yoluxucu xəstəlik From Wikipedia, the free encyclopedia
Vəba və ya xolera (lat. cholera) — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
XBT-10 təsnifatı | ||
---|---|---|
A00.0 | Törədicisi lat. Vibrio cholerae olan O:1, Biovar vəba | |
A00.1 | Törədicisi lat. Vibrio cholerae olan O:1, Biovar eltor | |
A00.9 | Vəba, digərləri | |
XBT-10 onlayn (ÜST — 2006-cı il versiyası) |
Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur.
Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, %50 nisbətində ölümlə nəticələnə bilər.
Vəba çox qədim tarixə malik bir xəstəlikdir. Vəba haqqında e.ə. 5-ci əsr aid yazılar (sanskrit dilində) aşkarlanmışdır. Tarix boyunca çoxlu sayda vəba epidemiyası baş vermişdir.
Dünyada hələ də çoxlu sayda insan vəbaya yoluxur. 2010-cu ildən bəri aparılan hesablamalar göstərir ki, hər il 3 milyondan 5 milyona qədər insan vəbaya yoluxur və hər il 58000 və 130000 arası insan bu xəstəlikdən vəfat edir. Müasir dövrdə vəba pandemiya adlanır. Lakin o, əsasən, inkişafda olan ölkələrdə, xüsusilə, uşaqlar arasında geniş yayılmışdır.
Vəbaya vəba vibrionu adlanan bakteriya səbəb olur. Xəstəliyin ölümcül nəticəsi bu bakteriyaların nazik bağırsaqda ifraz etdiyi CTX adlanan güclü zəhərə görədir. CTX normal natrium və xlorid axınına qarışaraq bağırsağın divarlarına yapışır. Bakteriya nazik bağırsağın divarlarına yapışdığı zaman, bədən bol miqdarda su ifraz edir ki, bu da öz növbəsində ishala və sürətli maye və duz itkisinə səbəb olur.
İnsanlar adətən təmiz olmayan ərzaqları yeməklə yaxud çirkli su içməklə vəbaya yoluxurlar. İnsanlar vəbaya yoluxduqları zaman kəskin ishal müşahidə edilir və vəba bakteriyası onların nəcislərində canlı qalır. İnkişafda olan ölkələrdə kanalizasiya adətən yaxşı vəziyyətdə olmur. İshal digər insanların istifadə etdiyi suya qarışdığı zaman, vəba yayıla bilər. Məsələn, çirkab suları (insan tullantıları) çoxlu sayda insanın istifadə etdiyi çayın suyuna qarışarsa, insanlar aşağıdakı hallarda vəbaya yoluxa bilərlər:
Bu, inkişaf etmiş ölkələrdə vəbanın ən geniş yayılmış səbəbidir. İnsanlar tərkibində vəba bakteriyası olan sudan tutulmuş və inkişaf etmiş ölkələrə satılmağa göndərilən istridyə kimi dəniz məhsullarını yeyirlər.
Təbii şəraitdə vəbanı yayan mənbələr xəstə və ya vibrionlar gəzdirən adamlardır. Vəba ilə yoluxma ancaq ağız-nəcis vasitəsilə olur. İlin isti vaxtlarında vəbanı milçəklər də yayır. Lakin vəba vibrionlarının tətbiq imkanlarını zəiflədən faktorlar mövcuddur – vəba törədiciləri xarici mühit və fiziki-kimyəvi vasitələrin təsirinə çox davamlı deyildirlər, həmçinin vəbaya qarşı vaksinlər də vardır.
Vəba vibrionu bakteriyasının bir çox növü vardır. Onların bəziləri digərlərinə nisbətən daha ciddi xəstəliklər törədirlər. Buna görə də, vəbaya yoluxmuş bəzi insanlarda heç bir simptom müşahidə edilmir; bəzilərində o qədər də kəskin simptomlar olmadığı halda, digərlərində çox kəskin simptomlar özünü göstərir.
Böyük miqdarda sulu ishal vəbanın ən çox müşahidə edilən simptomudur. Ən pis halda, ishal o qədər kəskin ola bilər ki, insan bir neçə saat ərzində dehidrasiyadan ölə bilər. Vəba çox nadir hallarda birbaşa insandan insana yoluxur.
Çox kəskin ishal və şəffaf maye qusmaq vəbanın əsas simptomlarıdır. Bu simptomlar adətən qəflətən başlayır. Onlar insan yoluxduqdan sonra 12 saatdan 5 günə qədər müddətdə özünü göstərməyə başlayır (bu, vəbanın "inkubasiya mərhələsi" adlanır).
Müalicə edilmədiyi təqdirdə, çox ağır vəbalı insanların təxminən yarısı vəfat edir. Çox ağır vəbalı şəxslərdə kəskin ishal müşahidə edilir ki, onların bədənlərində sağ qalmağa kifayət edəcək qədər su və elektrolit (duz) qalmır. Vəbadan ölən şəxslər böyük miqdarda bədən mayesi itirdiklərinə görə dəriləri mavi-boz rəngə çalır, bu səbəbdən vəbaya "mavi ölüm" adı verilmişdir. Digər simptomlara daxildir:
Uşaqlarda adətən böyüklər kimi eyni vəba simptomları özünü göstərir. Lakin uşaqlarda həmçinin aşağıdakı simptomlar da müşahidə edilə bilər:
Vəbalı şəxlər yaxşı və cəld müalicə edildikdə, xəstəlikdən 1 faizdən az insan dünyasını dəyişir. Lakin vəba müalicə edilmədiyi təqdirdə, xəstələrin ən azı yarısı (50% — 60%) ölür. Vəba vibrionu bakteriyasının bəzi növləri digərlərinə nisbətən daha fərqli genlərə malikdir və daha təhlükəlidirlər. Vəba bakteriyasının daha təhlükəli növləri 2010-cu ildə Haitidə və 2004-cü ildə Hindistanda epidemiyaya səbəb olmuşdu. Vəbanın bu növünə yoluxmuş şəxs xəstələndikdən 2 saat sonra vəfat edə bilər.
Vəba əleyhinə ağız yolu ilə qəbul edilən vaksinlər vardır. O, təxminən 6 ay müddətində vəbaya yoluxma riskinin qarşısını almağa kömək edir. İnsanlar, həmçinin vəbanın qarşısını almaq üçün digər tədbirlər də görə bilərlər. Məsələn:
Dövlətlər epidemiyaların baş verməsinin qarşısını ala bilərlər. Məsələn, inkişaf etmiş ölkələrdə vəbaya çox nadir hallarda rast gəlinir, çünki bu ölkələrdə kanalizasiya sistemləri yaxşı vəziyyətdədir və onlar bakteriyaları öldürmək üçün suya kimyəvi maddələr əlavə edirlər. Hətta insanlar vəbaya yoluxmağa başladıqdan sonra belə, dövlət xəstəliyin yayılmasının qarşısını aşağıdakı yollarla ala bilər:
Vəba səbəbilə vəfat etdiyi hesab edilən digər məşhur şəxslərə daxildir:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.