From Wikipedia, the free encyclopedia
Son onilliklər böyük təbii ehtiyatlara malik olmayan ölkələr sürətlə inkişaf edirlər. Lakin bütün şərtlər daxilində, böyük təbii ehtiyatlara malik ölkələr əlavə üstünlüklər əldə edirlər. Bütün təbii ehtiyatların istifadəsi bir-birilə sıx əlaqədardır. Belə ki, torpaq ehtiyatları (kənd təsərrüfatı sahələri) yanacaqla (mineral ehtiyatlarla) hərəkətə gətirilən texnika vasitəsilə becərilir və məhsuldarlığı gübrələrlə (mineral ehtiyatlardan hazırlanan) artırılır. Bir sıra hallarda təbii-xammal ehtiyatları mineral ehtiyatlarla eyniləşdirilir. Əksər dünya ölkələrində faydalı qazıntıların ehtiyatlarının belə təsnifatı mövcuddur: kəşf olunmuş (çıxarıla bilən), yəni geoloji-kəşfiyyat işləri nəticəsində sübut olunmuş; həqiqi (texnikanın müasir inkişaf səviyyəsində çıxarılan); proqnozlaşdırılan və ya geoloji (mövcudluğu elmi proqnoz və ehtimallara əsasən söylənilən).[1]
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İqtisadiyyat | |
---|---|
Əsas kateqoriyalar | |
Mikroiqtisadiyyat | |
Makroiqtisadiyyat | |
İqtisadi təlimlər tarixi | |
İqtisadi metodologiya | |
Alternativ iqtisadiyyat | |
Texniki metodlar | |
Riyazi iqtisadiyyat | |
Ekonometrika | |
Təcrübi iqtisadiyyat | |
Milli Hesablar Sistemi | |
Sahələr və alt sahələr | |
Təhsil | |
Səhiyyə | |
Əmək | |
Oyunlar nəzəriyyəsi | |
Artım | |
Kənd təsərrüfatı | |
Təbii ehtiyatlar | |
Davranış | |
İqtisadi sistem | |
Beynəlxalq | |
Portal:İqtisadiyyat |
Geniş mənada iqlim ehtiyatlarına oksigen, perspektivli və "təmiz" enerji mənbələrindən biri olan hidrogen (hələ ki, hidrogenin əldə edilməsi benzinə nisbətən 3 dəfə baha başa gəlir), külək və günəş enerjisi ehtiyatları aiddir. Kənd təsərrüfatı nda istifadəsinə görə aqroiqlim ehtiyatları — istilik, rütubət və işıq iqlim ehtiyatlarının xüsusi növünü əmələ gətirir. İqlim ehtiyatları kənd təsərrüfatı istehsalının əsas amillərindən biri olmaqla , həm də rekreasiya (istirahət, müalicə, turizm) ehtiyatlarının əsas elementlərindəndir.
Günəş enerjisi olmadan insan həyatını təsəvvür etmək qeyri-mümkündür. Yer səthinə düşən günəş enerjisi kəşf edilmiş mineral yanacaqlar enerjisindən on, dünya enerji tələbatının müasir səviyyəsindən isə min dəfə çoxdur. Lakin insanlar yer səthinə düşən günəş enerjisindən lazımı səviyyədə istifadə edə bilməirlər. Xüsusilə tropik qurşaqda yerləşən ölkələrdə günəş enerjisindən istifadaə üçün olduqça əlverişli şərait vrdır. Burada il ərzində günəşli günlərin sayı 300-ə çatır. Helioenergetikanın (günəş enetgetikası) inkişafı gələcəkdə bu ölkələrin səhra ərazilərinin təsərrüfat cəhətdən mənimsənilməsinə geniş imkanlar açır. Sadə günəş mətbəxlərinin, su təmizləyici qurğuların və s.yaradılmsı bu ölkələrdə yanacaq, xüsusilə oduncaq istehlakını xeyli azaldır.
Helioenergetika sahəsində ABŞ, Yaponiya, Fransa, İtaliya, Hindistan, Braziliya və Avstraliyada daha fəal işlər aparılır. Hələlik Günəş enerjisindən əsas etibarilə binaların ("günəş evləri") və istixanaların qızdırılması, dəniz suyunun şirinləşdirilməsi üçün istifadə edilir (Şimali Afrikanın, Yaxın və Orta Şərqin arid ölkələrində), ABŞ və Fransada ilk günəş elektrik stansiyaları istifadəyə verilmişdir. Heablamalara görə, fəzada günəş şüasını toplayan və əks etdirən nisbətən kiçik "çıraq" gecə vavtı bütün şəhəri təmamilə işıqlandıra bilər. Ənənəvi enerji mənbələrindən fərqli olaraq alternativ enerji mənbəyi olaraq külək enerjisindən istifadə daha faydalıdır.
İnsanlar qədim zamanlardan indiyə kimi külək enerjisindən istifadə edirlər. Çin, Hindistan və Misirdə hələ iki min il əvvəl sadə külək mühərriklərindən istifadə edilirdi. Son vaxtlarda energetika və ekoloji çətinliklər ilə əlaqədar insanların külək enerjisinə marağı artmışdır. Məsələn, Yaponlar bir sıra gəmilərdə müasir mühərrik ilə yanaşı, yelkəndən də istifaə edirlər. Küləkli Xəzərdə belə gəmilərdən istifadə üçün daha əlverışli şərait vardır.
Hazırda Fransa, İtaliya, Danimarka, ABŞ, İngiltərə və başqa ölkələrdə sənaye əhəmiyyətli külək qurğuları üzrə daha geniş işlər aparılır. Lakin küləklərin gücünü və istiqamətinin daimi olması, külək mühərliklərinin istifadəsi üçün passat, musson və başqa daimi küləklərin əsdiyi bölgələr daha əlverışlidir.
Azərbaycanda da külək enerjisindən istifadə üçün əməli işlər görülməkdədir
Geoloji mineral yanacaq ehtiyatları 12,5 trln. tondur. Müasir hasilat sürəti nəticəsində bu ehtiyatlar 1000 il kifayət edə bilər. Bu ehtiyatlar kömürdən (60%-dək), neftdən və qazdan (27%-dək), yanar şistlərdən və torfdan ibarətdir.
Dünyanın 75 ölkəsində aşkar edilmişdir. Ən böyük yataqları ABŞ-də, Çində, Rusiyada, CAR-da, Almaniyada, Avstraliyada, Böyük Britaniyada, Kanadada, Hindistanda və Polşadadır. Ümumiyyətlə, kömür ehtiyatları böyükdür və kömürlə təmin olunma digər ehtiyatlarla təmin olunmadan yüksəkdir. Lakin 1000 m-dən dərində yerləşən kömür ehtiyatlarının çıxarılması müasir texnikanın inkişaf səviyyəsində sərfəli deyil. Açıq üsulla hasilat isə sərfəli olaraq qalır (ABŞ-nin Qərb hövzəsində, Şərqi Sibirdə, CAR-da, Avstraliyada). Almaniyada 1 ton kömürün hasilatı CAR-dan idxaldan baha başa gəlir.
Son illər həqiqi neft ehtiyatlarının həcmi artmışdır. Kəşf olunmuş neft ehtiyatlarına görə ölkələrin ardıcıllığı belədir: Səudiyyə Ərəbistanı, Iraq, BƏƏ, Küveyt, Iran, Venesuela, Rusiya, Çin, ABŞ. Müasir hasilat həcmi səviyyəsində (ildə təxminən 3 mlrd. ton) dünya iqtisadiyyatının neftlə təmin olunma dərəcəsi 45 ildir. OPEK ölkələrində isə hazırkı hasilat səviyyəsi 85 il saxlanıla bilər. Xəzər dənizinin ehtiyatları az olsa da (dünya ehtiyatlarının 3–4%-i) hazırkı və perspektivdə olan bazarlar arasında mühüm yer tutur.
Kəşf olunmuş ehtiyatların son illər artması həm yeni yataqların kəşfi, həm də geoloji ehtiyatların bir hissəsinin kəşf olunmuş ehtiyatlar kateqoriyasına keçməsi ilə əlaqədardır. Ən böyük təbii qaz ehtiyatlarına malik ölkələr Rusiya, İran, ABŞ, Əlcəzair, Türkmənistan, Norveç, Qazaxıstan, Niderland, Liviya və Böyük Britaniyadır. Hazırkı hasilat səviyyəsində (ildə 2,2 trln. m²) qazla təmin olunma dərəcəsi 71 ildir.[1]
Dəmir filizinin geoloji ehtiyatları, müxtəlif hesablamalara görə, təxminən 350 mlrd. ton, kəşf olunmuş ehtiyatları 150 mlrd. ton təşkil edir. Bu ehtiyatlar demək olar ki, 100 ölkədə müəyyən olunmuşdur, lakin onların əsas hissəsi az sayda ölkədə təmərküzləşmişdir.
Ən böyük boksit ehtiyatları Avstraliyada, Qvineyada, Braziliyada, Venesuelada və Yamaykadadır. Ehtiyatlarla təmin olunma dərəcəsi 250 ildir. Boksitlər əsas alüminium tərkibli xammal olub, əsasən, alüminium hidroksidlərindən ibarətdir. Yataqları çöküntü suxurlarda formalaşır və, əsas etibarilə, tropik və subtropik iqlim qurşaqlarında yerləşən aşınma qabığı sahələrinə uyğun gəlir. Əsas boksitli əyalətlərə Avropada Aralıq dənizi, Afrikada Qvineya, Latın Amerikasında Karib və Şimali Avstraliya aiddir. Geoloji ehtiyatları, adətən, təxminən 250 mlrd. ton, kəşf olunmuş ehtiyatları isə 20–30 mlrd. ton qiymətləndirilir. Ən böyük boksit ehtiyatlarına malik ölkələr Qvineya, Avstraliya, Braziliya, Yamayka, Hindistan, Çin, Qayana, Surinam. Boksitlərdə gil-torpağın miqdarı dəmir filizində olduğu kimidir. Bu səbəbdən də, boksit ehtiyatları dəmir filizində olduğu kimi faydalı komponentə görə deyil, filizə görə qiymətləndirilir.
Ən böyük mis yataqları Hindistanda, Zimbabvedə, Zambiyada, Konqoda, ABŞ-də, Rusiyada və Kanadadır.
Uran yer qabığında çox geniş yayılmışdır. Lakin iqtisadi cəhətdən yalnız faydalı komponentin 0,1%-dən az olmadığı yataqların işlənilməsi sərfəlidir. Bu halda 1 kq uran konsentratının alınması 80 dollardan ucuz başa gəlir. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) məlumatına görə, XXI əsrin əvvəlində kəşf olunmuş və bu qiymətə çıxarılması mümkün olan uran ehtiyatları 3,3 mln. ton qiymətləndirilmişdir. Onlar 44 ölkənin ərazisində təxminən 600-dək yataqda təmərküzləşmişdir.
Kəşf olunmuş uran ehtiyatlarına görə, dünyada birinci yeri Avstraliya tutur. Qazaxıstan ondan bir qədər geri qalır. Üçüncü yeri Kanada tutur. Bu ölkələrin payına dünya uran ehtiyatlarının 1/2-i düşür. Onlardan başqa, kəşf olunmuş uran ehtiyatlarına görə ilk on ölkənin sırasına, həmçinin, (azalan sıra ilə) CAR, Braziliya, Namibiya, Rusiya, Özbəkistan, ABŞ və Niger daxildir.[1]
Qeyri-filiz faydalı qazıntıları arasında böyük ehtiyatları ilə xörək və kalium duzları, fosforitlər, kükürd seçilir. Statistik məlumatlar inkişaf etmiş Qərb ölkələrinin, inkişaf etməkdə olan ölkələrin və keçid iqtisadiyyatına malik ölkələrin mineral-xammal potensialını müqayisə etməyə imkan verir. Qərb ölkələri kəşf olunmuş qızıl, manqan və xrom filizləri və, həmçinin, uran, qurğuşun və sink ehtiyatlarına görə seçilir. Inkişaf etməkdə olan ölkələrin payı, xüsusən, neft (80%-dən çox), boksit (77%), qalay və almaz (60–65%) və mis (53%) ehtiyatlarında böyükdür. Keçid iqtisadiyyatına malik ölkələr təbii qaz və dəmir filizi ehtiyatlarına görə seçilir (50%). Hər üç ölkələr qrupu bərabər nisbətdə nikel, molibden, gümüş ehtiyatlarına malikdirlər. Keçid iqtisadiyyatına malik ölkələr arasında mineral yanacaq və xammalla zəngin Rusiya, Qazaxıstan və Ukraynadır.[1]
Dünyanın torpaq fondunun sahəsi 134 mln. km²-dir. Bu fondun strukturunda 11% becərilən torpaqların, 23% çəmən və otlaqların, 30% meşələrin, 3% antropogen landşaftların, 33% az yararlı və yararsız torpaqların payına düşür. Becərilən sahələrə görə ABŞ, Hindistan, Rusiya, Çin, Kanada, Qazaxıstan və Ukrayna seçilir. Son illərdə istifadəsiz torpaqların mənimsənilməsi hesabına Rusiyada, Qazaxıstanda, Çində və Kanadada becərilən torpaqların sahəsi artmışdır.[1]
Ən böyük su istehlakçısı kənd təsərrüfatı (69%), sonra isə sənaye (21%), kommunal təsərrüfat və su anbarlarıdır. Su ehtiyatlarının səmərəli istifadəsinin yolları aşağıdakılardır: 1) ilk növbədə, suya qənaət edən texnologiyaların tətbiqi və dövriyyəli su təminatının tətbiqi hesabına sudan istifadənin azaldılması; 2) daşınma zamanı, axıntılar və buxarlanma nəticəsində su itkilərinin ləğvi; 3) məişətdə sudan qeyri-səmərəli istifadənin aradan qaldırılması.[1]
Yer kürəsində meşə ilə örtülü ərazi 40,1 mln. km²-dir. Ən istifadəyə yararlı meşə sahəsi isə 25–28 mln. km²-dir. Meşə ərazilərinə görə, Rusiya, Braziliya, Kanada və ABŞ seçilir. Lakin son 200 il ərzində meşələrin sahəsi 2 dəfə azalmışdır. Nisbətən toxunulmamış meşələr Rusiyanın Asiya hissəsində, Kanadada, Konqo və Amazon çayı hövzələrində qalmışdır. Dünya üzrə oduncaq ehtiyatı 340–370 mlrd. m³-dir. Oduncaq ehtiyatına görə, Rusiya seçilir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.