İnter Milan FK
İtaliyanın futbol klubu From Wikipedia, the free encyclopedia
Remove ads
İnternasionale Milan FK (it. FC Internazionale Milano) və ya İnter Milan — İtaliyanın Milan şəhərini təmsil edən peşəkar futbol klubu. İtaliyanın ən üst səviyyə liqası olan İtaliya A Seriyasında mübarizə aparır.
Remove ads
Mübazirə apardıqları Seriya A-nın 20 dəfə qalibi olmuşdur. Bu say ilə sadəcə rəqibi "Yuventus"un gerisində qalır. Həmçinin, 9 dəfə İtaliya Kubokunun, 8 dəfə isə İtaliya Superkubokunun qalibi olmuşdur. Seriya A-da alt diviziona düşməyən yeganə komandadır.
Remove ads
Tarixi

1908-ci ilin martın 9-da rəssam Corcio Mudjaninin rəhbərliyi altında Milan şəhərinin ikinci komandası - İnter təsis edilir. Klubun emblemini də Corcionun istəyi ilə yaradılıb.[3]
1910-cu ildə ilk dəfə İtaliya çempionu olan İnter 1950-ci illərədək bir neçə dəfə qızıl medalları bayram edib. 1954-cü ildə İnterin “qızıl dövrü” başlayır. Ellenio Erreranın rəhbərliyi ilə klub iki dəfə Avropa Çempionları Kubokuna sahib olur, bir neçə dəfə ölkə çempionluğunu və kubokunu qazanıb.[3]
1990-cı illərdə komanda ziddiyyətli dövrünü yaşayır. Bu illər kluba Covanni Trapattoni rəhbərlik edirdi. 1993–1994-cü illərdə klub yalnız bir xal sayəsində A seriyasında qala bilib. Sonra isə UEFA Kubokunu qazanıb. 1995-ci ildə klubun prezidenti Massimo Moratti, Ronaldo, Kristian Vyeri və Ernan Krespo kimi oyunçuları alıb.[3] Amma klub yenə də ölkə çempionatında uğur qazana bilməyib. 1998-ci ildə Luidji Simonenin rəhbərlik etdiyi İnter yenə UEFA Kubokuna sahiblənib. 2000-ci ildə Moratti Marçello Lippini klub rəhbərliyinə gətirib. Anjelio Peruççi kimi tanınmış futbolçularla müqavilə bağlansa da, yenə Skudettonu almaq qismət olmur. 2002–2003-cü illər İnter milli çempionatda ikinci yeri tutub, UEFA Çempionlar Liqasının yarımfinalında Milana məğlub olub.[3]
2003–2004-cü illər mövsümündə komandaya əvvəl Alberto Zakkeroni, sonra isə Roberto Mançini rəhbərlik edib. 2005-ci ildə klub İtaliya Kubokuna və Superkuboka yiyələnib. 2006-cı ildə komanda 3-cü yeri tutsa da, çempion Yuventus danışılmış oyunlara görə aşağı liqaya göndərilib, bir neçə komandanın xalları silinir və nəticədə İnter Skudettonun qalibi elan olunub. Amma növbəti il İnter yenə çempion titulunu qoruyub saxlayıb.[3] Hal-hazırda komandaya italiyalı mütəxəssis Simone İnzaghi baş məşqçilik edir.
2009–2010 mövsümündə İnter tarixində 18-ci dəfə İtaliya çempionu olub.[3]
Bununla belə, 2022/23 mövsümündə Çempionlar Liqasının finalına yüksəlmək İnter Milan üçün mühüm mərhələ idi. “Mançester Siti”yə uduzmasına baxmayaraq, finala gedən yol klubun irəliləyişini vurğuladı. Bu, yenilənmiş ruh və ambisiya nümayiş etdirdi və azarkeşlər gələcəyə nikbin baxırlar[4].
Remove ads
Avropa kuboklarında iştirak

45 dəfə Avropa kuboklarında iştirak edib.
Uğurları

"İnter" 37 yerli kubok qazanıb. Bunlara 20 dəfə Seriya A çempionluğu, 9 dəfə İtaliya Kuboku (Coppa Italia) və 8 dəfə İtaliya Superkuboku (Supercoppa Italiana) daxildir. 2006-cı ildən 2010-cu ilə qədər klub ardıcıl beş dəfə liqa çempionu olaraq, 2017-ci ilə qədər olan rekord göstəricini təkrarlayıb; həmin il (2017) "Yuventus" ardıcıl altıncı çempionluğunu qazanaraq bu rekordu keçdi. "İnter" UEFA Çempionlar Liqasını üç dəfə qazanmışdır (1964, 1965, 2010). 2010-cu ildə klub həm Seriya A-nın, həm İtaliya kubokunun, həm də UEFA Çempionlar Liqasının qalibi olaraq "trebl" etdi. Klub həmçinin 3 UEFA Kuboku, 2 Qitələrarası Kubok və 1 FİFA Klublararası Dünya Kuboku qazanıb.
"İnter" mövcudluğu dövründə İtaliya futbolunun yüksək liqasından heç vaxt aşağı liqaya düşməyən yeganə klubdur. 1909-cu ildə debüt etdikdən bəri klub hər mövsüm Seriya A-da və onun sələflərində iştirak edib.
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads