtisadiyyatın əsas sahələri xidmət sənayesi və istehsalatdır.[9] XX əsrə qədər müasir Belarus dövlətinin yerləşdiyi ərazidə Polotsk knyazlığı, Böyük Litva knyazlığı, Reç PospolitaRusiya imperiyası kimi dövlətlər hökmranlıq etmişdir.

Cəld faktlar Tarixi, • SSRİ-dən müstəqillik: ...
Belarus
belar. Рэспубліка Беларусь
Thumb Thumb
Bayraq Gerb
Hospitality Beyond Borders
Himn: "Biz belarusuq", belar. "Мы, беларусы"
Thumb
Tarixi
  SSRİ-dən müstəqillik: 25 avqust 1991
Rəsmi dilləri
Paytaxt Minsk
İdarəetmə forması Prezident respublikası
Prezident Aleksandr Lukaşenko
[ 20.VII.1994 ]
Baş Nazir Roman Qolovçenko
Sahəsi Dünyada 86-cı
  Ümumi 207560 km²
  Su sahəsi (%) 2,5
Əhalisi
  Əhali 9 505 000[3] nəfər (92-ci)
  Siyahıyaalma (2009) 9 503 807 nəf.
  Sıxlıq 46 nəf./km²
ÜDM (AQP)
  Ümumi 172,3 milyard dollar  (66-cı)
  Adambaşına 18 200 dollar  (87-ci)
Valyuta Belarus rublu
İnternet domeni .by, .бел[d]
ISO kodu BY
BOK kodu BLR
Telefon kodu +375
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][5]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla
Thumb
Belarus Respublikası

1917-ci ildə Rusiyada baş vermiş inqilabdan sonra Belarus Xalq Respublikası müstəqilliyini elan etsə də, çox keçmədən ölkə Sovet Rusiyasının işğalına məruz qalır. 1922-ci ildə Sovet İttifaqının əsası qoyularkən Belorusiya Sovet Sosialist Respublikası da həmin ittifaqın qurucu üzvlərindən biri oldu. 1919–1921-ci illərdə baş vermiş Sovet-Polşa müharibəsi nəticəsində Belarus ərazisinin təqribən yarısı Polşa tərəfindən işğala məruz qaldı. Belarusun müasir sərhədləri isə 1939-cu ildə tam olaraq formalaşdı.[10][11] İkinci dünya müharibəsi ərzində baş tutmuş hərbi əməliyyatlar Belarusa çox böyük ziyan vurdu. Belə ki, bu müharibə nəticəsində Belarus əhalisinin təqribən üçdə bir hissəsini və iqtisadi resurslarının yarısından çoxunu itirdi.[12] Respublika müharibədən sonrakı dövr ərzində tədricən inkişaf etməyə başladı. Belorusiya SSR Sovet İttifaqının tərkibində olan Ukrayna SSR ilə birlikdə 1945-ci ildə əsası qoyulan Birləşmiş Millətlər Təşkilatının qurucu üzvlərindən biri olmuşdur.[13]

27 iyul 1990-cı ildə Belarus Respublikasının parlamenti ölkənin suverenliyi barədə qərar qəbul etdi və 25 avqust 1991-ci il tarixində Sovet İttifaqının dağılması prosesi ərzində öz müstəqilliyini elan etdi.[14] Aleksandr Lukaşenko 1994-cü ildən etibarən ölkənin ilk prezidenti olaraq xidmətini davam etdirir. Hal-hazırda Sovet dövründə olduğu kimi ölkə iqtisadiyyatının əsas hissəsi dövlət mülkiyyəti hesab olunur. Belarus hazırda Avropada ölüm hökmü cəzasından imtina etməyən yeganə dövlətdir.[15][16]

2000-ci ildə Belarus və Rusiya dövlətləri arasında imzalanan müqavilə nəticəsində Birlik Dövləti formalaşmışdır. Belarus əhalisinin 70%-dən çoxu urbanizasiyalaşmış ərazilərdə yaşayır. Etnik cəhətdən əhalinin 80%-dən çoxunu beloruslar, qalan hissənin böyük bir qismini isə etnik ruslar, polyaklarukraynalılar təşkil edir. 1995-ci ildə baş tutmuş referendumdan sonra ölkədə iki rəsmi dil var: belarus dilirus dili. Belarus Konstitusiyasına əsasən heç bir din rəsmi dövlət dini olaraq qəbul olunmasa da, əhalinin əksəriyyəti xristianlığın pravoslavlıq cərəyanına etiqad edir. BMT-nin qurucu üzvlərindən biri olan Belarus, həmçinin Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi BirliyiQoşulmama Hərəkatının üzvüdür. Belarus Avropa İttifaqına qoşulmağa cəhd etməsə də, bu təşkilatla ikitərəfli əməkdaşlığa sahibdir və Aİ-nin iki layihəsində (Şərq TərəfdaşlığıBakı Təşəbbüsü) iştirak edir.

Belarusda əhali danışıq dili olaraq rus dilində danışmağa üstünlük verirlər.Belarusun kəndlərində əsasən Belarus dilində danışılır.

Tarix

Belarusların əcdadları Şərqi Slavyanlardır. 6 və 8-ci əsrlər arasında şərqi slavyanlar Belarus bölgəsinə yerləşdilər və daha əvvəl burada yaşayan Fin-Ogur köklü bəzi tayfaları tərəfindən sıxışdırıldılar. IX əsrin sonunda bölgədə İsveç köklü varyaqlar tərəfindən Polotsk və Turov krallıqları quruldusa da X əsrin sonunda bu krallıqlar Kiyev Knyazlığına birləşdirildilər. X əsrdə bu bölgə Bizans İmparatorluğu tərəfindən xristianlaşdırılan Kiyev Knyazı I Vladimir tərəfindən 988-ci ildən başlayaraq xristianlaşdırıldı.

1237-ci ildə bu krallıqlar daha sonra Polotsk Krallığından ayrılan Minsk və Vitebsk krallıqları ilə birgə muxtariyyət qazansalarsa da həmin il Qızıl Orda dövlətinin vasallı oldular. Bölgə 1239–1320-ci illər arasında Litva Böyük hersoqluğu tərəfindən fəth edildi. Litvalılar dövlətlərinin paytaxtlarını Kernavadan əvvəl Grodnoya (Belarusça: Hrodna), sonra isə Novogrudok (Belarusça: Navahrudak)a köçürdülər və dövlətin rəsmi dili belarusca oldu. Ancaq XIV əsrdə dövlətin paytaxtı əvvəl Trakaiya, sonra Vilnüsa köçürüldü. Litvalılar əvvəl büdpərəstlikdən ortodoksluğa, sonra isə Polşalıların təsiri ilə XV əsrdə katolikliyə keçdilər və bu vəziyyət ortodoks inancını böyük ölçüdə qoruyan belarusların həyatını müəyyənləşdirdi. Bugünkü Belarusiyanı təşkil edən bölgə Litvaya bağlı Brześć Litewski (Bugün Brest), Vitebsk (Belarusça: Viciebsk), Novogrudok, Minsk (Belarusça: Mensk), Polock (Polotsk), Mscislaw (Mstislavl) ve Wilno (Vilnyus) bölgələrinə bölündü.

1386-cı ildə Litva Böyük Hersoqu- Jogalia, II. Wladyslaw adıyla Polşa Kralı olunca, 2 ölkə arasında Jagiellon Sülaləsi vasitəliyi ilə şəxsi birliy quruldu.Belə ki,Litva Hersoqu Jagolia ilə,Polşa Kraliçası Jadviga evləndi.Bu birlik 1569 ilində Lyublin Birliyi müqaviləsi ilə daimi bir birliyə döndü. Litvanın daimi birlikdə olmasından güclənməsı 1567'da Podlasya, Volinya, Podolya və Kijow (Kiev) bölgələrinin Polşa Kralı II. Zygmunt tərəfindən ələ keçirilməsinə yol açdı. Bu arada daha sonra Rus Çarlığı'na çevriləcək olan Moskva Knyazlığı'nın təhdidi artmağa başladı. 1514-ildə Smolenski ələ keçirən Ruslar, 1535 ildə Vilnyusa qədər gəldilər. Ruslar, Livoniya müharibəsi (1558–1582) sırasında 1563'da Polotsk'u işğal edərək Litva ordusunu Vilnyus'a qədər geri çəkməsinə baxmayaraq Polşalılar 1572 ilindən etibarən Belarusu geri aldılar və hətta 1581ildə Rusiyanın Velike Luki və Sokol şəhərlərini işğal edib, Pskov şəhərini dağıtdılar.

Coğrafiya

Əlavə məlumat No., Bölgə ...
No. Bölgə Paytaxt Belarusca Əhali
(01.01.2009 est.)[17]
Thumb
1 Minsk (paytaxt) Мiнск 1,829,100
2 Brest vilayəti Brest Брэсцкая вобласць 1,433,100
3 Qomel vilayəti Qomel Гомельская вобласць 1,464,500
4 Qrodno vilayəti Qrodno Гродзенская вобласць 1,102,800
5 Mogilyov vilayəti Mogilyov Магілёўская вобласць 1,123,100
6 Minsk vilayəti Minsk Мiнская вобласць 1,454,000
7 Vitebsk vilayəti Vitebsk Вiцебская вобласць 1,265,300
Bağla

Belarusun heç bir dənizə çıxışı yoxdur və əsasən düzən ərazilərdən ibarətdir.

Ölkə şərq tərəfdən Rusiya,cənubdan Ukrayna,qərbdən Polşayla, şimal və şimal-qərbdən Litva,

Latviyayla həmsərhəddir.

Hökumət

Ölkə prezidenti Aleksandr Lukaşenko 1994-cü il 20 İyul tarixindən ölkəni idarə edir.

Siyasət

  1. Aqrar Partiya — AP (1992)
  2. Belorus Sosial-Demokrat Partiyası (Xalq Qramadası) — BSDP-XQ (1997)
  3. Belorus Sol Partiya "Ədalətli dünya" (1992)
  4. Belorus Xalq Cəbhəsi — BXCP (1993)
  5. Belorus Kommunist Partiyası — BKP (1996)
  6. Liberal Demokrat Partiyasının (1994)
  7. Belaruslu Sosial-İdman Partiyası (1994)
  8. Belaruslu Yaşıllar Partiyası (1994)
  9. Popular Akkord Sosial Demokrat Partiyası (1997)
  10. Respublika partiya (1994)
  11. Mühafizəkar Xristian Partiyası — BPF — BPF (2000)
  12. Əmək və Ədalət Respublika Partiyası (1993)
  13. Birləşmiş Vətəndaş Partiyasının (1995)
  14. Belarus Vətən Partiyası (1994)
  15. "Belarus Sosial Demokrat Məclisi" (1998)[18]

Xarici əlaqələr

Belarusun digər ölkələrlə siyasi əlaqələri çox qarışıqdır.Belə ki,ölkə 1991-ci ildə müstəqillik qazanmasından sonra qərb dövlətləri ilə soyuq əlaqələrə malikdir.Buna səbəb Qərb dövlətlərinin Belarus prezidenti Aeksandr Lukaşenkonun onların fikrincə qeyri demokratik ölkəni idarəetməsidir.Xüsusən 2010-сu il Belarusda prezident seçkilərindən sonra bu əlaqələr daha da pisləşmişdir.

Silahlı qüvvələr

İllik hərbi xərcləri 176,1 mln. ABŞ dollarıdır.

İqtisadiyyat

Belarus güclü iqtisadi sistemə malik olmayan dövlət kimi tanınır. Belarus dünyada daha çox aqrar dövlət kimi tanınır. Ölkədə maldarlıq, əkinçilik, bitkiçilik və aqrar texnika istehsalı çox inkişaf edib. Belə ki, Belarus öz daxili yem tələbatını artıqlamasıyla ödəyir və qonşu dövlətlərə kütləvi halda süd, süd məhsulları, tərəvəz ixrac edir. Belarus 1990-сı illərdə və 2011-ci ildə defoltla üzləşmişdir.

Təsərrüfatın ixtisaslaşmasına və strukturuna əmək ehtiyatlarının bolluğu, Rusiyadan daha ucuz yanacaq və metal idxalı və yerli təbii ehtiyatları müsbət təsir göstərir. Maşınqayırmanın ixtisaslaşmış sahələri-hesablama maşınları, cihazqayırma, məişət maşınqayırması-soyuducular, paltaryuyan maşınlar, k/t maşınları və yük avtomobilləridir (Minsk, Jodino, Mogilyov). Kimya sənayesi əsas istiqaməti-süni kauçuk, şin, plastik kütlələr (Mogilev, Qrodno, Polotsk), Kalium gübrələri (Soliqorsk), meşə emalı və kağız istehsalıdır (Bobruysk, Borisovo, Vitebsk və b.). Yüngül sənayedə əsas yeri kətan parça, ayaqqabı istehsalı və b. tutur. Yeyinti sənayesi əsas sahələrdəndir, yerli xammallarla təmin olunub.Aparıcı sahələri yağ, süd-pendir, ət məhsulları istehsalı, kartofkraxmal istehsalı və b. Yanacaq-energetikanı yerli torf, Rusiyadan aldığı neft-qaz təşkil edir.

Kənd təsərrüfatında əsas yeri heyvandarlıq tutur, südlük-ətlik istiqaməti və donuzçuluq əsas yer tutur. Əkinçilikdə yem istehsalının xüsusi çəkisi böyükdür. Şimal-şərqində kətan becərilir. Taxılçılıqda əsas yeri çovdar əkinləri tutur. Kartofçuluq Belorusiyanın əsas sahəsi hesab olunur. Mərkəz hissəsində geniş yayılıb. Sıx nəqliyyat şəbəkəsinə malikdir.

Əhali

Milli tərkib

Əlavə məlumat Etnik qruplar, 1999 sa. ...
Belarus əhalisinin milli tərkibi
Etnik qruplar 1999 sa.[19] 2009 sa.[20]
cəmi10 045 2379 503 807
belorus8 159 0737 957 252
rus1 141 731785 084
polyak395 712294 549
ukraynalı237 014158 723
yəhudi27 81012 926
erməni10 1918 512
tatar10 1467 316
qaraçı9 9277 079
azərbaycanlı6 3625 567
litvalı6 3875 087
moldavan4 2673 465
türkmən?2 685
alman4 8052 474
gürcü3 0312 400
çinli?1 642
özbək1 5711 593
latış2 2391 549
qazax1 2391 355
ərəb?1 330
çuvaş2 2421 277
mordva1 677877
tacik?871
bolqar?672
yunan?617
başqırd1 091607
vyetnamlı?588
osetin?554
koreyalı?541
udmurt?481
Anadolu türkü?469
mari?416
puştun?429
eston?407
ləzgi?404
qumuq?360
fars?323
karel?302
çeçen?265
komi?212
qaqauz?204
fin?151
avar?149
çex?121
komi-permyak?109
rumın?106
m.g.?225 921
m.b.?608
digər14 8765 178
Bağla
  • Qeyd: m.g.- milliyyətini göstərməyənlər./m.b.- milliyyətini bildirməyənlər.

Dil

Belarus Respublikasının dövlət dilləri belarus və rus dilləridir.

Din

Əhalinin 80%-ni pravoslavlar, 15%-ni katoliklər təşkil edir.

Belarus tanınmış azərbaycanlıları

Azərbaycanda tanınmış beloruslar

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.