Remove ads
İtalyan futbol klubu From Wikipedia, the free encyclopedia
"Juventus FK" — İtaliyanın futbol klubu.
Yuventus FK | ||||
---|---|---|---|---|
Juventus Football Club | ||||
| ||||
Klubun tam adı | Juventus Football Club | |||
Ölkə | İtaliya | |||
Ləqəb(lər) |
Qoca Sinyora (Vecchia Signora), Ağ-Qaralar (Bianconeri), Zebralar (Zebre), İtaliyanın qız yoldaşı (Fidanzata d'Italia) |
|||
Rəng(lər) | ağ-qara | |||
Yaranma tarixi | 1 noyabr 1897 | |||
Stadionu | Allianz Stadium | |||
Tutumu | 41507 | |||
Prezidenti | Andrea Agnelli | |||
Baş məşqçisi | Massimiliano Allegri | |||
Kapitanı | Leonardo Bonucci | |||
Liqa | İtaliya A Seriyası | |||
2023/24 | 3 | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
1897-ci ildə lisey tələbələri tərəfindən qurulan klub, 1926-ci ildə, "FIAT"-ın da sahibi olan Agnelli ailəsinin nəzarətinə keçmişdir. 1931-ci ildən başlayaraq 5 il üst-üstə çempionluq əldə etmişdir. Əfsanəvi Şirea Qaetano, Dino Zoff, Mişel Platini, Antonio Kabrini, Marko Tardelli, Paolo Rossi, Boniek ve Covanni Trapattoni öndərliyində dünyanın görmüş olduğu ən müdhiş heyət quraraq Avropanın 3 böyük kubokunu qazanan ilk komanda oldu.
1935-ci il "Yuventus"un tarixinə qara hərflərlə düşdü. Həmin il iyulun 14-də klub prezidenti Eduardo Anyelli Genuyada təyyarə qəzasında həlak oldu. Bu hadisə və Çezarini və Ferrarinin komandanı tərk etməsi kluba güclü təsir etdi. Həmin 1935-1936-ci il mövsümündə klub yalnız 5-ci yeri tutdu.
Müharibə illərində "Yuventus" klub prezidenti Petro Duzio sayəsində məcbur olaraq adını "Yuve-Çizitaliya" qoydu. Ancaq 1946-cı ildə sülh bərqərar olanda klub öz tarixi adını geri qaytardı.
"Yuventus"un müharibədən sonrakı ilk uğuru 1950-ci ilə təsadüf etdi. Belə ki, "Yuve" çempionatda vurduğu yüz qolla nəticə etibarilə böyük uğura imza atdı. Həmin il klubda danimarkalılar Con Hansen və Karl Aaqe, həmçinin "Yuventus"un bütün dövrlər üçün 2-ci bombardiri Campyero Boniperti parlayırdı.
1954-1955-ci il mövsümündə komanda 7-ci yeri tutmaqla iflasa uğradı ki, bundan sonra Canni Anyelli istefa verdi. Onun yerini 22 yaşında klubun tarixinə ən cavan prezident kimi düşən qardaşı Umberto tutdu. Onunla komandanın yeni qələbə dövrü başladı.
1966-1967-ci il mövsümöncəsi "Yuventus" səhmdar cəmiyyəti oldu, amma mövsümün sonucu "Yuventus üçün möhtəşəm alındı. Klub sonuncu turda növbəti "skudetto"nu qazandı.
13 İyul 1973-cü ildə "Yuventus"da yeni prezident – Canpyero Boniperti peyda oldu. Onun gəlişi ilə "Qoca sinyora" çiçəklənməyə başladı. İlk idarəçilik qərarı məşqçilik postuna vəfat etmiş Armando Pikkinin yerinə klubun keçmiş oyunçusu, hazırda isə gənclərdən ibarət komandanın məşqçisi Çestmira Vıçpalekanın gətirilməsi oldu. Bu qərar özünü doğrultdu, klub Vıçpaleka, Şirea Qaetano, Roberto Betteqa və Fabio Kapello ilə birlikdə çempion oldu.
Yuventus Stadionu və ya sponsorluqdan sonra Allianz Stadionu. 2011-12 mövsümünün başlanğıcında, Juventus, 8 Sentyabr 2011 tarixində Notts Countye qarşı stadionda ilk matçını oynadı. Bu dostluq oyunu 1-1 bərabərliklə başa çatdı. Stadion, 2013-14 UEFA Avropa Liqası Finalına ev sahibliyi etdi. Yuventusun oyunlarını oynadığı Delle Alpi stadionu, bu yeni stadion layihəsində memarlıq baxımından çox köhnə olduğundan, dünya səviyyəsinin inkişafından sonra futbolun sənayeləşdirilməsindən sonra doldurulmadığı və nəticəsi olaraq qərar verildi.Yuventus Stadionunun, yaxın zamanda Avropada qurulmuş olan Donbass Arena, Türk Telekom Arena və Emirates Stadionu kimi yüksək tutuma malik olmamasına baxmayaraq, Avropanın rahatlıqlı texniki imkanları və gəlir maddələrinə əsaslanan aparıcı stadionlardan biri olacaq.Tutumu 41 507 tamaşaçı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.