Remove ads
İtaliyan futbol klubu From Wikipedia, the free encyclopedia
Milan FK (it. Associazione Calcio Milan) — İtaliyanın Lombardiya regionunun Milan şəhərini təmsil edən futbol klubu. Klubun tam adı "Associazione Calcio Milan"dır və buna görə klub dünyada daha çox "A.C. Milan" adıyla tanınır. Klub ev oyunlarını San-Siro stadionunda keçirir. Komandanın hal hazırda kapitanı Davide Kalabriya, baş məşqçisi isə Paulo Fonsekadır.
AC Milan | ||||
---|---|---|---|---|
Associazione Calcio Milan | ||||
Klubun tam adı | Milan Futbol Assiosasiyası | |||
Ölkə | İtaliya | |||
Ləqəb(lər) |
l Rossoneri (Qırmızı-qaralar), ll Diavolo (Şeytanlar ), İtaliya futbolunun flaqmanı (il fiore all'occhiello d'Italia) |
|||
Rəng(lər) | qırmızı, qara | |||
Yaranma tarixi | 16 dekabr 1899 ) | |||
Stadionu | San Siro | |||
Tutumu |
75 817 (minimum) 80 018 (maximum) |
|||
Sahibi |
RedBird Capital Partners (99.93%)[1][2] Fərdi səhmdarlar (0.07%)[3] |
|||
Prezidenti | Paolo Skaroni | |||
Baş məşqçisi | Paulo Fonseka | |||
Kapitanı | Davide Kalabria | |||
Liqa | İtaliya A Seriyası | |||
2023–2024 | 2/20 | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Dünyanın ən titullu klub komandalarından biridir. Ən çox beynəlxalq kubok qazanmış İtaliya futbol klubudur.
Klub ilk İtaliya çempionluğunu, çempionatda debüt etdiyi 1900/1901 mövsumundə, son çempionluğunu isə 2021/22 mövsumundə qazanıb.
1963-cü ildə Avropa Çempionlar kubokunu qazanmaqla bu titulu qazanan ilk İtaliya klubudur. Həmçinin Avropanın ən böyük klub turniri olan Çempionlar Liqasının kubokunu öz müzeyində əbədi saxlamaq hüququna malik 5 Avropa klubundan biridir. Klubun Çempionlar Liqasında son çempionluğu isə 2006/07 mövsumundə olub.
UEFA Super Kubokunu ən çox qazanmış iki klubdan biridir (6 dəfə).
Klubun qazandığı son titul 2021/22 mövsumundə qazandığı İtaliya A Seriyası çempionluğudur.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının versiyasına görə, Avropada XX əsrin ən yaxşı dördüncu futbol klubudur.[4][5]
Klub İtaliya və dünya futbolunun ən varlı klublarından biridir.[6] O, Avropanın aparıcı futbol klublarından ibarət hazırda fəaliyyət göstərməyən "G-14" qrupunun, eləcə də onu əvəz edən Avropa Klublar Assosiasiyasının qurucu üzvüdur.[7]
"Milan" klubu 16 dekabr 1899-cu il tarixində britaniyalılar Alfred Edvard, Samüel Riçard Devis, Penvin Levellin Nevill, Kurt Lees, Mildmey, Barnett Heys və yerli milanlılar Pyero, Alberto Pirelli, Daniele, Françesko Anjeloni, Guido Valerio, Antoni Dubini və Culio Sederno tərəfindən yaradılmışdır.[8] Bu şəxslər 13 dekabr 1899-cu ildə "Nord et des Anglais" hotelində toplaşaraq yeni yaranacaq klubun strukturunu müzakirə edirlər. Klub "Milan futbol və kriket kubu" (ing.: Milan Foot-Ball and Cricket Club) adını alır. Klubun ilk prezidienti Alfred Edvard seçilir.[9] Klubun ilk baş məşqçisi Britaniyanın Nottinqem şəhərində doğulmuş Herbert Kilpin olur. Klubun öz geyim formasında istifadə etdiyi qara qırmızı rəngidə Herbert Klipinə məxsusdur.
Yeni yaranmış klubun keçirdiyi ilk oyun 11 mart 1900-cü il tarixində baş tutur. Rəqib Milanın digər klubu olan "Mediolanum" klubu olur. Həmin matç üçün klub aşağıdakı heyət ilə meydana çıxır: Kilpin, Huud, Kannani, Toretto, Liss, Valerio, Dubini, Devis, Nevill, Allison, Formenti. Milanın bu göruşdə 3:0 hesablı inamlı qələbə qazanması komandanı ruhlandırır və ölkə çempionatında oynamaq hüququ almaq üçun İtaliya Futbol Federasiyasına üzv olmaq qərarına gəlinir.
Klub ilk rəsmi oyununu isə, 1900-cü il aprelin 15-də "Torineze" klubuna qarşı keçirir və 0:3 hesabı ilə məğlub olur.[10]
Klub İtaliyada ilk ölkə çempionluğunu yarandığından iki il sonra, 1901-ci ildə qazanır. Sonra 1906 və 1907-ci illərdə təkrar İtaliya çempionu olur.[11]
1907-ci ildə legionerlərlə yaranan vəziyyətə görə Milan klubu xarici oyunçularından imtina edir. Milanı tərk edən xarici oyunçulardan ibarət yeni klub yaranır və klub "İnternasional" adını alır. Bu klub hal hazırdada fəaliyyətini davam etdirən İnter klubudur.[12] Bir il sonra yeni yaranmış klubun fəaliyyəti təsdiq edilir və beləcə bu gün futbol üzrə dünyanın ən möhtəşəm derbilərindən biri olan Milan derbisi yaranır.
Bu dövrdən sonra Milan sonra qeyri stabil dövr başlayır. Rossonerilər turnir cədvəlində ənənəvi olaraq orta sıralarda yer alır və nadir hallarda ilk dördlüyə daxil ola bilirdilər.
1936-cı ildə komandanın adı "Milan Futbol Klubu"ndan "Milan İdman Assosiasiyası"na (ital: Associazione Sportivo Milan), 1945-ci ildə isə "Milan Futbol Assosasiyası"na (ital. Associazione Calcio Milan) dəyişdirilir. Eyni zamanda klubun rəhbərliyində də çoxsaylı dəyişikliklər baş verir. 1940–1954-cü illərdə komandaya rəhbərlik etmiş Umberto Trabattoni Milanın prezidenti olur. İlk dəfə olaraq Milanın super kluba çevrilməsi bu dövrdən başlayır.
Umberto Trabattoni Milan klubunun prezidenti seçildikdən bir neçə il sonra, öz köməkçisi olan keçmiş futbolçu Antonio Buzini ilə birlikdə Milanın super komandaya çevrilməsi işlərinə başlayır. Klub 1948/49 mövsümündə son illərin ən yaxşı nəticəsini göstərərək İtaliya çempionatında ikinci yeri tutur. 1949-cu ildə İsveçin "IFK Norrköping" klubundan hücumçu Qunnar Nordal transfer edilir. Bir il sonra Milanın sıralarına daha iki isveçli ulduz, Yuhan Qunnar Qren və Nils Lidholm qoşulur. Klubun baş məşqçisi isə, əvəllər "IFK Norrköping" klubunda işləmiş macarıstanlı Layoş Şeyzler təyin edilir. Tezliklə Gre-No-Lİ adını alan isveçli üçluk Milanın oyununu tam dəyişir. 1949/1950 mövsümündə klub İtaliya çempionatında təkrar ikinci yeri tutur. Bir il sonra 1951-ci ildə klub dördüncü dəfə İtaliya çempionu olur. Bir həftə sonra isə klub o dövrün əsas avrokubok yarışı olan Latın Kubokunun finalında Fransanın Lill komandasını 5–0 hesabı ilə məğlub edərək ilk beynəlxalq kubokunu qazanır. Növbəti üç mövsüm klub üçün çox da uğurlu olmur. 1952-ci ildə Layoş Şeyzler baş məşqçi vəzifəsindən çıxarılır. 1954-cü ildə isə sağlığında yaranan problemlərə görə Umberto Trabattoni prezidentlik kürsüsünü tərk edir. Milanın yeni prezdienti Andrea Ritsoli seçilir. Ritsolinin prezident olduğu ilk 7 ildə Milan 4 dəfə İtaliya çempionu olur, 2 dəfə isə çempionatın gümüş medallarını qazanır.
1961-ci ildə Milan klubunun baş məşqçisi Nereo Rokko təyin edilir. Əfsanəvi məşqçi ilk mövsümdə Milana 8-ci İtaliya çempionluğunu qazandırır. Növbəti mövsümdə qırmızı-qaralar UEFA Çempionlar Kubokunun finalında Joze Altafininin vurduğu iki qol ilə Portuqaliyanın Benfika klubuna qalib gələrək, İtaliya klubları arasında ilk dəfə olaraq bu kuboku qazanır.[13] Milan tarixinin ən uğurlu dövrlərindən biri olan bu dövrdə, Milanın heyətində Joze Altafini, Canni Rivera kimi öz parlaq oyunu ilə diqqət çəkən ulduzlar çıxış edirdi. 1963-cü ildən etibarən Milan məşqlərini Vareze əyalətinin Milanello şəhərciyində olan idman mərkəzində keçirir.
1963-cü ildə Nereo Rokko Milanı tərk edərək Torino klubuna keçir. Onu Milan klubunda Cüzeppe Viani əvəz edir. 1966-cı ildə Nereo Rokkonun kluba ikinci gəlişi baş verir. Bir il sonra Rokko özunə məxsus dubl edərək həm İtaliya çempionu olur, həm də ki Kuboklar Kubokunu qazanır. Növbəti il isə Rokkonun başılıq etdiyi klub ikinci dəfə UEFA Çempionlar kubokunun qalibi olur. Bu dəfə milanlılar finalda əfsanəfi Rinus Mikselsin rəhbərlik etdiyi Niderlandın Ayaks klubunu məğlub edir. Qitələrarası kubokda isə Argentinanın "Estudiantes" klubunu məğlub edilir və Milanın müzeyinə yeni bir titul gəlir.
Rokkolu Milan 1971/72 mövsümündə İtaliya Kubokunu, 1972/73 mövsümündə isə həm İtaliya kubkunu həm də ki UEFA Kuboklar Kubokunu qazanır.
1973-cü ildə Rokko klubu tərk edir. Rokkonun gedişindən sonra Milanda eniş dövrü başlayır və klub ən uğursuz dövrlərindən birini yaşayır. Bu dövrdə komandanın yeganə uğuru, onuncu çempionluğunu qazanaraq embleminə bir ulduz da əlavə etməsi olur. Bu zaman komandanın baş məşqçisi, keçmiş oyunçusu və lideri Nils Lidholm olur. Bu illərdə uzun müddət komandanın kapitanı olmuş Canni Rivera futbolçu karyerasını bitirir və Milan komandasının vitse prezidenti təyin edilir. Əvəzində gələcəkdə komandanın kapitanı və dünya tarixinin ən yaxşı müdafiəçilərindən biri olacaq gənc Franko Barezi komandada peyda olur.
Lidholm baş məşqçi postundan getdikdən sonra ardıcıl olaraq Milanda bir neçə baş məşqçi dəyişikliyi baş verir. 1980-ci ildə baş vermiş futbol qalmaqalından sonra isə komanda B Seriyasına göndərilir.[14] İki il ardıcıl B Seriyasında yarışan klub burada çempion olur və təkrar A Seriyasına geri dönur. Nils Lidholm təkrar baş məşqçi kimi komandaya dəvət edilir. Bu zaman sonralar uzun müddət komandanın heyətində oynamış, dünya tarixinin ən yaxşı müdafiəçilərindən birinə çevriləcək gənc Paolo Maldini komandanın heyətində peyda olur.
20 fevral 1986-cı ildə İtaliyalı biznesmen Silvio Berluskoni klubu alaraq onun sahibinə çevrilir. Bir ay sonra klubun yeni sahibi həm də klubun prezidenti seçilir. Yeni prezident dərhal radikal dəyişikliklərə edərək komandanı gücləndirməyə başlayır. İlk olaraq komandaya baş məşqçi olaraq Arriqo Sakki dəvət edilir[15]. İtaliya millisinin üzvləri olan Cüzeppe Qalderizi, Daniele Massaro, Covanni Qalli və yeni parlayan Roberto Donadoni, Dario Bonetti kimi futbolçular Milana transfer edilir.
1987-ci ilin yayında Sakkinin iş üsulları ilə artıq tanış olan Berluskoni onu öz malikanəsinə dəvət edir, uzun söhbətdən sonra Silvio anlayır ki, Sakki ona lazım olan məşqçidir. Çünki 1980-ci illərdə Avropa futbolunda müdafiə oyunu taktikası üstünlük təşkil edirdi və bu "kattenaço" taktikasının yarandığı ölkədə daha çox nəzərə çarpırdı.[16][17][18] Amma Sakki tamamilə başqa futbol fəlsəfəsinə malik idi və kəskin hücum oyununun tərəfdarı idi.[19] Berluskoni isə, gözəl oyun ilə qələbə qazanan komanda qurmaq istəyirdi və buna görədə öz seçimini Arriqo Sakki üzərində edir.[20] Sakki Milanda dərhal 4–4–2 sxemindən istifadə etməyə başlayır. Komandanın futbol fəlsəfəsi kombinasiyalı, sürətli və hücum oyununa çevrilir. Arriqo oyunçulara kombinasiyalı oynamaq imkanı verərək, İtaliyada o zaman çox sevilən "futbol riyaziyyatı"ndan, yəni oyunçuların oyunda öz funksiyalarını dəqiq şəkildə yerinə yetirmələri tələblərindən tamamilə imtina edir. Milan müdafiədə Nils Lidholm tərəfindən tətbiq edilən "yüksək zona müdafiəsi" sistemi ilə oynamağa davam edir. Hücum edən oyunçular isə situasiyaya uyğun hərəkət edərək növbə ilə solda, sonra sağda oynayırlar. Mərkəz hücumçuları bir-birinə çox yaxın olurdular. Orta sahədə oyunçuların düzuluşu isə romb formasında olurdu.[21] Sakkinin Milanın oyun sxemində tətbiq etdiyi ən vacib şey oyunçuların hərəkətlərinin dəqiq koordinasiyası, oyunçuların top olmadan daimi hərəkəti, bütün meydançada preslsinq tətbiqi və oyun funksiyalarının tam universallaşdırılması idi.
Bu dövrdə komandaya Niderland futbolunun parlayan ulduzları Van Basten və Ruud Qullit transfer edilir. Az sonra onlara Frank Raykard qoşulur. Əfsanəvi iveçli Gre-No-Li triosundan sonra Milanda yeni əfsanəyə çevriləcək trio yaranır. Həmçinin komandanın gənclər komandasından Kostakurta əsas komandaya gətirilir. Milanın digər böyuk transferi isə, sonralar komandanın baş məşqçisi olacaq Karlo Ançelottinin transferi olur.
Sakkinin uğur qazanması özunu çox gözlətmir və Milan 1987/88 mövsümundə Napolini qabaqlayaraq on birinci dəfə İtaliya çempionu olur. Bir il sonra Çempionlar kubokunun finalında Ruminyanın Styaua klubu 4–0 hesabı ilə qalib gələrək Avropanın ən güclu klubu adını qazanır. Sakki 1991-ci ilə qədər komandaya rəhbərlik edir və bu dövrdə Milan İtaliya çempionluğunu, iki dəfə Çempionlar Kubokunu, iki dəfə Qitələrarası Kuboku, iki dəfə Avropa Superkubokunu və bir dəfə isə İtaliya Superkubokunu qazanır.
Milanın keçmiş yarımmüdafiəçisi Fabio Kapello 1992/93 mövsümünün əvvəlində, İtaliya millisinə gedən Sakkini əvəzləyir.[22] Lakin komanda həm ölkə daxilində, həm də Avropada dominantlığını davam etdirir. Milan Kapello ilə dörd dəfə İtaliya çempionluğunu (ardıcıl üç dəfə), üç dəfə İtaliya Superkubokunu, bir dəfə Çempionlar Liqasını (Finalda İspaniyanın Barselona klubunu böyuk hesabla məğlub etməklə) və bir dəfə UEFA Superkubokunu qazanır.[23]
Ümumiyyətlə 1986–1996-cı illər təkcə qazanılan kubokların sayına görə deyil, həm də gözəl oyun tərzinə görə klub tarixinin ən məhsuldar zamanı sayılır. Bu zaman Milana futbol "The Immortals" yəni ölumsuzlər ləqəbi verilir.[24][25] bu müddətdə Milan futbolçuları beş dəfə Qızıl Top mükafatını qazanırlar.
1996-cı ildə Kapellonun gedişindən sonra komandanın baş məşqçisi uruqvalı Oskar Tabarez təyin edilir. Komandaya Edqar Davids, Kristafor Dugarri, İbrahim Ba kimi oyunçular transfer edir, amma yeni baş məşqçi ilə Milan çox uğursuz çıxış edir və Komandaya təkrar Arriqo Sakki dəvət edilir. Ancaq Sakki ilə də Milan uğurlu olmur və çempionatı 11-ci yerdə bitirir. Uğursuz çıxışa görə Sakki istefaya göndərilir və onu Kapello əvəzləyir. Kapello yeni gəlişindən sonra komanda Patrik Klüvert, Leonardo, Kristian Ziege kimi futbolçular transfer edilir, amma Kapellonun başçılığı ilədə Milan uğurlu olmur və çempionatı onuncu yerdə bitirir. Ölkə kubokunun finalında isə Latsio klubuna məğlub olur.[26] Nəticədə Kapello da Milandan uzaqlaşdırılır.
Növbəti mövsümdə komandaya yeni baş məşqçi dəvət olunur. Bu ötən mövsümdə Udineze klubu ilə gözlənilmədən İtaliya Çempionatında üçüncü yeri tutmuş Alberto Zakkeroni olur. Komandaya Oliver Birhoff, Tomas Helveq, Roberto Ayala kimi futbolçular dəvət edilir. Zakkeroni ilə klub ilk mövsumdə İtaliya çempionu olur. Ancaq növbəti mövsümdə klubda təkrar uğursuzluq başlayır. Klub Çempionlar Liqasını çox erkən tərk edir. Ölkə çempionatını isə üçüncü yerdə bitirir.[27] Bu mövsümdə komanda, gələcəkdə klubun liderinə çevriləcək Andrey Şevçenkonu transfer edir.
Növəti mövsümdə klub Alberto Zakkeroni ilə yoluna davam edir, ancaq Çempionlar Liqasında olan uğursuz çıxışa görə mövsümün ortasında Çezare Maldini ilə əvəzlənir. Maldininin məşqçi fəaliyyəti çox uğurlu başlayır. Hətta Milan derbisində əzəli rəqib İnter 6–0 hesabı ilə darmadağın edilir. Ancaq mövsümün sonunda Milan çempionatı 6-cı pillədə bitirdiyi üçün Çezare Maldini vəzifəsindən uzaqlaşdırılır.
1996 və 2001-ci illər arası Milan tarixinin elə də uğurlu olmayan dövrlərindən sayılır.
Növbəti, 2001/02 mövsümünə Milan transfer bazarında çox aktiv olmaqla başlayır. Filippo İnzaqi, Andrea Pirlo, Rui Koşta, Xavi Moreno, Kosmin Kontra, Kaxa Kaladze, Martin Laursen, Yon Dal Tomasson, Ümit Davala kimi oyunçular transfer edilir. Baş məşqçi postuna türkiyəli Fatih Terim təyin edilir. Ancaq "İmperator" ləqəbli məşqçinin Milandakı fəaliyyəti uğurlu olmur və 5 ay sonra istefaya göndərilir. Onu Milanın keçmiş oyunçusu Karlo Ançelotti əvəzləyir. Don Karlonun rəhbərliyi altında Milan ilk mövsümdə 4-cü yeri tutaraq Avropa Çempionlar Liqasına vəsiqə qazanır.
Karlo Ançelottinin Milanda uğurları özunu çox gözlətmir və komanda 2002–2003 mövsümündə finalda Yuventus klubunu məğlub edərək Çempionlar Liqasının qalibi olur. Milanın çempion heyəti bu cür olur: Dida; Alessandro Kostakurta, Alessandro Nesta, Paolo Maldini, Kaxa Kaladze, Cennaro Qattuzo, Andrea Pirlo, Klarens Zeedorf, Rui Koşta, Andrey Şevçenko, Filippo İnzaqi.[28] İtaliya çempionatında isə komanda 3-cü yeri tutur. Klub
2003/04 mövsümündən öncə komanda Kaka, Kafu kimi oyunçuları transfer edir. Bu mövsümdə Milan rekord xal toplayaraq İtaliya çempionu olur, amma Milanın Avrokuboklarda mövsümü mükəmməl olmur, Çempionlar Liqasının 1/4 finalında Deportivo La Korunya San Siroda ilk oyunda 4–1 qalib gəlsələr də, cavab oyununda 0–4 hesabı ilə məğlub olurlar.
2004/05 mövsümündə Çelsidən Ernan Krespo icarəyə göturulur. Həmçinin Latsiodan Yap Stam transfer edilir. Milan gözəl futbol oynadığı bir mövsüm keçirir, lakin mövsüm 2005-ci ildə Çempionlar Liqasının finalında İstanbulun Atatürk Stadionunda uğursuz məğlubiyyətlə başa çatır. Oyunda Milan, Liverpula qarşı 3–0 hesabla öndə olsa da, cəmi altı dəqiqə ərzində üç qol buraxır və nəticədə penaltilərdə 3–2 məğlub olur. Ölkə çempionatında isə, turnir cədvəlində Yuventusdan geri qalaraq ikinci yeri tutur. Mövsümün əvvəlində isə İtaliya Superkubokunun finalında Latsionu 3–0 hesabı ilə məğlub edərək altıncı İtaliya Superkubokunu qazanır.
2005/06 mövsümündə Milan çempionatda 88 xal toplasa da rekord sayda 91 xal toplayan Yuventusdan geri qalır. Ancaq İtaliyada o zaman baş vermiş "Kalciopoli" qalmaqalına görə Yuventus B Seriyasına göndərilir, Milanın xallarından isə 30 xal çıxılır və Milan 58 xalla çempionatın bürunc medallarını qazanır.[29] Milanın həmin il Çempionlar Liqasındakı çıxışı da gözəl alınsa da sonda uğursuz olur. Komanda qrupdan çıxdıqdan sonra əvvəlcə ümumi hesabda Bayern Münheni, sonra isə Fransanın Lion klubunu 3–1 hesabı ilə məğlub edərək turnirin yarımfinal mərhələsinə yüksəlir. Yarımfinalda onlar hakimlərin ədalətsiz qərarları nəticəsində turnirin gələcək çempionu Barselona klubuna ümumi hesabda 0–1 hesabı ilə məğlub olurlar.[30]
2006/07 mövsümündə Milanın A Seriya oyunları, "Kalciopoli" qalmaqalından yaranan −8 xallıq fərq ilə başlayır. Mövsümün ilk yarısında Milanın turnir cədvəlinin ortasında qərarlaşmasından sonra komanda rəhbərliyi qışda, Dünya Kubokunun qalibi Massimo Oddo və əfsanəvi hücumçu Ronaldo Nazariu da daxil olmaqla bir neçə transfer edir. Mövsümün sonunda Milan dördüncü yeri tutaraq, Çempionlar Liqasının 2007–08 mövsümündə iştirakını təmin edir.
Onların A Seriyası orta dərəcədə uğurlu olsa da, 2006–07 mövsümü komandanın Çempionlar Liqasındakı çıxışı ilə yadda qalır. Çempionlar Liqasının qrup mərhələsində H qrupunda oynayan komanda, qrupdan birinci yerin sahibi kimi çıxır. Komanda 1/8 final oyununda Kakanın əlavə vaxtda vurduğu qol olə Seltiki (həmin ilin Şotlandiya Premyer Liqasının son çempionu) 1–0 məğlub edərək mübarizədən uzaqlaşdırır. Milan daha sonra Bayern Münheni 4–2 hesabı ilə məğlub edərək (San Siroda 2–2 və Allianz Arenada 2–0) yarımfinala yüksələrək, ardıcıl üçüncü və son beş ildə dördüncü dəfə Çempionlar Liqasının yarımfinalında iştirak edir. Yarımfinalda komanda İngiltərənin Mançester Yunayted klubunu yarışdan uzaqlaşdırır. Finalda Milana başqa bir ingilis klubu, Liverpul rəqib olur. Qarşılaşma 23 may 2007-ci ildə Afinadakı Olimpiya Stadionunda oynanılır. Bu oyunda Milan Filippo İnzaqinin vurduğu 2 qol ilə 2–1 hesabı ilə qalib gəlir və yeddinci Çempionlar Liqası Kubokunu qazanır. Bu qələbə ilə klub, iki qələbə də daxil olmaqla, beş il ərzində üç Çempionlar Liqasının final oyunu ilə Avropa futbolunun elitalarından biri olduğunu təsdiqləyir.
2007/08 mövsümündə komandanın ölkə çempionatında işləri yaxşı getmir və komanda beşinci yeri tutur. Ancaq 2007-ci ildə UEFA Super Kubokunu qazanaraq beynəlxalq uğurlarını davam etdirir. Milanın ötən mövsüm Çempionlar Liqasındakı uğuru həm də kluba, 2007 FIFA Klublararası Dünya Kubokunda iştirak etmək hüququ qazandırır. Klub bu turnirin qalibi olmaqla 18-ci rəsmi beynəlxalq kubokunu qazanır və dünyanın ən çox beynəlxalq kubok qazanan iki komandasından birinə çevrilir. Milanın Çempionlar Liqasının 2007–08 mövsümündəki iştirakı isə, ötən mövsümlər ilə müqayisədə uğursuz olur. Komanda 1/8 final mərhələsində Arsenala məğlub olaraq turnir ilə vidalaşır.
2008/09 mövsümündə, çempionatdakı bir il əvvəlki uğursuz mövsümdən sonra klub mövsümlərarası fasilədə çoxsaylı transferlər edir. Barselonadan Ronaldinyo alınır, Çelsidən komandanın keçmiş ulduzu Andrey Şevçenko geri alınır. Əlavə olaraq Canluka Zambrotta, Marko Borriello və Mathieu Flamini kimi oyunçular transfer edilir. Yanvar ayında isə məşhur ingiltərəli ulduz Devid Bekhem icarəyə göturulur. Ancaq bu transferlərə baxmayaraq komanda ölkə çempionatında üçuncu yeri tutur. UEFA kubokunda isə Almaiyanın Verder Bremen klubuna uduzaraq turnir ilə vidalaşır. 2008/09 mövsümünün bəlkə də ən diqqətçəkən məqamı, 25 illik karyerasında ancaq Milanda keçirən əfsanəvi futbolçu Paolo Maldininin mövsum sonunda karyerasını bitirməsi olur.
2009/10 mövsümü baş məşqçi Karlo Ançelottinin istefaya göndərilməsi və onun yerinə Milanın keçmiş futbolçusu Leonardonun təyin edilməsi ilə başlayır. Həmçinin klubun əsas lideri olan Kaka, o vaxtkı dünya rekordu olan 64,5 milyon avroya Real Madridə satılır. Komanda Çempionlar Liqasında Mançester Yunaytedə məğlub olaraq turnir ilə vidalaşır. Ölkə Çempionatında isə klub üçuncu yeri tutur. Mövsümün sonunda Leonardo Milanın onu bu vəzifədə saxlamaq istəməsinə baxmayaraq istefa verir.
2010/11 mövsümündən əvvəl Milanın baş məşqçisi daha əvvəl Kalyarini çalışdıran Massimiliano Alleqri təyin edilir. Bundan əlavə, klub mövsümlərarası fasilədə xeyli güclənir, Mançester Sitidən Robinyo, Portsmutdan Kevin-Prins Boatenq və Barselonadan Zlatan İbrahimoviçi transfer edilir. İbrahimoviç demək olar ki, hər matçda qol vuran əsl liderə çevrilir. Komandanın Çempionlar Liqasında işləri o qədər də yaxşı getmir. Milan gözlənilmədən Çempionlar Liqasından artıq 1/8 final mərhələsində Tottenham ilə oyunlarda uduzaraq turniri tərk edir.
Çempionlar Liqası ilə vidalaşandan sonra Milan bütün diqqətini rossonerilərin 2004-cü ildən bəri qazanmadığı skudetto uğrunda mübarizəyə yönəldir. Mövsümün əsas oyunu aprelin 2-də keçirilən Milan derbisi olur və bu matçda rossonerilər bu oyunda İnteri 3:0 hesabı ilə məğlub edirlər. Mayın 7-də çempionatın bitməsinə iki tur qalmış Roma ilə heç-heçədən sonra Milan rəsmi olaraq son 7 ildə ilk skudettonu qazanır.[31][32]
2011/12 mövsümündə komandanın liderlərindən olan Andrea Pirlo komandanı tərk edərək Yuventusa qoşulur. Milan ölkə çempionatında 2-ci yeri tutur. Ölkə kubikunda isə yarımfinalda Yuventusa uduzaraq mübarizəni dayanırır. Çempionlar Liqasında isə 1/4 final mərhələsində Bsrelonaya məğlub olaraq mübarizəni dayandırır.
Komanda 2012/13 mövsümunə böyük dəyişikliklər ilə başlayır. Maliyyə problemlərinə görə komandanın liderləri olan Tyaqu Silva və Zlatan İbrahimoviç 60 milyon avro müqabilində PSJ klubuna satılırlar. Komandanın liderlərindən olan Cennaro Qattuzo, Alessandro Nesta və Klarens Zeedorf ilə yeni müqavilə bağlanmır. Bunların əvəzində Rikardo Montolivo transfer edilir, Antonio Kassano isə İnterin hücumçusu Campaolo Pazzini ilə dəyişdirilir. Mövsüm Milan üçün pis başlayır və komanda ardıcıl olaraq əksər oyunları uduzur və turnir cədvəlində 13-u yerə qədər düşur. Ancaq çempionatın 14-cü turunda Yuventus üzərində 1–0 hesablı qələbədən[33] sonra komandanın nəticələrində stabillik yaranır. Mövsümün sonunda Milan çempionatı üçüncü pillədə bitirir. Çempionlar Liqasında isə komandanın yolunu yenə Barselona klubu kəsir. Bu dəfə komandalar 1/8 final mərhələsində qarşılaşırlar və Milan rəqibinə ümumi hesabda 2–4 hesabı ilə məğlub olur.
2013/14 mövsümünə Milan çox zəif başlayır. Mövsümün ortasında Alleqri komandadan göndərilir və onu müvəqqəti olaraq Mauro Tosatti əvəzləyir.[34] Ancaq bir neçə gün sonra komandanın baş məşqçisi Klarens Zeedorf təyin edilir. Komanda çempionatda mövsümu səkkizinci yerdə bitirir. Çempionlar Liqasında isə, 1/8 finalda Atletiko klubuna məğlub olaraq mübarizəni dayandırır. Uğursuz nəticəyə görə Klarens Zeedorf komandadan uzaqlaşdırılır.
9 iyun 2014-cü il tarixində Milan daha bir əfsanəvi keçmiş futbolçusu olan Filippo İnzaqini baş məşqçisi təyin edir . Superpippo 2016-cı il iyunun 30-dək müqavilə imzalanır.[35] Ancaq mövsüm Milan üçun çox uğursuz olur və komanda çempionatda onuncu pilləni tutur. Mövsüm bitən kimi İnzaqi vəzifəsindən uzaqlaşdırılır.[36]
2015-ci ilin iyun ayında Milan Sinişa Mixayloviç ilə 2 illik müqavilə imzalayaraq onu baş məşqçi təyin edir.[37][38] Komandaya Romadan Alessio Romanyoli və Andrea Bertolacci, Sevilyadan Karlos Bakka, Şaxtyordan Luis Adriano kimi oyunçular transfer edilir. Ancaq Milan rəhbərliyi istədiyi nəticəni ala bilmədiyi üçun, 12 aprel 2016-cı il tarixində Sinişa Mixayloviçi baş məşqçi vəzifəsindən azad edir.[39] Komandanın baş məşqçisi müvəqqəti olaraq Kristian Brokki təyin edilir.[39] Daha bir uğursuz mövsüm keçirən komanda ölkə çempionatında 7-ci yeri tutur. Ölkə kubokunun finalında isə, Yuventus klubuna məğlub olur.
28 iyun 2016-cı ildə Vinçenso Montella Milanın yeni baş məşqçisi olur.[40] Montelin rəhbərliyi altında ilk mövsümdə Milan çempionatda 6-cı yeri tutaraq Avropa Liqasına vəsiqə qazanır. İtaliya kubokunda komanda 1/4 finala yüksəlir, amma klubun ən mühüm nailiyyəti İtaliya Superkubokunda Yuventus üzərində qələbə olur. Bu, komandanın 2011-ci ildən bəri qazandığı ilk kuboku olur. Mövsümün daha bir mühüm hadisəsi, klubun 740 milyon avroya çinli biznesmen Yonhon Liyə satılması olur.[41]
Növbəti mövsümə Milan çoxlu transferlər ilə başlayır. Leonardo Bonuççi, Andre Silva, Andrea Konti, Hakan Çalhanoğlu, Matteo Musaççio, Rikardo Rodrigez, Lukas Biglia, Frank Kessie, Nikola Kaliniç və Fabio Borini kimi futbolçular transfer edilir.[42] Lakin Montella Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə apara biləcək rəqabətədavamlı komanda yarada bilmir. Komandanın qrup mərhələsinə yüksəldiyi Avropa Liqasında startı yaxşı olsa da, komandanın çempionatda işləri dalana dirənir. 14 turdan sonra "rossonerilər" 20 xalla turnir cədvəlinin sadəcə yeddinci pilləsində qərarlaşır. Nəticədə 27 noyabr 2017-ci ildə Montella vəzifəsindən qovulur.[43]
2017-ci il noyabrın 27-də Milanın gənclər komandasının məşqçisi və əsas komandanın sabiq yarımmüdafiəçisi Cennaro Qattuzo klubun baş məşqçisi təyin edilir.[43] Cennaro Qattuzonun Milanda fəaliyyəti uğursuz başlayır, lakin o, komandanı böhrandan çıxara bilir. Onun rəhbərliyi altında Milan İtaliya kubokunun finalına yüksəlir,[44] çempionatda on oyun ardıcıl olaraq məğlub olmur və turnir cədvəlində Çempionlar Liqasına vəsiqə verən pillələrdə qərarlaşır.[45] Qattuzo ilə üç illik yeni müqavilə imzalanır.[46] Amma mövsüm sonunda komanda çempionatı altıncı pillədə bitirir.
2018-ci ilin iyul ayında Milanın sahibi olan Yonhon Linin klubla bağlı maliyyə problemləri yaranır. 10 iyul 2018-ci ildə Li, Amerika fonduna borclu olduğu 303 milyon avroluq krediti yenidən maliyyələşdirmək üçün 32 milyon avro borcunu ödəmir və kredit ödəmə planını yerinə yetirə bilmir. Nəticədə klubun mülkiyyət hüququ rəsmi olaraq Elliott Management Corporationa keçir.[47][48][49]
Elliotun rəhbərliyi altında Milan üçün ilk mövsüm yeni klub prezidenti Paolo Skaroni ilə komanda üçün dəyişiklik mövsümü Samu Kastilyexo, Qonzalo Hiquaìn (icarə), Tiemoue Bakayoko (icarə), Mattia Kaldara və 2010 FIFA Dünya Kubokunun qalibi Pepe Reyna kimi yeni oyunçuların gəlişi və Leonardo Bonucci, Karlos Bakka, Manuel Lokatelli və Andre Silvakimi oyunçuların gedişi baş verir. Ancaq komanda yendə Çempionlar Liqasına vəsiqə qazana bilmir və ölkə çempionatında beşinci yeri tutur. Mövsümün sonunda Cennaro Qattuzo baş məşqçi vəzifəsindən uzaqlaşdırılır.
Son illərdə komandanın maliyyə nəticələrində problemlər olduğu üçun İdman Arbitraj Məhkəməsi, maliyyə "fair-play" qaydalarını pozduğu üçün klubu 2019/2020 mövsümündə avrokuboklarda çıxış etmək hüququndan məhrum edir. Həmçinin UEFA 2018-ci ilin sonlarında klubu avrokuboklardakı gəlirlərindən də məhrum edir.[50]
2019/20 mövsümünə komanda yeni baş məşqçi Marko Campolo ilə başlayır. Yay ərzində komanda Frank Kessyeni tam olaraq transfer edir. Həmçinin Teo Hernandez, Rafael Leao, İsmail Bennaser, Ante Rebiç, Rade Kruniç, Aleksis Salemakers kimi perspektivli oyunçular transfer edilir. Həmçinin İqnazio Abate, Rikkardo Montolivo, Patrick Kutrone kimi oyunçular komandanı tərk edir. Ancaq yeni baş məşqçi də uğurlu olmur və çempionatın əvvəlində, 8 oktyabr 2019-cu ildə tutduğu vəzifədən qovulur. Onu Stefano Pioli əvəzləyir. Dünyanın əksər ölkələrində olduğu kimi İtaliyadada ölkə çempionatı mart ayında Covid-19 pandemiyasına görə yarımçıq dayandırlır və iyun ayında bərpa edilir. Ümumiyyətlə Milanın çıxışını, fasilə və fasilədən sonra olmaqla iki dövrə bölmək olar. Fasiləyə qədər uğursuz çıxış edən Milan, 26 oyuna 36 xal toplayaraq səkkizinci pillədə qərarlıaşır.[51] Fasilədən sonra isə komanda keçirdiyi 12 oyunun heç birində məğlub olmur və mövsümün sonunda 66 xal ilə altıncı yeri tutur. Ötən mövsüm komanda ölkə Çempionatında beşinci yeri tutsa da, UEFA tərəfindən qoyulmuş qadağaya görə avrokuboklarda iştirak etmir.
Klub 2020/21 mövsümünə əla start verir. Mövsüm ərzində turnir cədvəlində liderlər qrupunda yer alan komanda mövsümün sonunda ikinci yeri tutur. Bu nəticə ilə Milan 8 illik fasilədən sonra Çempionlar Liqasına geri dönur. 2 yanvar 2020-ci ildə təkrar kluba dönmüş Zlatan İbrahimoviç komandanın liderinə çevrilir.
2021/22 mövsümunə komanda Canluici Donnarumma, Hakan Çalhanoğlu kimi əsas futbolçularını itirməklə başlayır. Donnarumanı Lilldən transfer edilmiş Mayk Menyan əvəz edir. Hakan Çalhanoğlunun əvəz etmək üçun Real Madriddən Brahim Diaz icarəyə götürülür. Klub həmçinin Çelsidən Fikayo Tomori və Olivye Jirunu, Bordo klubundan Yasin Adlini transfer edir. Həmçinin Breşiyadan Sandro Tonalinin transfser hüququnu tam alır. Komandanın bir neçə əsas oyunçusunu itirməsinə baxmayaraq mövsümə uğurlu başlayır və mövsümün ilk dövrəsini çempionatda 2-ci yerdə bitirir.[52]
1 iyul 2024-cü il tarixindən portuqaliyalı mütəxəssis Paolo Fonseka Milanın yeni məşqçisi təyin olunub. Onunla 3 illik müqavilə bağlanıb.
1899-cu il, 13 dekabr —Milan futbol və kriket klubunun yaradılmasının təxmin olunan tarixi (klub şərti olaraq 16 dekabr tarixini qəbul edib);
Klubun adı italyan dilində olduğu kimi Milano yox, klubun yaradıcıları olan ingilislərə hörmət əlaməti olaraq ingilis dilindəki formada Milan kimi yazılır. Ancaq 1939-1945-ci illərdə İtaliyada faşist rejimi hökm sürdüyü vaxt klubun adı Milano olmuşdur.
Milan şəhərinin bayrağı.
Klubun ənənəvi rəngləri qırmızı və qaradır. Bu rəngləri, oyunçuların alovlu ehtiraslarını (qırmızı) və rəqiblərin komandaya meydan oxumaq qorxusunu (qara) təmsil etmək üçün seçmişlər. Komandanın geniş istifadə olunan ləqəbi olan Rossoneri, formasındakı zolaqların rənglərinə istinad edərək italyan dilində hərfi mənada "qırmızı və qaralar" deməkdir[53].
Tarix | Forma istehsalçısı | Forma sponsoru | |
---|---|---|---|
Brend | Kompaniya | ||
1981–82 | Linea Milan | Pooh Jeans | Italiana Manifatture |
1982–83 | NR | Hitachi | Hitachi Europe |
1983–84 | Cuore | ||
1984–85 | Rolly Go | Oscar Mondadori | Arnoldo Mondadori Editore |
1985–86 | Gianni Rivera | Fotorex U-Bix | Olivetti |
1986–87 | Kappa | ||
1987–90 | Mediolanum | ||
1990–92 | Adidas | ||
1992–93 | Motta | ||
1993–94 | Lotto | ||
1994–98 | Opel | General Motors | |
1998–06 | Adidas | ||
2006–10 | Bwin | ||
2010–18 | Emirates | The Emirates Group | |
2018– | Puma[54][55] |
Milan oyunlarını 80.018 tutuma malik San Siro stadionunda oynayır. Milan əvvəlcə yerləşdiyi şəhər ətrafı San Siro qəsəbəsinin adını daşıyan stadionda öz ev oyunlarını keçirirdi. Ancaq 1920-ci illərin ortalarında "rossonerilər"in izdihamlı azarkeşləri üçun bu stadion kiçik sayılmağa başlayır. O zaman Milanın prezidenti, varlı bir iş adamı olan Piero Pirelli, yeni arenanın tikintisi üçün torpaq sahəsi alır. 35 mindən çox tamaşaçı tutumu olan yeni "San Siro" futbol stadionu 1926-cı ilin sentyabrında azarkeşlərin üzünə açılır. İllər sonra yerli bələdiyyə stadionu Milan klubundan alır. Şəhər və klub tədricən stadionu genişləndirir və artıq 1940-cı ildə İtaliyanın Almaniyaya qarşı oyununda stadionun tutumu 65.000 tamaşaçıya çatdırılır.
1947-ci ildə İnter klubu öz stadionunun kiçik olması səbəbindən oyunlarını San Siro stadionunda keçirmtək istədiyini təklif edir. Milan bu təklifi qəbul edir. Hər iki klubun azarkeşlərinin stadiona yerləşmsəi üçün stadionun tamaşaçı tutumunun artırılması qərara lınır. San Siro təmir üçün bağlanır və təmir 1955-ci ildə bitir. Artıq stadionun tamaşaçı tutumu 82.000 nəfər olur.
1979-cu ildə San Siro, İtaliya futbol tarixində 1934 və 1938-ci illərdə Dünya Kubokunu qazanan və hər iki komandada çıxış etmiş Cüzeppe Meatsanın şərəfinə Cüzeppe Meatsa adlandırımağa başlayır. İndi İtaliyada stadionun hər iki adı danışıq dilində istifadə olunur. Ancaq San Siro tarixi adı dünyada daha məşhurdur.
İtaliyanın La Repubblica qəzetinin apardığı araşdırmaya görə, AC Milan İtaliyanın ən məşhur futbol klublarından biridir.[56]
Tarixən Milanı fəhlə sinfi və şəhər həmkarlar ittifaqları dəstəkləyib. Komandanın əsas rəqib olan İnteri isə, daha çox daha Milanın varlı və orta sinfinin nümayəndələri dəstəkləyirdi.
İtalyan futbolunun ən qədim ultras qruplarından biri olan Fossa dei Leoni Milanda yaranmışdır.[57] Hazırda klubun əsas ultras qrupu Brigate Rossoneredir. Milanın ultraslarının heç vaxt xüsusi siyasi tərəfi olmayıb, lakin Silvio Berluskoni klubun prezidenti olana qədər media Milan azarkeşlərini solçulara aid edirdi.
2010-cu ildə aparılan araşdırmaya görə Milan ən populyar İtaliya klubu və dünyanın yeddinci ən populyar komandasıdır. Klubu ümumilikdə dünya üzrə 18,5 milyondan çox azarkeş dəstəkləyir.[58]
Milan Avropada ev oyunlarında ən çox tamaşaçı qəbul edən on futbol komandasından biridir və həmçinin Çində və Cənub-Şərqi Asiyanın əksər ölkələrində çox məşhurdur.[59]
|
|
İstifadə edilməyən forma nömrələri:
3 – Paolo Maldini, müdafiəçi, 1984–2009. Karyerasını başa vurandan sonra onun geyindiyi 3 nömrəli formanı yalnız oğlanları geyinə bilər;
6 – Franko Barezi, müdafiəçi, 1977–1997.
Yay
# | № | Mövqe | Oyunçu | Hardan | Qiymət | Tarix | Mənbə |
---|---|---|---|---|---|---|---|
1 | 16 | Qapıçı | Mayk Menyan | Lill FK | 15.000.000 | 27 may 2021 | [63] |
2 | 23 | Müdafiəçi | Fikayo Tomori | Çelsi FK | 28.000.000 | 1 iyul 2021 | [64] |
3 | 8 | Yarımmüdafiəçi | Sandro Tonali | Breşiya FK | 10.000.000 | 8 iyul 2021 | [65] |
4 | 9 | Hücumçu | Olivye Jiru | Çelsi FK | 2.000.000 | 17 iyul 2021 | [66] |
5 | 5 | Müdafiəçi | Fode Ballo-Ture | Monako | 4.000.000 | 18 iyul 2021 | [67] |
6 | 10 | Yarımüdafiəçi | Brahim Diaz | Real Madrid | İcarə | 19 iyul 2021 | [68] |
7 | 25 | Müdafiəçi | Alessandro Florenzi | Roma | İcarə | 21 avqust 2021 | [69] |
8 | 64 | Hücumçu | Pietro Pelleqri | Monako | İcarə | 25 avqust 2021 | [70] |
9 | 41 | Yarımüdafiəçi | Temue Bakayoko | Çelsi | İcarə | 30 avqust 2021 | [71] |
10 | 30 | Yarımüdafiəçi | Junior Messias | Krotone | İcarə | 31 avqust 2021 | [72] |
11 | Yarımüdafiəçi | Yasin Adli | Bordo | 8.000.000 | 31 avqust 2021 | [73] |
Qış
# | № | Mövqe | Oyunçu | Hardan | Qiymət | Tarix | Mənbə |
---|---|---|---|---|---|---|---|
1 | 22 | Hücumçu | Marko Lazetiç | Srvena Zvezda | 4.000.000 | 26 yanvar 2022 | [74] |
Yay
# | № | Mövqe | Oyunçu | Hara | Qiymət | Tarix | Mənbə |
---|---|---|---|---|---|---|---|
1 | 9 | Hücumçu | Mario Mazukiç | - | Azad agent | 25 мая 2021 | [75] |
2 | 93 | Müdafiəçi | Dieqo Laksalt | Dinamo Moskva | 3.500.000 | 22 июня 2021 | [76] |
3 | 10 | Yarımüdafiəçi | Hakan Çalhanoğlu | İnter | Azad agent | 22 июня 2021 | [77] |
4 | 90 | Qapıçı | Antonio Donnarumma | - | Azad agent | 30 июня 2021 | [78] |
5 | 43 | Müdafiəçi | Leo Duarte | İstanbul Başakşehir | İcarə | 1 июля 2021 | [79] |
6 | 99 | Qapıçı | Canluicci Donnarumma | PSJ | Azad agent | 14 июля 2021 | [80][81] |
7 | 29 | Hücumçu | Lorenzzo Kolombo | SPAL | İcarə | 31 iyul 2021 | [82] |
8 | 30 | Müdafiəçi | Mattia Kaldara | Venesiya | İcarə | 9 августа 2021 | [83] |
9 | 15 | Hücumçu | Yens Hauge | Ayntraxt | İcarə | 10 августа 2021 | [84] |
10 | Yarımüdafiəçi | Yasin Adli | Bordo | İcarə | 31 августа 2021 | [73] |
Qış
# | № | Mövqe | Oyunçu | Hara | Qiymət | Tarix |
---|---|---|---|---|---|---|
1 | 14 | Müdafiəçi | Andrea Konti | Sampdoriya | Bilinmir | 10 yanvar 2022 |
Vəzifə | Adı |
---|---|
Baş Məşqçi | Paolo Fonseka |
Baş məşqçinin köməkçisi | Cakomo Murelli |
Gənclər komandasının məşqçisi | Federiko Cunti |
Qapışılarla işləyən məşqçi | Nelson Dida |
Klub həkimi | Salvatore Foti |
Texniki hazırlıq məşqçisi | Davide Lukarelli |
Fiziki hazırlıq məşqçisi | Roberto Peresutti |
Atletik hazırlıq məşqçisi | Matteo Osti |
Taktiki hazırlıq məşqçisi | Canmarko Pioli |
Ölkə çempionatında iştirakı:
Liqa | Keçirdiyi mövsüm sayı | Debüt mövsümu | Keçirdiyi son mövsüm |
---|---|---|---|
A Seriyası | 121 | 1900/1901 | 2020/2021 |
B Seriyası | 2 | 1980/81 | 1982/83 |
Oyun sayına görə ən çox oyun keçirən 10 futbolçudan ibarət cədvəl.
Sıra | Oyunçu | İl | Liqa[A] | İtaliya Kuboku | Avropa [B] | Digər[C] | Toplam |
---|---|---|---|---|---|---|---|
1 | Paolo Maldini | 1984–2009 | 647 | 72 | 168 | 15 | 902 |
2 | Franko Barezi | 1977–1997 | 532 | 97 | 75 | 15 | 719 |
3 | Alessandro Kostakurta | 1986 1987–2007 | 458 | 78 | 116 | 11 | 663 |
4 | Canni Rivera | 1960–1979 | 501 | 74 | 76 | 7 | 658 |
5 | Mauro Tassotti | 1980–1997 | 429 | 75 | 64 | 15 | 583 |
6 | Massimo Ambrosini | 1995–1997 1998–2013 | 344 | 37 | 101 | 7 | 489 |
7 | Cennaro Qattuzo | 1999–2012 | 335 | 26 | 101 | 6 | 468 |
8 | Klarens Zeedorf | 2002–2012 | 300 | 25 | 102 | 5 | 432 |
9 | Angelo Ankilletti | 1966–1977 | 278 | 71 | 62 | 7 | 418 |
10 | Çezare Maldini | 1954–1966 | 347 | 9 | 42 | 14 | 412 |
Mövqe | Oyunçu | İllər | Liqa | İtaliya Kuboku | Avropa | Digər | Cəmi |
---|---|---|---|---|---|---|---|
1 | Qunnar Nordal | 1949–1956 | 210 (257) | 0 (0) | 4 (5) | 7 (6) | 221 (268) |
2 | Andrey Şevçenko | 1999–2006 2008–2009 | 127 (226) | 7 (16) | 38 (76) | 3 (4) | 175 (322) |
3 | Canni Rivera | 1960–1979 | 122 (501) | 28 (74) | 13 (76) | 1 (7) | 164 (658) |
4 | Joze Altafini | 1958–1965 | 120 (205) | 9 (9) | 20 (19) | 12 (13) | 161 (246) |
5 | Aldo Boffi | 1936–1945 | 109 (163) | 22 (23) | 0 (0) | 0 (1) | 131 (187) |
6 | Filippo İnzaqi | 2001–2012 | 73 (202) | 10 (20) | 41 (74) | 2 (4) | 126 (300) |
7 | Marko Van Basten | 1987–1995 | 90 (147) | 13 (22) | 20 (28) | 2 (4) | 125 (201) |
8 | Cüzeppe Santagostino | 1921–1932 | 103 (233) | 2 (1) | 0 (0) | 1 (2) | 106 (236) |
9 | Kaka | 2003–2009 2013–2014 | 77 (223) | 0 (11) | 26 (69) | 1 (4) | 104 (307) |
10 | Pyerino Prati | 1966–1973 | 72 (143) | 14 (34) | 16 (30) | 0 (2) | 102 (209) |
Qızıl Top
FIFA Dünyada ilin oyunçusu mükafatı
UEFA İlin klub futbolçusu
|
|
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.