From Wikipedia, the free encyclopedia
Hind musiqisi - Hindistanda məskən salmış fərqli mədəniyyət, din və dilə sahib insan birliklərinin mədəniyyət və incəsənətini özündə əks etdirir. Dini inanclar bayramlar, mərasimlər, adət-ənənələrdə olduğu kimi, hind musiqisinin, rəqslərinin yaranmasına, inkişafına əsaslı təsir göstərmişdir. Qədimdə dövrlərdə olduğu kimi, müasir dövrdə də hind musiqisi və rəqsləri dini rituallar, bayramlar, toy şənlikləri, oyun və əyləncələrlə vəhdət təşkil edir.
"Sаnqitа" sözü əksər hind dillərində "musiqi" kimi bаşа düşülür, hərfi bахımdаn "hər şеyin birləşməsi və ifаdəsi" kimi tərcümə оlunur. "Hər şеy" dedikdə isə bədən, аğıl və ruh başa düşülür. Şimаli Hindistaın musiqisində “şаcаcа” və yа əsаs tоn əbədiliyi, tanrını simvоlizə еdir. "Şаcаcа" tеrmini hərfi mənаdа "6 nоtdаn ibаrət sırа" mənаsını vеrir. Musiqi sırаlаmаsının əsаsı, musiqinin mаhiyyətinin аçаrı qаmmаnın birinci nоtu "sа"dаn аsılı оlur, Аvrоpа musiqisində bu "dо" qаmmаsıdır. İfаçı üçün şаcаcа səsinin imkаn vеrdiyi tоndа və yа musiqi аlətinin imkаn vеrdiyi tоndа qоyulа bilər[1].
Ölkənin müxtəlif ştatlarında məskunlaşan "pulayana", "oraon", "santal", "savara", "çençu", "bhil" və s. tayfaların spesifik musiqi və rəqsləri vardır. Belə etnik musiqi hind musiqi mədəniyyətinin ümumi xüsusiyyətlərinin formalaşmasında xüsusi rol oynamışdır. Digər qədim mənbə tamil və qohum xalqların musiqisidir, bu musiqi melodikdir, özünəməxsus xüsusiyyətləri vardır. Bu musiqi veda ilahilərinin oxunmasında ari musiqisi ilə müəyyən qədər uyğun gəlmişdir.
Veda mətnlərinin ("Riqveda", Samaveda", "Yacurveda", "Artharveveda"), hamısı musiqi üstündə köklənmişdir. Vedaların yayılmasında, brahmanizmin, hinduizmin formalaşmasında, hind cəmiyyətində möhkəmlənməsində musiqi, mahnı və nəğmələrin mühüm rolu olmuşdur. Müxtəlif formalı, üslublu musiqilər, nəğmələr, rəqslər dini məzmunlu ideyaların geniş əhali kütləsinə çatdırılmasında vasitə, ünsiyyət rolunu oynamışdır. Vedalar arasında qurban əsnasında oxunan ilahiləri əhatə edən "Samaveda" xüsusi yer tutur. Müqəddəslik, ayinlər baxımından sonra "Riqveda"dan sonrakı yerdə duran "Samaveda" bəzən "rituallar vedası" və ya "melodiyalar vedası" kimi tanınır. Qurban mərasimlərində, dini rituallar zamanı "Samaveda" ilahiləri yüksək səslə oxunur. Sonuncu veda olan "Artharveveda" (yaxud "Acurveda") da dini ilahilər, mahnı və nəğmələr əksini tapmışdır.
Əsrlərlə davam edən qarşılıqlı dini-etnik təsir nəticəsində Hindistanda "hindustani"[2][3] və "karnatak"[4][5] klassik musiqi incəsənəti yaranmışdır. Bu musiqi ənənələri oxşar melodik və qanunlara uyğun əsasa malikdirlər, bu da "raqa" və "tala" üçün xarakterikdir.
Qədim hind musiqi və rəqsləri haqqında ilk əsər dram sənətinin yaradıcısı müdrik Bharataya məxsusdur. O, "Bharatanatya-şastra" əsərində dövrünün musiqi sənəti haqqında geniş məlumat vermişdir. Bu qədim traktatdan aydın olur ki, qədim hind musiqisi müasir "klassik" hind musiqisindən müəyyən qədər fərqlənmişdir.
Cayadeva (XII əsr), Kabir və Tiruvvaluvar, Purandaradasa (1486-1564) , Kşetrayn (1600-1680), Muttusvami Dikşitara (1775-1835), Tyaqaraca (1775-1835), tanrı Krişnaya məhəbbətdən ağlını itirən hökmdar qadın Mira hind dini-lirik musiqisinin inkişafında mühüm rol oynamışlar. Hind musiqisinin inkişafında yazıçı, şair, Nobel mükafatı laureatı Rabindranat Taqor (1861- 1941), Digambar Paluskar (1872-1931), Vişnu Narayana Bhatkhande (1860-1936) bəstəkar, musiqiçi kimi xüsusi rol oynamışlar
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.