UEFA Avropa Liqası

From Wikipedia, the free encyclopedia

UEFA Avropa Liqası

UEFA Avropa Liqası, əvvəlki adı: UEFA Kuboku (ing. UEFA Cup) — UEFA-nın təşkil etdiyi klub turniri. UEFA Çempionlar Liqasından sonrakı ən əhəmiyyətli klub turniridir.

Cəld faktlar Açılış ili, Region ...
UEFA Avropa Liqası
Thumb
Açılış ili 1971
Region UEFA (Avropa)
Komandaların sayı 32 (qrup mərhələsi)
143 (ümumi)
Son çempion Atalanta (ilk dəfə)
Ən uğurlu klub Sevilya (7 dəfə)
TV yayımçıları Azərbaycanda: CBC Sport
Veb səhifəsi Rəsmi vebsaytı
Cari mövsüm
Bağla

2009-cu ilin iyun ayında köhnə adı UEFA Kuboku olan çempionat, turnirin USL standartlarına çatması üçün köklü bir sıra dəyişikliklər edilmiş, bununla da 2009–10 mövsümündən etibarən indiki adı ilə təşkil edilməyə başlanmışdır. Bu dəyişikliklər nəticəsində UEFA Avropa Liqası UEFA Kubokunun davamı olaraq qəbul edilmişdir.

1955-ci ildə başladılan Şəhərlər Kuboku, UEFA Kubokunun öncəki adıdır. 1971-ci ildə Şəhərlər Kubokunun adı UEFA Kuboku olaraq dəyişdirilmişdir. 1999-cu ildə isə UEFA Kubok Qalibləri Kuboku qaldırılaraq UEFA Kuboku ilə birləşdirilmişdir. 2004–05 mövsümü əvvəli qrup mərhələlərində bəzi status dəyişiklikləri edilən kubok 2009-cu ildəki son tənzimləmə ilə indiki halını almışdır. Son dəyişikliklərdə ad və status yenilənməsinin yanında kubok UEFA İntertoto Kuboku ilə də birləşdirilmişdir.

Kubokun ilk çempionu 1972 UEFA Kuboku Finalında rəqibini məğlub edən Tottenhem Hotspurdur. Ad dəyişikliyindən sonra ilk çempionluğu qazanan komanda isə 2010 UEFA Avropa Liqası Finalında Fulhemi 2–1 məğlub edən Atletiko Madriddir. Kuboku ən çox qazanan komanda isə yeddi dəfə çempionluq yaşayan İspaniya təmsilçisi Sevilyadır.

Tarixi

Ən çox uğur qazanmış klublar

Əlavə məlumat Klub, Çempion ...
Klub Çempion Finalçı Çempion olduğu il Finalçı olduğu il
İspaniyaSevilya 7 0 2006, 2007, 2014, 2015, 2016, 2020, 2023
İngiltərəLiverpul311973, 1976, 20012016
İtaliyaYuventus 3 1 1977, 1990, 1993 1995
İtaliyaİnter Milan321991, 1994, 19981997, 2020
İspaniyaAtletiko Madrid 3 0 2010, 2012, 2018
AlmaniyaBorussiya Münhenqladbax221975, 19791973, 1980
İngiltərəTottenhem211972, 19841974
NiderlandFeyenoord201974, 2002
İsveçGöteborq201982, 1987
İspaniyaReal Madrid201985, 1986
İtaliyaParma201995, 1999
PortuqaliyaPortu202003, 2011
İngiltərəÇelsi 2 0 2013, 2019
BelçikaAnderlext1119831984
NiderlandAyaks1119922017
NiderlandPSV Eyndhoven101978
AlmaniyaAyntraxt Frankfurt101980
İngiltərəİpsviç Taun101981
AlmaniyaBayer Leverkuzen101988
İtaliyaNapoli101989
AlmaniyaBayern Münhen101996
AlmaniyaŞalke101997
TürkiyəQalatasaray102000
İspaniyaValensiya102004
RusiyaÇSKA Moskva102005
RusiyaZenit Sankt-Peterburq102008
UkraynaŞaxtyor Donetsk102009
İngiltərəMançester Yunayted1120172022
PortuqaliyaBenfika031983, 2013, 2014
FransaOlimpik Marsel031999, 2004, 2018
İspaniyaAtletik Bilbao021977, 2012
İspaniyaEspanyol021988, 2007
AlmaniyaBorussiya Dortmund021993, 2002
İngiltərəArsenal022000,2019
İngiltərəVolverhampton Uanderers011972
NiderlandTvente011975
BelçikaBrügge011976
FransaBastiya011978
Srvena Zvezda011979
NiderlandAZ Alkmaar011981
AlmaniyaHamburq011982
MacarıstanVideoton011985
AlmaniyaKöln011986
ŞotlandiyaDandi Yunayted011987
AlmaniyaŞtutqart011989
İtaliyaFiorentina011990
İtaliyaRoma011991
İtaliyaTorino011992
AvstriyaZalsburq011994
FransaBordo011996
İtaliyaLatsio011998
İspaniyaAlaves012001
ŞotlandiyaSeltik012003
PortuqaliyaSportinq012005
İngiltərəMidlsbro012006
ŞotlandiyaReyncers012008
AlmaniyaVerder012009
İngiltərəFulhem012010
PortuqaliyaBraqa012011
UkraynaDnepr012015
Bağla

Ən müvəffəqiyyətli ölkələr

Əlavə məlumat Yer, Ölkə ...
Yer Ölkə Çempion Finalçı
1 İspaniya İspaniya 11 5
2 İngiltərə İngiltərə 9 7
3 İtaliya İtaliya 9 6
4 Almaniya Almaniya 6 8
5 Niderland Niderland 4 3
6 Portuqaliya Portuqaliya 2 5
7 İsveç İsveç 2 0
8 Rusiya Rusiya 2 0
9 Belçika Belçika 1 2
10 Ukrayna Ukrayna 1 1
11 Türkiyə Türkiyə 1 0
12 Fransa Fransa 0 5
13 Şotlandiya 0 3
14 Avstriya Avstriya 0 1
15 Yuqoslaviya 0 1
16 Macarıstan Macarıstan 0 1
Bağla

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.