Dəli Kür — 1969-cu ildə yazıçı İsmayıl Şıxlının eyniadlı romanı əsasında Hüseyn Seyidzadənin çəkdiyi tammetrajlı bədii filmi.[2]
Cəld faktlar Janr, Rejissor ...
Bağla
Kinoromanda keçən əsrin əvvəllərində Azərbaycanın qabaqcıl ziyalılarının formalaşmasından, ilk mütərəqqi pedaqoqların fəaliyyətindən, qabaqcıl ziyalıların Zaqafqaziya xalqlarına göstərdikləri köməkdən və insanlarda azadlıq şüurunun formalaşmasından söhbət gedir.
- Film aktrisa Zemfira İsmayılovanın kinoda ilk işidir.
- Film aktyor Cahangir Mehdiyevin kinoda ilk işidir.
- Film Elçin Şıxlının kinoda ilk işidir.
- Cahandar ağa İsmayıl Şıxlının babası olub.[3]
- Film yazıçı İsmayıl Şıxlının eyniadlı romanının motivləri əsasında lentə alınmışdır.
- Filmin sonluğunu rejissor Hüseyn Seyidzadə ilkin variantda belə çəkmişdi: Cahandar ağa kazak başçısını qamçıladıqdan sonra kazaklarla vuruş başlayır və kazaklar onu arxadan güllələyir. Lakin sovet kinotənqidçiləri bunu qəbul etmir və qeyd edirlər ki, necə olursa olsun bir azərbaycanlı rusu döyə bilməz. Buna görə də rejissor məcbur olur həmin səhnəni kəssin, sonda Allahyar Cahandarı öldürür, çox gözəl çəkilən filmin sonluğu bərbad hala gətirilir. Kazak başçısını oynayan məşhur aktyorumuz Yusif Vəliyevin adı titrlərdə olsa da kinoda onun obrazını görə bilmirik.
- Artıq film tamaşıçıların ixtiyarına buraxılmağa hazır idi ki, rejissor problemlə üzləşdi. Belə ki, sovetlər dönəmində "Azərbaycanfilm"in istehsalı olan bütün filmlərin ekrana buraxılması üçün Moskvanın razılığı lazım idi. Moskva isə "Dəli Kür"ün finalının dəyişdirilməsini tələb edirdi. Hüseyn Seyidzadə bununla bağlı o vaxtlar verdiyi müsahibələrindən birində deyirdi: "Dəli Kür" çəkilib qurtarandan sonra SSRİ Dövlət Kino Komitəsinə təhvil verildi. Biz filmi Moskvada göstərərkən rəhbərlik finalı dəyişdirməyi məsləhət gördü. Mənə üstü örtülü dedilər ki, əks təqdirdə film, ümumiyyətlə, ekrana buraxılmayacaq". Ümumiyyətlə, o vaxtlar haqsız hücum və tənqidlərə məruz qalan Hüseyn Seyidzadə başa düşürdü ki, əgər çəkdiyi dördüncü bədii filmin – "Dəli Kür"ün finalı dəyişdirilməsə, onun yaradıcılığında da uzun bir fasilə yarana bilərdi. Kinorejissor çox fikirləşdikdən sonra güzəştə gedir və filmin finalı dəyişdirilir. Yaxşı ki, filmdən çıxarılan epizod qorunub saxlanılmış və kinoşünas Aydın Kazımzadə tərəfindən tapılaraq Azərbaycan Dövlət Film Fonduna təhvil verilmişdir.[4] Sovetlər Birliyinin tərkibində olan bir respublikanın öz milli bayramını təmtəraqlı surətdə qeyd etməsi ağla sığan bir şey deyildi. Hüseyn Seyidzadə cəsarətlə "Dəli Kür"də Novruz bayramını çox gözəl bir təmtəraqla çəkərək təqdim etdi. Filmdəki rus ziyalısının yumurta döyüşünü xatırlayın. Görün nə gözəl səhnədir. Sonralar həmin səhnəni tənqid edənlər də çox oldu. Ancaq əsas olan o idi ki, Hüseyn milli bayramın bütün gözəlliklərini təsvir edə bilmişdi…"[5]
Ənvər Həsənovun müsahibəsi. Aydın Kazımzadə. “Kinosalnamə” [Hüseyn Seyidzadənin "Dəli Kür" filminin çəkilişləri haqqında] //Mədəniyyət TV.- 2016.- 26 mart.
"Dəli Kür"də Moskvanı narahat edən epizod: Əbdül Mahmudov filmin pərdəarxası məqamlarından danışır //Azadlıq.- 2014.- 3 noyabr.- S.14.
Cəfərli, A. Cahandar ağa İsmayıl Şıxlının babası idi: [İsmayıl Şıxlının öz romanı olan "Dəli Kür" də bəzi məqamlara toxunması haqqında] //Ədalət.- 2012.- 4 oktyabr.- S. 8.
Aqşin Babayev, Aydın Kazımov. Azərbaycan kino sənətində ədəbi əsərlərin təcəssümü. Bakı, 2000, səh. 126.
"Dəli Kür: Adil İsgəndərov ata minmək istəmədi və Cahandar ağadan imtina etdi", Ekspress qəzeti, 17.04.2003, Ulduzə Qaraqızı.
Kinomuzun Cahandar ağası əbədiyyətə qovuşdu: Gəncədə Xalq artisti Ələddin Abbasovla vida mərasimi keçirilib: [Gəncə Dövlət Dram Teatrının mərhum aktyoru] //Mədəniyyət.- 2014.- 16 iyul.- S.7.
Azəri, L. "Dəli Kür"ün Mələyi: Zemfira Sadıqovanın 75 illiyi qeyd olundu: [Cəfər Cabbarlı adına "Azərbaycanfilim" kinostudiyasında] //Mədəniyyət.- 2014.- 16 iyul.-S.4.
- "Qara gözlərin sorağında" [İ. Şıxlının "Dəli Kür" romanının ekranlaşdırılması haqqında] //Bakı.- 1968.- 24 avqust.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 383; 511.
- İmanova, S. "Dəli Kür"də millilik amili" //Mədəniyyət.- 1999.- fevral.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 143; 162–164.
- İsmayılova, P. "Dəli Kür"də səhvlər var: Ələddin Abbasov: "Bu yaşda oturaq bir rol olsa, oynayardım": [Kino-aktyor Ələddin Aslan oğlu Abbasov haqqında] //Həftə içi.- 2011.- 6 yanvar.- S. 6.
- Hacımusalı, O. "Dəli Kür"də Cahandar ağa obrazı: [Xalq artisti Ələddin Abbasovun canlandırdığı obraz haqqında] //Xalq cəbhəsi.- 2011.- 12 oktyabr.- S. 13.