Remove ads
From Wikipedia, the free encyclopedia
Landşaft (alm. Landschaft) – bütün əsas komponentləri (litosferin üst horizontları, relyef, iqlim, sular, torpaq, biota) mürəkkəb qarşılıqlı əlaqədə olan və inkişaf səviyyəsinə görə eynicinsli vahid sistem təşkil edən təbii coğrafi kompleks.
Ekologiyada landşaft təbiətdən səmərəli istifadə məqsədini əhatə edir. Landşaftlar mənşəyinə görə iki əsas tipə ayrılır – təbii və antropogen.
Təbii landşaft yalnız təbii faktorların təsiri altında formalaşır. Aşağıdakılar təbii landşafta aid edilir:
Antropogen landşaft tipinə insan fəaliyyətinin təsiri nəticəsində ilkin təbii landşaftın dəyişərək təbii komponentlərin əlaqələrinin pozulması daxildir. Antropogen landşaftlar bölünürlər:
Müasir dövrdə elm və texnikanın, məhsuldar qüvvələrin sürətli inkişafı yerin landşaft sferasının təbiətində əsaslı şəkildə ciddi struktur dəyişmələri yaratmışdır. XX əsrin 60-70-ci illərindən başlayaraq antropogen landşaftların öyrənilməsinə maraq xeyli artmışdır.
XIX əsrin ortalarından başlayaraq tədricən maşınlı sənayenın yaranması ilə dünyada və Azərbaycanda təbii ehtiyatların mənimsənilməsinin yeni, daha dağıdıcı və təbii landşaftlara qarşı amansız müdaxilə mərhələsi başlayır. Bu dövr XX əsrin ortalarına kimi davam edir. Quba, Qusar, Gədəbəy, Daşkəsən, Masallı, Lənkəran və s. inzibati ərazilərdəki dağ meşələri antropogen təsirlərlədən əsaslı şəkildə ziyan görür. Hazırda bu ərazilərdəki meşələrin əsas hissəsi təkrar törəmə meşələrdir.
XX əsrin ortalarından başlayaraq insanlar elmi texniki tərəqqinin üstünlüklərindən geosistemlərin təbii ehtiyatlarının mənimsənilməsində daha geniş istifadə edir. Kənd təsərrüfatında ziyanvericilərə və alaq otlarına qarşı zəhərli kimyəvi maddələrdən, əkin sahələrinin məhsuldarlığını artırmaq üçün kimyəvi gübrələrdən geniş istifadə edilməsi ekoloji tarazlığın pozulmasına, qurunt sularının çirklənməsinə, biomüxtəlifliyin kəskin azalmasına səbəb olur.
Azərbaycan Respublikası dağlıq ölkə olduğundan landçaftarda gedən dəyişikliklər şaquli antropogenləşmə qanunauyğunluğuna tabedir. Belə ki, yüksəklik artdıqca təbii landşaftların antropogenləşmə sürəti və istiqaməti müvafiq olaraq dəyişir.
Antropogen fəaliyyət təbii komplekslərə müxtəlif formada təsir edir. Bu təsirləri bir neçə qrupda birləşdirmək olar: kənd təsərrüfatı fəaliyyəti, meşə təsərrüfatı, sənaye – texnogen, məskunlaşma, turizm-rekreasiya və s. məqsədilə istifadə. Bu fəaliyyət növlərinin landşaftlara təsiri də müxtəlifdir. Tikinti işləri, faydalı qazıntıların çıxarılması kiçik ərazi əhatə etməsinə baxmayaraq landşaftlarda köklü dəyişikliklər yaradır və demək olar ki, onları tam transformasiyaya məruz qoyur.[2]
Subnival qayalıq kompleksi Murovdağ silsiləsinin suayrıcı və onun ətraf yamaclarını əhatə edib, sahəsi 50 km2 -ə yaxındır. Landşaft kompleksi 3200–3300 m mütləq yüksəkliklərdən yuxarıda yerləşib bir-birindən təcrid olunan areallarla səciyyələnir ki, bu da relyefin mütləq yüksəkliyinin artıb-azalması ilə əlaqədardır. Belə ki, relyefin maksimal tektonik qalxma sahələrində onun arealları geniş, tektonik qalxmaya nisbətən az məruz qalmış və intensiv parçalanmış relyef sahələrində isə kiçik adalar şəklində mü¬ şahidə edilir. Subnival qayalıq landşaftının nisbətən geniş arealı Gamış (3724 m), Ömər (3295 m), Koroğludağ (3462 m) yüksəklikləri sahəsində inkişaf etmişdir. Yüksək dağ aşırımlarında və intensiv denudasiyaya uğramış suayrıcılarda onların arealları kiçilərək yüksək dağ (alp) çəmənləri ilə əvəz olunur. Landşaft kompleksinin iqlim şəraitinin sərt olması və denutasiya proseslərinin (aşınma, qravitasiya) fəallığı ilə əlaqədar olaraq burada torpaqəmələgəlmə prosesi. zəif gedir. Kompleks daxilində ən çox fiziki aşınmanın məhsulu olan kobud tərkibli qırıntı və uçqun materiallarının toplanması müşahidə edilir. Landşaft kompleksinin formalaşmasında dağ tundra iqlim şəraiti mühüm rol oynayır. Subnival qayalıq landşaftı bilavasitə şaxta aşınmasının məhsulu olan kobud tərkibli qırıntı materiallarının qravitasiya yolu ilə intensiv daşınması ilə xarakterikdir. Aşınma prosesi ən çox tektonik pozulmalar və çatlarla kəsilmiş dik yamaclarda baş verir və onların inkişaf arealı bu tektonik çatların uzanma istiqamətinə uyğun gəlir, Murovdağ silsiləsinin Gamış (3724 m),Koroğludağ (3462 m), Murovdağ (3341 m), Ömər (3295 m) və başqa zirvələrinin ətəklərində iri qayma daşlardan ibarət çınqıl toplantıları geniş sahəni tutur. Landşaft kompleksi daxilində həmçinin fiziki aşınmanın məhsulu olan ufantı konusları və daş səpintiləri geniş inkişaf etmişdir. Landşaft kompleksinin müasir relyefinin formalaşmasında, dəyişməsində qar örtüyünün rolu böyükdür. Qar örtüyü ən çox yüksək dağ aşırımlarında və Şahdağ, Murovdağ silsilələrinin yüksək quzey yamaclarında saxlanılır və daha çox Dördüncü dövr buzlaqlarının yaratdığı eqzarasion (troq dərələr, sirklər və karlar) relyef formalarında yerləşir. İqlim şəraitinin əlverişsiz olması və denudasiya prosesinin intensiv getməsi ilə əlaqədar olaraq landşaft kompleksləri daxilində torpaq, bitki örtüyü çox zəif inkişaf etmişdir. Ərazidə torpaq örtüyü başlıca olaraq relyefin alçaq sahələrində və çatlarda toplanan xırda tərkibli aşınma materiallarından ibarətdir. Landşaft kompleksi qar örtüyünün il ərzində daha uzun müddət saxlanmasında və tədricən əriməsində mühüm rol oynayır ki, bu da çayların optimal su sərfinin müəyyən etməklə dağətəyi arid rayonlarda suvarma əkinçiliyinin inkişafına şərait yaradır. Landşaft kompleksi çox zəif yem ehtiyatına malik olub, yay dövrünün ikinci yarısında qısa müddətdə otlaq kimi istifadə olunur.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.