Bürünc medal
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Bürünc medal — mükafat olaraq istifadə edilən medal növlərindən biri. Hər hansı yarış müsabiqəsində yarış iştirakçıları arasında üçüncü yeri tutan iştirakçıya bürünc medalı təqdim edilir. Ənənəvi olaraq birinci və ikinci yeri tutan qaliblər müvafiq olaraq qızıl və gümüş medallarla mükafatlandırılır.
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Belə fərqli bir rozetin anlayışı ilk növbədə orta əsrlərdə hərbi işdə döyüşçülərin fərqləndirilməsi zamanı yaranmışdı, lakin vaxt keçdikcə qeyri-döyüş əvəzi bürünc medalı kimi adlandırıldı. Orta əsrlərdə bürünc medalı "Şöhrət sahəsinə layiq" və "Hərbi şücaət" adı kimi təqdim edilirdi.
Bir sıra turnirlərdə, boks, cüdo, taekvondo və güləş kimi bəzi idman növlərində iki bürünc medal qazanmaq mümkündür. Birinci bürünc medalının sahibi açıqlandıqdan sonra hər yarım finalistə artıq bir bürünc medalının sahibi olmaq üçün yenidən şans verilir.
Qədim Olimpiya Oyunlarının müsabiqələrində əsas Olimpiya mükafatı medal yox idi. 1896-cı ildə mükafatlandırma qaydası təsis edildi və yerindən asli olmayaraq yalnız, gümüş medal təqdim olunurdu.
1904-cü ildə isə Olimpiya Oyunlarında keçirilən yarış müsabiqəsinin təşkilatçıları tərəfindən ilk üç yerin qalibinə qızıl, gümüş və bürünc medalları təşkil olundu.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.