Remove ads
bitki kladı From Wikipedia, the free encyclopedia
Ali bitkilər (lat. Embryophytes) — bitkilər aləminin streptofitlər kladına aid bitki kladı.
Ali bitkilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Ali bitkilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Hazırda ali bitkilərin 300 min növü məlumdur. Xəzərdə onların 5 növü qeyd edilmişdir. Bunların hamısı çiçəkli bitkilərə aiddir: dənizotu (Zostera nolti), daraqşəkilli suçiçəyi (Potamogeton pectinatus), 2 növ ruppiya (Ruppia spiralis, R.maritima), najas (Najas marina). Dənizotu qum və qumbalıqqulağı torpaqlarda inkişaf edir. Suçiçəyinə dənizin sahil zonasında, nayas bitkisinə isə körfəzlərdə rast gəlinir. Ruppiyaların hər iki növü körfəzlərdə yaşayır. Ali bitkilərlə həm balıqlar, həm də su quşları gidalanır. Bir çox balıqlar (çəki, çapaq, külmə) öz kürülərini onların üzərinə tökürlər.
Ali bitkilərdə toxumalara və vegetativ orqanlara (kök, gövdə, yarpaq) diferensiasiya, həmçinin inlişaf tsiklində nəslin növbələşməsi xasdır. Bitki bir-birini əvəz edən iki inkişaf fazasından (qametofit və sporofit) ibarətdir.
Qametofit- cinsi nəsildir. Üzərində cinsi orqanlar (anteridi və arxeqoni) əmələ gəlir. Bunların cinsi orqanları çoxhüceyrəlidir.
Anteridi - xarici divarı bir və ya bir neçə qatdan ibarət dölsüz hüceyrələrlə örtülən ovalşəkilli və ya dairəvi cisimlərdir. Anteridilərdən spermagen hüceyrələr, onlardan da erkək qametlər - hərəkətli spermatozoidlər - inkişaf edir. Onlar ancaq suda hərəkət edir.
Arxeqoni - aşağısı genişlənmiş qarıncıqdan, yuxarısı isə ensiz boyuncuqdan ibarət olan kolbavari cisimdir. Arxeqonini qurumadan qoruyan dölsüz hüceyrələr onu xaricdən əhatə edir. Qarıncıq hissəsində hərəkətsiz dişi qamet - yumurta - hüceyrə - yerləşir. Yumurta - hüceyrədən yuxarıda boğaz kanal hüceyrəsi yerləşir. Yumurta - hüceyrə yetişdikdə kanal hüceyrələri seliklə örtülür və arxeqoni təpə tərəfdən açılır. Spermatozoid selik maddələri ilə arxeqoninin qarıncığına keçir və orada yumurta-hüceyrə ilə qovuşur; mayalanma baş verir. Örtülütoxumlu və bəzi çılpaqtoxumlu bitkilər istisna olmaqla, digər ali bitkilərdə arxeqonilər vardır.
Sporofit - üzərində qeyri-cinsi çoxalma orqanları (sporangillər) formalaşan qeyri-cinsi nəsildir. Sporangilərdə sporlar əmələ gəlir. Sporofit diploiddir. Ali bitkilərin reduksion bölünməsi sporların sporangilərdə əmələ gəlməsi zaman baş verir. Spor haploiddir, ondan qametofit inkişaf edir. Qametofit də haploiddir. Mayalanma zamanı haploid diploid vəziyyətinə keçir. Ziqot diploiddir, ondan sporofit inkişaf edir. Ali bitkilərin yaşıl yosunlardan əmələ gəldiyi ehtimal edilir. Bunu aşağıdakı müddəalar sübut edir:
Ali bitkilərin quruya çıxması ilə xüsusi su təminatına, cinsiyyət orqanlarının qurumaqdan müdafiəsinə uyğunlaşmalar, cinsi prosesin həyata keçməsi üçün - çoxhüceyrəli cinsiyyət orqanları, sporofitin morfoloji diferensiyası və çoxhüceyrəli spor qutucugu və ya sporangi, toxumaların mexaniki və ötürücü sistemləri, dəricik, ağızcıqlar və s. kimi xüsusi uyğnnlaşmalar yaranmışdır.
Adətən, ali bitkiləri 4 əsas qrupa - mamırkimilərə, qıjıkimilərə, çılpaqtoxumlulara və örtülütoxumlulara bölürlər. Lakin hal-hazırda onları 9 şöbəyə - rinofitlər, zoosterofillofitlər, mamırkimilər, plaunkimilər, psilotkimilər, qatırquyruğukimilər, qıjılar, çılpaq- və örtülütoxumlu bitkilərə bölürlər. Birinci iki şöbə nəsli kəsilmiş bitkilərin qazıntı halında olan formalaridir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.