Remove ads
From Wikipedia, the free encyclopedia
ABŞ mətbəxi (ing. Cuisine of the United States) və ya amerikan mətbəxi (ing. American cuisine) — ABŞ-də müxtəlif yemək üslublar. Dünyanın müxtəlif hissələrindən mədəniyyət, irq və dinlərin qarışığı Amerika mətbəxinin müxtəlifliyini asanlıqla izah edir.
|
Amerika mətbəxinin zənginliyi Hindililər, Afrikalılar, və həmçinin Avropa və Asiya immiqrantların tə’siri nəticəsində formalaşıb. Müxtəlif regionlarda məskən salan etnik qruplar aşpazlıq mədəniyyətinə tə’sir göstəriblər.[1][2] Əlavə olaraq, ölkənin böyük ərazisi də Amerika mətbəxinin müxtəlifliyinin səbəblərindən biridir.[3]
Şübhəsiz, fəstfud[4][5] anlayışı birbaşa Amerika mətbəxi ilə asosiassiya edilir.[6][7] Fastfud dedikdə, dərhal ən populyar Amerikan yeməkləri olan hot-doq,[8][9][10] hamburger[11][12] yada düşür. Bu yeməklər hal hazırda bütün dünyada çox populyardır və onları dünya ölkələrin əksəriyyətində dadmaq olar. Amerika mətbəxi ən çox fast fud ilə əlaqələndirilir. Fast fud adətən bayırda nahar zamanı tez tələsik yeyilən çox kalorili və o qədər sağlam olmayan qida deməkdir.
Ənənəvi şorbalar, kekslər, marinadlar və yaxud tərəvəz və meyvə tərkibli salatlar Amerikan mətbəxinin ayrılmaz tərkib hissəsidir. Şirin qarğıdalı və balqabaq kimi qidalı tərəvəzlərin vacibliyini nəzərdən qaçırmamalıyıq. Qarğıdalı müxtəlif şəkildə süfrəyə verilir. Yağ və duzla verilən bişmiş qarğıdalı, popkorn, və ya korn doqs — üzərində qarğıdalı xəmiri olan yaxşı qızardılmış sosiskalar ən populyar yeməklərdəndir. Balqabaq burada həmçinin xüsusi tərəvəz sayılır. O, əsasən 31 okyabr tarixində qeyd olunan Xelouinlə əlaqələndirilir. Xelouin zamanı bütün Amerika rəngini narıncı rəngə dəyişir, və evləri lampa şəklində bəzəyən içi oyulmuş bu tərəvəzin yanından keçmək qeyri-mümkün olur. Ən populyar yeməklər balqabaq şorbası və balqabaq piroqudur.
Şükran günündə süfrəyə verilən içi doldurulmuş hind quşu, şirin kartof və quşüzümü sousu kimi yeməklər də həmçinin Amerikan mətbəxinin ayrılmaz hissəsidir. Bütün ailə süfrənin arxasında yığılıraraq əldə etdiyi məhsula görə tanrıya dua və şükür edir. Amerikada dostlarla görüşmək üçün o qədər səbəb var ki – barbekü, qril qonaqlıqları tez-tez təşkil olunur. Bağda qonaqların qəbulu da çox populyardır. Qrildə ətdən və tərəvəzlərdən tutmuş meyvəyə kimi hər şey bişirmək mümkündür. Amerikan barbekü qonaqlığında adətən müxtəlif souslarla verilən qabırğalar və toyuq qanadları istifadə olunur. Amerikan mətbəxində salatlardan da çox istifadə olunur. Kahı ilə Sezar salatı, vineqret, və ya tərəvəzlər və bərk bişirilmiş yumurta ilə Şefin salatı da çox populyardır. Başqa populyar salatların sırasında mayonezli kələm və yerkökü salatı və kərəviz, alma və qozdan hazırlanan Valdorf salatıdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.