Bəybala Əbil

From Wikipedia, the free encyclopedia

Bəybala Əlibala oğlu Əbil və ya Bəybala Əlibala oğlu Əbilov (10 noyabr 1952) — Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri, Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq başçısı.

Cəld faktlar Sonrakı, Əvvəlki ...
Bəybala Əbil
Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri
1 avqust 2015 27 mart 2022
SonrakıGülağa Adıgözəlli
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı
10 avqust 1992 12 iyul 1993
ƏvvəlkiAleksandr Qolubev
SonrakıElxan İsgəndərov
Şəxsi məlumatlar
Doğum tarixi 10 noyabr 1952(1952-11-10) (72 yaş)
Partiya
Fəaliyyəti siyasətçi
Bağla

Həyatı

Bəybala Əbil 10 noyabr 1952-ci ildə anadan olmuşdur.[1]

Siyasi fəaliyyəti

Bəybala Əbil 10 avqust 1992-ci ildə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 116 nömrəli fərmanı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.[2] O, 12 iyul 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 682 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.[3]

Bəybala Əbil Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuşdur. O, 1 avqust 2015 tarixində keçirilmiş Klassik Xalq Cəbhəsi Partiyasının III Qurultayında Ali Məclisin sədri seçilmiş,[4] 27 mart 2022 tarixli IV Qurultayadək bu vəzifəni daşımışdır.

Seçkilərdə

Bəybala Əbil 1995-ci il, 2005-ci il2010-cu il parlament seçkilərində deputatlığa namizəd olsa da seçki qanunvericiliyini pozduğu üçün namizədliyi ləğv olunmuşdur.[5] O, 2015-ci il parlament seçkilərində Klassik Xalq Cəbhəsi Partiyası üzvü olaraq "Azadlıq-2015" Seçki Blokunun seçki qərargahı sədri və vahid namizədi olmuş, 11 saylı Qaradağ seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, 3227 səs (12.53%) səs toplayaraq seçkiləri ikinci sırada bitirmişdir.[6]

Bəybala Əbil 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının yaradıcılarından və üzvlərindən biri olmuş,[7] Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin vəkili olmuşdur.[8] 4 may 2014-cü ildə üzvü olduğu Klassik Xalq Cəbhəsi Partiyası Milli Şuradan ayrılma qərarı almış və beləliklə Bəybala Əbil Milli Şura üzvlüyündən çıxmışdır.[9]

İstinadlar

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.