From Wikipedia, the free encyclopedia
2019-cu ilin yanvarında yeni bir mərhələyə keçən Venesuela siyasi böhranı — müxalifətin hərəkətləri nəticəsində iki güc mərkəzi ortaya çıxır. Venesuela Milli Asambleyasının Spikeri Xuan Quaydo, Nikolas Maduronun ikinci müddətə prezident seçilməsi ilə əlaqədar həyata keçirdiyi andiçmə mərasiminin ardından baş qaldıran çox minlik mitinqlərin fonunda özünü prezident səlahiyyətlərinin icraedicisi elan edir[131]. Venesuela Prezidentinin özü isə prezidentlik müddətinin sonuna qədər hakimiyyətdə qalacağını bildirir. Nikolas Maduro baş vermiş hadisəni dövlət çevrilişinə cəhd hesab edərək, bunda ABŞ hökumətini ittiham etmiş və Amerika Birləşmiş Ştatları ilə diplomatik əlaqələri kəsmişdir.
Venesuelada ağırlaşan siyası qarşıdurma dünya ictimaiyyətinin qütbləşməsinə səbəb oldu. Xuan Quaydonu ABŞ, Lima qrupu ölkələri (Meksika istisna), Amerika Dövlətləri Təşkilatı, dünyanın bir sıra ölkələri dəstəklədi[131]. 26 yanvar tarixində Avropa İttifaqı ölkələri Nikolas Maduronun 8 gün ərzində yeni seçkilərin keçirilməsi barədə qərar verməyəcəyi təqdirdə Xuan Quaydonu prezident kimi tanıyacağını bəyan edir. Maduronu isə Rusiya, Çin, Boliviya, Kuba, Meksika, Nikaraqua, Salvador, İran, Türkiyə və CAR dəstəkləyir. 26 yanvarda ABŞ-nin Rusiyanın etirazlarına qarşı başlatdığı BMT Təhlükəsizlik Şurasının təcili toplantısı, yalnız xarici siyasət səviyyəsində qarşıdurmanın ağırlaşmasına gətirib çıxardı. Bir çox ölkələrin danışıqlar yolu ilə böhranı həll etmək və onun beynəlxalq səviyyəyə qaldırılmasına mane olmasına baxmayaraq, prezident Nikolas Maduroya qarşı xarici təzyiq artmaqda davam edir[132].
Venesuela 2018-ci ilin əvvəlində demək olar ki, tamamilə xarici siyasət təcridində idi və bir sıra qonşu dövlətlərlə münasibətləri dayandırmışdı. Bununla yanaşı Venesuelaya qarşı ABŞ sanksiyalar tətbiq etmişdir. Bu səbəbdən Venesuela hiperinflyasiyadan əziyyət çəkir: Milli Asambleyanın bəyanatına əsasən 2018-ci ildə bu demək olar ki, 1,700,000 % təşkil edib. Ölkədə qida və əsas malların kəskin çatışmazlığı yaşanır[133]
Prezident Maduro ilə Milli Asambleya arasındakı qarşıdurma 2015-ci ildən bəri davam edir. Müxalifət parlamentdə əksəriyyəti qazandığı üçün Maduronun fövqəladə səlahiyyətlərini genişləndirməyi rədd etdmişdir[134].
Nikolas Maduro hakimiyyəti illərində bir neçə dəfə fövqəladə səlahiyyətlər almışdır ki, bu da ona parlamentin razılığı olmadan qanunvericilik fəaliyyətini həyata keçirmək hüququ verirdi. İlk dəfə 19 noyabr 2013-cü ildə Venesuela Milli Asambleyası ona (bir il müddətinə) "korrupsiya və iqtisadi müharibəyə qarşı mübarizə" sahəsində 19 noyabr 2014-cü il tarixinə qədər səlahiyyət hüququ vermişdir[135][136][137][138]. 2015, 2016 və 2017-ci illərdə Maduro bu səlahiyyətlərdən 2010-cu il çağırışı olan milli asambleyanın dəstəyini sayəsindəistifadə etmişdir. Lakin 2015-ci ildə Maduro əlehdarları parlamentdə çoxluq əldə etdikdən sonra o, bu səlahiyyətləri Venesuela Ədliyyə Yüksək Tribunalından almışdır.
6 dekabr 2015-ci ildə Maduro əlehdarları seçkilərdə qalib gələrək parlamentdə çoxluq təşkil etməyə başladılar. 2016-cı ilin yanvarında dörd deputata Ədliyyə Yüksək Tribunalı tərəfimndən mandatdan məhrum edilir. Bundan sonra müxalifət əsaslı bir səs çoxluğunu itirmiş və Maduroya qarşı effektiv mübarizə qabiliyyətindən məhrum olmuşdur[139]. 2016-cı il mayın 2-də müxalifət liderləri Maduronun prezidentlik səlahiyyətlərini geri çağırması ilə əlaqədar referendum başlatdılar və onların planlarını dəstəkləyənlərdən imza toplamasını həyata keçirdilər[140]. 21 oktyabr 2016-cı ildə səs toplamanın bitməsinə bir neçə gün qalmış Maduronu dəstəıklkəyən Milli Seçki Şurası referenduma hazırlığı dayandırır[141].
29 mart 2017-ci ildə əvvəlki parlamentin ləğv olunmasından qısa müddət əvvəl təyin etdiyi Ali Məhkəmə, Milli asambleyanı qanunvericilik hakimiyyətindən məhrum edərək bu səlahiyyətləri öz üzərinə götürmüşdür[142][143][144][145]. 2017-ci il etirtazları zamanı Ali Məhkəmə özünü bütün qərarlarını ləğv etmişdir[146][147][148]. 13 iyunda Milli Asambleya yeni Ali Məhkəmənin heyətini təsdiq edir[149]. hansı ki, bu heyət prezident hakimiyyəti tərəfindən tanınmır və Panamada fəaliyyət göstərməək məcburiyyətində qalır.
Maduro mayın 1-də Konstitusiyanın 347-ci maddəsini tətbiq edərək 1999-cu il Konstitusiyasının yerinə yenikonstitusiya hazırlamağı qərara alır. Hansı ki, bu parlamentin səlahiyyətlərini azaldacaq və ölkədə müxalifəti təsir imkanlarındfan məhreum edəcəkdi. Milli Seçki Şurası Konstitusiya Asambleyası ilə razılığa gələrək seçkilərə hazırlaşır[150].
Venesuela Konstitusiya Asambleyasına seçkilər 30 iyul 2017-ci il tarixində reallaşdırıldı. Avqustun 8-də seçilmiş Konstitusiya Məclisi özünü ən yüksək səlahiyyətləri olan bir orqanı elan etdi[151]. 18 avqustda Konstitusiya Məclisi qanunvericilik səlahiyyətlərini öz üzərinə götürüb, «sülh, təhlükəsizlik, suverenlik, sosial-iqtisadi və maliyyə sisteminin qorunması» məsələsində Milli Asambleyaya münasibətdə üstünlüyünü elan etdi[152]. Növbəti gün isə Milli Asambleyanı qanunvericilik səlahiyyətindən məhrum edir[153]. buna cavab olaraq Milli Asambleya konstitusiya Asambleyasını tanımadığını bəyan edir[154].
Venesuela sosial münaqişələr üzrə monitorinq mərkəzinin (Observatorio Venezolano de Conflictividad Social) verdiyi məlumata görə, Konstitusiya Asambleyasının çağırılmasına qarşı etiraz aksiyalarının dağıdılması nəticəsində 163 adam öldürülmüşdür. Hökumət isə 129 nəfərin öldüyünü təstiqləmişdir[131]. Ölkədə baş qaldıran zorakılıq fonunda ali prakror Luis Orteqa Dias hökuməti terrorizmdə və vətəndaş hüquqlarını tapdalamaqda ittiham edir. Bunun ardından ali məhkləmə onun səlahiyyətlərini dondurur və ölkəni tərk etməsinə qadağa qoyur[155][156].
2018-ci ildə Venesuelada nönbədən kənar prezident seçiləri keçirilir[157][158][159]. bununla belə konstitusiya asambleyası üç müxalifət partiyasının seçilərdə iştirakına icazə vermir (Ədalət üçün, Demokratik hərəkat və Xalq iradəsi). Səbəb kimi isə yerli seçkilərdə iştirakdan imtina etməklə legitimliklərini itirməsi göstərilir[160].
Maduronun əlehdarları erkən seçkilərin təyin edilməsinin seçki prosesinin iştirakçılarını bərabərlik və şəffaflığın təminatlarından məhrum etdiyini bəyan edirlər[161]. 2015-ci ildə seçilmiş Milli Asambleyanın səlahiyyətinin əlindən alınması qanunverici quruluşa qarşı dövlət çevrilişi olaraq xarakterizə edildi[162]. Bir sıra Venesueladan olan qeyri-hökumət təşkilatları (Foro Penal Venezolano, Sumate, Voto Joven, Venezuelan Electoral Observatory və Citizen Electoral Network) seçki qanunveriçiliyinin pozulması ilə bağlı narahatlıqlarını ifadə etmişdir[163][164][165][166].
Konstitusiya Asambleyasının legitimliyini 40-dan artıq dövlət, o cümlədəmn Amerika və Avropanın bir çox ölkələri tanımaqdan imtina etmişdir[167]. Onlar 199-cu il konstitusiyasına əsasən qanuni yolla seçilmiş Milli Asambleyanı tanıdıqlarını bəyan etmişlər. Venesuelanın mövcud Konstitusiyasının 233-cü maddəsi dövlət başçısının "vəzifədən getdiyi" halda səlahiyyətlərini parlament spikerinə təhvil verməsini nəzərdə tutur. Bu vəziyyətdə konstitusiyada 1 ay ərzində yeni seçkilərin keçirilməsi nəzərdə tutulur[134].
2015-ci ildəki parlament seçkilərində üstünlük əldə edən müxalifət spiker postuna hər il bir fraksiyadan nümayəndə seçiləcəyinə qərar vermişdir[168]. 2018-ci ilin dekabrında bu vəzifəyə Xuan Quaydo gətirilir və 5 yanvar 2019-cu ildə and içməsini gerçəkləşdirir. Məhs o 23 yanvar tarixində 1999-cu ilin konstitusiyasının 233 maddəsini əsas gətirərək özünü prezident elan edir[169]).
20 may 2018-ci ildə Venesuelada prezident seçkiləri keçirilir. Nəticələrə əsasən indiki prezident Nikolas Maduro 68 % səs toplayır və yeni müddətə prezident seçilir[132]. Ancaq müxalifətin rəyinə əsasən seçkilər kütləvi qanun pozuntuları ilə müşahidə olunmuşdur[170][171][172]. Bu fikri həm ölkə daxilində həm də xaricində olan siyasi qüvvələr dəstəkləyir[173]. Maduronun özü isə diktatura rejimi təşkil etməkdə ittiham edilir[174][175][176].
Seçkilərdə Nikolas Maduronun zəfərini tanımayan bir sıra Qərb və Latın Amerikası ölkələri Karakasda olan səfirlərini geri çağırmış, ABŞ administrasiyası isə Venesuelaya qarşı əlavə sanksiyalar tətbiq edərək, yeni seçkilər tələb etmişdir[177].
Müxaliflər Maduronun 10 yanvar 2019-cu il içməsinə kimi bir neçə ay müddətində onun səlahiyyətlərindən imtina etməsini istəmişdir. Maduronun legitimliyini tanımayanlar arasında Lima qrupu ölkələri (Meksika istisna[178]), ABŞ və Amerika Dövlətləri Təşkilatına daxil olan ölkələrin böyük əksəriyyəti daxildir. Maduronun qalibiyyətini isə Rusiya, Çin, Meksika və ALBA alyansı ölkələri dəstəkləmişdir[179][180].
Maduroya qarşı xarici təzyiq 2019-cu ilin yanvar ayında, and içməsindən öncə başlamışdı[181][182][183].
Nikolas Maduronun andiçmə mərazimi 10 yanvar 2019-cu ildə Ali Məhkəmə binasında baş tutmuşdur. Milli Asambleyanın spikeri Xuan Quaydo andiçmənin ardından venesuelada texniki baxımından dövlət başçısının və ali abş komandanın olmadığını bəyan etmişdir[184]. Həmin gün Quaydo Milli Asambleya üçün fövqəladə vəziyyət elan edir[185][186][187], xalq, ordu və xarici müttəfiqlərin birgə səyləri ilə ölkədə nəzarətini bərpa etmək lazım olduğunu bildirir[188]. Milli Asambleya ölkəndə nəzarətini bərpa etmək məqsədi ilə keçid hökumətinin yaradılması üçün plan hazırlayır[189].
Gələcək böhranın ilk ciddi əlamətləri Maduroya yaxınlığı ilə bilinən Ali Məhkəmə və seçici hakimlərin 10 yanvar tarixindən önçə Amerika Birləşmiş Ştatlara qaçması ilə ortaya çıxır. Eyni zamanda hakim Kristian Serpa Maduronu "qeyri-səlahiyyətli" və "qeyri-qanuni" adlandırır[181][182][190].
Amerika kəşfiyyatından alınan məlumata görə, Maduronun ən üst səviyyə səlahiyyətlilərindən biri və mudafiə naziri Vladimir Lopes onun hakimiyyətdən əl çəkməyəcəyi halda istefa verəcəyini bildirmişdir[191].
Venesuela Milli asambleyasının spikeri Xuan Quaydo 8 yanvar tarixindədə Nikolas Maduronun qanuni yolla seçilmiş prezident kimi tanınmadığını bəyan etmiş və keçid hökuməti təşkil etməyi təklif etmişdir[192]. O, Maduronun prezidentliyini qəsb etdiyini və ölkənin həqiqətən diktatorluq halına gəldiyini məclis adına bəyan edir[193][194]. Quaydo hərbçiləri Konstitusiyaya riayyət etməyə çağırmışdır[194].
O, vəziyyətin ictimai müzakirəyə (isp. cabildo abierto) açılaçağını bəyan edərək, bunu 11 yanvara təyin edir[195]. Bu müzakirələr Karakas küçələrində bir mitinq formasını alır. Həmin gün yığıncaqda danışan Quaydo Venesuela Konstitusiyası əsasında özünü dövlət başçısı elan etməyi və Maduronun prezidentliyindən çıxarılması barədə məlumat verir[196]. Eyni zamanda parlament Venesuela prezidentini "qəsbkar" elan edən qətnamə qəbul edir. Bundan sonra müxalifət 23 yanvarda ümummilli etiraz aksiyası təşkil etməyi qərara alır[197].
Maduro müxalifətin açıqlamalarına cavab olaraq, Milli Asambleyanın onun and içməsində iştirak etməyən deputatları “xain” adlandırır[198][199].
10 yanvar 2019-cu ildə Karakasda 2018-ci ilin may ayında keçirilən seçkiləri qazanan Nikolas Maduronun təntənəli andiçmə mərasimi keçirilir. Bu ölkə daxilində çox minli etirazlara səbəb olur. Venesuela müxalifətinin məlumatına əsasən 23 yanvarda əhali ilə polis və ordu arasında baş vermiş roqquşmalarda 13 nəfər ölmüş, 218 nəfər isə həbs edilmişdir[131]. El Nacional tərəfindən verilən məlumata görə Milli Qvardiya döyüşçüləri nümayişçilərə qarşı Karakas metro stansiyalarından birində gözyaşardıcı qazdan istifadə etmışlər[200]. Küçə hərəkat iştirakçıları ölkədə qeyri-qanuni seçkilərə, hökumətin son dərəcə səmərəsiz iqtisadi siyasətinə, hiperinflyasiyaya və kütləvi köçmələrə qarşı (4 milyona çatır) etiraz edirdilər[131].
Etirazçılar Xuan Quaydoya Nikolas Maduronun prezident elan edilməsi anında özünü prezident elan etməsinə çağırdı. Amma o, ordudan birmənalı dəstək gözlədiyini ifadə edərək, məsəlkəni gecikdirirdi. Əvvəllər bütün münaqişələrdə ordu Prezident hakimiyyətini dəstəkləmişdi[200].
11 yanvar Milli Asambleya Quaydonun prezident səlahiyyətlərini öz üzərinə götürmək niyyətini təsdiqləyən mətbuat açıqlamsı verir[201][202]. Müxalifətin Venesuela ordusunun zabitlərini Maduronun devrilməsinə yönəltmək niyyətində olduğu məlum olur[203].
Müxalifət bunu dövlət çevrilişi hesab etmir. Səbəb isə Maduronun ikinci prezidentlik müddətinə seçilməsini bir çox dünya dövlətləri tərəfindən tanınmaması göstərilir[199]. В частности, оппозиция ссылается на статьи 233, 333 и 350 Конституции[196][197].
12 yanvar Quaydo Panamada mühacirətdə olan Venesuela Ali Məhkəməsinin sədrindən prezidentlik səlahiyyətlərini öz üzərinə götürməsi barədə məktub alır[204].
21 yanvar Sosial şəbəkələrdə və Venesuelanın müstəqil KİV-lərində yayılmış məlumata görə Milli Qvardiyanın döyüşçüləri San Xose de Kotino kasıb rayonunda prezident Nikolas Maduronun əmrlərinə riayət etməmiş və vətəndaşları itaətsizliyə çağırmışdır. El Nacional qəzetinin verdiyi məlumata görə, yerli sakinlər üsyancıları dəstəklədi və barrikadalar qurmağa başladılar. Lakin polis, kəşfiyyat xidmətinin, hərbi qulluqçuların bölgəyə gəlişi ilə ixtişaşlar yatırılır[205].
23 yanvar bütün ölkə ərazisində «Bəli, biz bacararıq!» (isp. ¡Sí, se puede!)[205] şuarı altında mitinqlər təşkil edilir. Bu mitinqlər Milli Asambleya və Venesuela Azadlıq Cəbhəsi ilə birgə təşkil edilmişdir. Axşam Karakasda bir mitinqdə toplanmadan əvvəl çıxış edən Xuan Quaydo, Nikolas Maduronun yerinə "formal icra səlahiyyətlərini qəbul etdiyini" və "tiranlığı və hakimiyyətin qəsbini" iddət tətbiq etmədən bitirəcəyinə vəd verir[200]. Venesuela Ali Məhkəməsi İcraedici hakimiyyəti dəstəkləyərək Baş prokurorluğa «icra orqanının funksiyalarının qəsb edilməsi» ilə əlaqədar olaraq parlamentə qarşı «hərəkətə keçirməsini» tələb etdi[206].
Bu hadisələrin fonunda Maduro prezident sarayının Miraflores balkonundan tərəfdarları qarşısına çıxaraq bəyan edir: «Biz vətənimizin, bizim Bolivarian Respublikasının varlıq hüququnu qoruyacağıq. Rəhbərlik etdiyim hökumət ölkənin suverenliyini bütün vastələrdən istifadə etməklə müdafiə edəcək»[206].
Venesuela şəhərlərində baş verən genişmiqyaslı nümayişlər zamanı, hər iki lider nümayişçiləri şiddətdən qaçınmağa çağırmışdır. Bununla belə Milli Qvardiya və polislə toqquşmalar baş verdi. Nəticədə ən azı səkkiz nəfər həlak olmuş, onlarla insan isə yaralanmışdır[206].
23 yanvar Venesuela müdafiə naziri Vladimir Padrino Lopez, ölkənin silahlı qüvvələrinin seçilən prezident Nikolas Maduroya sadiq olduğunu bəyan edir[207]. Venesuela dövlət şirkəti, ölkə ixracının əksəriyyətini əlində saxlayan PDVSA Maduro üçün dəstək verdiyini ifadə edir[208].
25 yanvar Nikolas Maduro müxalifət liderləri ilə görüşmək üçün hazır olduğunu bəyan edir. Ancaq Quaydo danışıqlardan imtina edir. Onun fikrincə hökumət sadəcə vaxt qazanmaq istəyir. Quaydo siyasi münaqişənin yeganə çıxış yolunu azad və demokratik seçkidə olduğunu bəyan edir[209]. Quaydo hesab edir ki, seçkilərin hazırlanması 6-9 ay çəkə bilər.
Həftə sonu, 26-27 yanvar tarixlərində Quaydo tərəfdarları prezidenti dəstəkləyən hərbçiləri və hökumət rəsmiləri əleyhinə olan müxalifətin təşəbbüsünü izah etmək istiqamətli küçə hərəkətləri etdi. Quaydonun Twitterində yerləşdirdiyi sənəddə deyilir: "Amnistiya ümumi səsvermə ilə azad, şəffaf seçkilər keçirməklə keçid siyasi prosesini asanlaşdırmaqdır. Demokratik düzəlişi bərpa etməyə kömək edəcək hərbçi və siyasətçilər özlərini ölkənin demokratik həyatında bərpa edə biləcəklər". Bundan sonra Venesuelanın ABŞ-dəki səfirliyinin hərbi attaşesi Xose Luis Silva müxalifət tərəfinə keçdiyini elan edir.
26 yanvar Venesuela hakimiyyəti ABŞ səfirliyi üzvlərinin ölkənı 72 saat ərzində tərk etməyi tələb edir. Oda məlumdur ki, ABŞ hökuməti Maduronun tələblərinə məhəl qoymayacağını bəyan edir. Əsas olaraq Maduronun Venesduelanın qanuni prezidenti olmamasını göstərir[210].
27 yanvar Xuan Quaydo The Washington Post qəzetinə verdiyi müsahibədə müxalifətin prezident Nikolas Maduronı vəzifədən uzaqlaşdırılması üçün hərbi və mülki dövlət qurumları ilə gizli əlaqə saxladığını söyləyir. O, müxalifəti təmsil edən Venesuela keçid hökumətinin Venesuelanın neft istehsal edən PDVSA — Citgo şirkətinin Amerika bölünməsinə nəzarət etmək niyyətində olduğunu bəyan edir. Həmin gün Quaydo yanvar nümayişlərində öldürülənlərin xatirəsinə Karakasın kilsələrindən birində dua etdikdən sonra orduya müraciət edərək, dinc etiraz nümayişlərinə maneə olmamağa çağırdı[211].
Reuters agentliyinin verdiyi məlumata görə, BMT-nin məlumatlarına əsasən 21-26 yanvar tarixlərində Nikolas Maduro əleyhinə nümayişlər zamanı 850 nəfər saxlanılıb (bunlardan 696-ı yanvarın 23-nə kimi), 40 nəfər ölmüşdür (26 nəfər hökumət qüvvələri tərəfindən vurulmüş, 5 nəfər ev axtarışında öldürülmüş, 11 nəfər isə quldur qurbanı ölmüşdür[212].)
29 yanvar Venesuela Ali Məhkəməsi Xuan Quaydonu ölkəni tərlk etməsinə qadağa tətbiq etdi və bank hesablarına girişini bağladı. Bundan əvvəl Venesuela Baş prokuroru Tarek Vilyam Saab «22 yanvar tarixindən etibarən ölkədə baş verən şiddət hadisələri ilə əlaqədar» Quaydonu ittiham etmişdir[213]
30 yanvar Venesuela müxalifətinin nümayəndələri qanunsuz olaraq bağlanmış beynəlxalq müqavilələri pozmaq niyyətlərini açıqlayır. Xüsusilə müxalifət əvvəllər Rusiyadan silah tədarükü ilə bağlı müqavilələri yenidən nəzərdən keçirmək niyyətində olduğunu bəyan edir. Xuan Quaydo tərəfindən təyin edilmiş Xuan Vekko Atlantik Şurasında çıxışı zamanı Nikolas Maduro ilə danışığa getməyəcəklərini bəyan etmişdir[214].
31 yanvar Reuters agentliyi Venesuela Mərkəsi Bankının 15 ton qızılı BƏƏ-nə gördərməyi və onu xarici valyutara çevirməyi barədə məlumat yayır. Agentliyin məlumatına görə Venesuela artıq 26 yanvardsa öz rezervlərindən 3 ton qızılı satmışdır[215][216].
1 fevral Xuan Quaydo «Clarin» qəzetinə verdiyi müsahibədə, Venesuela müxalifətinin hakimiyyətə gəldikdən sonra yalnız Milli Asambleya tərəfindən təsdiqlənmiş beynəlxalq müqavilələri tanıyacağını bildirir. Quaydonun sözlərinə görə onlar «Rusiya və Çin şirkətlərinin qanuni investisiyalarına hörmət edəcəklər» [217].
2 fevral Venesuela ordusunun generalı Fransisko Esteban Yanes Rodriges Quaydonun tərəfinə keçmiş və digər hərbçiləri də bu addımı atmağa[218][219] və «xalqa kürəyini çevirməməyə» çağırmışdır. Hava qüvvələri onu xain olaraq xidmətdən uzaqlaşdırmışlar[220].
Karakasda həm Maduro həm də Quayda tərəfdarları mitinq təşkil edirlət. Bu mitinqdə çıxış edən Maduuro yeni növbədən kənar parlament seçkilərinin keçirilməsi təklifini verir[221]. Quaydo isə Maduronu devirmək üçün tərəfdarlarını mitinqləri davam etdirməyə çağırır[222].
4 fevral Avropa İttifaqı ölkələri tərəfindən hakimiyətə verilən səkkiz günlük müddət bitdikdən sonra aparıcı Avropa ölkələri rəsmi olaraq Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyır. Quaydonun prezident kimi tanındığını İspaniyanın Baş naziri Pedro Sançes, Böyük Britaniyanın Xarici İşlər Naziri Ceremi Hant, Almaniyanın kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron, həmçinin İsveçrə, Avstriya, Portuqaliya və Danimarkanın[223] liderləri bəyan etmişdir.
5 fevral Venesuela Milli asambleyası bütün ölkədə «demokratiyaya keçid» və "konstitusiyon qaydaların bərpası" haqqında qanunu qəbul edir[224]. Parlament həmçinin Xuan Quaydonu prezident kimi tanımış Braziliya, Qvatemala, Paraqvay və İspaniya kimi ölkələrə yeni səfrlər təyin etmişdir. Bundan əlavə müxalifətin artıq Argentina, Kanda, Çili, Kolumbiya, Kosta-Rika, Ekvador, ABŞ, Honduras, Panama və Peruda səfirləri var. Faktiki olaraq hazırda bütün bu ölkələrdə Venesuelanın iki nümayəndəsi var: mövcud hökumətin səfiri və Xuan Quaydo tərəfindən təyin olunmuş səfir. Bu ölkələrdən bəziləri Maduro hökumətinin diplomatik nümayəndəliklərinin rəhbərlərini, Xuan Quaydonu ölkənin qanuni prezidenti kimi qəbul etmələrini, ya da ölkəni tərk etmələri barədə xəbərdarlıq edirlirlər[225].
6 fevral müxalif millət vəkili Franklin Duarte France-Presse agentliyimnə verdiyi müsahibədə Venesuela ordusunun Kolumbiya ilə sərhəddə, Kukuta şəhərində olan nöqtədən humanitar yardımın gəlməli olduğu ərazidənki bir körpünü bağladığını bildirmişdir[226][227]. ABŞ Venesuela hökumətinin razılığı olmadan ölkəyə dərman, cərrahiyyə ləvazimatları və qida əlavələri göndərməyə cəhd göstərmişdi. Qırmızı Xaçın yerli şöbəsi Kolumbiyadan yüklərin çatdırılmasında iştirak etməkdən imtina etmişdir[225]. Fevralın 14-də Vaşinqtonda Venesuelaya humanitar yardımın toplanması ilə bağlı beynəlxalq konfrans keçirilməlidir[228]
8 fevral Kolumbiyanın sərhəddində Kukuta şəhərində venesuelalılar üçün humanitar yardımların paylayacaq bir mərkəz açıldı. Açılış mərasimində ABŞ-nin Kolumbiya səfiri Kevin Vitaker, Kolumbiya hökumətinin nümayəndələri və Venesuela müxalifəti iştirak etmişdir. Hələ də humanitar yardımın Venesuelaya necə girə biləcəyi aydın deyil[229].
10 fevral Venesuela quru qoşunlarının polkovniki Ruben Alberto Paz Ximenez (isp. Ruben Paz Jimenez) Xuan Quaydonu dövlət başçısı vəzifəsinin icraedicisi kimi tanıdığını bildirir. O, bununlada müxalifətə keçən üçüncü yüksək səviyyəli Venesuela hərbçisi olur. Bundan əlavə Ximenez bildirib ki, əsgərlərin 90 %-i prezident Madurodan narazıdır. Səbəb isə əsgərlərın mövcud hökuməti hakimiyyətdə saxlamaq üçün istifadə olunmasıdır. Üstəlik o, hərbçiləri ABŞ-dən gələn humanitar yardımı buraxmağa çağırıb[220]. Bu arada Nikolas Maduro ölkə tarixində ən böyük silahlı mülki-hərbi qüvvələrin iştirakı ilə tərbu təlimlərə başlanıldığını elan etdi[230]. Fevralın 10-dan 15-dək keçiriləcək təlimlər zamanı «ölkə ərazisininə mümkün ola biləcək hücum» senarisi işlənəcəkdir[231].
12 fevral Venesuelada mövcud böhranın başlanğıcından etibarən dördüncü etiraz dalğası baş verdi. Paytaxt küçələrinə həm müxalifəti dəstəkləyənlər həm də hazırkı hökuməti dəstəkləyənlər çıxır. Xuan Quaydo edirazların «azad seçkilərin keçirilməsi» elan ediləcəyi günə qədər davam edəcəyini təkrarlayır. Onun çıxışının əsas mövzusu umanitar yardımın ölkəyə buraxılmasdı ilə əlaqəli olur. Hökumət tərəfdarlarının mitinqi Karacasda müxalifət mitinqinin bitməsindən bir neçə saat sonra başladı. Nikolas Maduro Gənclərin Günü münasibətilə təbriklərini vətəndaşlara çatdırdı. Paytaxtdakı vəziyyət ümumən sakit oldu[232].
16 fevral Xuan Quaydo silahlı qüvvələri 8 gün ərzində Milli Asambleyanın tərəfinə keçməyə çağırdı[233].
17 fevral KİV məlumatlarına görə, Venesuelaya istiqamətli ABŞ kursunun formalaşmasında əsas rol oynayan ABŞ senatoru Marko Rubio Kolumbiyanın Kukuta şəhərinə gəlir. Rubio Venesuelaya göndərilən humanitar yardımın qarşısının alınmasını «insanlığa qarşı cinayət adlandırmış» və buna maneə törətməyə çalışacaq Venesuela hərbçilərini «ədalətdən həyatlarının sonuna qədər gizlənə bilməyəcəklərini» bəyan etmişdir[234].
Bu ərəfədə Venesuela hakimiyyəti Xuan Quaydo ilə Avropa dövlətlərinin səfirləri arasında görüşü planlaşdıran Avropa Parlamentinin nümayəndə heyətlərini ölkədən qovmuşdur[235].
18 fevral Venesuela ordusunun beş snayperi Maduro üçün video müraciət edərək bu məsələnin nə qədər davam edə biləcəyi ilə bağlı sual vermişlər. Onlar bəyanatlarında xalqın aclıq çəkdiyini, ordunun «bu korrupsiyalaşmış hökumətə»[236] son verə biləcəyini bildirmişdir.
19 fevral ABŞ Prezidenti Donald Tramp Venesuelada hökuməti dəyişmək üçün «bütün variantların» keçərli olduğunu bildirmiş və ölkənin əsgərlərini müxalifət tərəfinə getməyə çağırmışdır. Dövlət başçısı əks halda bunun hərbçilər üçün «hər şeyin itirilməsi»[237] olacağını bəyan etmişdir.
Elə həmin gün Rusiyanın 20 fevralda Karakasa 300 ton humanitar yardım göndərəcəyi məlum olmuşdur[238]. Braziliya Prezidenti Kair Bolsonardın mətbuat katibi Otaviu Santana du Requ Barrus mətbuat konfransında, Braziliya hökumətinin 23 fevraldan Venesuelaya aparılacaq humanitar yardımla bağlı nazirliklərarası xüsusi bir qrup təşkil olunduğunu bəyan etmişdir. Onun sözlərinə görə Bolsanaru hökuməti əməliyyatı ABŞ ilə birgə gerçəkləşdirəcəkdir. Söhbət qida və tibbi məmulatların Boa Vista və Pakaraima yaşayış məntəqələrindəkı toplama mərkəzlərinə göndərilməsindən gedi[239].
Bu vaxt Venesuela hakimiyyəti Niderland krallığına aid olan Aruba, Kyurasao və Bonayre kimi Kiçik Antil arxipelaqına daxil olan adalardan gəmi və təyyarələrlə girişi bağladı.[240].
20 fevral Karacas Beynəlxalq hava limanında Rusiya nümayəndələri, Dünya Səhiyyə Təşkilatının Venesuela Səhiyyə Nazirliyinə göndərdiyi dərman və tibbi avadanlıqları təhvil vermişdir. Venesuelaya 7,5 ton dərman vasitəsi, tibbi alətlər və təchizatla birlikdə təcili yardım dəsti gətirilmişdir. Gələcəkdə də bir çatdırılma planlaşdırılır[241].
21 fevral ABŞ-də Venesuela müxalifətinin nümayəndələri bildirmişlər ki, Venesuelanın bu ölkədəki aktivləri və hesabları, Venesuelanın səfirlik və konsulluqlarının bank hesabları dondurulmuşdur. Vaşinqtonda Venesuela müxalifətinin baş köməkçisi Qustavo Markano Nicolas Maduronun ABŞ-dəki diplomatik korpusunun işini dayandırdığını bildirmişdir. Vaşinqtondakı Venesuela müxalifətinin nümayəndəsi Karlos Vekkio bildirir ki, səfirlikdə olan 56 diplomatdan 11-i Quaydonun tərəfinə keçdiyini təsdiqləmişdir. Onun sözlərinə görə bu diplomatlar müxalifətin maraqları üçün fəaliyyətlərini davam etdirəcəklər. Daha əvvəl, 21 fevralda Venesuelanın BMT-dəki hərbi ataşesi polkovnik Pedro Çirinov Quaydonu dəstəklədiyinni bəyan etmişdir[242].
22 fevral Venesuela konstitusiyasına uyğun olaraq özünü müvəqqəti prezident elan edən Xuan Guaydonun 30 gün ərzində seçkilər keçirməli olduğu müddət bitir[243]. Elə həmin gün Xuan Quaydo öz Twitter səhifəsində ilk "prezidentlik" fərmanını yerləşdirir: «Silahlı Qüvvələrin baş komandanı olaraq, humanitar yardımın Venesuelaya daxil olmasına icazə verirəm və müxtəlif elementlərə əmr edirəm <…> onlar bu sərəncam uyğun şəkildə fəaliyyət göztərsinlər». Quaydo həmçinin humanitar yardımın daxil olması üçün bütün sərhədlərin aşılmasını tələb edir. Elə bu zaman venesuelanın hazır ki prezidenti Braziliya ilə sərhəddi bağlamağı əmr edir[244]. Bundan öncə isə 19 yanvarda isə Quaydonun Karib dənizində yerləşən adalardan humanitar yardımın daxil olmasına ümüid etdiyi sərhədlər də bağlanılır[245].
BMT-nin insan haqları üzrə ali komisarı Michelle Bachelet-in hazırladığı hesabatda bildirilir ki, 2018-ci ildən 2019-cu ilin iyul ayına kimi Venesuelada keçirilmiş xüsusi əməliyyatlar nəticəsində azı 6856 adam öldürülüb. Hesabata görə, həmin əməliyyatları hakimiyyətə sadiq silahlı qruplar və Venesuelanın xüsusi xidməti keçirib. Michelle Bachelet-in sözlərinə görə, onların 5 min nəfərindən çoxu ötən il, 1500 nəfəri isə bu il öldürülüb.[246]
23 yanvar Quaydonun simvolik andiçməsindən bir neçə dəqiqədən sonra ABŞ prezidenti Donald Trump Quaydonu «Venesuela xalqı tərəfindən seçilmiş yeganə nüfuza rəhbərlik edən bir şəxs» kimi tanımışdır[206]. Donald Tramp Maduronu «qeyri legitim» lider adlandırmış və «ABŞ-n bütün diplomatik və iqtisadi yükünü venesuela demokratiyasının bərpasına sərf etməkdə davam edəcəyinə»[200][247] söz vermişdir. Buna cavab olaraq Maduro ABŞ-L bütün diplomatik əlaqələri kəsdiyini bəyan etmiş və amerika dilomatlarını ölkəni 72 saat ərzində tərk etməsini tələb etmişdir[248]
ABŞ administrasiyası dərhal işə keçmiş və Karakasdakı rejimi devrmək məıqsədi ilə böyük beynəlxalq koalisiyanın təşkilinə başlamışdır[132]. 24 yanvar Amerika Dövlətləri Təşkilatınin toplantısında iştirak edən ABŞ-nin dövlət katibi Mayk Pompeo Maduro hökumətini «mənəvi iflas» və «təməlindən qeyri-demokratik» adlandırmışdır[249].
25 yanvar ABŞ dövlət katibi Mayk Pompeo Elliot Abramsı Venesuela koordinasiya siyasəti üzrə xüsusi nümayəndəsi təyin etdiг[250]. ABŞ administrasiyası Venesuela hökumətinin müxalifətə qarşı güc tətbiq edəcəyi təqdirdə Venesuela əlehinə iqtisadi sanksiyaları güçləndirməyə hazır olduqlarını bəyan etmişdir.
27 yanvar ABŞ Dövlət katibi Mayk Pompeo Xuan Quaydonun təyin etdiyi Venesuela hökumətinin müvəqqəti işlər vəkili Karlos Alfredo Vekkonu qəbul etdiklərini bəyan etmişdir[251].
28 yanvar ABŞ prezidentinin Milli Təhlükəsizlik Məsləhətçisi Con Bolton Venesuela dövlət neft şirkəti olan PDVSA qarşı sanksiyalar tətbiq olunacağını açıqladı. Boltonun sözlərinə görə, ABŞ şirkətin 7 milyard dollar dəyərində olan səhmlərinə həbs qoymuşdur. Sanksiyalar Venesuelaya illik ixracı baxımından 11 milyard dollar ziyan vurmuşdur[252]. ABŞ-də qeydiyyatdan keçmiş PDVSA məxsus olan Citgo Petroleum şirkətinə o şərtlə fəaliyyət göstərmək hüququ verilir ki, onlar əldə ilanan gəlirin PDVSA-ya deyil ABŞ-də bloklanmış hesablarda göndərsin. Bundan öncə isə Xuan Quaydo Venesuelaya məxsus xarici səhmlərin qorunması üçün PDVSA neft şirkətinin yeni rəhbərliyinin təşkilinə başladığını elan etmişdir[253].
Amerika Dövlətləri Təşkilatı venesuela müxalifətini dəstəkləyən ilk təşkilatlardan olmuşdur[199]. Müvəqqəti hökumətr başçısı kimi Quaydonu ADT-nın sədri Luis Almarqo və Beynəlxalq Amerika İnkişaf Bankının rəhbəri Luis Alberto Moreno[254] dəstəkləmişdir.
Quaydonunm prezident kimi tanınması Lima qrupu (Argentina, Braziliya, Qayana, Qvatemala, Honduras, Kanada, Kolumbiya, Kosta-Rika, Panama, Paraqvay, Peru, Sent-Lüsiya, Çili) və Ekvador[255][256] tərəfindən dəstəklənmişdir. Lima Qrupunun üzvü olan dövlətlər ilk növbədə Milli asambleyaya dəstək verib və Maduronun ikinci müddətə prezitent seçilməsinin qanuniliyini tanımadılar. 29 yanvar tarixində Perunun xarici işlər naziri Nestor Popolisio müxbirlərə verdiyi müsahibədə «Lima Qrupu olaraq biz Venesuelada vəziyyətə silahlı müdaxiləni dəstəkləmirik»[257] ifadəsini işlətmişdir.
Maduronun tərəfini isə Meksika, Boliviya, Kuba, Uruqvay, Nikaraqua, Salvador[254][258][259][260][261][262][263] dəstəkləmişdir.
Uruqvay və Meksika hakimiyyəti Venesuela böhranında hər iki tərəfini "sülh və demokratik bir həll" tapmağa çağırdı. Bu işdə Venesuela hakimiyyəti və müxalifəti arasında danışıqlarda yardımını təklif etmişdir[254]. Uruqvay Xarici İşlər Nazirliyi 7 fevralda böhranla bağlı Montevideoda beynəlxalq konfransın keçiriləcəyini açıqladı. Venesuela prezidenti Nicolas Maduro bu təşəbbüsü dəstəklədi. 1 fevral Xuan Quaydo Uruqvay və Meksika prezidentləri Tabare Vaskes və Andres Manuel Lopez Obradora məktub göndərərək müxalifətin «yalnız hakimiyyətin qəsb edilməsinə son qoyulacağı, hakimiyyətin qanuni bir şəkildə gerçəkləşdirilməsini təmin edəcəklərini söylədi. Venesuela xalqının nümayəndələri bütün demokratik qüvvələrin qəbul ediləcəyi azad seçkilmiş qüvvələrə ötürüləcəyi» halda prezidentlə danışığa gedəcəklərini bəyan edir. Quaydo Uruqvay və Meksikanı Venesueladakı vəziyyətlə əlaqədar neyral mövqeyindən imtina etməyə çağırdı[264].
ALBA qrupu ölkələri Maduronu dəstəklədi və müxalifəti onu prezident kimi tanımağa çağırdı[179].
Rusiya Federasiyası Xarici İşlər Nazirliyi ABŞ-nin mövqeyini kəskin tənqid edir[265][266]. Rusiya Prezidenti Vladimir Putin Nicolas Maduroya zəng edərək şəxsən «Venesuelanın qanuni hökumətinə dəstək ifadəyini» edir[267]. Rusiya Xarici İşlər Nazirliyi Venesuelada qarşılıqlı anlaşma tapmağa kömək edəcək bütün dövlətlərlə əməkdaşlıq etməyə hazır olduğunu açıqlayır. Xarici İşlər Nazirliyinin açıqlamasında münaqişəyə hərbi müdaxilənin «fəlakətli nəticələrə səbəb olabiləcəyi»[131] vurğulanır.
Rusiya Prezidenti Vladimir Putin Nikolas Maduro ilə telefonda söhbətində Venesuela hakimiyyətlərinə dəstək verdiyini və respublikanın daxili işlərinə qarışmağın qanunsuz olduğunu bəyan edir[268].
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov «Dost Venesuelanın» Rusiyanın strateji ortağı olaraq daima dəstək verəcəyini qeyd edir. Ryabkov ABŞ-nin Venesuelaya hərbi müdaxiləsini mümkünsüz hesab edərək bunun «fəlakətli bir senariyə» sbəb ola biləcəyi ilə xəbərdar edir[268].
Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerika Departamentinin direktoru A.V. Şetinin RİA Novosti-yə bildirib ki, Rusiya istənilən halda Venesuela hakimiyyəti ilə müxalifət arasında vasitəçilik etməyə hazırdır. Yanvarın 24-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiyanın Venesuelada bütün siyasi qüvvələrlə, Beynəlxalq oyunçuları ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.[268].
«Interfaxa» Rusiyanın Beynəlxalq Əlaqələr Federasiya Şurası Komitəsinin sədri Konstantin Kosaçev bildirib ki «Trampın sonuncu bəyanatları və Venesuelaya qarşı mövcud olan bütün siyasət» Venesuelanın daxili işlərində birbaşa və qeyri-kafi müdaxilədir, Venesuelada baş verənlər dövlətin tamamilə daxili işidir[200].
1 fevral Rusiyanın Xarici İşlər Nazirliyinin Latın Amerika Departamentinin direktoru A.V. Şetininin təşkil etdiyi görüşdə Moskvada akkreditə olunmuş bir sıra Latın Amerikası və Karib hövzəsi ölkələrinin diplomatik missiyasının rəhbərləri ilə Venesuela və onun ətrafında vəziyyətin inkişafına həsr olunmuş müzakirələr aparılmışdır. Yığıncaqda A.V. Şetinin Venesuela işində xaricdən zorla müdaxilənin yolverilməzliyi, sanksiyalar təzyiqinin zərərli olması və bütün problemlərin daxili sülh danışıqları yolu ilə həll etmək üçün Rusiyanın mövqeyini təkrarlayır[269].
Venesuelanın ən böyük kreditoru olan Çin, (Venesuelanın Çinə borcu təxminən 50 milyard dollardır) Xarici İşlər Nazirliyi vastəsi ilə tərəfləri tərəfləri dözümlüklük və «istənilən xarici müdaxiləyə qarşı» çıxmağa, məsələnin sakitlik və konstitusiya çərçivəsində sülh danışıqları yolu ilə çözməyə çağırmışdır[131][270].
1 fevral Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Qen Şuan ölkəsinin müxtəlif kanallar vasitəsilə, həm Venesuela müxalifəti, həm də mövcud iqtidar rəhbərliyi ilə «danışıqlar prosesini inkişaf etdirmək məqsədilə» sıx əlaqələr saxladığını bəyan edir. Dioplomatın sözlərinə hazırda əsas hədəf belə bir dialoqun formalaşdırılması üçün şərait qurmaqdır. Əvvəllər isə Qen Şuan Çinin Nikolas Maduronu Venesuelanın qanuni prezidenti olduğunu tanıdığını bildirmiş və ölkənin daxili işlərinə xarici müdaxiləyə qarşı olduqlarını bəyan etmişdir[271].
24 yanvar Ukrayna Xarici İşlər Nazirliyi Venesuelanın Milli Assambleyasını dəstəklədiyini bəyan etdi[272]
4 fevral Ukrayna Quadonu Venesuela hökumətinin qanuni rəhbəri - Milli Asambleya və demokratik müxalifət lideri kimi tanıdı[273].
Fələstin Prezidenti Mahmud Abbas Əddis-Əbəbədə keçirilən Afrika İttifaqının toplantısında ABŞ Venesuelanın daxili işlərinə qarışmamalıdır bəyanatını verir[274]
Maduronu həmçinin Belarus, İran, Suriya, Türkiyə[275] və KXDR[276] hökumətləri dəstəkləmişdir.
27 yanvar İsrail Quaydonu Venesuelanın yeni dövlət başçısı kimi tanıdıqlarını bəyan edir[277].
28 yanvar Avstraliya Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyır[278].
Avropa Şurasının sədri Donald Tusk «bütün Avropanın Venesuelanın demokratik qüvvələrinə dəstək verəcəyinə» ümid bəslədiyini bildirir. Onun sözlərinə görə Milli Asambleya Nikolas Madurodan fərqli olaraq «Venesuela vətəndaşlarından demokratik bir mandata malikdir». İspaniyanın Xarici İşlər Naziri Jozep Borrel Avropa İttifaqını Venesuelada vəziyyətlə əlaqədar olaraq «hərəkətin birliyini qorumağa» çağırdı[254].
25 yanvar Bloomberg agentliyinin məlumatına görə İngiltərə Bankı Amerika rəhbərliyinin müraciətindən sonra, Nikolas Maduro hökumətinin 1,2 milyard dollarlıq qızıl rezervinin qaytarılması istəyindən imtina etmişdir. Agentliyin verdiyi məlumata görə, ABŞ səlahiyyətliləri Maduronun Venesuelanın xarici səhmlərinə əlçatarlığı önləməklə Xuan Quydoya yardım etmək istəyirlər[279].
26 yanvar Almaniya, Fransa, İspaniya və Böyük Britaniya Maduroya səkkiz gün ərzində yeni bir prezident seçkiləri çağırmaq üçün ultimatum vermiş, əks halda Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyacaqlarını bəyan etmişlər. Avropa İttifaqının daxili işlər üzrə nümayəndəsi Federika Maqerini Maduronun yaxın günlərdə növbədən kənar seçkilərə getçməyəcəyi halda Xuan Quaydonu qanuni prezident kimi tanıyacaqlarını bəyan edir. Maduro bu ultimatumu rədd etmişdir[277][280].
31 yanvar Avropa Parlamenti Xuan Quaydonu «yeni azad və şəffaf seçkilər» keçirilənə qədər prezident vəzifəsini icra edən şəxs olaraq tanıyır. Federina Maqerini bütün Avropa ölkələrini Quaydoya dəstək verməyə çağırdı. Onun çıxışında Nikolas Maduro 2018-ci il mayın 20-də keçirilən seçkilərdə beynəlxalq demokratik standartların pozulması fonundaprezident seçilməsi vuyrğulanır. Eyni zamanda qətnamədə Avropa Birliyinin «bu ölkədəki böhranı şiddətlə həll etmək üçün hər hansı təklif və ya cəhdləri rədd etməsi»[281] vurğulanır. Avropa Parlamentinin qərarları hüquqi cəhətdən məcburi deyildir. Onlar Aİ-nın, Avropa Şurasının və hətta Avropa Komissiyasının üzv dövlətləri üçün məcburi deyilsayılmır. Avropa İttifaqı ölkələri daxili siyasətində məsuldur və ümumi qərar qəbul etmək üçün onların tamamilə yekdilliyi tələb olunur[282].
Aİ Xarici İşlər Nazirliyinin Buxaresdəki bir yığıncaqda Xuan quaydonun müvəqqəti ptezident kimi tanınması ilə əlaqədar səsvermədə İtaliyanın əlehinə olması ilə ümumi bir fikir əldə edə bilmədi. Bu baxımdan 28 Aİ ölkəsindən hər birinin ayrı-ayrılıqda bunu etməsi qərara alındı. Nazirlər toplantısında Venesuela ilə başlı əlaqə qrupu təşkil olundu. İtaliya hökumətinin əksəriyyəti «Liqa» və «5 ulduz hərəkətı» partiyalarının üzvü olduğundan Venesuelada vəziyyətlə bağlı müxtəlif mövqelər sərgiləyirlər. «Hərəkat» partiyası düşünür ki, Guaydonun tanınması başqa bir ölkənin daxili işlərinə müdaxilə etməmək prinsipini pozur. «Liqa» partiyası isə Maduronu «vaxtı bitmiş tiran» adlandırır. İtaliya Baş naziri Cuzeppe Contenin son rəsmi bəyanatında Nicolas Maduro növbəti dövr üçün yenidən prezident seçilməsi ilə nəticələnən seçkini tanımadıqlarını və yeni bir prezident seçkilərinin təşkilinin mütləq olmasını vurğulamışdır[283].
4 fevral Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka İspaniya, Latviya, Niderland, Portuqaliya, Fransa və İsveçrə 8 günlük ultimatumun sonunda Qauydonu Venesuelanın müvəqqəti prezidenti olaraq tanıdıqlarını bəyan etmişdir[284][285].
7 fevral Avropa Birliyi və Uruqvay Venesuela böhranını həll etmək üçün əlaqə qrupunun ilk toplantısını Montevideoda keçirəcək. Toplantıya Avropa İttifaqının nümayəndələri və birliyinin səkkiz ölkəsi də qatılacaqdır: İtaliya, Böyük Britaniya, Almaniya, İspaniya, Fransa, Niderland, Portuqaliya və İsveçrə. Bundan əlavə qrupa dörd Latın Amerikası ölkəsi daxildir: Boliviya, Kosta-Rika, Uruqvay və Ekvador[286]
Beynəlxalq Əlaqə Qrupunun görüşündən sonra Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini sonuncu mətbuat konfransında bildirib ki, Venesuela ilə bağlı Beynəlxalq Əlaqə Qrupu ölkədə yeni prezident seçkilərinin keçirilməsi üçün və humanitar yardımın vaxtında çatdırılmasına zəmanət verəcək: «Venesuelada böhran yalnız venesuelalıların özləri tərəfindən hərbi müdaxilə etmədən, yalnız sülh, siyasi və demokratik vasitələrlə, azad seçki yolu ilə həll edilə bilər»[287].
24 fevral İspaniyanın Xarici İşlər Naziri Joze Borrel İspaniyanın Venesueladakı vəziyyətlə əlaqədar xarici ölkələr tərəfindən hərbi müdaxiləni dəstəkləməyəcəyini barədə xəbərdarlıq etmişdir: «Biz aydın şəkildə xəbərdar etdik ki, Venesueladakı vəziyyətlə bağlı heç bir xarici hərbi müdaxiləni qətiyyətlə dəstəkləməyəcəyik və bu addını qınayacağıq. Hansı ki, ümid edirik baş verməyəcək.»[288].
26 yanvar tarixində Rusiyanın etirazlarına baxmayaraq Amerika Birləşmiş Ştatların təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası təcili toplantısı keçirildi. Bu toplantı yalnız xarici siyasət səviyyəsində qütbləşməyə gətirib çıxardı. Rusiya rəhbərliyi böhranı danışıqlar yolu ilə həll etmək və onun beynəlmiləlləşdirilməsinin qarşısını almaq cəhdlərinə baxmayaraq, prezident Nikolas Maduroya xarici təzyiq artmaqda davam edir[132].
BMT Təhlükəsizlik Şurasının toplantısında iştirak edən Avropa İttifaqı «beynəlxalq demokratik standartlara və Venesuela Konstitusiyasında nəzərdə tutulmuş qaydada azad, şəffaf və etibarlı prezident seçkiləri keçirilməsinə» çağırış etdi. Bəyanatda deyilir ki, əgər səkkiz gündə yeni seçkilər açıqlanmazsa, Avropanın aparıcı ölkələri Xuan Quaydonu Venesuelanın müvəqqəti dövlət başçısı kimi tanıyacaqlarını qeyd edirlər[132].
Rusiya nümayəndəsi BMT-dəki Vasili Nebenzya Quaydoya xarici dəstəyi beynəlxalq qanunun pozduğunu və «birbaşa qan tökülməsinə aparan yol» olduğunu bəyan edir[289]. O, həmçinin ABŞ administrasiyasını BMT Təhlükəsizlik Şurasını «özünü çirkin oyunlarına» cəlb etməkdə ittiham edib. Rusiyanın mövqeyi böhranın ölkə daxili dialoqla çözülməsidir. Hansı ki, Təhlükəsizlik Şurasının fövqəladə toplantısının keçirilməsinin də yeganə məqsədi Venesuelada sabitliyin davam etməsinə nail olmaqdır[132]. Maduronu həmçinin Çin, Meksika və Türkiyədə dəstəkləmişdir[289]
ABŞ dövlət katibi Mayk Pompeo çıxışında, Rusiya və Çinini «yıxılmaqda olan rejimi dəstəkləməkdə» günahlandırdı və beynəlxalq ictimaiyyəti qərar verməyə çağırdı: «Hər bir ölkənin tərəf seçmə vaxtı gəldi <…> siz ya azadlıq qüvvələrinin tərəfində olacaqsınız, ya da şiddətin və Maduro liqasının yanında». Pompeo da müttəfiqlərini Maduroya və onun rejiminə maddi dəstək verməməyə çağırdı[132][277]. Buna cavab olaraq Rusiya nümayəndəsi, ABŞ-ni Maduroya qarşı razılaşma təşkil etməsində günahlandırdı[289].
BMT Təhlükəsizlik Şurasının iclasının ardınca məlum olur ki, 2018-ci ilin dekabrında Quaydo ABŞ, Braziliya və Kolumbiyada olmuş, Venesuelada kütləvi müxalifət nümayişləri strategiyası haqqında bu ölkələrin rəhbərliyinə məlumat vermiş və məsləhətləşmələr aparmışdır. Quaydonun özünü Venesuela Konstitusiyasının müddəaları əsasında prezident elan etməsi qərarı, ABŞ vitse-prezidenti ilə telefon danışığından sonra qəbul edilmişdir[277][290].
Venesuelada Hercon tərəfindən aparılan 1000 qeydiyyatdan keçmiş seçicinin telefonla sorğusunun nəticəsi olaraq, respondentlərin 79,9 faizi Maduronun istefası ilə razılaşmışdır. Milli Asambleyaya gəldikdə isə respondentlərin 68,8 % onun işini müsbət, 15,6 % mənfi olaraq qiymətləndirmişdir. Onlardan Quaydonun Milli Asambleyada müvəqqəti prezident səlahiyyətlərini öz üzərinə götürməsi ilə razısınızmı soruşulduqda, 68,6 % razılaşdığı halda, 19,4 % əlehinə olduğunu bildirmişdir[291].
Meganalisis tərəfindən 19 - 20 yanvar tarixlərində 900 nəfərlə apardığı sorğunun nəticələrinə görə 81,4 % Quaydonun 23 yanvarda and içərək səlahiyyətləri öz üzərinə götürəcəyinə inandığını ümid etmişdir. Üstəlik 84,2 % respondent Maduronun yerinə Quaydonun keçid hökumətini dəstəklədiyini bildirmişdir[292].
Venesuelada 24 - 25 yanvar 2019-cu ildə aparılan sorğuya əsasən respondentlərin 83,7 % Quaydonu prezident kimi tanımış, 11,4 % fikrində tərəddüd etmiş, 4,8 % isə Maduronu prezident hesab etmişdir[293].
Bəzi mənbələr bloklanmanın 11 yanvar 2019-cu il tarixindən başladığını bildirir. Buna səbəb isə vikipediyanın ispan dilli versiyasında Nikolas Maduro, Xuan Quaydo, «Venesuela Prezidenti» və «Venesuela Prezidentlərinin siyahısı» məqalələrində baş vermiş redaktə müharibəsi sonucunda ortaya çıxmışdır. Nəticədə redaktə müharibəsi 2 saat davam etmiş və eyni məqaləyə 37 dəyişiklik həyata keçirilmişdir[294][295][296].
Venesuela qeyri-hökumət təşkilatları həmçinin Instagram, Twitter və YouTube kanallarına girişin bloklandığını bildirir[297].
25 yanvar 2019-cu ildə Reuters agentliyi qeyri-rəsmi Rusiyadan olan mənbəyə əsaslanaraq[298] Maduronu qorumaq məqsədi ilə keçmiş rus hərbi qulluqçulardan ibarət olan[299][300] «Vaqner qrupu»[301] nu Venesuelaya göndərildiyini xəbər vermişdir. Mənbə[302] 400 nəfərdən ibarət olan bir qrupdan bəhs edir[303]. Rusiyanın Venesueladakı səfiri Vladimir Zaemski ölkədə Rusiya xüsusi hərbi şirkətlərinin olması barədə məlumatları «Yalan xəbər» olaraq adlandırır[298]. Rusiya və Venesueladan olan rəsmi şəxslər isə müxtəlif mətbuatdan aydınlaşdırılma istəmiş, bu ehtimalları da rədd etmişlər[304][305][306].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.