From Wikipedia, the free encyclopedia
Maffin (ing. muffin) — keksin amerikan variantı, kiçik dairəvi və ya oval formasında şirniyyat, əsasən şirin olur, tərkibinə müxtəlif, xüsusilə də meyvə içliyi daxildir. Adətən, maffin yetkin bir insanın ovucu boyda olur. Maffinlər həmçinin qarğıdalı unundan hazırlana bilər. Maffinə qaragilə, şokolad yonqarı, moruq, darçın, balqabaq, qoz-fındıq, banan, portağal, şaftalı, çiyələk, kök, limon və s. əlavə edilə bilər.
Maffin | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Amerikan mətbəxi | |
Mənşəyi | |
Tərkibi | |
Əsas | |
Təfərrüatları | |
Tipi | Şirniyyat |
Maffin adının yaranması ilə bağlı bir neçə versiya vardır. Bunlardan birinə görə, maffin sözü IX əsrdə Böyük Britaniyada yumşaq çörək mənasını verən mouflett[2][3] fransız sözündən götürülmüşdür. Digər versiyaya görə, maffin çörəyin bir növü olan alman sözü muffe ilə əlaqəlidir.[4]
ABŞa maffini Böyük Britaniya immiqrantları gətirmişlər. Samuel Tomas 1880-ci ildə Nyu-Yorkda "Maffin Haus" adlı çörəkxana açmışdır. Maffin 1893cü ildə Çikaqoda keçirilən Ümumdünya sərgisində satışından sonra ABŞ məşhurluq qazanmışdır.
Maffinlər, ehtimal ki, kiçik pirojnanın qarğıdalı çörəyindən hazırlanan növüdür. Bugünkü maffinlərin ulu babaları kiçik şiriniyyatlar olmuşdur, lakin onların dəqiq növləri məlum deyil. Maffinlərin hazırlanması tez və sadə olduğundan səhər yeməyi üçün yaxşıdır. 50-ci illərdə meydana gələn maffin üçün qatışıqların satışını Spacey's (ABŞ) və Cadbury (Böyük Britaniya) həyata keçirmişdir.
Maffinlərin iki növü vardır: ingilis və amerikan[5]. İngilis maffinlərinin hazırlanmasında maya xəmiri, amerikan maffinlərinin hazırlanmasında isə tərkibində yumşaldıcı olan xəmir və ya şirniyyat üçün olan sodadan istifadə olunur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.