Remove ads
Azərbaycan aktyoru From Wikipedia, the free encyclopedia
Ceyhun Cəmil oğlu Mirzəyev (9 aprel 1946, Gülablı, Ağdam rayonu – 5 mart 1993, Bakı) — Azərbaycan kino aktyoru və rejissoru.
Ceyhun Mirzəyev | |
---|---|
Ceyhun Cəmil oğlu Mirzəyev | |
Doğum tarixi | 9 aprel 1946 |
Doğum yeri | |
Vəfat tarixi | 5 mart 1993 (46 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Ürək tutması |
Dəfn yeri | |
Fəaliyyəti | aktyor, kinorejissor, televiziya aktyoru, rejissor |
Fəaliyyət illəri | 1957–1993 |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0592620 |
Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə "Ögey ana"ya dəvət almışdı. Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Müxtəlif vaxtlarda assistent, rejissor köməkçisi, rejissor və aktyor kimi fəaliyyət göstərib. "Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkib. "Mozalan"ın bədii rəhbəri olub.[1] Ceyhun Mirzəyev həm də parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta "Mozalan"ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.
Ceyhun Mirzəyevin son filmi "Fəryad" olub,[2] lakin bu filmin premyerasında iştirak edə bilmədən vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.