From Wikipedia, the free encyclopedia
Nelson Dida və ya qısaca olaraq Dida (7 oktyabr 1973[1][2][…], İrara[d], Baiya) — Braziliyalı futbolçu. Daha çox "Milan" klubundakı çıxışları ilə tanınıb. Futbol üzrə Braziliya milli komandasının qapıçısı olub.
1990-cı illərin əvvəllərində Braziliyada böyük futbol karyerasına "Vitoria" ilə başladıqdan sonra, Dida "Cruzeiro" və "Corinthians" komandalarında çıxış edib. O, daha çox 2000–2010-cu illərdə "Milan"da keçirdiyi on illik fəaliyyəti ilə yadda qalıb, burada özünü dünyanın ən yaxşı qapıçılarından biri kimi təsdiqləyib və klubla çoxsaylı kuboklar və fərdi mükafatlar qazanıb.
"Milan" ilə Dida bir A Seriyası çempionluğu titulunu (Skudetto) və iki dəfə UEFA Çempionlar Liqasını qazanıb. Çempionlar Liqasında bu qələbələrdən birincisi 2003-cü ilin finalında A Seriyasından "Milan"ın rəqibi olan "Yuventus"a qarşı oyunda, onun geri qaytardığı üç penal zərbəsindən sonra gəldi.[3][4]
Dida 2010-cu ilə kimi formasını geydiyi "Milan" klubunda 300-dən çox oyunda çıxış edən dörd "Milan" qapıçısından biridir.
Futbolçu 2010-cu ildə "Milan"dan ayrıldıqdan sonra karyerasını biitrdiyini elan edir. Ancaq iki illik fasilədən sonra 2012-ci ildə Braziliyada yenidən futbola qayıtdı və bir çox mövsümlərdə üç komandaya — "Portuguesa", "Qremio" və "İnternasional" klublarında forma geyinir.
Beynəlxalq səviyyədə Dida Braziliya milli komandası ilə on bir il ərzində 91 oyun keçirib, FIFA Dünya Kubokunu və Olimpiya medalını qazanıb, eyni zamanda FIFA Konfederasiyalar Kuboku tarixində ən uğurlu oyunçudur.[5] O, 1999-cu ildə Amerika Kubokunda yarım əsr əvvəl Moacyr Barbosa-dan sonra Braziliya millisinin ilk Afro-Braziliyalı başlanğıc qapıçısı olmaqla, rəng baryerini qırdı və 2006-cı ildə FIFA Dünyasında Braziliya yığmasında, 1950-ci ildən sonra ilk qaradərili qapıçı oldu.[6]
Öz nəslinin ən yaxşı qapıçılarından biri hesab edilən Dida ilk dəfə FIFPro-nun İlin Qapıçısı, FIFA Ballon d'Or mükafatına namizəd olan ilk braziliyalı qapıçı olub.[7]
O, ayrı-ayrı vaxtlarda yeddi dəfə "IFFHS Dünyanın Ən Yaxşı Qapıçısı" mükafatına namizəd olub.[8] O, IFFHS tərəfindən 21-ci əsrin ən yaxşı Latın Amerikası qapıçısı və ümumilikdə altıncı ən yaxşı qapıçı seçilib və Markos, Rojerio Ceni, Taffarel və Gilmar ilə birlikdə Braziliya üçün bütün zamanların ən yaxşıları arasında qiymətləndirilir.[9][10][11][12][13][14][15][16]
Həm Çempionlar Liqasını, həm də Libertadores Kubokunu qazanan on oyunçudan biri olmaqla yanaşı[17], Avropadakı uğurlarına görə Braziliya klubu futbolunda qaradərili qapıçılara qarşı qərəzli münasibətin aradan qaldırılmasına köməklik göstərdiyinə görə tanınıb.[18]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.