2024-cü ildə Fransanın Paris şəhərində baş tutacaq XXXIII Yay Olimpiya Oyunları From Wikipedia, the free encyclopedia
Azərbaycan 2024 Yay Olimpiya Oyunlarında — 2024-cü ilin 26 iyul–11 avqust tarixlərində Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı ilə 15 idman növü üzrə təmsil olundu.[1]
Azərbaycan 2024 Yay Olimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Olimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 48 idmançı (15 idman növündə) | ||||||||
Bayraqdar | Gültac Məmmədəliyeva və Məhəmməd Abdullayev (açılış mərasimi) Zeynəb Hümmətova və Qaşım Maqomedov (bağlanış mərasimi) | ||||||||
Medallar Yer: 30 |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 • 2020 • 2024 | |||||||||
Qış Olimpiya Oyunları | |||||||||
1994 • 1998 • 2002 • 2006 • 2010 • 2014 • 2018 • 2022 | |||||||||
Digər əlaqəli oyunlar | |||||||||
Sovet İttifaqı (1952—1988) Birləşmiş Komanda (1992) |
Bu Azərbaycanın Olimpiya Oyunlarında idmançı sayının 2020-ci il olimpiadasında baş verən eniş tempindən sonra artımı idi. Azərbaycanı son olaraq 2020-ci ildə 44 idmançı təmsil eləmişdi. Komandanın heyətində 48 idmançıdan 19-u qadın idi. Bu da Azərbaycanın Olimpiya Oyunları tarixində ciddi uğur idi. Bundan əvvəl 2020-ci ildə baş tutan turnirdə Azərbaycanı cəmi 16 qadın idmançı təmsil edirdi. Azərbaycan 2020-ci ildə Olimpiya Oyunlarında idman gimnastlarının və velosipedçilərin turnirlərində təmsil olunsa da, bu səfər heç bir idmançı bu idman növləri üzrə vəsiqə qazana bilmədi. Əvəzində Azərbaycanı Olimpiya Oyunlarında birinci dəfə 3x3 basketbolçular və batut gimnastları təmsil etdi. Azərbaycan yığmasının heyətində ən çox güləşçilər — 12 nəfər və cüdoçular — 9 nəfər yer aldı. Komandanın heyətində 48 idmançıdan 29 nəfəri Olimpiya Oyunlarının debütantı idi. Olimpiada təcrübəsi olan 24 idmançıdan 6 nəfəri isə bundan əvvəl turnirdə medallara da sahib olmuşdu. Komandanın heyətində yer alan idmançılardan biri son Dünya çempionu, dördü isə son Avropa çempionu idilər. Cüdoçu Hidayət Heydərov isə həm son Dünya, həm də son Avropa çempionu olaraq olimpiada da mübarizə apardı. Ümumi olaraq Azərbaycan Milli Olimpiya Komandasının heyətində yer alan 18 idmançı Dünya və Avropa çempionu idilər.
Nəticədə Azərbaycan Milli Olimpiya Komandası Paris Olimpiadasını 7 medalla (2 qızıl, 2 gümüş və 3 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev final görüşündə qələbə qazanaraq Paris Olimpiadasının qalibi oldu. Taekvondoçu Qaşım Maqomedov həlledici görüşdə zədə səbəbilə məğlub olaraq olimpiadanın gümüş medalına sahib oldu, yunan-roma güləşçisi Həsrət Cəfərov isə Paris Olimpiadasısını bürünc medalla başa vurdu.
Paris Olimpiadasında 7 medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 30-cu pillədə, medalların sayına görə isə 33-cü pillədə qərarlaşdı.
Azərbaycan Milli Olimpiya Komandası XXXIII Yay Olimpiya Oyunlarında 2 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olub.
27 yaşlı cüdoçu Hidayət Heydərov və 25 yaşlı cüdoçu Zəlim Kotsoyev olimpiada da bütün rəqibləri üzərində qələbə qazanaraq qızıl medalların sahibi oldu. Heydərovun qazandığı qızıl medal Azərbaycanın Olimpiya Oyunları tarixində əhəmiyyətli idi. Heydərov 8 ildən sonra olimpiya çempionu olan birinci Azərbaycan idmançısı, 12 ildən sonra olimpiya çempionu olan birinci azərbaycanlı və 16 ildən sonra olimpiya çempionu olan birinci Azərbaycan cüdoçusu oldu.
Hidayət Heydərov və Zəlim Kotsoyev stend atıcısı Zemfira Meftahətdinova, sərbəst güləşçi Şərif Şərifov və taekvondoçu Radik İsayevdan sonra həm Olimpiya, həm Dünya, həm də Avropa Çempionatlarının qalibi olmağı bacaran dördüncü və beşinci Azərbaycan idmançısı olaraq tarixə düşdülər.
|
İdman növləri üzrə medal sıralanması
|
Azərbaycan XXXIII Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunacaq. Bu Azərbaycanın Olimpiya Oyunlarında idmançı sayının 2020-ci il olimpiadasında baş verən eniş tempindən sonra artımı idi. Azərbaycanı son olaraq 2020-ci ildə 44 idmançı təmsil eləmişdi.
Komandanın heyətində 48 idmançıdan 19-u qadın idi. Bu da Azərbaycanın Olimpiya Oyunları tarixində ciddi uğur idi. Bundan əvvəl 2020-ci ildə baş tutan turnirdə Azərbaycanı cəmi 16 qadın idmançı təmsil edirdi.
Azərbaycan 2020-ci ildə Olimpiya Oyunlarında idman gimnastlarının və velosipedçilərin turnirlərində təmsil olunsa da, bu səfər heç bir idmançı bu idman növləri üzrə vəsiqə qazana bilmədi. Əvəzində Azərbaycanı Olimpiya Oyunlarında birinci dəfə 3x3 basketbolçular və batut gimnastları təmsil etdi. Azərbaycan yığmasının heyətində ən çox güləşçilər — 12 nəfər və cüdoçular — 9 nəfər yer aldı.
Komandanın heyətində 48 idmançıdan 29 nəfəri Olimpiya Oyunlarının debütantı idi. Olimpiada təcrübəsi olan 24 idmançıdan 6 nəfəri isə bundan əvvəl turnirdə medallara da sahib olmuşdu — olimpiadanın gümüş medalçısı Mariya Stadnik (qadın güləşçi), bürünc medalçıları Loren Alfonso (boksçu), Rafiq Hüseynov (yunan-roma güləşçisi), Hacı Əliyev (sərbəst güləşçi) və Sabah Şəriəti (sərbəst güləşçi).
Komandanın heyətində yer alan idmançılardan biri son Dünya çempionu, dördü isə son Avropa çempionu idilər. Cüdoçu Hidayət Heydərov isə həm son Dünya, həm də son Avropa çempionu olaraq olimpiada da mübarizə apardı. Ümumi olaraq Azərbaycan Milli Olimpiya Komandasının heyətində yer alan 18 idmançı Dünya və Avropa çempionu idilər.
Son Dünya və Avropa çempionu Hidayət Heydərov (cüdoçu), son Dünya çempionu Zəlim Kotsoyev (cüdoçu), son Avropa çempioları Elcan Hacıyev (cüdoçu), Murad Məmmədov (yunan-roma güləşçisi), Həsrət Cəfərov (yunan-roma güləşçisi), Mariya Stadnik (qadın güləşçi), müxtəlif illərin Dünya çempionları Loren Alfonso (boksçu), Rafiq Hüseynov (yunan-roma güləşçisi) və müxtəlif illərin Avropa çempionuları Ruslan Lunyov (atıcılıq), Sənan Süleymanov (yunan-roma güləşçisi), Əliabbas Rzazadə (sərbəst güləşçi), Maqomedxan Maqomedov (sərbəst güləşçi), Anna Başta (qılıncoynadan) və Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup (bədii gimnastların turniri).
Komanda da yer alan 48 idmançıdan 20-si milliləşdirilmiş idmançılar idi: Rusiya (6), Ukrayna (5), ABŞ (3), İndoneziya (2), Gürcüstan (2), Kuba (1) və İran (1). Komandanın ən gənc üzvü 19 yaşlı bədii gimnast Ləman Əlimuradova, ən təcrübəli üzvü isə 37 yaşlı basketbolçu Mersedes Uoker oldu.
|
İyulun 17-də Paris Olimpiadasında mübarizə aparacaq Azərbaycan Milli Olimpiya Komandasının yolasalma mərasimi baş tutdu. Tədbirdən əvvəl dövlət himni səsləndirildi, Vətən müharibəsi şəhidlərinin və idman ictimaiyyətindən vəfat edənlərin xatirəsi yad edildi. Milli Gimnastika Arenasında (MGA) baş tutan tədbir çıxış edən gənclər və idman naziri Fərid Qayıbov idmançılara uğurlar arzuladı.
Tədbirdə Azərbaycan Milli Olimpiya Komandasının bayraqdarları da açıqladı. Olimpiadanın açılış mərasimində Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayevin daşıyacağı bildirildi.[2]
Tədbirdə həmçinin idmançılarımızın lisenziya qazandıqları anların yer aldığı video və müxtəlif peşə sahiblərinin olimpiyaçılara arzularının yer aldığı videoçarx nümayiş edildi. Mərasimin növbəti hissəsində idmançıların Olimpiya Oyunları üçün xüsusi hazırlanmış vahid idman geyim formasının təqdimatı oldu. Olimpiada üçün xüsusi dizaynla hazırlanmış formalar ağ, tünd göy, çəhrayı və yaşıl rəngdədir. Geyim dəstlərinin üzərində Azərbaycan bayrağı, gerbi və Xarıbülbül yer alıb.
İyulun 28-də Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində XXXIII Yay Olimpiya Oyunları münasibətilə “Azərbaycan Olimpiya Evi”nin açılışı oldu.
Açılış tədbirində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev qatıldı.
Paris Olimpiadasında bu idman növü üzrə turnirlər 27 iyul-2 avqustda baş tutdu.[3] Azərbaycanı bu idman növü üzrə Diana Dımçenko təmsil etdi.[4] Diana Dımçenko 2024-cü ilin aprelində Macarıstanda baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən lisenziyaya sahib oldu.[5][6] Azərbaycan sonuncu dəfə bu idman növü üzrə 2016-cı ildə[7], qadın təmsilçilə isə 2012-ci ildə təmsil olunub.[8]
Diana Dımçenko 2018-ci ildə Qlazqo şəhərində (Şotlandiya) baş tutan Avropa Çempionatının bürünc medalçısı idi.[9]
Diana Dımçenko iyulun 27-də mübarizəyə qoşuldu.[10][11] Dımçenko təsnifat mərhələsinin 5-ci qrupunda çıxış etdi.[12] Beş idmançıdan 1–3-cü pillələrin sahibi olan idmançılar növbəti mərhələyə vəsiqə qazanacaqdı.[12] Yarışın əvvəlində Diana Dımçenko 500 və 1000 metri dördüncü pillədə başa vursa da, tədricən təşəbbüsü ələ aldı və 1500 metrdən etibarən üçüncü pillədə qərarlaşdı.[12] Nəticədə Dımçenko 7 dəqiqə 52.52 saniyə nəticə ilə qrupu üçüncü pillədə başa vurdu və olimpiadanın dörddəbir-final mərhələsinə vəsiqə qazandı.[13][12] İyulun 30-da baş tutan dörddəbir-final mərhələsində isə Dımçenko uğursuz çıxış etdi.[14] 7 dəqiqə 53.76 saniyə nəticə göstərən Diana Dımçenko bu nəticələrə əsasən mərhələni altı idmançı sırasında dördüncü pillədə başa vuraraq yarım-final mərhələsinə vəsiqə qazana bilmədi.[15][16] İyulun 31-də baş tutan təsəlliverici yarım-final mərhələsində Dımçenko 7 dəqiqə 59.23 saniyə nəticə göstərdi və mərhələni altı idmançı sırasında üçüncü pillədə başa vuraraq C finalına vəsiqə qazandı.[17][18][19] Avqustun 3-də 13–18-ci pillələr uğrunda baş tutan C finalında isə Diana Dımçenko 7 dəqiqə 35.19 saniyə nəticə göstərdi və olimpiadanı 32 idmançı sırasın 17-ci pillədə başa vurdu.[20][21][22]
Diana Dımçenko | Qadınlar, fərdi |
Paris Olimpiadasında atıcılıq idman növü üzrə turnirlər 27 iyul-5 avqustda baş tutdu.[3] Azərbaycanı bu idman növü üzrə Ruslan Lunyov təmsil etdi.[23] Ruslan Lunyov 2023-cü ilin martında Estoniyada baş tutan Avropa Çempionatının nəticələrinə əsasən lisenziyaya sahib oldu.[24][25] Lunyov bundan əvvəl 2016 və 2020-ci illərdə də olimpiadalarda çıxış edib.[7][26]
Ruslan Lunyov 2022-ci ildə Qahirə şəhərində (Misir) baş tutan Dünya Çempionatının[27] və 2023-cü ildə Tallin şəhərində (Estoniya) baş tutan Avropa Çempionatının gümüş medalçısı idi.[28]
Ruslan Lunyov iyulun 27-də 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində mübarizə apardı.[29] Təsnifat mərhələsində Lunyov 600 xaldan 571-ni toplamağı bacardı.[30] Bu nəticələrə əsasən Lunyov təsnifat mərhələsini 33 idmançı sırasında 24-cü pillədə başa vurdu.[30][31]
Avqustun 4-də isə Ruslan Lunyov 25 metr məsafəyə sürət tapançasından atəşaçma turnirində mübarizə apardı.[32] Təsnifat mərhələsində Lunyov 600 xaldan 580-ni toplamağı bacardı.[33] Bu nəticələrə əsasən Lunyov təsnifat mərhələsini 29 idmançı sırasında 18-ci pillədə başa vuraraq olimpiada da mübarizəsini dayandırdı.[33][34]
Ruslan Lunyov | Kişilər, 10 m., hava tapança | ||||
Kişilər, 25 m., sürət tapançası |
Paris Olimpiadasında badminton idman növü üzrə turnirlər 27 iyul-5 avqustda baş tutdu.[3] Azərbaycanı bu idman növü üzrə Edi Reski Dviçayo və Keyşa Fatimə Zəhra təmsil etdi.[35][36] Edi Reski Dviçayo və Keyşa Fatimə Zəhra 2024-cü ilin aprelində Dünya Badminton Federasiyasının (BWF) reytinq cədvəlinin nəticələrinə əsasən müvafiq olaraq 28-ci və 31-ci pillələrdə qərarlaşaraq lisenziyalara sahib oldu.[37][38] Dviçao bundan əvvəl 2020-ci ildə olimpiada da çıxış edib.[26] Fatimə Zəhra isə olimpiadada mübarizə aparacaq birinci azərbaycanlı qadın badmintonçu olaraq tarixə düşüb.[37]
Qadınların turnirində çıxış edən 20 yaşlı Keyşa Fatimə Zəhra iyulun 27-də mübarizəyə qoşuldu.[39] Qrup mərhələsində onun rəqibləri Çin nümayəndəsi He Bingjiao və Birləşmiş Krallıq nümayəndəsi Kirsti Gilmor idi.[40] İyulun 27-də olimpiadanın birinci turu çərçivəsində o, 27 yaşlı titullu və təcrübəli Çin nümayəndəsi He Bingjiao ilə üz-üzə gəldi.[41] Bingjiao görüşün birinci hissəsində 21:8, növbəti hissəsində isə 21:7 hesabları ilə qələbə qazandı.[42] İyulun 29-da isə Keyşa Fatimə Zəhra Birləşmiş Krallıq nümayəndəsi Kirsti Gilmor ilə üz-üzə gəldi.[43] Bu görüşdə də Zəhra rəqibinə məğlub oldu (13:21, 11:21).[44] Bununla da Keyşa Fatimə Zəhra qrup mərhələsini üç idmamçı sırasında sonuncu pillədə başa vurdu və olimpiada da mübarizəsini dayandırdı.[45]
Kişilərin turnirində mübarizə aparan Edi Reski Dviçayo isə iyulun 29-da mübarizəyə qoşuldu.[45] Qrup mərhələsində onun rəqibləri son Avropa Çempionatının qalibi olan Danimarka nümayəndəsi Anders Antonsen və Avstriya nümayəndəsi Kollins-Valentin Filimon oldu.[46] Dviçayo birinci görüşdə Avstriya nümayəndəsi Kollins-Valentin Filimon ilə üz-üzə gəldi.[47] Həmin görüşdə Dviçayo rəqibi üzərində 2:0 (21:18, 21:11) hesabı ilə qələbə qazandı.[48] Qrup mərhələsinin həlledici görüşündə onun rəqibi Danimarka nümayəndəsi Anders Antonsen oldu.[49] Dviçayo bu rəqiblə 2020-ci il olimpiadasının qrup mərhələsində də üz-üzə gəlmişdi və məğlub olmuşdu (0:2).[50] İyulun 31-də baş tutan görüşdə Dviçayo rəqibindən revanş ala bilmədi.[49] Titullu rəqibinə 0:2 (10:21, 14:21) hesabı ilə məğlub olan Edi Reski Dviçayo qrup mərhələsini 2-ci pillədə başa vurdu və olimpiada da mübarizəsini dayandırdı.[51][52]
Edi Reski Dviçayo | Fərdi | Qəl. 2:0 |
Məğ. 0:2 |
||||||
Keyşa Fatimə Zəhra | Fərdi | Məğ. 0:2 |
Məğ. 0:2 |
Paris Olimpiadasında bu idman növü üzrə turnirlər 30 iyul-5 avqustda baş tutdu. Azərbaycan Olimpiya Oyunlarında birinci dəfə bu idman növü üzrə təmsil olundu. 2024-cü ilin aprelində Honq Konqda baş tutan 1-ci Dünya Olimpiya Təsnifat Turnirinin qalibi olan qadınlardan ibarət Azərbaycan yığması olimpiya lisenziyasının sahibi oldu.
Azərbaycan yığmasının serbiyalı baş məşqçisi Ratomir Deliç rəhbərliyi altında Paris Olimpiadasında mübarizə aparacaq yığmanın heyətinə Tiffani Heyz[53], Dina Ulyanova[54], Aleksandra Mollenhauer[55] və Mersedes Uoker[56] daxil edildi. Komandanın lideri NBA təmsilçisi Las-Veqas Eysesdə çıxış edən Tiffani Heyz idi. 34 yaşlı Heyz 2015-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edib, 2022-ci ildə Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Alexandra Mollenhauer isə 2014-cü ildən Azərbaycan yığmasının heyətində çıxış edib, olimpiada zamanı Neftçi İdman Klubunun üzvü idi. Mollenhauer 2017 və 2021-ci illərdə islamiadların qalibi olub. Dina Ulyanova isə Azərbaycan yığmasının heyətində milliləşdirilən legioner olmayan yeganə üzv idi. Ulyanova 2012-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edib, uzun illər Neftçi İdman Klubunun üzvü olub. 34 yaşlı Ulyanova da 2017 və 2021-ci illərdə islamiadların qalibi olub. Komandanın ən təcrübəli üzvü Mersedes Uoker uzun illər NCAA təmsilçisi Pittsburq Pantersin üzvü olub. 2014-cü ildən Azərbaycan yığmasının heyətində çıxış edib, 2020-2023-cü illərdə idmana fasilə verəndən sonra 2023-cü ildə yenidən yığmanın heyətinə qayıdıb. Azərbaycan yığmasının heyətində 2017 və 2021-ci illərdə islamiadların qalibi olub.
3x3 basкetbol üzrə Azərbaycan yığması 2024 Yay Olimpiya Oyunlarında heyəti | ||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Oyunçular | Məşqçilər | |||||||||||||||||||||||||||||||||||
|
|
Nəticələri
Azərbaycan yığması Paris Olimpiadasında iyulun 30-da mübarizəyə qoşuldu.[57] Komandanın birinci turda rəqibi İspaniya yığması idi.[57] Görüşün əvvəli bərabər səviyyəli idman mübarizəsi şəraitində baş tutdu.[58] İspanlar görüşün 1:08-ci dəqiqəsində 3:1 hesabı ilə önə çıxsalar da, qarşılıqlı zərbələr nəticəsində 4:10-cu dəqiqənin tamamında hesab 5:5 oldu.[58] İspanların ardıcıl qayda pozuntularından sonra Azərbaycan yığması hətta 7:6 hesabı ilə önə də çıxdı.[58] Amma bundan sonra ispanlar tədricən təşəbbüsü ələ aldı və üç dəqiqədən də az müddətdə ardıcıl zərbələrlə 14:7 hesabı ilə yenidən önə çıxdılar.[58] Azərbaycan təmsilçiləri növbəti dəqiqələrdə bu xallardan cəmi dördünün əvəzini çıxa bildi və fərqi üç topa qədər endirdi — 11:14.[58] Görüşün son dəqiqəsi gərgin idman mübarizəsi şəraitində baş tutdu.[58] Azərbaycan yığması son dəqiqələrdə hesab arasında fərqi 2 topa qədər endirə bilsə də, görüş başa çatdı.[58] Nəticədə Azərbaycan yığması ispanlara 16:18 hesabı ilə məğlub oldu.[58][59] Azərbaycan yığmasının heyətində görüşün ən məhsuldar oyunçucu Tiffani Heyz oldu — 10 xal və 7 ribaund.[60]
Komandanın növbəti turda rəqibi ABŞ yığması oldu.[61] İyulun 31-də baş tutan görüşün əvvəlindən Azərbaycan yığması təşəbbüsü ələ aldı və 3:1 hesabı ilə önə çıxdı.[62] ABŞ təmsilçiləri növbəti dəqiqələrdə hesabı bərabərləşdirə bildi — 3:3.[62] Amma görüşün növbəti dəqiqələrdə Tiffani Heyzin ardıcıl zərbələri Azərbaycan yığmasını yenidən hesabda önə çıxardı — 7:4.[62] Görüşün ortalarında ABŞ yığması tədricən təşəbbüsü ələ almağı bacardı və hətta hesabda önə də çıxdı — 10:9.[62] Ardınca Tiffani Heyz və Dina Ulyanova tandemi Azərbaycan yığması üçün önəmli zərbələri dəqiq yerinə yetirdi və hesab arasında yenidən üç topluq fərq yarandı — 13:10.[62] Növbəti dəqiqələri gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə ABŞ yığması geridönüş etdi və ardıcıl beş xalla hesabda növbəti dəfə önə çıxdı — 15:13.[62] Amma Tiffani Heyz və Dina Ulyanova tandemi yenidən Azərbaycan yığmasına önəmli xallar gətirdi.[62] Onların qazandırdığı ardıcıl dörd xalla Azərbaycan yığması hesab arasında 2 topluq fərq yaratdı — 17:15.[62] Görüşün sonuna bir dəqiqə qala isə ABŞ təmsilçiləri hesabı bərabərləşdirdi — 17:17.[62] Bununla belə görüşün sonuna 6 saniyə qala Azərbaycan tərəfi hücumdan yararlana bildi və bir xallıq zərbə ilə hesabda önə çıxdı — 18:17.[62] Son saniyələrdə qayda pozuntusuna görə verilən 2 atışdan da yararlanmağı bacaran Azərbaycan yığması ümumi nəticədə ABŞ nümayəndələri üzərində 20:17 hesabı ilə qələbə qazanaraq olimpiada da birinci qalibiyyətlərini əldə etdi.[62][63] Azərbaycan yığmasının heyətində görüşün ən məhsuldar oyunçucu bu səfər də Tiffani Heyz oldu — 11 xal və 7 ribaund.[64]
Olimpiadanın üçüncü turunda Azərbaycan yığmasının rəqibi meydan sahibi Fransa nümayəndələri oldu.[65] Avqustun 1-də baş tutan görüşün birinci dəqiqəsi bərabər idman mübarizəsi səviyyəsində baş tutdu və Fransa yığması rəqibinə qarşı minimal fərq yarada bildi — 3:2.[66] Görüşün növbəti dəqiqələrində isə fransızlar təşəbbüsü tamamilə ələ aldı və hesab arasında fərqi altı topa qədər qaldırdı — 9:3.[66] Ardınca Azərbaycan yığmasının lideri Tiffani Heyzin qazandırdığı xallar nəticəsində hesab arasında fərq üç topa qədər endirildi — 10:7.[66] Bununla belə görüşün sonlarında Fransa yığması nəzarəti tamamilə ələ aldı və hesab arasında fərqi yeddi topa qədər qaldırdı — 15:8.[66] Görüşün son saniyələrində Alexandra Mollenhauer qayda pozuntusuna görə verilən 2 atışdan da yararlanmağı bacarsa da, bu ümumi nəticəyə təsir göstərmədi və Azərbaycan yığması Fransa təmsilçilərinə 10:15 hesabı ilə məğlub oldu.[66][67][65] Komandanın heyətində oyunun ən yaxşı beş xal və altı ribaundla Tiffani Heyz oldu.[68]
Həmin gün Azərbaycan yığması olimpiadanın dördüncü turu çərçivəsində Almaniya təmsilçiləri ilə də üz-üzə gəldi.[65] Görüş əvvəlindən gərgin idman mübarizəsi şəraitində və bərabər səviyyədə baş tutdu.[69] Nə Azərbaycan, nə də Almaniya nümayəndələri görüşün dörd dəqiqəsi ərzində fərq yarada bilmədi, görüş qazanılan qarşılıqlı xallarla davam etdi — 4:4.[69] Almanlar üçün görüşün əsas məqamı 4:15-ci dəqiqədə oldu.[69] Komanda liderlərindən Elisa Meviusun qazandırdığı 2 xal nəticəsində almanlar hesab arasında fərqi 2 topa qaldırdı — 6:4.[69] Azərbaycan yığması bu fərqi qapatmağa çalışsa da, almanlar təşəbbüsü əldə vermədi və üstünlüyünü daha da artırdı — 10:5.[69] Görüşün sonuna 2 dəqiqə qala Alexandra Mollenhauerin qazandırdığı 2 xal nəticəsində hesab arasında fərq üç topa qədər (7:10) ensə də, Azərbaycan təmsilçiləri fərqi qapatmağı bacarmadı.[69] Ümumi nəticədə Azərbaycan yığması almanlara 8:12 hesabı ilə məğlub olaraq[70] növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını çətinləşdirdi.[69][65] Ötən üç oyundan fərqli olaraq bu səfər Azərbaycan yığmasının ən yaxşı oyunçusu dörd xalla Alexandra Mollenhauer oldu.[71] Komandanın lideri Tiffani Heyz isə beş ribaundla yadda qaldı.[71]
Avqustun 2-də olimpiadanın beşinci turu çərçivəsində Azərbaycan yığması Avstraliya nümayəndələri ilə üz-üzə gəldi. Görüşün əvvəlindən təşəbbüsü tamamilə ələ alan Avstraliya yığması üç dəqiqə ərzində hesabda altı topluq fərq yaratmağa nail oldu — 7:1. Bundan sonra Tiffani Heyz və Alexandra Mollenhauerin xalları sayəsində hesab arasında fərq dörd topa qədər ensə də (7:3), Avstraliya nümayəndələri beş dəqiqənin tamamında üstünlüyü bərpa etməyi bacardı — 10:3. Görüşün növbəti dəqiqələrində Heyz və Mollenhauer tandemi Azərbaycan yığmasına önəmli xallar gətirdi və hesab arasında fərq yenə dörd topa qədər endi — 12:8. Bununla belə Avstraliya yığmasının ulduzlarından Marena Uittlin ardıcıl zərbələri sayəsində Avstraliya təmsilçiləri hesabda 10 topluq üstünlüyü sahib oldu (20:10). Görüşün sonlarında da Avstraliya yığması bu üstünlüyü qorudu və ümumi nəticədə Azərbaycan yığması rəqibinə 12:21 hesabı ilə məğlub oldu. Komandanın heyətində ən məhsuldar oyunçu altı xal və beş ribaudla Tiffani Heyz oldu.
Həmin gün Azərbaycan yığması olimpiadanın altıncı turu çərçivəsində Çin təmsilçiləri ilə də üz-üzə gəldi. Görüşün əvvəli bərabər idman mübarizəsi şəraitində qarşılıqlı zərbələrlə başladı — 2:2. Növbəti dəqiqələrdə Çin yığması təşəbbüsü ələ almağa başladı və hesab arasında beş topluq fərq yarandı — 9:4. Azərbaycan yığmasının lideri Tiffani Heyzin qazandırdığı xallar sayəsində hesab arasında fərq üç topa qədər ensə də (6:9), Çin yığması üstünlüyü ələ vermədi və qısa müddət ərzində beş topluq fərqi bərpa etdi (7:12). Amma bununla belə Alexandra Mollenhauerin xalları sayəsində hesab arasında fərq yenə üç topa qədər endi (9:12). Bundan sonra Çin nümayəndələrinin ardıcıl zərbələri və Tiffani Heyzin qarşılıqlı xalları nəticəsində dörd-beş topluq fərq saxlanılmaqla görüş gərgin idman mübarizəsi şəraitində davam etdi. Görüşün sonuna 2:30 dəqiqə qala Çin yığması artıq altı topluq üstünlüyü sahib idi (17:11). Əvvəlcə Heyz və Mollenhauerin xalları sayəsində hesab arasında fərq 2 topa qədər endi (17:15). Bundan sonra Çin yığması hesab arasında yenidən dörd topluq fərq yaratmağı bacardı (19:15). Görüşün sonuna 30 saniyə qala isə Heyz və Mollenhauer tandemi geridönüşün memarlarından oldular. Əvvəl Mollenhauerin, ardınca isə Heyzin 2 xallıq zərbələri sayəsində Azərbaycan yığması 19:19 hesablı bərabərliyə imza atdı. Qaydalara əsasən overtaym oynanıldı və overtaymın doqqozuncu sayəsində Alexandra Mollenhauerin 2 xallıq zərbəsi sayəsində Azərbaycan yığması Çin təmsilçiləri üzərində 21:19 hesablı qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını son tura saxladılar. Komandanın heyətində ən məhsuldar oyunçu 11 xal və 5 ribaudla Tiffani Heyz oldu. Alexandra Mollenhauer isə 9 xal və 2 ribaundla yadda qaldı.
Turnir cədvəli
Olimpiadanın reqlamentinə əsasən 1 və 2-ci pillərin sahibləri birbaşa yarım-final mərhələsinə vəsiqə qazandı. 3, 4, 5 və 6-cı pillərdə qərarlaşan yığmalar isə 1/4 final mərhələsində çıxış etdi. 7 və 8-ci pillələrin sahibləri isə olimpiada da mübarizəsini dayandırdı. Reqlamentə əsasən turnir cədvəli müvafiq olaraq qələbə sayı, şəxsi görüşlərin nəticəsi və topladığı xalların cəmi nəzərə alınaraq tərtib edildi.
Oyunları
30 iyul 2024 23:00 |
Azərbaycan | 16–18 | İspaniya |
PTS: Tiffani Heyz (10) REB: Tiffani Heyz (7) |
PTS: Qrasiya Alonso (18) REB: Qrasiya Alonso (8) |
31 iyul 2024 23:30 |
ABŞ | 17–20 | Azərbaycan |
PTS: Dearica Hamby (7) REB: Dearica Hamby (5) |
PTS: Tiffani Heyz (11) REB: Tiffani Heyz (7) |
1 avqust 2024 14:30 |
Azərbaycan | 10–15 | Fransa |
PTS: Tiffani Heyz (5) REB: Tiffani Heyz (6) |
PTS: Hortense Limuzin (5) REB: Laetitia Guapo (6) |
1 avqust 2024 20:30 |
Almaniya | 12–8 | Azərbaycan |
PTS: Svenja Brunxorst (4) REB: Svenja Brunxorst (5) |
PTS: Alexandra Mollenhauer (4) REB: Tiffani Heyz (6) |
2 avqust 2024 11:30 |
Avstraliya | 21–12 | Azərbaycan |
PTS: Marena Vitli (5) REB: Marena Vitli (5) |
PTS: Tiffani Heyz (6) REB: Tiffani Heyz (5) |
2 avqust 2024 19:30 |
Azərbaycan | (OT) 21–19 | Çin |
PTS: Tiffani Heyz (11) REB: Tiffani Heyz (5) |
PTS: Mingling Çen (8) REB: Lili Vang (4) |
3 avqust 2024 19:30 |
Azərbaycan | 19–21 | Kanada |
PTS: Tiffani Heyz (9) REB: Tiffani Heyz (8) |
PTS: Mişel Pluf (8) REB: Katerina Pluf (8) |
Paris Olimpiadasında batut gimnastlarının turnirləri 2 avqustda baş tutdu.[3] Azərbaycanı bu idman növü üzrə Selcan Mahsudova təmsil etdi.[75] Selcan Mahsudova 2023–2024-cü illərdə baş tutan FIG World Cup seriyalı turnirlərin nəticələrinə əsasən lisenziyaya sahib oldu.[76][77] Mahsudova bu idman növü üzrə Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci idmançı oldu.[76]
Olimpiadalarda debüt edən Selcan Mahsudova 2024-cü ilin martında Niderlandda baş tutan FIG World Cup turnirinin qalibi olub.[78]
Selcan Mahsudova avqustun 2-də olimpiada da mübarizə apardı.[79][80] Mahsudova birinci cəhdində 42.950 balla 16 gimnast sırasında 13-cü pillədə qərarlaşdı.[81] Sonuncu cəhdində isə Mahsudova özünü toparladı[82] və nəticəsini yaxşılaşdıraraq 53.750 balla 8-ci pillənin sahibi oldu.[81][80] Ümumi nəticədə isə 20 yaşlı Selcan Mahsudova təsnifat mərhələsini 16 gimnast sırasında onuncu pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazana bilmədi.[83][81]
Selcan Mahsudova | Qadınlar, fərdi |
Paris Olimpiadasında bədii gimnastların idman növü üzrə turnirlər 8–10 avqustda baş tutdu.[3] Azərbaycanı bu idman növü üzrə Zöhrə Ağamirova, həmçinin Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət Azərbaycan qrupu təmsil etdi.[1] Zöhrə Ağamirova 2023-cü ilin avqustunda Valensiya şəhərində (İspaniya) baş tutan Dünya Çempionatının nəticələrinə əsasən lisenziyaya sahib oldu.[84][85] Zöhrə Ağamirova 2020-ci ildə də olimpiada da çıxış edib.[26] 2024-cü ilin mayında isə Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının nəticələrinə əsasən Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət Azərbaycan qrupu lisenziyaya sahib oldu.[86][87] 2020-ci il olimpiadasında da Azərbaycan gimnastları qrup turnirlərində mübarizə aparıb.[26]
Zöhrə Ağamirova 2023-cü ildə bədii gimnastların Avropa Çempionatında bürünc medala sahib olmaqla[88] bu idman növü üzrə Avropa Çempionatlarında medala sahib olan birinci azərbaycanlı gimnast oldu.[89] Darya Sorokina[90], Güllü Ağalarzadə[91], Ləman Əlimuradova[92], Yelizaveta Luzan[93] və Zeynəb Hümmətovadan[94] ibarət Azərbaycan qrupu isə 2022-ci ildə Bolqarıstanın Sofiya şəhərində Dünya Çempionatının bürünc medalına sahib oldu[95], bir il sonra isə Avropa Çempionatının qalibi oldu.[89]
Avqustun 8-də fərdi turnirində çıxış edən Zöhrə Ağamirova təsnifat mərhələsində mübarizə apardı.[96] Ağamirova əvvəlcə topla proqramı təqdim etdi.[97] Natiq Şirinovun Qarabağ cəngisi musiqisinin sədaları altında təqdim edilən çıxış 32.500 balla qiymətləndirildi.[97] Bu nəticəyə əsasən Zöhrə Ağamirova topla proqramı 24 gimnast sırasında 12-ci pillədə başa vurdu.[97] Daha sonra Ağamirova halqa ilə proqramı təqdim etdi.[98][99] Madcap Masquerade musiqisinin sədaları altında təqdim edilən çıxış uğursuz oldu və 30.200 balla qiymətləndirildi.[98] Bu nəticəyə əsasən Zöhrə Ağamirova halqa ilə proqramı 20-ci pillədə başa vurdu.[98] Ağamirovanın üçüncü proqramı lentlə oldu.[100][101] Scorpions qrupunun Rocк you liкe a hurricane və Guns N' Rosesin Welcome to the jungle musiqisinin sədaları altında təqdim edilən çıxış da uğursuz oldu və 28.400 balla qiymətləndirildi.[100] Bu nəticəyə əsasən Zöhrə Ağamirova lentlə proqramı 24 gimnast sırasında 23-cü pillədə başa vurdu.[100] Ağamirova son olaraq gürzlərlə proqramı təqdim etdi.[102] Nino Katamadzenin Beauty musiqisinin sədaları altında təqdim edilən çıxış 28.400 balla qiymətləndirildi.[102] Bu nəticəyə əsasən Zöhrə Ağamirova gürzlərlə proqramı 20-ci pillədə başa vurdu.[102] Ümumi nəticədə isə Zöhrə Ağamirova təsnifat mərhələsini 117.850 balla 24 gimnast sırasında 19-cu pillədə tamamladı və olimpiada da mübarizəsini başa vurdu.[96][103]
Avqustun 9-da isə Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup[104] təsnifat mərhələsində mübarizə apardı.[105] Komanda əvvəlcə beş halqa ilə proqramı təqdim etdi.[106] Armand Amarın La Terre vue du ciel musiqisinin sədaları altında təqdim edilən çıxış 33.850 balla qiymətləndirildi.[106] Bu nəticəyə əsasən qrup proqramı 8-ci pillədə başa vurdu.[106][107] Daha sonra qrup 3 lent və 2 topla proqramı təqdim etdi.[106][108] Ceyms Doolinin Blacк Fairy və Todrix Hollun Nails, Hair, Hips, Heel musiqisinin sədaları altında təqdim edilən çıxış uğursuz oldu və 28.150 balla qiymətləndirildi.[106] Bu nəticəyə əsasən qrup proqramı doqquzuncu pillədə tamamladı.[106] Ümumi nəticədə isə Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup təsnifat mərhələsini 62.000 balla 8-ci pillədə başa vurdu və olimpiadanın final mərhələsinə vəsiqə qazandı.[106][109][110] Bununla da Azərbaycan gimnastları ümumi olaraq idman növü üzrə 8 ildən sonra (son dəfə 2016-cı ildə Marina Durunda), qrup olaraq isə 16 ildən sonra (son dəfə 2008-cı ildə) olimpiada finalına vəsiqə qazandı. Avqustun 10-da baş tutan final mərhələsi Azərbaycan idmanı adına tarixi hadisəyə şahid oldu.[111] Komanda əvvəlcə beş halqa ilə proqramı təqdim etdi.[112] Komandanın çıxışı 33.850 balla qiymətləndirildi və bu nəticəyə əsasən Azərbaycan gimnastları 8 qrup sırasında altıncı pillədə qərarlaşdı.[112] Daha sonra qrup 3 lent və 2 topla proqramı icra etdi.[113] Komandanın çıxışı bu səfər 31.600 balla qiymətləndirildi və bu nəticəyə əsasən Azərbaycan gimnastları beşinci pillədə qərarlaşdı.[113] Ümumi nəticədə isə qrup 66.450 balla olimpiadanı beşinci pillədə başa vurdu.[114] Komandanın baş məşqçi Siyana Vasileva və xoreoqraf Kamil Quliyevin rəhbərliyi altında Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrupun imza atdığı nəticə Azərbaycan idmanı tarixində gimnastların olimpiadalarda əldə etdiyi ən uğurlu çıxış olaraq tarixə düşdü.[111] Komandanın baş məşqçisi Siyana Vasileva tarixi uğuru belə şərt etdi: “Tarixi nəticəyə imza atdığımıza görə sevinirəm. Ötən olimpiadada finala çıxmamışdıq. Bu dəfə isə həm finala vəsiqə qazandıq, həm də 5-ci yeri tutduq”.[115]
Zöhrə Ağamirova | Fərdi | ||||||||||||
Darya Sorokina Güllü Ağalarzadə Ləman Əlimuradova Yelizaveta Luzan Zeynəb Hümmətova |
Qrup |
Paris Olimpiadasında bu idman növü üzrə turnirlər 27 iyul-10 avqustda baş tutdu.[3] Azərbaycanı bu idman növü üzrə Nicat Hüseynov, Malik Həsənov, Murad Allahverdiyev, Loren Alfonso və Məhəmməd Abdullayev təmsil etdi.[1] Abdullayev və Alfonso bundan əvvəl 2020-ci ildə olimpiada da çıxış edib.[26] Murad Allahverdiyev və Məhəmməd Abdullayev 2023-cü ilin iyununda Polşada baş tutan Avropa Oyunlarınnın nəticələrinə əsasən lisenziyaya sahib oldu.[116][117][118][119] Nicat Hüseynov 2024-cü ilin martında İtaliyada baş tutan 1-ci Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən lisenziyaya sahib oldu.[120][121] Malik Həsənov[122][123] və Loren Alfonso[124][125] isə 2024-cü ilin may-iyununda Tailandda baş tutan 2-ci Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən lisenziyaya sahib oldu.
Komandanın ən təcrübəli üzvü Alfonso 2020-ci il olimpiadasında bürünc medala sahib olmuşdu, həmçinin son Dünya Çempionatını gümüş, son Avropa Çempionatını isə bürünc medallarla başa vurmuşdu.[126] Komandanın digər təcrübəli üzvü Abdullayev isə bundan əvvəl 2020-ci il olimpiadasında çıxış etmiş, 2021 və 2023-cü illərdə Dünya Çempionatının bürünc medallarına sahib olmuşdu.[127] Allahverdiyev son Avropa Oyunlarının[128], Həsənov isə son Avropa Çempionatının[129] bürünc medalçısıdır. Hüseynov isə 2022 və 2023-cü illərdə U-22 Avropa Çempionatlarının qalibi olub.[130]
51 Kq. turnirində çıxış edən Nicat Hüseynov iyulun 30-da mübarizəyə qoşuldu.[131] Təsnifat mərhələsindən azad olan Hüseynov olimpiadanın 1/8 final mərhələsində Dominikan Respublikası nümayəndəsi Cunior Alcantara Reyes ilə üz-üzə gəldi.[132] Görüşün birinci raundunda Hüseynov rəqibinə 1:4 hesabı ilə məğlub oldu.[133] Növbəti raundda rəqib Həsənovdan bu səfər tam üstün oldu (5:0).[133] Üçüncü raundda da Reyes rəqibi üzərində üstün tərəf oldu (3:2).[133] Bununla da ümum nəticədə Nicat Hüseynov rəqibinə 0:5 hesabı ilə məğlub olaraq olimpiada da mübarizəsini başa vurdu.[133][131]
63.5. Kq. turnirində çıxış edən Malik Həsənov olimpiada da mübarizəyə iyulun 29-da qoşuldu.[134] Təsnifat mərhələsindən azad olan Həsənov olimpiadanın 1/8 final mərhələsində Gürcüstan nümayəndəsi Laşa Quruli ilə üz-üzə gəldi.[134] Rəqib 2021 və 2023-cü illərdə Dünya Çempionatlarını bürünc medallarla başa vurmuş, 2022 və 2024-cü illərdə isə Avropa Çempionatlarının finalçısı olmuş 27 yaşlı təcrübəli idmançı idi.[135] Görüşün birinci raundu bərabər səviyyəli idman mübarizəsi şəraitində baş tutdu, nəticədə rəqib 3:2 hesabı ilə qələbə qazandı.[136] Növbəti raundda isə rəqib Həsənovdan tam üstü oldu (5:0).[136] Həlledici raundda da Laşa Quruli rəqibi üzərində inamlı qələbə qazandı (5:0).[136] Bununla da Malik Həsənov ümumi nəticədə 0:5 hesabı ilə məğlub olaraq olimpiada da mübarizəsini başa vurdu.[136][134]
80 Kq. turnirində çıxış edən Murad Allahverdiyev iyulun 30-da mübarizəyə qoşuldu.[131] Təsnifat mərhələsindən azad olan[137] Allahverdiyev olimpiadanın 1/8 final mərhələsində Misir nümayəndəsi Abdelrahman Abdelqavvad ilə üz-üzə gəldi.[131] Rəqib üç dəfə olimpiadalarda mübarizə aparmış 36 yaşlı təcrübəli idmançı idi.[138] Birinci raund gərgin idman mübarizəsi şəraitində baş tutdu, nəticədə rəqib 3:2 hesabı ilə qələbə qazandı.[139] Növbəti raundda isə Allahverdiyev təşəbbüsü tədricən ələ aldı və rəqibinə 4:1 hesabı ilə qalib gəldi.[139] Həlledici raundda isə Allahverdiyev rəqibindən tam üstün oldu (5:0).[139] Bununla da ümumi nəticədə Murad Allahverdiyev rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı.[139][140] Bu mərhələdə onun rəqibi 24 yaşlı, son Dünya Çempionatının qalibi olan Qazaxıstan nümayəndəsi Nurbəy Oralbəy oldu.[141] Avqustun 2-də baş tutan görüşün birinci raundunda Nurbəy Oralbəy rəqibinə 4:1 hesabı ilə qalib gəldi.[142] Növbəti raundda da rəqib Murad Allahverdiyevdən üstün oldu (5:0).[142] Həlledici raundda da Murad Allahverdiyev təşəbbüsü ələ ala bilmədi (2:3) və ümumi nəticədə rəqibinə 0:5 hesabı ilə məğlub olaraq olimpiadanı beşinci pillədə başa vurdu.[142][143]
92 Kq. turnirində çıxış edən Loren Alfonso iyulun 28-də mübarizəyə qoşuldu.[144] Alfonso olimpiadanın 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə Kuba nümayəndəsi Xulio Sezar la Kruz oldu.[144] Rəqib 2016 və 2020-ci illərdə olimpiadaların qızıl medallarına, 2011–2017-ci illərdə ardıcıl dörd dəfə, ümumi olaraq isə beş dəfə Dünya Çempionatlarının qalibi olan 34 yaşlı təcrübəli və titullu idmançı idi.[144] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci raundunda la Kruz 4:1 hesabı ilə qələbə qazandı.[145] Növbəti raundda Alfonso tədricən təşəbbüsü ələ aldı və 3:2 hesabı ilə qalib gəldi.[145] Həlledici raundda da Alfonso rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazandı.[145] Bununla da ümumi nəticədə Loren Alfonso təcrübəli və titullu rəqibinə 3:2 hesabı ilə qalib gəldi və olimpiadanın 1/4 final mərhələsinə adladı.[146][145] Qələbədən sonra Alfonso müsahibəsində görüşə yaxşı hazırlaşdığını və rəqibi hər tərəfli analiz etdiyini bildirdi.[147] Görüşdən sonra Kuba prezidenti Migel Dias-Kanel özünün X hesabında Loren Alfonsonun qələbəsi barədə yazmışdı — "Onu böyüdən vətənə hörməti hörmətə layiqdir. Kuba qardaş Azərbaycanı təmsil etməsinə baxmayaraq, qələbəsinə sevinir".[148] Olimpiadanın 1/4 final mərhələsində onun rəqibi 22 yaşlı Qazaxıstan nümayəndəsi Aibəy Oralbəy oldu.[149] Avqustun 1-də baş tutan görüş Azərbaycan idmanı adına tarixi hadisəyə şahid oldu.[150] Görüşün birinci raundunda rəqib Alfonsodan üstün oldu (4:1).[151] Növbəti raunddan Loren Alfonso tədricən təşəbbüsü ələ aldı və raundu 3:2 hesabı ilə qalib başa vurdu.[151] Həlledici raundda isə Alfonso rəqibinə 4:1 hesabı ilə qalib gəldi.[151] Bununla da Loren Alfonso rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazanaraq olimpiadanın yarım-final mərhələsinə və minimum bürünc medalı təmin etdi.[151][152] Bu minvalla Alfonso həm də bu idman növü üzrə 2 dəfə olimpiada medalına sahib olan birinci idmançı olaraq Azərbaycan idmanının tarixinə düşdü.[150] Olimpiadanın finalına gedən yolda onun rəqibi İspaniya nümayəndəsi Enmanuel Reyes oldu.[153] Rəqib son 2 il ərzində Dünya və Avropa Çempionatları, Avropa Oyunlarında medallara sahib olan 31 yaşlı təcrübəli idmançı idi.[154] Avqustun 4-də baş tutan görüşdə Loren Alfonso bu səfərdə döyüş strategiyasına sadiq qaldı.[155] Birinci raund gərgin idman mübarizəsi şəraitində baş tutdu, nəticədə Alfonso rəqibinə 3:2 hesabı ilə qalib gəldi.[155] Növbəti raundda Loren Alfonso təşəbbüsü tamamilə ələ aldı və bu səfər rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazandı.[155] Həlledici raundda da Alfonso üstün tərəf oldu (3:2).[155] Bununla da Loren Alfonso ümumi nəticədə rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazanaraq Paris Olimpiadasının final görüşünə vəsiqə qazandı.[155][153] Alfonso 8 ildən sonra bu idman növü üzrə olimpiada finalında çıxış edən birinci Azərbaycan idmançısı oldu. Sonuncu dəfə Lorenso Sotomayor 2016-cı ildə olimpiada finalında mübarizə aparmış, nəticədə gümüş medala sahib olmuşdu.[156] Görüşdən sonra Alfonso İTV-yə müsahibəsində məqsədinin olimpiya çempionluğu olduğunu bildirdi.[157] Həlledici görüşdə onun rəqibi Özbəkistan nümayəndəsi Lalizbəy Mulloconov oldu.[158] Tarixi final görüşü avqustun 9-da baş tutdu.[159][160] Görüşün birinci raundunda Alfonso inamlı təsir bağışlamadı və nəticədə rəqib birinci raunda da qələbə qazandı (5:0).[159] Növbəti raundda da Alfonsonun döyüşü alınmadı və nəticədə o, rəqibinə məğlub oldu (0:5).[159] Üçüncü raundda Alfonso nisbətən təşəbbüsü ələ alsa da, bu səfərdə raundu məğlubiyyətlə başa vurdu (2:3).[159] Ümumi nəticədə Loren Alfonso final görüşündə rəqibinə 0:5 hesabı ilə məğlub oldu və olimpiadanın gümüş medalına sahib oldu.[161][160] Görüşdən sonra Alfonso müsahibəsində bunları bildirdi: “Azərbaycan xalqına gümüş medal verdiyim üçün xoşbəxtəm. Amma nəticəmdən tam razı deyiləm. Mən bu görüşə qızıl qazanmaq üçün çıxdım. Bu gün mənim günüm deyildi. Döyüş zamanı mən istədiyimi edə bilmədim. Məşqə davam edəcəm. Çalışacağam növbəti Olimpiadada Azərbaycana qızıl medal verim”.[162][163] Loren Alfonsonun gümüş medal qazanması münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva onu təbriк etmişdi.[164]
+92 Kq. turnirində çıxış edən Məhəmməd Abdullayev iyulun 29-da mübarizəyə qoşuldu.[134] Olimpiadanın 1/8 final mərhələsində onun rəqibi Almaniya nümayəndəsi Nelvi Tiafah oldu.[134] Görüşün birinci raundun da rəqib inamlı qələbə qazandı (5:0).[165] Növbəti raund gərgin idman mübarizəsi şəraitində baş tutsa da, bu səfər də Abdullayev rəqibinə məğlub oldu (2:3).[165] Üçüncü raundda isə Abdullayev geridönüş edə bilmədi və nəticədə rəqib raund 4:1 hesabı ilə qalib başa vurdu.[165] Bununla da ümumi nəticədə Məhəmməd Abdullayev rəqibinə 0:5 hesabı ilə məğlub olaraq olimpiada da mübarizəsini birinci mərhələdəcə başa vurdu.[166][165]
Paris Olimpiadasının nəticələrinə əsasən Azərbaycan yığması olimpiadanı bir gümüş medalla başa vurdu.
Nicat Hüseynov | -51 Kq. | Məğ. 0:5 |
||||
Malik Həsənov | -63.5 Kq. | Məğ. 0:5 |
||||
Murad Allahverdiyev | -80 Kq. | Qəl. 5:0 |
Məğ. 0:5 |
|||
Loren Alfonso | -92 Kq. | Qəl. 3:2 |
Qəl. 3:2 |
Qəl. 4:1 |
Məğ. 0:5 |
|
Məhəmməd Abdullayev | +92 Kq. | Məğ. 0:5 |
Komandanın seçimi
Paris Olimpiadasında bu idman növü üzrə turnirlər 27 iyul-2 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə 9 cüdoçunun təmsil etdi.[1] 28 may 2024-cü ildə Beynəlxalq Cüdo Federasiyası (IJF) tərəfindən açıqlanan reytinq cədvəlinə əsasən Azərbaycanın doqquz cüdoçusu olimpiya lisenziyasına sahib oldu.[167] Bununla belə cüdo üzrə Azərbaycan yığmasının məşqçiləri tərəfindən çətin seçim aparılmalı idi. Reytinq cədvəlinə əsasən altı cüdoçunun olimpiada da mübarizə aparması dəqiq idisə, daha üç çəki dərəcəsi üzrə məşqçilər seçim aparmalı oldular.[168] Ümumi olaraq reytinq cədvəli belə idi — Balabəy Ağayev[169] (6-cı) və Turan Bayramov (12-ci) [-60 Kg.], Yaşar Nəcəfov[170] (9-cu) [-66 Kg.], Hidayət Heydərov[171] (1-ci) [-73 Kg.], Zəlim Tçkayev[172] (6-cı) və Səid Mollayi (14-cü) [81 Kg.], Murad Fətiyev (11-ci) və Elcan Hacıyev[173] (18-ci) [-90 Kg.], Zəlim Kotsoyev[174] (1-ci) [-100 Kg.], Uşanqi Kokauri[175] (14-cü) [+100 Kg.], Leyla Əliyeva[176] (16-cı) [-48 Kg.] və Gültac Məmmədəliyeva[177] (23-cü) [-52 Kg.]
İyulun 1-də Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən Paris Olimpiadasında mübarizə aparacaq cüdo üzrə Azərbaycan yığmasının heyəti açıqlandı. Federasiya və məşqçilər Balabəy Ağayev və Turan Bayramov arasında seçimdə Ağayevə, Zəlim Tçkayev və Səid Mollayi arasında seçimdə Tçkayeva, Murad Fətiyev və Elcan Hacıyev arasında seçimdə isə Hacıyevə etimad göstərdilər.[178]
Nəticələri
−60 Kq. turnirində mübarizə aparan Balabəy Ağayev iyulun 27-də çıxış etdi.[179] Ağayev son Avropa Çempionatının finalçısı idi.[169] Təsnifat mərhələsindən azad olan Ağayev mübarizəyə 1/8 final mərhələsindən qoşuldu.[180] Bu mərhələdə onun rəqibi Cənubi Koreya nümayəndəsi Kim Von-Jin oldu.[180] 32 yaşlı rəqibin ciddi nailiyyətləri olmasa da, təcrübəli idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün əsas hissəsində Ağayev 2, Von-Jin isə 1 şido cərimə balı aldı.[181] Qızıl hissədə gərgin idman mübarizəsi şəraitində baş tutdu.[181] Nəticədə hissənin 1:05-ci dəqiqəsində Ağayevin üçüncü şido cərimə alması ilə qələbə rəqibə verildi və Balabəy Ağayev olimpiada da mübarizəsini başa vurdu.[179][181] Ağayevin şəxsi məşqçisi Şümşad Bəhramovun yetirməsinin uğursuzluqunu belə şərh etdi: "Balabəy Ağayev tatamidə bütün gücünü verdi. Amma onun Cənubi Koreyalı rəqibi də zəif deyildi. Onun Dünya və Asiya Çempionatlarında çoxlu təcrübəsi və medalları var idi."[182]
Həmin gün −48 Kq. turnirində mübarizə aparan qadın cüdoçu Leyla Əliyeva isə olimpiadanın 1/16 final mərhələsində 22 yaşlı Özbəkistan nümayəndəsi Xalimacon Kurbonova ilə üz-üzə gəldi.[180] Bərabər səviyyəli idman mübarizəsi şəraitində baş tutan görüşün sonuna 50 saniyə qala rəqib vaza-ari xalı əldə etdi.[183] Nəticədə Leyla Əliyeva rəqibinə məğlub oldu və olimpiada da mübarizəsini birinci görüşdəcə başa vurdu.[183][184]
İyulun 28-də −66 Kq. turnirində mübarizə aparan Yaşar Nəcəfov da uğursuz çıxış etdi.[185] Turnirin 1/16 final mərhələsində onun rəqibi Serbiya nümayəndəsi Strahinya Bunçiç oldu.[186] Bərabər səviyyəli idman mübarizəsi şəraitində baş tutan görüşün sonlarında rəqib vaza-ari xalı əldə etdi.[186] Bununla da Yaşar Nəcəfov olimpiada da mübarizəsini başa vurdu.[186][187] Nəcəfovun şəxsi məşqçisi Xalid Abbasov yetirməsinin uğursuzluqunu onun hazırlığının aşağı olması ilə əlaqələndirdi: "Yaşar Nəcəfov rəqibləri normal idi, asan qrupda idi. Serbə qalib gələ bilərdi. Keçən turnirlərdə o, növbəti rəqibi olacaq italiyalı Pirasini də məğlub edib. Qrupda əsas rəqib Denis Vieru (Moldova) olub. Amma Yaşar Nəcəfov onu da ötən il məğlub edib. Onun yarım-finala qədər çatacağını düşünürdüm. Açığı, Yaşar Nəcəfovun tam hazır olduğunu görmədim".[188]
Həmin gün qadınların −52 Kq. turnirində mübarizə aparan Gültac Məmmədəliyeva da birinci mərhələdəcə mübarizəni dayandırdı.[189] Olimpiadanın 1/16 final mərhələsində onun rəqibi ABŞ nümayəndəsi Angelica Delgado idi.[190] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün qızıl hissəsində rəqib vaza-ari xalı əldə etdi və qələbə qazandı.[190] Bununla da Gültac Məmmədəliyeva da olimpiada da mübarizəsini birinci mərhələdəcə başa vurdu.[190][187] Məmmədəliyevanın şəxsi məşqçisi Zaur Rəcəbli yetirməsinin məğlubiyyətini belə şərh etdi: “Qrupun uğursuz alındığını desəm, bu, doğru olmaz. Gültac Məmmədəliyeva bundan əvvəl Delqadonu məğlub da edib. Məmmədəliyeva bu səfərdə Delqado ilə görüşə yaxşı başlasa da, sonradan müəyyən amillər rol oynadı”.[191]
İyulun 29-da son Dünya və Avropa Çempionatının qalibi, Azərbaycan Milli Olimpiya Komandasının əsas qızıl medal ümidi hesab olunan Hidayət Heydərov mübarizə apardı.[1] Təsnifat mərhələsindən azad olan[192] Heydərov olimpiadanın 1/8 final mərhələsində İsrail nümayəndəsi Tohar Butbul ilə üz-üzə gəldi. 30 yaşlı rəqib titullu cüdoçu olmasa da, təcrübəyə sahib idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün əsasən hissəsində Butbul 2 dəfə şido cərimə balı aldı. Qızıl hissədə də rəqib passiv mübarizə apardı, nəticədə üçüncü şido cərimə balını alaraq məğlub oldu.[193] Hidayət Heydərov isə olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Kanada nümayəndəsi Artur Margelidon oldu.[194] Bu görüşdə gərgin idman mübarizəsi şəraitində baş tutdu və 10 dəqiqə davam etdi. Görüşün əsas hissəsində rəqib 2 dəfə şido cərimə balı aldı. Qızıl hissədə isə Heydərov 2 dəfə şido cərimə balı ilə cəzalandırıldı. Altı dəqiqə davam edən qızıl hissədə Hidayət Heydərov rəqibinə Kata-guruma fəndini tətbiq etməsi nəticəsində ipponla qələbə qazandı və olimpiadanın yarım-final mərhələsinə adladı. Bu mərhələdə isə o, Kosovo cüdoçosu Aqil Qjaxova ilə üz-üzə gəldi.[195] Rəqib 2021-ci il Avropa Çempionatının qalibi idi. Görüşün əsas hissəsi ərzində heç bir idmançı fənd tətbiq edə bilmədi. Qızıl hissənin 1:35 dəqiqəsində isə Heydərov vaza-ari xalı sayəsində qələbə qazanaraq olimpiadanın final görüşünə vəsiqə qazandı. Bununla da Hidayət Heydərov həm 8 ildən sonra olimpiadanın final görüşünə vəsiqə qazanan birinci azərbaycanlı cüdoçu oldu, həm də Azərbaycan Milli Olimpiya Komandası Paris Olimpiadasında birinci medalı gətirdi. Final görüşündə onun rəqibi Fransa nümayəndəsi Yoan-Bencamin Gaba oldu.[196] 23 yaşlı gənc rəqib apreldə Avropa Çempionatının bürünc medalına sahib olmuşdu. Final görüşün gərgin idman mübarizəsi şəraitində baş tutdu. Görüşün əsas hissəsində həm Heydərov, həm də Gaba hərəyə bir dəfə şido cərimə balı ilə cəzalandırıldı. Qızıl hissədə də tərəflər hərəyə bir dəfə şido cərimə balı aldıqdan sonra görüşün gərgin səviyyədə davam etdi. Görüşün doqquzuncu dəqiqəsində Heydərovun rəqibinə ippon fəndi tətbiq etməsi nəticəsində Hidayət Heydərov final görüşünün qalibi oldu və XXXIII Yay Olimpiya Oyunlarının qızıl medalla başa vurdu. 27 yaşlı cüdoçu Hidayət Heydərovun qazandığı qızıl medal Azərbaycanın Olimpiya Oyunları tarixində əhəmiyyətli idi. Heydərov 8 ildən sonra olimpiya çempionu olan birinci Azərbaycan idmançısı, 12 ildən sonra olimpiya çempionu olan birinci azərbaycanlı və 16 ildən sonra olimpiya çempionu olan birinci Azərbaycan cüdoçusu oldu. Hidayət Heydərov həmçinin stend atıcısı Zemfira Meftahətdinova, sərbəst güləşçi Şərif Şərifov və taekvondoçu Radik İsayevdan sonra həm Olimpiya, həm Dünya, həm də Avropa Çempionatlarının qalibi olmağı bacaran dördüncü Azərbaycan idmançısı olaraq tarixə düşdü. Heydərovun qələbəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ona zəng etmişdir.
Kişilərin -81 Kq. turnirində çıxış edən Zəlim Tçkayev iyulun 30-da mübarizə apardı.[197] Təsnifat mərhələsindən azad olan Tçkayevin 1/16 final mərhələsində rəqibi Fransa nümayəndəsi Alfa Umar Calo oldu.[197] 27 yaşlı rəqib 2023-cü il Avropa Çempionatının bürünc medalçısı idi. Həmin görüşdə Zəlim Tçkayev rəqibinə ipponla məğlub olaraq olimpiada da mübarizəsini birinci görüşdəcə başa vurdu.[198][199]
İyulun 31-də isə son Avropa Çempionatının qalibi Elcan Hacıyev (-90 Kq.) mübarizə apardı.[200] Hacıyev son Avropa çempionu olsa da, onun təcrübəsiz və gənc olması medal ümidlərini aşağı salırdı. Olimpiadanın təsnifat mərhələsində onun rəqibi Türkiyə nümayəndəsi Mihael Zqan oldu.[200] Rəqib 2019-cu ildə Avropa Oyunlarının qalibi, 2023-cü ildə isə Avropa Çempionatının bürünc medalına sahib olmağı bacaran 30 yaşlı təcrübəli cüdoçu idi. Görüşün əsas hissəsi gərgin idman mübarizəsi şəraitində baş tutdu, nəticədə dörd dəqiqə ərzində qalib müəyyənləşmədi.[201] Qızıl hissədə isə Elcan Hacıyev qazandığı vaza-ari xalı hesabına görüşün qalibi oldu[201] və olimpiadanın 1/8 final mərhələsinə adladı.[202] Bu mərhələdə onun rəqibi Fransa nümayəndəsi Ngayap Hambu oldu.[200] Görüşün 1:30 dəqiqəsi ərzində passiv mübarizəyə görə Hacıyev 1, Hambu isə 2 şido cərimə balı aldı.[203] Görüşün 1:56-ci dəqiqəsində rəqib vaza-ari xalı əldə etdi. Belə vəziyyətdə Elcan Hacıyev dərhal rəqibinə fənd tətbiq etməyə çalışdı, amma təcrübəsiz olması rəqibin qələbəsinə gətirib çıxardı.[203] Ngayap Hambu növbəti vaza-ari xalını əldə etdi və qaydalara əsasən rəqibi üzərində vaxtından əvvəl qələbə qazanaraq görüşün qalibi oldu.[203][200] Hacıyev isə olimpiada da mübarizəsini başa vurdu.[204] Rəqibin sonuncu fəndi zamanı Elcan Hacıyev həm də çiynindən zədə aldı və xəstəxanaya aparıldı.[205][206]
Komandanın daha bir qızıl medal ümidi olan Zəlim Kotsoyev (-100 Kq.) avqustun 1-də olimpiada da mübarizə apardı. Son Dünya Çempionatının qalibi olan 25 yaşlı Kotsoyev təsnifat mərhələsindən azad idi. Olimpiadanın 1/8 final mərhələsində onun rəqibi Polşa nümayəndəsi Piotr Kuczera oldu. Görüşün əvvəlində təşəbbüsü ələ alan Kotsoyev ardıcıl vaza-ari xalları sayəsində rəqibi üzərində vaxtından əvvəl qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə o, İsrail nümayəndəsi Peter Paltçix ilə üz-üzə gəldi. Kotsoyev həmin rəqibinə bir il əvvəl Dünya Çempionatında qalib gəlmişdi. Görüş ərzində rəqibindən üstün olan Zəlim Kotsoyev 57-ci saniyədə qazandığı vaza-ari xalı sayəsində rəqibinə qalib gəldi və olimpiadanın yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Özbəkistan nümayəndəsi Müzəffərbəy Turoboyev oldu. Rəqib 2022-ci il Dünya Çempionatının qalibi olan 24 yaşlı gənc və titullu cüdoçu idi. Bu səfər də Kotsoyev görüşün birinci dəqiqələrindən təşəbbüsü ələ və 1:22-ci dəqiqədə əldə edilən vaza-ari xalı sayəsində rəqibi üzərində qələbə qazanaraq olimpiadanın final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi IJF reytinqinin "2 nömrəsi" olan Gürcüstan cüdoçusu İlya Sulamanidze oldu. Rəqib 2023 və 2024-cü illərdə Avropa Çempionatlarının finalçısı olmuş 23 yaşlı cüdoçu idi. 2023-cü il Avropa Çempionatının finalında Sulamanidze final görüşündə məhz Kotsoyevə məğlub olmuşdu. Bu səfərdə görüş gərgin idman mübarizəsi şəraitində baş tutdu. Görüşün əvvəlindən Sulamanidze təşəbbüsü ələ aldı. Görüşün 52-ci sayəsində rəqib vaza-ari xalı əldə etdi. Növbəti dəqiqələrdə Kotsoyev 2, Sulamanidze isə 1 dəfə şido cərimə balı aldı. Görüşün başa çatmasına 15 saniyə qala Sulamanidze fənddən yayındığı üçün növbəti şido cərimə balını aldı. Görüşün sonuna 8 saniyə qala isə Sulamanidze növbəti dəfə görüşdən yayındı. Nəticədə referilər ona üçüncü xəbərdarlığı (şido cərimə balı) verdi və qaydalara əsasən üçüncü şido cərimə alması ilə görüşü məğlub başa vurdu. Zəlim Kotsoyev isə XXXIII Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu. Kotsoyevin qazandığı qızıl medal Azərbaycan cüdosu adına tarixi əhəmiyyətə sahib idi. Cüdo üzrə Azərbaycan yığması birinci dəfə bir olimpiadanı 2 qızıl medalla başa vururdu. Həmçinin Azərbaycan Milli Olimpiya Komitəsi 12 ildən sonra bir olimpiada da 2 qızıl medala sahib olurdu. Sonuncu dəfə Azərbaycan 2012-ci il London Olimpiadasında 2 qızıl medala sahib olmuşdu. Zəlim Kotsoyev həmçinin stend atıcısı Zemfira Meftahətdinova, sərbəst güləşçi Şərif Şərifov, taekvondoçu Radik İsayev və 2 gün əvvəl çempion olan cüdoçu Hidayət Heydərovdan sonra həm Olimpiya, həm Dünya, həm də Avropa Çempionatlarının qalibi olmağı bacaran beşinci Azərbaycan idmançısı olaraq tarixə düşdü. Kotsoyevin qələbəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ona zəng etmişdir.
Uşanqi Kokauri 2 avqustda yarışacaq.[1]
Balabəy Ağayev | -60 Kq. | Məğ 00:10 |
||||||
Yaşar Nəcəfov | -66 Kq. | Məğ. 00:01 |
||||||
Hidayət Heydərov | -73 Kq. | Qəl. 10:00 |
Qəl. 01:00 |
Qəl. 01:00 |
Qəl. 10:00 |
|||
Zəlim Tçkayev | -81 Kq. | Məğ. 00:10 |
||||||
Elcan Hacıyev | -90 Kq. | Qəl. 00:01 |
Məğ. 00:10 |
|||||
Zəlim Kotsoyev | -100 Kq. | Qəl. 10:00 |
Qəl. 01:00 |
Qəl. 01:00 |
Qəl. 10:01 |
|||
Uşanqi Kokauri | +100 Kq. | Qəl. 10:00 |
Qəl. 10:00 |
Məğ. 01:00 |
Məğ. 00:10 |
|||
Leyla Əliyeva | -48 Kq. | Məğ 00:01 |
||||||
Gültac Məmmədəliyeva | -52 Kq. | Məğ. 00:01 |
Paris Olimpiadasında güləş idman növü üzrə turnirlər 5–11 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə 12 güləşçi təmsil etdi.[1] Maqomedxan Maqomedov[207][208], Sənan Süleymanov[209][210] və Həsrət Cəfərov[211][212] 2023-cü ilin sentyabrında Serbiyada baş tutan Dünya Çempionatının nəticələrinə əsasən lisenziyalara sahib oldu. Əliabbas Rzazadə[213][214], Hacı Əliyev[215][216], Turan Bayramov[217][218], Osman Nurməhəmmədov[219][220] və Giorgi Meşvildişvili[221][222] 2024-cü ilin aprelində Azərbaycanda baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən, Murad Məmmədov[223][224], Rafiq Hüseynov[225][226], Sabah Şəriəti[227][228] və Mariya Stadnik[229][230] isə 2024-cü ilin mayında İstanbul şəhərində baş tutan Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən lisenziyalara sahib oldu. Bununla da sərbəst güləş üzrə Azərbaycan yığması Paris Olimpiadasında tam heyətlə təmsil olunacaq.
Yunan-roma güləşi üzrə Azərbaycan yığması olimpiada da beş güləşçi ilə təmsil olundu.[1] Komandanın heyətinə son Olimpiya Oyunlarının bürünc medalçısı, Dünya və Avropa Çempionatlarının qalibi Rafiq Hüseynov[231], son 2 Avropa Çempionatının qalibi Həsrət Cəfərov[232], son Avropa Çempionatının qalibi Murad Məmmədov[233], 2020-ci il Avropa Çempionatının qalibi Sənan Süleymanov[234] və 2016-cı il Rio-de-Janeyro Olimpiadasının bürünc medalçısı Sabah Şəriəti[235] daxil edildi. Hüseynov bundan əvvəl 2020-ci ildə[26], Şəriəti isə 2016-cı ildə[7] olimpiada da mübarizə aparmışdı. Digər üç güləşçi isə olimpiadaların debütantı idi.
-60 Kq. turnirində çıxış edən Murad Məmmədov avqustun 5-də mübarizə apardı.[236] Təsnifat mərhələsindən azad olan Məmmədov olimpiadanın 1/8 final mərhələsində 33 yaşlı Venesuela nümayəndəsi Rayber Rodrigez[237] ilə üz-üzə gəldi.[236] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Məmmədov gözlənilmədən rəqibinə 5:6 hesabı ilə məğlub oldu.[238][239] Rəqib 1/4 final mərhələsində məğlub olduğu üçün Məmmədov bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq şansını da itirdi və olimpiada da mübarizəsini başa vurdu.[240] Murad Məmmədovun şəxsi məşqçisi Əbilfət Məmmədov yetirməsinin çıxışını belə şərh etdi: "Murad Məmmədovun məğlubiyyəti təəcüblü idi. Onun rəqibləri ya ona bərabər, ya da potensialı aşağı olan güləşçilər idi. Murad Məmmədov rəqibini yer mövqeyindən çox tez qaldıranda səhv etdi. Hər halda, bu belə olmamalı idi. Bilmirəm, söz tapa bilmirəm."[241]
Avqustun 5-də həm də -130 Kq. turnirində çıxış edən Sabah Şəriəti də mübarizə apardı.[236] Olimpiadanın 1/8 final mərhələsində onun rəqibi Estoniya nümayəndəsi Heyhi Nabi oldu.[236] 39 yaşlı təcrübəli güləşçi Nabi son illərdə ciddi uğurlara imza atmasa da, 2012-ci il London Olimpiadasının bürünc medalçısı, 2006 və 2013-cü illərin isə Dünya Çempionatlarının qalibi idi.[242] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Nabi, növbəti hissəsində isə Şəriəti hərəyə bir xal aldı.[243] Nəticədə görüş 1:1 hesabı ilə başa çatdı və qaydalara əsasən son xalı Sabah Şəriəti qazandığına görə görüşün qalibi olaraq olimpiadanın 1/4 final mərhələsinə adladı.[243] Bu mərhələdə onun rəqibi Qazaxıstan nümayəndəsi Alimxan Sızdıqov oldu.[244] Bu görüşdə Sabah Şəriəti rəqibi üzərində 4:0 hesabı ilə inamlı qələbə qazandı və olimpiadanın yarım-final mərhələsinə adladı.[244] Finala gedən yolda isə onun rəqibi dünya güləşinin əfsanəsi, dörd dəfə Olimpiya Oyunlarının, beş dəfə isə Dünya Çempionatlarının qalibi olan Kuba nümayəndəsi Mixain Lopes oldu.[245] Həmin görüşdə Sabah Şəriəti sürpriz edə bilmədi və titullu rəqibinə 1:4 hesabı ilə məğlub olaraq mübarizəsini bürünc medal uğrunda görüşdə davam etdi.[246][239] Bu görüşdə onun rəqibi İran nümayəndəsi Amin Mirzəzadə oldu.[247] Rəqib son Dünya və Asiya Çempionatlarının qalibi olan 26 yaşlı təcrübəli güləşçi idi.[248] Avqustun 6-da baş tutan görüşdə Sabah Şəriəti rəqibinə 0:4 hesabı ilə məğlub oldu və olimpiadanı beşinci pillədə başa vurdu.[249][250][251]
Avqustun 6-da -77 Kq. turnirində çıxış edən Sənan Süleymanov mübarizə apardı.[252] Süleymanovun sol ayağında üç əzələdən biri yırtıldığına görə olimpiada ərzində zədəli formada mübarizə aparmalı oldu. Olimpiadanın 1/8 final mərhələsində onun rəqibi Bolqarıstan nümayəndəsi Ayh Mnatsahanyan oldu.[253] Rəqib dəfələrlə Dünya və Avropa Çempionatlarının medallarına sahib olmuş 28 yaşlı təcrübəli güləşçi idi.[254] Həmin görüşdə Sənan Süleymanov rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazanaraq olimpiadanın 1/4 final mərhələsinə adladı.[255] Bu mərhələdə isə onun rəqibi Macarıstan nümayəndəsi Zoltan Levai oldu.[256] Levai də Dünya və Avropa Çempionatlarının finalçısı olmuş 28 yaşlı təcrübəli güləşçi idi.[257] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Levai, növbəti hissəsində isə Süleymanov hərəyə bir xal aldı.[256] Nəticədə görüş 1:1 hesabı ilə başa çatdı və qaydalara əsasən son xalı Sənan Süleymanov qazandığına görə görüşün qalibi olaraq olimpiadanın yarım-final mərhələsinə adladı.[258] Finala gedən yolda onun rəqibi Qazaxıstan nümayəndəsi Demu Jadrayev oldu.[259] 34 yaşlı rəqib təcrübəli güləşçi olsa da, son illərdə ciddi uğurlara imza atmamışdı.[260] Həmin görüşdə Sənan Süleymanov rəqibinə 1:6 hesabı ilə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda görüşdə davam etdi.[250] Avqustun 7-də baş tutan bürünc medal uğrunda görüşdə onun rəqibi Qırğızıstan nümayəndəsi Ağcol Mahmudov oldu.[261] Rəqib son olimpiadanın finalçısı, 2 dəfə Dünya və 3 dəfə Asiya Çempionatlarının qalibi olan 25 yaşlı təcrübəli və titullu güləşçi idi.[262] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Sənan Süleymanov rəqibinə 5:6 hesabı ilə məğlub oldu və olimpiadanı beşinci pillədə başa vurdu.[263][264]
Avqustun 7-də olimpiada da -87 Kq. turnirində çıxış edən Rafiq Hüseynov mübarizə apardı.[265] Onun 1/8 final mərhələsində rəqibi Macarıstan nümayəndəsi David Losonczi oldu.[266] Rəqib son Dünya Çempionatının qalibi olan 24 yaşlı təcrübəli güləşçi idi.[267] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Hüseynov rəqibinə 2:5 hesabı ilə məğlub oldu.[266][268] Rəqib 1/2 final mərhələsində məğlub olduğu üçün Rafiq Hüseynov bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq şansını da itirdi və olimpiada da mübarizəsini başa vurdu.[263]
Həmin gün həm də yunan-roma güləşi üzrə Azərbaycan yığmasının əsas medal ümidi hesab olunan Həsrət Cəfərov mübarizə apardı.[265] -67 Kq. turnirində çıxış edən Cəfərov olimpiadanın 1/8 final mərhələsində Misir nümayəndəsi Məhəmməd İbrahim El-Sayed ilə üz-üzə gəldi.[269] Rəqib son Olimpiya Oyunlarının bürünc medalçısı idi.[270] Həmin görüşdə Həsrət Cəfərov rəqibi üzərində 9:0 hesabı ilə inamlı qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı.[269][271] Bu mərhələdə isə onun rəqibi Moldova nümayəndəsi Valentin Petiç oldu.[272] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Həsrət Cəfərov rəqibinə 3:1 hesabı ilə qalib gəldi və olimpiadanın yarım-final mərhələsinə adladı.[272][273] Finala gedən yolda onun rəqibi Ukrayna nümayəndəsi Pərviz Nəsibov oldu.[274][275] Rəqib son olimpiadanın finalçısı olan 25 yaşlı təcrübəli güləşçi idi.[276] Gərgin və bərabər idman mübarizəsi şəraitində baş tutan görüş 3:3 hesabı ilə başa çatdı və qaydalara əsasən son xalı Pərviz Nəsibov qazandığına görə görüşün qalibi olaraq olimpiadanın final görüşünə adladı.[274] Həsrət Cəfərov isə mübarizəsini bürünc medal uğrunda görüşdə davam etdi.[277][278] Bu görüşdə onun rəqibi Qırğızıstan nümayəndəsi Amantur İsmayılov oldu.[277] Rəqib Dünya və Asiya Çempionatlarında medallara sahib olmuş 26 yaşlı təcrübəli güləşçi idi.[279] Həmin görüşdə Həsrət Cəfərov rəqibi üzərində 8:0 hesabı ilə inamlı qələbə qazandı[280] və olimpiadanın bürünc medalına sahib oldu.[277][281] Bu medal yunan-roma güləşi üzrə Azərbaycan yığmasının olimpiada da əldə etdiyi yeganə medal oldu. Həsrət Cəfərov müsahibəsində əsas məqsədinin qızıl medal olduğunu, bundan sonra daha da yaxşı hazırlanıb, daha yaxşı nəticələr qazanacağını bildirdi.[282][283]
Heyətində Olimpiya Oyunlarının medalçıları, Dünya və Avropa çempionları da olmaqla bir sıra titullu və təcrübəli idmançıların yer aldığı yunan-roma güləşi üzrə Azərbaycan yığması Paris Olimpiadasını cəmi bir bürünc medalla başa vurdu. Komanda bu nəticələrə əsasən 13 dövlət sırasında 11-ci pillədə qərarlaşdı.
Murad Məmmədov | -60 Kq. | Məğ. 5:6 |
|||||
Həsrət Cəfərov | -67 Kq. | Qəl. 9:0 |
Qəl. 3:1 |
Məğ. 2:3 |
Qəl. 8:0 |
||
Sənan Süleymanov | -77 Kq. | Qəl. 2:0 |
Qəl 1:1 |
Məğ. 1:6 |
Məğ. 5:6 |
||
Rafiq Hüseynov | -87 Kq. | Məğ. 2:5 |
|||||
Sabah Şəriəti | -130 Kq. | Qəl. 1:1 |
Qəl. 4:0 |
Məğ. 1:4 |
Məğ. 0:4 |
2024-cü il olimpiadası qadın güləşçilərdən ibarət Azərbaycan yığması üçün Azərbaycanın Olimpiya Oyunları tarixində ən uğursuz olimpiadası oldu. Bundan əvvəl Azərbaycan olimpiadalarda minimum 2, bəzi hallarda isə 3 qadın güləşçi ilə təmsil olunurdu (2008 və 2016-cı illərdə). Bu səfər isə Azərbaycanı olimpiada da yalnızca bi idmançı — veteran güləşçi, Olimpiya Oyunlarının 2 dəfə gümüş, 2 dəfə isə bürünc medalına sahib olan 2 qat Dünya və 10 qat Avropa çempionu Mariya Stadnik təmsil etdi.[284]
Mariya Stadnik olimpiada da avqustun 6-da mübarizə apardı.[252] 1/8 final mərhələsində onun rəqibi Almaniya nümayəndəsi Anastasiya Blayvas oldu.[252] Rəqib son Dünya və Avropa Çempionatının bürünc medalçısı olan 23 yaşlı gənc güləşçi idi.[285] Həmin görüşdə Mariya Stadnik rəqibi üzərində 6:2 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı.[286][287] Bu mərhələdə isə onun rəqibi Monqolustan nümayəndəsi Dolgorjavyn Otgonjargal oldu.[288] Rəqib 22 yaşlı gənc güləşçi olsa da, 2022 və 2023-cü illərdə Dünya Çempionatlarının finalçısı idi.[289] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Stadnik 3:0 hesabı ilə üstünlüyə sahib olsa da, görüşün sonlarında rəqibin uğurlu fəndləri nəticəsində Dolgorjavyn Otgonjargal 4:3 hesabı ilə qələbə qazandı.[288] Görüşün başa çatmasından sonra Stadnik rəqibin onun üzünə zərbə vurmasını əsas gətirib, challenge verdi və görüşün nəticəsi 4:4 oldu.[288] Qaydalara əsasən son xalı qazanan güləşçi görüşün qalibi olsa da, Monqolustan nümayəndəsi Dolgorjavyn Otgonjargal ayrı-ayrılıqda fəndlər tətbiq etdiyinə görə onun xalları qiymətli hesab olundu və bununla da Mariya Stadnik rəqibinə məğlub oldu (4:4).[288][290] Rəqib 1/2 final mərhələsində məğlub olduğu üçün 36 yaşlı Stadnik bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq şansını da itirdi və olimpiada da mübarizəsini başa vurdu.[291]
Bununla da qadın güləşi üzrə Azərbaycan yığması tarixdə birinci dəfə olimpiadanı medalsız tamamladı.
Mariya Stadnik | -50 Kq. | Qəl. 6:2 |
Məğ. 4:4 |
Sərbəst güləş üzrə Azərbaycan yığması olimpiada da tam heyətlə — altı güləşçi ilə təmsil olundu. Komandanın heyətinə Olimpiya Oyunlarının gümüş və bürünc medalçısı, üç qat Dünya və dörd qat Avropa çempionu Hacı Əliyev[292], son Dünya və Avropa Çempionatlarının finalçıları Osman Nurməhəmmədov və Maqomedxan Maqomedov[293][294], 2023-cü il Avropa Çempionatının qalibi Əliabbas Rzazadə[295], son Avropa Çempionatının bürünc medalçıları Turan Bayramov və Giorgi Meşvildişvili daxil edildi.[296][297] Əliyev[7][26] son 2 olimpiada da, Bayramov[26] isə son olimpiada da mübarizə aparıb. Digər dörd güləşçi isə olimpiadaların debütantları idi.
Avqustun 8-də əvvəlcə -57 Kq. turnirində çıxış edən Əliabbas Rzazadə mübarizə apardı. Olimpiadanın 1/8 final mərhələsində onun rəqibi Özbəkistan nümayəndəsi Gulomcon Abdullayev oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Əliabbas Rzazadə rəqibinə 4:11 hesabı ilə məğlub oldu. Rəqib 1/2 final mərhələsində məğlub olduğu üçün Rzazadə bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq şansını da itirdi və olimpiada da mübarizəsini başa vurdu.
Həmin gün mübarizə aparan digər güləşçi — 96 Kq. turnirində çıxış edən Osman Nurməhəmmədov isə sərbəst güləş üzrə Azərbaycan yığmasının əsas medal ümidi hesab olunurdu. Olimpiadanın 1/8 final mərhələsində onun rəqibi Monqolustan nümayəndəsi Byambasürengiin Bat-Erdene oldu. Həmin görüşdə Nurməhəmmədov rəqibi üzərində 11:2 hesabı ilə inamlı qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə o, San-Marino nümayəndəsi Miles Amine oldu. Rəqib son olimpiadanın bürünc medalçısı, Dünya və Avropa Çempionatlarında medallara sahib olmuş 27 yaşlı təcrübəli və titulli güləşçi idi. Gərgin və bərabər idman mübarizəsi şəraitində baş tutan görüşdə Osman Nurməhəmmədov rəqibinə 14:16 hesabı ilə məğlub oldu. Rəqib 1/2 final mərhələsində məğlub olduğu üçün Nurməhəmmədovbürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq şansını da itirdi və olimpiada da mübarizəsini başa vurdu.
Avqustun 9-da isə əvvəlcə -74 Kq. turnirində çıxış edən Turan Bayramov mübarizə apardı. Təsnifat mərhələsindən azad olan Bayramov 1/8 final mərhələsində Albaniya nümayəndəsi Çermen Vəliyev ilə üz-üzə gəldi. Birinci hissədən sonra Turan Bayramov 3:0 hesabı ilə irəlidə idi. Amma görüşün növbəti hissə Bayramov üçün uğursuz oldu. Çermen Vəliyev görüşdə geridönüşün etdi və Bayramova 4:3 hesabı ilə qalib gəldi. Rəqib 1/4 final mərhələsində məğlub olduğu üçün Turan Bayramov bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq şansını da itirdi və olimpiada da mübarizəsini başa vurdu.
Giorgi Meşvildişvili
Hacı Əliyev
97 Kq. turnirində çıxış edən Maqomedxan Maqomedov sərbəst güləş üzrə Azərbaycan yığmasının əsas medal ümidlərindən biri hesab olunurdu. Turnirin 1/8 final mərhələsində onun rəqibi Dominikan Respublikası nümayəndəsi Luis Migel Pérez oldu.[298] Həmin görüşdə Maqomedov rəqibi üzərində vaxtından əvvəl 9:0 hesabı ilə inamlı qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə Maqomedov Polşa güləşçisi Zbignev Baranovsxi ilə üz-üzə gəldi.[299] Maqomedov həmin rəqibinə 2022-ci il ərzində Dünya və Avropa Çempionatlarında qalib gəlmişdi. Bu səfərdə Maqomedov rəqibindən üstün oldu, nəticədə rəqibinə 7:2 hesabı qalib gəldi. Bununla da Maqomedxan Maqomedov olimpiadanın yarım-final mərhələsinə adladı. Finala gedən yolda o, Gürcüstan nümayəndəsi Qivi Maçaraşvili ilə üz-üzə gəldi.[300] Maçaraşvili Maqomedov üçün tanış və əzəli rəqib idi. Maqomedov 2022-2024-cü illərdə Maçaraşvili ilə dörd dəfə üz-üzə gəlmişdi və yalnızca bir görüşdə rəqibinə qalib gələ bilmişdi. Son olaraq Maqomedov rəqibinə 2024-cü ilin fevralında Avropa Çempionatının finalında məğlub olmuşdu. Revanş arzusunda olan Maqomedov bunu bacara bilmədi. Maqomedxan Maqomedov rəqibinə 0:5 hesabı ilə məğlub olaraq mübarizəsini bürünc medal uğrunda görüşdə davam edi. Həlledici görüşdə onun rəqibi Ukrayna güləşçisi Murazi Mçedlidze oldu. Bu görüşdə Maqomedxan Maqomedov rəqibi üzərində vaxtından əvvəl, 4:28 dəqiqə ərzində 10:0 hesabı ilə inamlı qələbə qazandı və XXXIII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu.[301]
Əliabbas Rzazadə | -57 Kq. | Məğ. 4:11 |
|||||
Hacı Əliyev | -65 Kq. | Qəl. 7:0 |
Məğ. 3:10 |
||||
Turan Bayramov | -74 Kq. | Məğ. 3:4 |
|||||
Osman Nurməhəmmədov | -86 Kq. | Qəl. 11:2 |
Məğ. 14:16 |
||||
Maqomedxan Maqomedov | -97 Kq. | Qəl. 9:0 |
Qəl. 7:2 |
Məğ. 0:5 |
Qəl. 10:0 |
||
Giorgi Meşvildişvili | -125 Kq. | Qəl. 4:0 |
Qəl. 12:2 |
Məğ. 0:7 |
Qəl 9:3 |
Paris Olimpiadasında oxatma idman növü üzrə turnirlər 25 iyul-4 avqustda baş tutdu.[3] Azərbaycanı bu idman növü üzrə Yaylagül Ramazanova təmsil etdi.[302] Yaylagül Ramazanova 2024-cü ilin iyununda Antalya şəhərində baş tutan Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu.[303][304] Ramazanova bu idman növü üzrə olimpiada da mübarizə aparan birinci azərbaycanlı idmançı oldu. Bundan əvvəl 2016-cı ilin olimpiadasında Azərbaycanı legioner Olqa Senyuk təmsil etmişdi.[7]
Yaylagül Ramazanova iyulun 25-də təsnifat mərhələsində (sıralanma turu) mübarizə apardı.[305] Həmin mərhələdə Ramazanova 647 xal topladı və 64 idmançı sırasında 39-cu pillədə başa vurdu.[306][307] Bununla da onun 1/32 final mərhələsində rəqibi Çin nümayəndəsi An Qixuan oldu.[308] İyulun 30-da gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ramazanova rəqibi üzərində 6:5 hesabı ilə qələbə qazanaraq olimpiadanın 1/16 final mərhələsinə adladı.[309][310] Bununla da Yaylagül Ramazanova bu idman növü üzrə olimpiadalarda mərhələ adlamağı bacaran birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü. Bu mərhələdə isə onun rəqibi Almaniya nümayəndəsi Mişelle Kroppen oldu.[309][311] Rəqib 2020-ci il olimpiadasının bürünc medalçısı, Dünya və Avropa Çempionatının qalibi olan 28 yaşlı təcrübəli idmançı idi.[312] Həmin görüşdə Yaylagül Ramazanova rəqibinə 2:6 hesabı ilə məğlub oldu və olimpiada da mübarizəsini 17-ci pillədə başa vurdu.[311][313] Məğlubiyyətdən sonra Yaylagül Ramazanova müsahibəsində bunları bildirdi: "Gündə 2 dəfə məşq edirdim. Təəssüf medalsız qayıdacağam. Buna baxmayaq, mənim üçün yaxşı təcrübə oldu”.[314]
Yaylagül Ramazanova | Qadınlar, fərdi | Qəl. 6:5 |
Məğ. 2:6 |
Paris Olimpiadasında qılıncoynatma idman növü üzrə turnirlər 27 iyul-4 avqustda baş tutdu.[3] Azərbaycanı bu idman növü üzrə Anna Başta təmsil etdi.[315] Anna Başta 2024-cü ilin aprelində Avropa Olimpiya Təsnifat Turnirində çıxış edən zaman zədələndi və mübarizəsini başa vurmalı oldu.[316][317] Bununla belə mayda Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) Azərbaycan Qılıncoynatma Federasiyasına idmanın sablya növü üzrə qadınların şəxsi yarışında universal olimpiya lisenziya göndərdi.[318][319] Lisenziya olimpiadaya vəsiqə qazanmayan qadın sablyaçılar arasında ən yuxarı reytinqə sahib olan Anna Baştaya verildi.[318][319] Başta bundan əvvəl 2020-ci ildə də olimpiada da çıxış edib.[26]
Anna Başta 2022-ci ildə Avropa Çempionatının qalibi, Dünya Çempionatının isə gümüş medalçısı olub.[320]
Anna Başta iyulun 29-da mübarizə apardı.[1] Təsnifat mərhələsindən azad olan Anna Başta olimpiadanın 1/16 final mərhələsində 28 yaşlı Çin nümayəndəsi Yang Hengyu ilə üz-üzə gəldi.[321][322] Rəqib reytinq cədvəlində Baştadan üstün idi. Görüşün əvvəlindən təşəbbüsü ələ alan Anna Başta rəqibi üzərində 15:9 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı.[323] Bu mərhələdə onun rəqibi Ukrayna nümayəndəsi Olqa Xarlan oldu.[324] Xarlan 2008-ci il olimpiadasının qalibi, 6 qat Dünya və 8 qat Avropa çempionu olan 33 yaşlı təcrübəli və titullu idmançı idi.[325] Təcrübəli və titullu rəqibi ilə görüşdə Anna Başta 6:15 hesabı ilə məğlub oldu və olimpiada da mübarizəsini dayandıraraq 15-ci pillədə başa vurdu.[326][327][323] Məğlubiyyətdən sonra Anna Başta müsahibəsində bunları dedi: “Zədədən yeni qayıtmışam. Hələ də tam formada deyiləm. Ona görə də çətin oldu. Ruhdan düşmürəm. Zədəmin tam sağalması üçün çalışacağam. Daha sonra məşqlərə başlayacağam”.[328]
Anna Başta | Qadınlar, sablya | Qəl. 15:9 |
Məğ. 6:15 |
Paris Olimpiadasında bu idman növü üzrə turnirlər 7–10 avqustda baş tutdu.[3] Azərbaycanı bu idman növü üzrə Qaşım Maqomedov təmsil etdi.[329] Qaşım Maqomedov 2023-cü ildə Çində baş tutan Grand Slam turnirində nəticələrinə əsasən lisenziyaya sahib oldu.[330][331]
Qaşım Maqomedov 2023-cü il Avropa Çempionatının qalibi, həmin ilin Avropa Oyunlarının isə bürünc medalına sahib olan 24 yaşlı təcrübəli idmançı idi.[329] Azərbaycan bu idman növü üzrə tarixdə 2-ci dəfə olimpiadalarda cəmi bir idmançı ilə təmsil olunurdu. Buna qədər Azərbaycan bu idman növü üzrə olimpiadalarda minimum 2 idmançı ilə təmsil olunurdu (2004[332], 2012[8] və 2020-ci illərdə[26]). Sonuncu dəfə Azərbaycan 2008-ci ildə olimpiada da bir idmançı ilə təmsil olunub.[333]
Qaşım Maqomedov olimpiada da avqustun 7-də mübarizə apardı.[334] Təsnifat mərhələsindən azad olan Maqomedov olimpiadanın 1/8 final mərhələsində İrlandiya nümayəndəsi Cey Vuli ilə üz-üzə gəldi.[334][335] Rəqib son Avropa Oyunlarının finalçısı idi.[336] Görüşün birinci hissəsi gərgin idman mübarizəsi şəraitində baş tutdu və Qaşım Maqomedov rəqibinə 7:4 hesabı ilə qalib gəldi.[337] Növbəti hissədə də Qaşım Maqomedov təşəbbüsü əldən vermədi və hissəni 12:7 hesabı ilə qalib başa vurdu.[337] Ümumi nəticədə Qaşım Maqomedov rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazanaraq olimpiadanın 1/4 final mərhələsinə adladı.[337] Bu mərhələdə onun rəqibi İspaniya nümayəndəsi Adrian Visente oldu.[338] Rəqib son Dünya Çempionatının bürünc medalçısı, son Avropa Oyunlarının isə qalibi olan 25 yaşlı təcrübəli və titullu idmançı idi.[339] Görüşün birinci hissəsində Qaşım Maqomedov rəqibi üzərində 11:5 hesabı ilə inamlı qələbə qazandı.[340] Növbəti hissə gərgin idman mübarizəsi şəraitində baş tutsa da, Maqomedov təşəbbüsü əldən vermədi və hissəni 13:11 hesabı ilə qalib başa vurdu.[340] Bununla da Qaşım Maqomedov rəqibinə 2:0 hesabı ilə qalib gəldi və olimpiadanın yarım-final mərhələsinə adladı.[340] Finala gedən yolda onun rəqibi İtaliya nümayəndəsi Vito Dell'Aquila oldu.[341] Rəqib son Olimpiya Oyunlarının və Avropa Çempionatının qalibi, həmçinin 2022-ci il Dünya Çempionatının qızıl medalçısı olan 23 yaşlı gənc və titullu idmançı idi.[342] Görüşün birinci hissəsi gərgin idman mübarizəsi şəraitində baş tutdu, nəticədə Qaşım Maqomedov rəqibinə 9:4 hesabı ilə qalib gəldi.[343] Növbəti hissədə isə Maqomedov titullu rəqibinə heç bir şans vermədi və hissəni 11:1 hesabı ilə qalib başa vurdu.[343] Bununla da ümumi nəticədə Qaşım Maqomedov rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı olimpiadanın final görüşünə vəsiqə qazandı.[343] Bu minvalla Qaşım Maqomedov həm də 8 ildən sonra bu idman növü üzrə olimpiada finalına vəsiqə qazanan birinci Azərbaycan idmançısı oldu.[344] Həlledici görüşdə onun rəqibi Cənubi Koreya nümayəndəsi Par Tae-Joon oldu.[345] Rəqib son Dünya Çempionatının qalibi olan 20 yaşlı idmançı idi.[346] Görüşün birinci hissəsində hesab 0:2 olduğu bir zamanda Qaşım Maqomedov ciddi zədə aldı.[347] Dəfələrlə tibbi yardım edilməsinə baxmayaq Maqomedov görüşü davam etdi.[347] Nəticədə Qaşım Maqomedov birinci hissədə rəqibinə 0:9 hesabı ilə məğlub oldu.[345] Növbəti hissədə də Maqomedov zədə səbəbilə normal mübarizə apara bilməsə də, görüşə sona qədər davam etməyə israrlı idi.[347] Görüşə sonuna bir dəqiqə qala rəqibin daha bir zərbəsindən sonra isə tibbi personal görüşün davam etməsinə icazə vermədi.[348][345] Nəticədə Qaşım Maqomedov rəqibinə 0:1 hesabı ilə məğlub olaraq Paris Olimpiadasının gümüş medalına sahib oldu.[345][349][350]
Final görüşünün bitməsinə bir dəqiqə qalmış Cənubi Koreya nümayəndəsi Tae-Joon Qaşım Maqomedova qarşı idman prinsiplərinə yaraşmayan addı atdı.[348] Ayağından daha bir zərbə alan (Koreyalı idmançı daim rəqibin zədəli yerinə vururdu), Maqomedov axsayaraq dayanqdan çıxdı.[348] Bundan dərhal sonra Koreyalı çarəsiz qalan rəqibinə arxadan daha bir zərbə endirdi.[348] Rəqibin bu addımı tribunalar tərəfindən fitlə qarşılandı.[348]
Qaşım Maqomedov | -58 Kq. | Qəl. 2:0 |
Qəl. 2:0 |
Qəl. 2:0 |
Məğ. 0:1[lower-alpha 1] |
Paris Olimpiadasında triatlon idman növü üzrə turnirlər 30–31 iyulda baş tutdu.[3] Azərbaycanı bu idman növü üzrə Rostislav Pevtsov təmsil etdi.[351] Rostislav Pevtsov 2024-cü ilin mayında Dünya Triatlonu tərəfindən açıqlanan reytinq cədvəlində 52-ci pillədə qərarlaşaraq olimpiya lisenziyasına sahib oldu.[352][353]
Pevtsov bundan əvvəl 2016 və 2020-ci illərdə də olimpiadalarda çıxış edib.[7][26] Karyerasın ən ciddi uğuru 2015-ci ildə Birinci Avropa Oyunlarının bürünc medalına sahib olmaq idi.[354]
Rostislav Pevtsov olimpiada da iyulun 31-də mübarizə apardı.[355] 1 saat 50 dəqiqə 36 saniyə nəticə göstərən Pevtsov olimpiadanı 50 idmançı sırasında 43-cü pillədə başa vurdu.[356][357] Turnirdən sonra Pevtsov müsahibəsində nəticəsindən narazı olduğunu söyləyib: “Bu gün bəxtim gətirmədi. 2-ci dövrədə təkərim deşildi və onu dəyişmək üçün təkərlərin dəyişimi məntəqəsinə çatmalı idim. Buna görə çox vaxt itirdim. Görünən odur bu gün mənim üçün yaxşı alınmadı”.[358]
Rostislav Pevtsov | Kişilər |
Paris Olimpiadasında üzgüçülərin idman növü üzrə turnirlər 27 iyul-4 avqustda baş tutdu.[3] Azərbaycanı bu idman növü üzrə Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah təmsil etdi.[359][360] Vəlizadə və Şeyxəlizadəxangah 2024-cü ilin iyununda Belqrad şəhərində (Serbiya) baş tutan Avropa Çempionatının nəticələrinə əsasən lisenziyaya sahib oldu.[361][362][363][364]
Məryəm Şeyxəlizadəxangah bundan əvvəl 2020-ci ildə də olimpiada da çıxış edib.[26] 20 yaşlı Ramil Vəlizadə üçün isə bu olimpiada debüt oldu.[359] Vəlizadə 2022-ci ildə Konyada islamiadanın qalibi olmuşdu[365], Şeyxəlizadəxangah isə həmin turniri bir gümüş və bir bürünc medalla başa vurmuşdu.[366][367]
Kişilərin 200 metr məsafəyə batterflay üsulu ilə üzmə turnirində çıxış edən Ramil Vəlizadə iyulun 30-da mübarizə apardı.[368] Təsnifat mərhələsinin birinci qrupunda çıxış edən Vəlizadə 1 dəqiqə 59.77 saniyə nəticə göstərdi və qrupu dörd üzgüçü sırasında qrupu 2-ci pillədə başa vurdu.[368][369] Ümumi nəticədə isə Ramil Vəlizadə təsnifat mərhələsində 27 idmançı sırasında 25-ci pillədə qəralaşdı və yarım-final mərhələsinə vəsiqə qazanan 16 idmançı sırasına düşə bilmədi.[370]
Qadınların 50 metr məsafəyə sərbəst üsulla üzmə turnirində çıxış edən Məryəm Şeyxəlizadəxangah isə avqustun 3-də mübarizə apardı.[371] Təsnifat mərhələsinin altıncı qrupunda çıxış edən Şeyxəlizadəxangah 26.76 saniyə nəticə göstərdi və qrupu 8 üzgüçü sırasında qrupu Qırğızıstan və Nigeriya nümayəndələrindən sonra üçündü pillədə başa vurdu.[371][372] Ümumi nəticədə isə Məryəm Şeyxəlizadəxangah təsnifat mərhələsində 79 idmançı sırasında 35-ci pillədə qəralaşdı və yarım-final mərhələsinə vəsiqə qazanan 16 idmançı sırasına düşə bilmədi.[373]
Ramil Vəlizadə | 200 m., batterflay | ||||||
Məryəm Şeyxəlizadəxangah | 100 m., sərbəst |
Paris Olimpiadasında yüngül atletlərin idman növü üzrə turnirlər 1–11 avqustda baş tutdu.[3] Azərbaycanı bu idman növü üzrə Anna Skidan təmsil etdi.[374] Anna Skidan 2023-cü ilin avqustunda Budapeşt şəhərində (Macarıstan) baş tutan Dünya Çempionatının nəticələrinə əsasən lisenziyaya sahib oldu.[375][376] Anna Skidan bundan əvvəl 2012, 2016 və 2020-ci illərdə də olimpiadalarda çıxış edib.[377]
Azərbaycan yüngül atletləri tarixdə birinci dəfə olimpiadalarda cəmi bir idmançı ilə təmsil olunurdu. Buna qədər Azərbaycan yüngül atletləri olimpiadalarda minimum 2 idmançı ilə təmsil olunurdu (2008 və 2020-ci illərdə).[333][26]
Anna Skidan 2016-cı ildə Niderlandın Amsterdam şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib olub.[378] 2023-cü ildə Macarıstanın Budapeşt şəhərində Dünya Çempionatında isə mübarizəsini medalın bir addımlığında başa vuraraq dördüncü pillədə qərarlaşıb.[379]
Anna Skidan olimpiada da avqustun 4-də mübarizə apardı.[380] Təsnifat mərhələsinin A qrupunda çıxış edən Skidan birinci cəhdində 69.58 metr nəticə göstərdi.[381] Onun növbəti cəhdi uğursuz oldu — 69.04 metr.[381] Üçüncü cəhdində isə Anna Skidan 72.55 metr nəticə göstərdi.[381] Bununla da o, təsnifat mərhələsinin A qrupunu 16 atlet sırasında üçüncü pillədə başa vurdu.[381] Təsnifat mərhələsinin ümumi nəticəsinə əsasən isə Skidan 32 idmançı sırasında altıncı pillədə qərarlaşdı və olimpiadanın final mərhələsinə vəsiqə qazandı.[382][381] Bu onun olimpiadalarda birinci finalı oldu.[377] Həmçinin 12 ildən sonra birinci dəfə Azərbaycan atleti olimpiadanın final mərhələsinə çıxış edirdi (sonuncu dəfə 2012-ci ildə 5000 metr məsafəyə qaçış turnirində çıxış edən Hayle İbrahimov final mərhələsində mübarizə aparıb).[383] Təsnifat mərhələsindən sonra Anna Skidan İTV-də müsahibəsində çıxışından razı qaldığını və növbəti hədəfinin olimpiya medalını olduğunu bildirdi.[384]
Olimpiadanın finalı avqustun 6-da baş tutdu.[385][386] Anna Skidan üç cəhddən sonra 71.39 metr nəticə ilə 12 atlet sırasında yeddinci pillədə qərarlaşdı və finala davam edən "top-8" idmançı sırasında yer aldı.[385] Finalda Skidanın ən uğurlu nəticəsi dördüncü cəhdi oldu — 73.66 metr.[385] Bu həm də onun mövsüm ərzində göstərdiyi ən yuxarı nəticə idi.[385] Ümumi nəticələrə əsasən Anna Skidan olimpiadanı yeddinci pillədə başa vurdu.[385][387] Skidan finalda yeddinci olmaqla həm də Azərbaycanın Olimpiya Oyunları tarixində ən uğurlu nəticəyə imza atdı.
Anna Skidan | Çəkic atma |
Azərbaycan Milli Olimpiya Komandası 206 Milli Olimpiya Komitələri (MOK) arasında medalların əyarına görə 30-cu pillənin, medalların sayına görə isə 33-cü pillənin sahibi oldu. Avropa Olimpiya Komitələrinə (EOC) üzv olan 48 dövlət arasında medalların əyarına görə 19-cu, medalların sayına görə isə 21-ci pillənin sahibi olan Azərbaycan, postsovet dövlətləri arasında medalların əyarına və sayına görə 4-cü pillədə qərarlaşdı.
Azərbaycan olimpiyaçılarının çıxışlarını idman mütəxəssisləri müxtəlif cür dəyərləndiririblər. İdman jurnalisti Coşqun Eldaroğlu Olimpiadanın nəticələrini Azərbaycan üçün uğursuz hesab etdi: “Komanda 2 qızıl medalla xilas oldu, olimpiyaçılarımızın medalların bir hissəsini əcnəbi atletlər qazandı, Azərbaycan idmançı yetişdirmir, başqa dövlətlərdən Azərbaycana hazır əcnəbi idmançı gətirilir”.
Azərbaycan Milli Olimpiya Komitəsinin idman şöbəsinin müdiri Həsənağa Rzayev Azərbaycan idmamçılarının nəticələrini uğurlu adlandırmış, amma nəticələrin “bundan da yaxşı” ola biləcəyini qeyd etmişdi.
Azərbaycan Prezidentinin 13 avqust 2024-cü il tarixli Sərəncamına əsasən XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanan idmançıya 400 000 manat, onun məşqçisinə 200 000 manat, gümüş medal qazanan idmançıya 200 000 manat, onun məşqçisinə 100 000 manat, bürünc medal qazanan idmançıya 100 min manat, məşqçisinə isə 50 000 manat məbləğində pul mükafatı verildi.[388]
Həmçinin Azərbaycan Milli Olimpiya Komitəsi Prezidentinin də 13 avqust 2024-cü il tarixli Sərəncamına əsasən olimpiada da qızıl medal qazanan idmançıya 200 000 manat, onun məşqçisinə 100 000 manat, gümüş medal qazanan idmançıya 100 000 manat, onun məşqçisinə 50 000 manat, bürünc medal qazanan idmançıya 50 000 manat, onun məşqçisinə isə 25 000 manat məbləğində pul mükafatı verildi.[389]
Azərbaycan Prezidenti İlham Əliyevin 13 avqust 2024-cü il tarixli Sərəncamına əsasən XXXIII Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə bir qrup idmançı, məşqçi və idman mütəxəssisi orden və medallarla təltif edildi.[390] Olimpiya çempionu Hidayət Heydərov və Zəlim Kotsoyev, həmçinin cüdo üzrə Azərbaycan yığmasının baş məşqçisi Riçard Trautmann və Kotsoyevin şəxsi məşqçisi Elxan Məmmədov "Şöhrət" ordeni ilə, Heydərovun şəxsi məşqçisi Tərlan Həsənov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, olimpiadanın gümüş medalçıları Loren Alfonso və Qaşım Maqomedov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, olimpiadanın bürünc medalçıları Həsrət Cəfərov, Giorgi Meşvildişvili və Maqomedxan Maqomedov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu.[390]
Taekvondo üzrə Azərbaycan yığmasının baş məşqçisi Məmməd Abdullayev, Cəfərovun şəxsi məşqçisi Həsən Əliyev, sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Xetaq Qazyumov, boks üzrə Azərbaycan yığmasının məşqçisi Anar Məmmədov, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Rok və yunan-roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr Tarakanov 3-cü dərəcəli “Əmək” ordeni ilə, Meşvildişvilinin şəxsi məşqçisi Georgi Qokşelidze və Maqomedovun şəxsi məşqçisi Əli Əliyev isə "Tərəqqi" medalı ilə təltif olundu.[390]
2024-cü ilin iyulunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarının açılışı münasibətilə "Yay Olimpiya Oyunları 2024" adlı poçt markasını dövriyyəyə buraxdı.[391]
Markanın üzərində Yay Olimpiya Oyunlarına daxil olan idman növlərinin simvolları yer aldı.[392] Tərtibatda istifadə olunan rəng çalarlarının Azərbaycan idmançılarının "Yay Olimpiya Oyunları 2024"də çıxışı üçün təqdim olunan vahid idman formasının rəng çalarlarına uyğun olmasına diqqət yetirilib.[393]
Poçt markasının üzərində olan təsvirlər rəssam-dizayner Orxan Qarayevə məxsusdur.[394] Marka ilə yanaşı, 200 ədəd "Birinci gün" zərfi də hazırlanıb.[395]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.