Rütbəsi alınmış rahib Kristof Fabrisiusun Antverpendə edam edilməsi zamanı xalq və keşikçilər arasında toqquşma baş vermişdir.
Niderlandda dövlət şurasının üzvləri olan qraf Eqmont, şahzadə Oranski və admiral Qorun ətrafında saray müxalifəti formalaşmışdır. Bundan sonra Antuan Perno de Qranvel istefa vermiş və ispan qoşunları ölkədən çıxarılmışdır.
Ferdinandın vəfatından sonra onun böyük oğlu Maksimilian imperiyanı, ikinci oğlu Ferdinand - Tirolu və Ön Avstriyanı, Karl isə - Ştiriyanı, Karintiyanı və Kraynanı miras almışlar.
1564—1576 — Müqəddəs Roma imperiyasının imperatoru, Macarıstanın (1572-ci ilə qədər) və Çexiyanın (1575-ci ilə qədər) kralı II Maksimilian.
Çexiya seymi kralın əcnəbilərə zadəgan rütbələri vermək hüququna malik olmaması haqqında qərar qəbul etmişdir.
1564—1605 — Avropa kalvinistlərinin başçısı Teodor Beza (1519—1605).
26 yanvar — Livon müharibəsinin gedişi zamanı Çaşniklər döyüşü baş vermişdir[1].
2 iyul — rus qoşunları Ulle çayı (Polotsk yaxınlığında) və Orşa yaxınlığında məğlubiyyətə uğramışlar[1].
Aprel — Knyaz Andrey Kurbski Litvaya qaçmışdır.
Dekabr — İvan Qroznını əvvəlcə Kolomnaya, oradan isə Aleksandr Slobodasına yola düşmüşdür. Opriçninanın başlanğıcı.
İvan Fyodorovun"Apostol"u — dəqiq tarixi məlum olan ilk rus kitabı nəşr edilmişdir. Nəşr tarixi göstərilməyən və "Apostol"dan öncə nəşr olunduğu ehtimal edilən bir neçə kitab da qorunub saxlanmışdır.
Vilyam Adams — ingilis dənizçi, şturman və tacir. Yaponiya sahillərinə üzüb çatan ilk britaniyalı hesab olunur.
Abraham Blumart — niderland rəssamı.
Federiko Borromeo — italyan keşiş, 1587-ci ildən kardinal, 1595-ci ildən Milan baş yepiskopu, incəsənət və elm hamisi.
Henrix Yuli Braunşveyq-Volfenbyuttelski — 1589-cu ildən Braunşveyq-Volfenbyuttel hersoqu, Xelmştedtdəki əsası atası Yuli Braunşveyq-Volfenbyuttelski tərəfindən qoyulan və ona miras qalan protestant universitetinin ilk rektoru.
Kristofer Marlo — Yelizaveta dövründə yaşayıb-yaratmış ingilis şair, tərcüməçi və dramaturq, Şekspirin ən görkəmli sələflərindən biri.
Fransisko Paçeko — ispan rəssam, incəsənət nəzəriyyəçisi və şair, XVII əsrdə İspaniyada rəssamlığın inkişafına güclü təsir göstərmiş Dieqo Velaskes və Alonso Kano kimi rəssamların müəllimi.
David Fabrisi — Şərqi Frislandiyada astronomiyaya dair yazdığı tədqiqatlarla məşhur olan pastor.
Hans Leo Hassler — alman bəstəkar və orqan ifaçısı.