Abbasov Nizami Vəli oğlu (Nizami Abbas) (1 yanvar 1957, Şamxor rayonu) — Azərbaycan operatoru, rejissor, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü.
Cəld faktlar Doğum adı, Digər adları ...
Bağla
Nizami Abbas 1 yanvar 1957-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində anadan olmuşdur. Ali təhsillidir. 1988-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperator fakültəsini bitirmişdir. 1974–1975-ci illərdə "Lenfilm" kinostudiyasında operator köməkçisi işləyib. 1976-cı ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator işləyir. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinin iştirakçısı olub. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Sənədli Filmlər Kino-Telestudiyası"nın bədii rəhbəri olub.
Çəkdiyi "Balaban" sənədli filmi 2015-ci ildə "Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.[1]
Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif olunub.[2]
Ailəlidir, 1 övladı var.
- Adam (film, 2010)
- Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) — quruluşçu operator
- Ağ-qara dünya (film, 1991) — operator (sənədli film)
- Axırıncı addım (film, 1989) — operator (sənədli film)
- Aman, ayrılıq (film, 1989)
- Aşiqi sadiq (film, 2014)
- Azadlığa gedən yollar (film, 1990) — operator (sənədli film)
- Azadlıq elçisi (film, 1993)
- Azərbaycan xalçası (film, 2009)
- Azərbaycan mətbəxi: Dadsonrası dad (film, 2015)
- Azərbaycan rəngkarlığının kraliçası (film, 2009)
- Azərbaycan: Tarixdən səhifələr (film, 2008) — rejissor, operator (sənədli film)
- Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (film, 1987)
- Batalyon (film, 2016)
- Bəşəriyyətin beşiyi (film, 2011)
- Bəyaz həyat (film, 2003) — quruluşçu operator (çoxseriyalı bədii film)
- Bu Naxçıvandır (1999) — operator (sənədli film)
- Çoxsahəli pambıq əkini sahələrində balanslaşdırılmış yem bitkiləri (film, 1984)
- Dözümlü minarələr (film, 1991)
- El bir olsa... (film, 1989)
- Elan olunmamış müharibə (film, 1994) — ssenarist, rejissor, operator (sənədli film)
- Etimad telefonu (film, 2001)
- Əlvida, cənub şəhəri (film, 2006)
- Əzablı yollar (film, 1995) — operator (sənədli film)
- General Hüseyn Rəsulbəyov (film, 1998)
- İlk komandir (film, 2015)
- Haqq aşığı (film, 2021)
- Kamandar olimpiya çempionudur (film, 1989)
- Kədərimiz... Vüqarımız... — operator (qısametrajlı sənədli film)
- Kiçik leytenant (film, 1996) — quruluşçu operator (bədii film)
- Kinorejissor Arif Babayev (film, 2000) — operator (sənədli film)
- Kinorejissor Həsən Seyidbəyli (film, 2002) — operator (sənədli film)
- Qəm karvanı (film, 1990) — rejissor, operator (sənədli film)
- Qobustan (film, 2005) — rejissor, operator (sənədli film)
- Qoca palıdın nağılı (film, 1984) — ikinci operator (tammetrajlı bədii film)
- Qocalar (film, 2008) — kreativ prodüser (qısametrajlı bədii film)
- Qocalar, qocalar... (film, 1982) — operator assistenti (tammetrajlı bədii film)
- Laçının son günləri (film, 1992) — rejissor, operator (sənədli film)
- Mayak (film, 2012) — operator (qısametrajlı bədii film)
- Məhəmməd Füzuli (film, 1989) — operator (sənədli film)
- Meydan (film, 1989) — operator (sənədli film)
- Müharibənin iki üzü (film, 1991) — rejissor, operator (sənədli film)
- Naməlum torpaq (film, 1992) — operator (sənədli film)
- Narahat adam (film, 2005) — rejissor, operator (tammetrajlı sənədli film)
- Nəsrulla Nəsrullayev (film, 1999) — operator (qısametrajlı sənədli film)
- Pəhləvan komandir (film, 2016)
- Sahibi kimdir? (film, 1988)
- Səma şairi (film, 2003) — operator (sənədli film)
- Sən həmişə bizimləsən (film, 1997)
- Sərhəd (film, 1990) — rejissor, operator (sənədli film)
- Sınmış zəncirlər (film, 1997) — operator (sənədli film)
- Sirli bənövşə
- Sürüşmə (film, 1991) — rejissor, operator (qısametrajlı sənədli film)
- Şeytan göz qabağında (film, 1987) — quruluşçu operator (tammetrajlı bədii film)
- Şeytanbazar (film) — rejissor, operator (sənədli film)
- Şəhidlik zirvəsi (film, 2001)
- Tənha narın nağılı (film, 1984) — ikinci operator (tammetrajlı bədii film)
- Üfüqü ötənlər (film, 2011) — operator
- Yaşa, qızıl balıq (film, 1988) — quruluşçu operator (qısametrajlı bədii film)