Remove ads
From Wikipedia, the free encyclopedia
Bizim Azərbaycan bloku — Azərbaycanda siyasi partiyalar ittifaqı. 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır.
Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk növbədə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir. Bloka 29 siyasi partiya və 67 ictimai təşkilat daxil olub.[1] Blok 2003-cü il prezident seçkilərində İsa Qəmbəri dəstəkləyib. Blokun vahid namizədi İsa Qəmbər seçkidə 338 145 seçicinin səsini toplayaraq, 14 %-lə II yeri tutmuşdur. Lakin blok seçkilərin kütləvi saxtalaşdırıldığını iddia etmiş və nəticələri tanımamışdır. 15–16 oktyabr 2003-cü ildə seçki nəticələrinə etiraz etmək məqsədilə Azadlıq meydanında keçirilən icazəsiz mitinqlərdən sonra isə bloka daxil olan bir çox siyasi partiya rəhbərləri və mitinq iştirakçıları həbs olunmuşdur.
19 noyabr 2005-ci ildə bloka üzv olan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı İsa Qəmbəri müdafiə etməyəcəklərini söyləmişdir.[2] 30 noyabr 2005-ci ildə bloka üzv olan Türk Millətçi Partiyasının sədri Vüqar Bəyturan bildirib ki, ""Bizim Azərbaycan" bloku noyabrın 30-da saat 15.00-da keçirəcəyi növbəti iclasında Müsavat Partiyasının sədri İsa Qəmbərin blokun rəhbərliyindən uzaqlaşdırılması məsələsini müzakirəyə çıxaracaq""[3] Bu hadisələrdən sonra blokda ikifikirlilik yaranıb. Belə ki, bloka üzv olan Əhrar, Cümhuriyyət Xalq, Demokratik Birlik, Xalq və Əmək partiyaları İsa Qəmbəri "Bizim Azərbaycan" blokunun sədri kimi qəbul edir. Bloka daxil olan digər – Türk Millətçi, Xalq Azadlıq, İslam Demokrat, Yeni Turan, Demokratik Şəxsiyyətlər, Azad Azərbaycan, Xalq Qurtuluş, Yaşıllar və Demokratik Sağ partiyalar isə bunun əksinə çıxış edir.[4] Belədə blok 2 qrupa parçalanır. 1 qrupa İsa Qəmbər sədrlik etməkdə davam edir, digər qrupda isə sədrlik rotasiya üsulu ilə həyata keçirilib.[5]
Sonradan İsa Qəmbərin sədrliyinə tərəfdar əksər siyasi partiya və ictimai təşkilat blok sıralarını tərk etmişdir. İsa Qəmbərin sədrliyinin əleyhinə olan partiya və ictimai təşkilatlar isə blok üzvlüyünə davam ediblər. Bloka sədrlik rotasiya üsulu ilə davam etmişdir. 20 aprel 2007-ci ildə Blok 2008-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində iştirak etmək qərarı alıb.[6]
Siyasi partiya | Lider | ||
---|---|---|---|
Ümid Partiyası | Azərbaycan Ümid Partiyası | İqbal Ağazadə | |
AXP | Azərbaycan Xalq Partiyası | Pənah Hüseyn | |
MDİP | Milli Demokrat—İdrak Partiyası | Osman Əfəndiyev | |
— | Müsavat Partiyası | İsa Qəmbər | |
VP | Vəhdət Partiyası | Tahir Kərimli | |
Dövrün rəsmi dövlət qeydiyyatı olmayan partiyalar | |||
AAP | Azad Azərbaycan Partiyası | Faiq Həsənov | |
AZADLIQ | Azatlıq Partiyası | Əhməd Oruc | |
ADİP | Azərbaycan Demokratik İstiqlal Partiyası | Vaqif Kərimov | |
AXCP (k) | Azərbaycan Xalq Cəbhəsi Partiyası (klassiklər) | Mirmahmud Mirəlioğlu | |
AzMDEP | Azərbaycan Milli Demokrat Partiyası | İsgəndər Həmidov | |
BQP | Böyük Quruluş Partiyası | Fazil Mustafa | |
CXP | Cümhuriyyət Xalq Partiyası | Bədrəddin Quliyev | |
ÇTP | Çağdaş Turan Partiyası | Arif Tağıyev | |
ƏP | Əhrar Partiyası | Vaqif Hacıbəyli | |
ƏMƏK | Əmək Partiyası | Arzuman Həsənov | |
DBP | Demokratik Birlik Partiyası | Mirfazil Həmid | |
DSP | Demokratik Sağ Partiyası | Əlibaba Nəcəfov | |
DSHP | Demokratik Sosyalist Xalq Partiyası | Zahid Sofiyev | |
DŞP | Demokratik Şəxsiyyətlər Partiyası | Hacı Müzəffər Cəbrayılzadə | |
XAP | Xalq Azadlıq Partiyası | Valeh Mirzəyev | |
XQP | Xalq Qurtuluş Partiyası | Yusid Muğansoy | |
İDP | İslam Demokrat Partiyası | Tahir Abbaslı | |
MEP | Milli Etimad Partiyası | Məhəmməd Soltanoğlu | |
NAMUS | Namus Azərbaycan Respublika Partiyası | Toğrul İbrahimli | |
TDBP | Türk Dünyası Birliyi Partiyası | Cümşüd Türkel | |
TMP | Türk Milliyyətçi Partiyası | Vüqar Bəyturan | |
YAŞILLAR | Yaşıllar Partiyası | Elmar Qafarov | |
YTP | Yeni Turan Partiyası | Rövşən Məmmədli |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.