Remove ads
From Wikipedia, the free encyclopedia
Həkimov Mürsəl İsmayıl oğlu (20 may 1929, Qazax rayonu – 2006) — ədəbiyyatşünas, pedaqoq, filologiya elmləri doktoru (1986), professor (1989), Milli azadlıq hərəkatının fəal üzvü (1988-1991), AXCP ağsaqqallar şürasının üzvü, ADPU-nun sabiq dekan müavini, ADPU "Dədə Qorqud" elmi-tədqiqat laboratoriyasında rəhbər, SSRİ Folkloristlər Cəmiyyətinin Azərbaycan folklorşünaslıq qurumunun təmsilçisi (1977-1992), Atatürk Kültür Dil və Tarix yüksək qurumunun üzvü olmuşdur (1988-ci ildən). Bir sıra dövlət mükafaları olmuşdur.
Mürsəl Həkimov | |
---|---|
Mürsəl İsmayıl oğlu Həkimov | |
Doğum tarixi | |
Doğum yeri | Kəmərli, Qazax rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (76 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mürsəl Həkimov 1929-cu il mayın 20-də Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Qazax ikiillik Müəllimlər İnstitutunda təhsil almışdır (1947-1949). Əmək fəaliyyətinə Qərbi Azərbaycanın Göyçə rayonu Babacan kənd məktəbində müəllim kimi başlamışdır. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1950-1953). Marneuli rayonu Aşağı Saral kənd orta məktəbində müəllim olmuşdur (1953-1955). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-fılologiya fakültəsində təhsilini davam etdirmişdir (1955-1960). "Aşıq Hüseyn Cavanın həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1965). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan və dünya ədəbiyyatı kafedrasında laborant, müəllim, baş müəllim, dekan müavini olmuşdur (1960-1989). Hazırda universitetdə professor kimi "Dədə Qorqud" elmi-tədqiqat laboratoriyasına rəhbərlik edir, eyni zamanda elmi-pedaqoji fəaliyyətini davam etdirir (1989-cu ildən). "Orta əsrlər Azərbaycan aşıq yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1986). Ədəbi-elmi fəaliyyətinə tələbəlik illərindən başlamışdır. Əsərləri dövri mətbuatda, toplu və almanaxlarda çap olunmuşdur. SSRİ Folkloristlər Cəmiyyətinin Azərbaycan folklorşünaslıq qurumunun təmsilçisi (1977-1992), Türkiyə Atatürk Kültür Dil və Tarix yüksək qurumunun üzvü olmuşdur (1988-ci ildən).
Mürsəl Həkimovun elmi və pedaqoji fəaliyyəti 100 elm əsərdə öz əksini tapmışdır. Onun 15 iri həcmli monoqrafiyası və kitabları, 4 toplu və almanaxı, həmmüəllif olduğu 3 kitabı çap olunmuşdur.
Mürsəl Həkimov bir neçə namizədlik və iki doktorluq dissertasiyasına rəhbərlik və opponentlik etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.