Thumb

Tarixi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sənədli filmlər istehsal edən studiyasıdır. Əvvəllər C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının tərkibində kinoxronika bölməsi olub. 1991-ci ildən müstəqil sənədli filmlər studiyaları kimi fəaliyyət göstərdilər. 1993-cü ildən "Azərbaycanfilm" kinostudiyasının nəzdində müstəqil studiya kimi fəaliyyət göstərir. Studiyanın ilk rəhbəri Zaur Məhərrəmov olub. 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı.

"Yaddaş" Studiyası 1997-ci ildən başlayaraq dövlət sifarişi ilə ildə bir sənədli film çəkir. Yaddaş əsasən portret janrına müraciət edir. Filmləri arasında "Şeytanbazar" (Nizami Abbas), "İlyas Əfəndiyev" (Cəmil Fərəcov), "Arif Babayev", "Həsən Seyidbəyli", "Rafiq Babayev" (Cəmil Quliyev), "Səma Şairi" (Şamil Nəcəfzadə) var.

Mənbə

  • Zaur Məhərrəmov. "Xalqın yaddaşına qayıdış": ["Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayan "Yaddaş" yaradıcılıq birliyinin bədii rəhbəri ilə müsahibə] //Azərbaycan gəncləri.- 1989.- 2 sentyabr.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 325–334; 345–359.

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.