Remove ads
From Wikipedia, the free encyclopedia
Moruq (lat. Rubus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Moruq | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Rubeae Cins: Moruq |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Azərbaycanda həm yabanı, həm də mədəni şəkildə yayılmışdır. Tünd-qırmızı rəngli, turşməzə meyvələri olur. Meyvələri qurudulan zaman bozumtul-qonur rəngə çevrilir. Ən əla keyfiyyətli meşə moruğu hesab olunur. Meşə moruğunun meyvələri xırda olsa da, çox şirəli, şirin və ətirlidir. Meyvələri avqust ayında yetişir.
Moruğun meyvələrini günəşli quru havada, tam yetişən dövrdə yığmaq lazımdır. Qurudulması isə o qədər də isti olmayan sobalarda və ya xüsusi quruducularda aparılmalıdır.
Moruğun meyvələrində bir sıra müalicə əhəmiyyətli maddələr vardır. Bunlardan: alma və limon turşularını, C vitaminini, karotini, az miqdarda B1 vitamini, həmçinin çoxlu miqdarda qlükoza, fruktoza, saxaroza şəkərlərini göstərə bilərik. Bunlardan başqa meyvələrində 0,3 % aşı maddəsi, diqlükoza sianidin adlanan flavonoid də müəyyən edilmişdir.
Təbabətdə qurudulmuş moruq meyvəsindən çay kimi dəmləyib, soyuqdəymə zamanı tərlədici və temperaturu azaldıcı dərman kimi geniş istifadə edilir. O, həmçinin ödqovucu və sidikqovucu təsirə də malikdir. Təzə dərilmiş moruq meyvələrindən hazırlanmış mürəbbə və şərbət böyrək xəstəliyinin və soyuqdəymənin ən yaxşı dərmanıdır.
Moruğun 250-dən çox növü vardır. Yabanı halda Asiya, Avropa və Amerika qitələrində geniş yayılmışdır. Qərbi Sibir, Qazağıstan, Orta Asiya və Qafaqazda yetişir. Azərbaycanın bütün zonalarında böyürtkən kolluqları vardır. Onun Azərbaycanda 15 növü yayılmışdır. Meyvəsinin tərkibində şəkər [qlükoza, fruktoza və saxaroza], pentazon, üzvi turşular [alma, limon, salisil və s.] müxtəlif vitaminlər və pektin maddələri vardır.
Böyürtkən may ayından başlayaraq, avqusta qədər çiçəkləyir. Çiçəkləri ağ və ətirlidir. Eyni vaxtda kollarda həm təzə açılmış çiçək və həm də yetişmiş meyvə olur. Çiçək açdıqdan təxminən 1 ay sonra meyvəsi yetişir. Meyvəsi forma etibarilə uzunsov və konusvari, rənginə görə qırmızı, qara, al-qırmızı və sarı olur. Azərbaycanda irimeyvəli, gecyetişən və quraqlığa çox davamlı böyürtkən formaları vardır. Əhali yabanı böyürtkənləri toplayır və konserv zavodlarına təhvil verirlər. Lakin böyürtkəni yığmaq çox çətindir.
Böyürtkənin tərkibində 7–10% şəkər (qlükoza, fruktoza və azacıq saxaroza), 1–1,5% üzvi turşu (alma, şərab, limon, salisil), 1,8% pektinli maddə, karotin, C və B qrupu vitaminləri vardır. Böyürtkənin meyvəsi təzə halda yeyilir. Ondan likör, şərab, spirtli içki, mors, şirə, kompot, şərbət, mürəbbə, marmelad və cem hazırlanır.
Böyürtkən müalicəvi və pəhrizi əhəmiyyətə də malikdir. Tərgətirici və sidikqovucu kimi istifadə edilir. Böyürtkən yarpaqlarından dəmlənmiş çay soyuqdəyməyə qarşı içilir. Böyürtkən həm də balverən bitkidir. Çünki bütün yay dövründə çiçəkləyir və arılara yaxşı nektar verir. 1 hektar sahədən arılar 20–25 kq bal hasil edə bilirlər.[3]
Məqalənin bu bölməsinin neytrallığı şübhə doğurur. Tərəf tutmaq və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən fikirlər olduğu iddia edilir. Xahiş olunur bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz. |
Meyvəsinin şirəsindən xalq təbabətində zərif işlətmə dərmanı kimi istifadə edilir. Yabanı halda bitən böyürtkəndə şəkər, üzvi turşular, aşı, pektin, boyayıcı maddələr, C vitamini və karotin miqdarca daha çoxdur. Böyürtkənin yetişməmiş meyvələri və şirəsi şəkər xəstəliyinə tutulanlar üçün çox faydalıdır. Qurudulmuş meyvəsindən, mürəbbəsindən soyuqdəymələrdə tərlədici vasitə kimi istifadə edilir. Yaxşı yetişməmiş böyürtkəndən dadlı qora suyu da hazırlanır ki, bunu da xörəklərdə iştahgətirici kimi işlədilir. Böyürtkən qanazlığında, avitaminozda, ürək zəifliyində, eləcə də xroniki mədə xəstəliklərində çox faydalıdır.
Azərbaycanın xalq təbabətində böyürtkən bitkilərinin meyvələrindən, yarpaq və köklərindən bir sıra xıstəliklərə qarşı tətbiq olunur. Qurudulmuş meyvələrindən və yarpaqlarından çay kimi dəmləyib hipertoniya xəstəliyində və sinə ağrılarında [qrudnaya jaba] istifadə edilir. Eyni məqsədlə təzə dərilmiş meyvələrindən şərbət və ya mürəbbə hazırlanıb yeyilir.
Kal meyvələrini qurudub çay kimi dəmləyib şəkər xəstəliyinə qarşı dərman kimi içirlər. Bundan başqa böyürtkənin yarpaqları və kal meyvələrini açıq günəşli havada qurudub, çay kimi dəmləyərək uşaqlarda tez-tez baş verən qarın ağrılarına [ishala] qarşı büzüşdürücü və antiseptik dərman kimi qəbul edirlər. Böyürtkənin tam yetişmiş meyvələri zərif işlədici təsirə malikdir. Onun köklərini qurudub xırdalayaraq ondan 1 çay qaşığı 1 stəkan qaynar suya təkərək 30 – 40 dəqiqə saxladıqdan [dəmlənir] sonra soyudub qarın ağrısına [ishalda və dizenteriyada] qarşı içirlər.
Meyvələrindən qora suyu hazırlayıb, iştahartırıcı kimi yeməkdən qabaq hər dəfə bir xörək qaşığı içmək məsləhətdir. Bunu belə hazırlayırlar: təzə dərilən meyvələrin şirəsinin içinə bir az reyhan qatır, sonra bu qarışığı şüşə bankalara tökərək 1–2 həftə saxlayırlar.
Lənkəran rayonunda böyürtkənin qurudulmuş meyvələrindən və yarpaqlarından çay hazırlayıb, soyuqdəyməyə qarşı tərlədici dərman kimi içirlər.
Qurudulmuş köklərini suda bişirib vərəm xəstəliyinə qarşı dərman kimi işlədirlər. Böyürtkən yarpaqlarını çay kimi dəmləyərək boğaz ağrısı zamanı dezinfeksiyaedici dərman kimi qarqara edirlər. Bundan başqa yarpaqlarını inək yağında bişirib, yanıq zamanı məlhəm kimi tətbiq edirlər.
Aparılan araşdırmalar böyürtkənin yaddaş zəifliyindən ishala qədər bir çox xəstəliyə dərman olduğunu ortaya çıxmışdır. Meyvəsi ilə yanaşı böyürtkənin çiçəyinin də diabet və böyrək daşlarına xeyirli olduğu müəyyənləşdirilmişdir. Həkimlər böyürtkənin suyunu sıxaraq içməyin ishal xəstəliyi üçün qurudulmuş yarpağının isə ağızdakı yaralar üçün müalicəvi əhəmiyyəti olduğunu bildirmişlər. Bütün bunlarla yanaşı böyürtkən antioksidantlarla zəngindir, böyürtkənin meyvəsi:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.