From Wikipedia, the free encyclopedia
Reyhan Müslümova - Azərbaycanlı müğənni
Reyhan Müslümova | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Quba, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi |
Bəzi mənbələrdə Qanaxma |
Vətəndaşlığı | SSRİ, Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Fəaliyyət illəri | 1962-2002 |
Reyhan Müslümova 1949-cu ildə Qubada anadan olub. Valideynləri həkim olduğundan qızlarını da həmin sahəyə yönləndirmək istəsələr də, o müğənni olmağa qərar verib. Müğənnilik karyerasında ilk addımlarını "Lalə" qızlar ansamblında atıb. Kəmalə Rəhimli, Nəzakət Məmmədova, Nisə Qasımova, Ruhəngiz Allahverdiyeva, Yaqut Babayeva ilə birgə səhnəyə qədəm qoyub. 18 yaşındaykən Hüseyn Seyidzadənin ekranlaşdırdığı "Dəli Kür" filmində Cahandar ağanın qızı Salatın rolunu canlandırıb.[1]
Reyhan Müslümova artıq çəkidən əziyyət çəkib. Şəkər xəstəsi olduğundan həkimlər əməliyyat aparmaqdan imtina ediblər. 2002-ci ildə Bakıdakı 5 saylı xəstəxanada liposaksiya əməliyyatı keçirən sənətçinin şəkəri yüksələrək komaya düşür və 52 yaşında həyatını itirir.
Digər bir versiyaya görə həkim müğənninin mədəaltı vəzini deşdiyi üçün qanaxma olub və ölüm də bu səbəbdən baş verib. Xəstəxanadan verilən ölüm kağızında isə Reyhan Müslamovanın guya yanıq xəsarətlərindən öldüyü qeyd olunub.
2004-cü ildə oğlu tərəfindən "Mən həyatda olmayanda" adlı musiqili diski və konsertlərdə, tele-kanallarda etdiyi çıxışların hamısını DVD-formasında arxivləşdirilib.[1][2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.