Remove ads
kino studiyası From Wikipedia, the free encyclopedia
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası — Azərbaycan dövlət kinostudiyası. Kinostudiya 1920-ci ildə "Azərbaycan XMK-nın İncəsənət Şöbəsi" adı altında təsis olunub. Qurum indiki dövrdə Azərbaycan Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərir. Kinostudiyanın hazırkı direktoru Nazim Hüseynovdur.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | kinostudiya |
Sənaye | kinematoqrafiya |
Məhsulu | film |
Təsis tarixi | 28 aprel 1923 ) |
Əvvəlki adı | Şablon:Wikidata/interval |
Baş qərargahın yeri | Bakı |
Rəhbərlik | |
Rəhbərlik | Nazim Hüseynov |
azerbaijanfilm.az | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk struktur nümunəsi kimi XlX əsrin sonlarında fotoqraf və kinooperator Aleksandr Mişon Bakıda elmi foto dərnəyin katibi və nəşriyyat sahibi olduğu fotoatelyeni nəzərə almalıyıq.
1920-ci ildə Nəriman Nərimanov kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzalayır və xalq mədəniyyət komissarlığının tərkibində foto-kino şöbəsi (Azərbaycan XMK-nın İncəsənət Şöbəsi) yaradılır. 1923-cü ildə isə bu qurumu I Dövlət kinofabriki ("Azərbaycan Foto-Kino İdarəsi" (AFKİ) əvəzləyir.
Azərbaycan kino strukturu sonrakı illərdə müxtəlif cür adlandırılıb. Məsələn, 1926–1930-cu illərdə "Azdövlətkino" (Azərbaycan Foto–Kino Sənaye və Ticarət Birliyi), 1930–1931-ci illərdə "Azərkino", 1934–1935-ci illərdə "Azdövlətkinosənaye" (Oktyabrın X illiyi adına kinofabrik), 1932–1941-ci illərdə "Azərfilm" (Azərbaycan Foto-Kino Sənayesi İdarəsi), 1939–1959-cu illərdə "Bakı kinostudiyası" (SSRİ Xalq Komissarları Sovetinin 1938-ci il 2 mart qərarı ilə bədii filmlərin Bakı Kinostudiyasının Nizamnaməsi təsdiq olundu. SSRİ Xalq Komissarları yanında Kinematoqrafiya İşləri üzrə komitənin 1938-ci il 30 iyun tarixli əmri ilə kinostudiya 1938-ci ildən bədii filmlərin Bakı Kinostudiyası adlandırıldı və 1944-cü ilə kimi Komitənin tabeliyində oldu.
Sonra Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Kinematoqrafiya İşləri üzrə idarənin ixtiyarına keçdi. ASSR Kinematoqrafiya Nazirliyinin 25.05.1948 tarixli əmrinə əsasən kinostudiya ASSR Kinematoqrafiya Nazirlİyi yanında Bədii və Xronikal Filmlərin Bakı kinostudiyası kimi yenidən təşkil olundu. 1953-cü ilin mayın 25-dən kinostudiya ASSR Mədəniyyət Nazirliyini sərəncamına verildi.
1958-ci ildən kinostudiya "Azərbaycanfilm" kinostudiyası (Mədəniyyət Nazirliyinin 22.08.1958 tarixli əmrinə əsasən) adlanır.
Azərbaycan SSR Nazirlər Sovetinin 20.04.1959 tarixli qərarı ilə kinostudiyaya Cəfər Cabbarlının adı verildi. 1960-cı il aprelin 20-dən kinostudiya dramaturqun adını daşıyır. Kinostudiyanın yeni binasının əsası 1951-ci ildə qoyulub və 15 ildən sonra hazır olub. 1966-cı ildə bu binada artıq kino istehsalına başlanılıb.
ASSR Nazirlər Sovetinin 10.07.1963 tarixli qərarına əsasən kinostudiya ASSR Nazirlər Soveti yanında Dövlət Kinematoqrafiya Komitəsinin ixtiyarına verildi. Sonradan ASSR Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin 23.12.1965 tarixli əmrinə əsasən ASSR Nazirlər Soveti yanında Dövlət Kinematoqrafiya Komitəsi yenidən təşkil olundu.
ASSR Nazirlər Soveti Rəyasət Heyətinin 23.09.88 tarixli fərmanı ilə ASSR Dövlət Kinematoqrafiya Komitəsi ləğv olunaraq, Azərbaycan Mədəniyyət Nazirliyinin sərəncamına verildi. ASSR Nazirlər Sovetinin 19.09.88 tarixli qərarı ilə bütün kino təşkilatları, o cümlədən kinostudiya nazirliyin tərkibinə qatıldı. 1989-cu ilin əvvəllərində Mədəniyyət Nazirliyinin tərkibində "Azərkinovideo" İB yaradıldı. ASSR Nazirlər Sovetinin 20.05.1989 tarixli əmrinə və Azərbaycan Mədəniyyət Nazirliyinin 31.05.1989 tarixli qərarına əsasən kinostudya Azərkinovideo İB-nin tərkibinə daxil edildi.
1991-ci ildə Azərkinovideo İB Mədəniyyət Nazirliyinin tərkibindən çıxarıldı və müstəqil fəaliyyət göstərdi. 2001-ci ilin aprelində prezidentin sərəncamı ilə Azərkinovideo İB ləğv olundu və bunun əvəzinə Mədəniyyət Nazirliyində Kino İşləri Baş İdarəsi təşkil olundu.
01.09.2003-dən etibarən baş idarənin adı dəyişdirilərək Kino işləri şöbəsi adlandırıldı.[1]
Hazırda Azərbaycanda kino qurumu Azərbaycan Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərir. Kinostudiyanın hazırkı direktoru Nazim Hüseynovdur.
"Azərbaycanfilm"də bədii filmlərin ssenarisini təsdiq edən Bədii Şura (BŞ) fəaliyyət göstərir. Heyət hər il yenidən seçilərək təsdiqlənir. Təqdim olunan ssenari BŞ heyəti tərəfindən qəbul olunduqdan sonra Mədəniyyət Nazirliyinə təqdim olunur. Son sözü Mədəniyyət Nazirliyi deyir.[2]
Kinostudiyanın adı müxtəlif illərdə bir neçə dəfə dəyişdirilmişdir.[3]
Aktrisa
Müxtəlif illərdə "Azərbaycanfilm"ə rəhbərlik etmiş şəxslər[7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.