Azərbaycan taeкvondoçusu From Wikipedia, the free encyclopedia
Niyaməddin Paşayev (1 may 1980, Muğanlı, Qubadlı rayonu) — Azərbaycanı təmsil edən taekvondoçu, 2001-ci il Dünya Çempionatının, həmçinin 2004 və 2005-ci illər Avropa Çempionatlarının qalibi.[1]
Niyaməddin Paşayev | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Niyaməddin Vaqif oğlu Paşayev |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Qubadlı, Azərbaycan SSR |
Boyu | 176 sm. (5 ft 6 in) |
İdman növü | Taekvondo |
Karyera illəri | 1998—2008 |
Vikianbarda əlaqəli mediafayllar |
Niyaməddin Paşayev 1980-ci il mayın 1-də Qubadlı rayonunun Muğanlı qəsəbəsində anadan olub. 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Qubadlı rayonunun işğal edilməsindən sonra Sumqayıt şəhərində qaçqın həyatı yaşamağa başladı. 1986-1993-cü illərdə Qubadlı rayonu Mahruzlu qəsəbə orta məktəbində, 1993-1995-ci illərdə Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbdə, 1995-1997-ci illərdə isə Qubadlı rayonu Qaracallı qəsəbə tam orta məktəbində (Sumqayıt şəhərində yerləşir) təhsil alıb. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda ali təhsil alıb. 2002-2003-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2008-2011-ci illərdə Sumqayıt Dövlət Universitetində əlavə ali təhsil alıb. 2018-2022-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda magistr dərəcəsi alıb.
Niyaməddin Paşayev 2000-ci ilin mayında Yunanıstanın Patras şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. 2001-ci ilin noyabrında isə Niyaməddin Paşayev Cənubi Koreyanın Çeju şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq Dünya Çempionatının qalibi oldu. Bununla da Niyaməddin Paşayev Azərbaycan idmanında bu idman növü üzrə Dünya çempionu olan birinci azərbaycanlı olaraq tarixə düşdü.
Azərbaycan Prezidenti Heydər Əliyevin 10.10.2002-ci il tarixli 797 nömrəli Fərmanına əsasən Azərbaycan idmanında xidmətlərinə görə Niyaməddin Vaqif oğlu Paşayev "Tərəqqi" medalı ilə təltif edildi.[2]
2002-2003-cü illərdə hərbi xidmətdə olduğu dönəmdə Niyaməddin Paşayev Birləşmiş Ştatlarda hərbçilər arasında Dünya Çempionatının və Xorvatiyada hərbçilər arasında Dünya Oyunlarının bürünc medallarına sahib oldu.
2003-cü ilin sentyabrında isə Niyaməddin Paşayev Almaniyanın Qarmiş-Partenxirhen şəhərində baş tutan Dünya Çempionatında yarım-final mərhələsində məğlub olaraq turniri bürünc medalla başa vurdu.
Daha sonra Niyaməddin Paşayev 2004-cü ilin fevralında Azərbaycanın ev sahibliyində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində bütün rəqibləri üzərində qələbə qazanaraq olimpiya lisenziyasına sahib oldu. Afina Olimpiadasından əvvəl isə Niyaməddin Paşayev mayda Norveçin Lillehammer şəhərində baş tutan Avropa Çempionatında da bütün rəqibləri üzərində qələbə qazanaraq Avropa çempionu oldu.
Niyaməddin Paşayev Azərbaycanı 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi.[3] Niyaməddin Paşayevin 1/8 final mərhələsində rəqibi Cənubi Koreya nümayəndəsi Son Min-So oldu.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Niyaməddin Paşayev rəqibinə 14:15 hesabı ilə məğlub oldu və olimpiada da mübarizəsini başa vurdu.[3]
2005-ci ildə Niyaməddin Paşayev Latviyanın Riqa şəhərinin ev sahibliyində baş tutan Avropa Çempionatında mübarizə apardı və növbəti dəfə bütün rəqibləri üzərində qələbə qazanaraq Avropa Çempionatının qalibi oldu.
Niyaməddin Paşayev 2008-ci ildə 28 yaşında idmanla vidalaşdı.
Karyerasını başa vurandan sonra Niyaməddin Paşayev bir sıra vəzifələrdə çalışdı. 2003—2018-ci illərdə Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsində, 2018—2019-cu illərdə Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq şöbəsində, 2019-cu ildən isə Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq şöbəsində rəisi vəzifələrində çalışan Niyaməddin Paşayev 2008-2012-ci illərdə qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi olub. 2012-ci ildən Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti, 2021-ci ildən isə Azərbaycan Milli Olimpiya Komitəsi Təftiş Komitəsinin üzvüdür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.