Remove ads
From Wikipedia, the free encyclopedia
Əziz Məmməd Kərim oğlu Əliyev (1 yanvar 1897, Hamamlı, Aleksandropol qəzası – 27 iyul 1962, Bakı) — Azərbaycanın dövlət və elm xadimi, tibb elmləri doktoru, professor.
Əziz Əliyev | |
---|---|
20 fevral 1950 – 4 sentyabr 1951 | |
Sədr | Teymur Quliyev |
29 sentyabr 1942 – 3 dekabr 1948 | |
Əvvəlki | Nikolay Linkun |
Sonrakı | Əbdürəhman Daniyalov |
1941 – 1942 | |
Birinci katib | Mir Cəfər Bağırov |
7 aprel 1941 – 6 mart 1944 | |
Əvvəlki | Mir Teymur Yaqubov |
Sonrakı | Sultan Qafarzadə |
9 sentyabr 1939 – mart 1941 | |
Əvvəlki | Kübra Fərəcova |
Sonrakı | Əsgər İsmayılov |
21 iyul 1938 – 17 may 1940 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Xəlil Əfəndiyev |
1937 – 1937 | |
Əvvəlki | Bala bəy Həsənbəyov |
Sonrakı | Cəbrayıl Ələsgərov |
Azərbaycan Tibb İnstitutunun direktoru | |
1935 – 1938 | |
Əvvəlki | M. Hüseynov |
Sonrakı | M. Əliyev |
1932 – 1934 | |
Əvvəlki | Nadir Məmmədli |
Sonrakı | M. Hüseynov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1897 |
Doğum yeri | |
Vəfat tarixi | 27 iyul 1962 (65 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, həkim, siyasi komissar |
Uşaqları | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | tibb[1], siyasət[1] |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Əziz Əliyev 1897-ci il yanvar ayının 1-də İrəvan quberniyasının Hamamlı kəndində tacir Məmməd Kərim Əliyevin ailəsində anadan olmuşdur. Atası Məmməd Kərim Kərbəlayi Qurbanəli oğlu kənd işləri ilə məşğul idi, anası Zəhra xanım məşhur İrəvan taciri İbrahim bəyin qızı idi.
Əziz Əliyev 8 yaşında rus-tatar (Azərbaycan) məktəbinə daxil olur və orada ibtidai təhsil alır. 1908-ci ildə o İrəvandakı gimnaziyaya daxil olur, 1917-ci ildə buranı bütün fənlər üzrə əla qiymətlərlə bitirir.[2] Maddi cəhətdən təhsilini davam etdirmək üçün məktubla Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə müraciət edir və tezliklə həmin vaxt üçün kifayət qədər dəyərli vəsait hesab olunan 300 rubl kömək alır.
Elə həmin il o Sankt-Peterburqda tələbkar alimlərin iştirakı ilə aparılan müsabiqədən müvəffəqiyyətlə keçir və Rusiyanın ən nüfuzlu ali tibb məktəblərindən sayılan Hərbi Tibb Akademiyasına daxil olur.
Ə. Əliyev elə birinci kursun əvvəllərindən boş vaxtlarında Sankt-Peterburqda səpkili yatalaqla mübarizə əleyhinə təşkil edilmiş dezinfeksiya-profilaktika briqadasına işə düzəlir. Aldığı maaşla həm özünün minimal güzəranını təmin edir, həm də valideynlərinə yardım göstərir.
1923-cü ilin mayında Əziz Əliyev Bakıya köçür. Bu andan etibarən onun həyatının yeni mərhələsi başlanır. Bakıda ilk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin ümumi şöbə müdirinin müavini, katibin müavini və nəhayət, respublika Xalq Komissarlığı Şurasının katibi vəzifəsini icra edir. O bu çətin və məsuliyyətli vəzifələrdə çalışmaqla yanaşı, 1923-cü ildən etibarən yarımçıq qalmış ali tibb təhsilini BDU-nun tibb fakültəsində davam etdirir. O, 1927-ci ildə Bakı Dövlət Universitetinin tibb fakültəsini bitirir və universitetin daxili xəstəliklər kafedrasında saxlanılır.
Əziz Əliyev həmin kafedrada əvvəl ordinator, sonra isə aspirant, assistent və dosent kimi fəaliyyət göstərir. O 1929–1932-ci illərdə Azərbaycan Klinik İnstitutunun rektoru vəzifəsinə təyin olunur.
Əziz Əliyev İkinci Dünya Müharibəsindən həm əvvəlki, həm də sonrakı illərdə Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirib və onun bu sahədəki əvəzsiz xidmətləri tarixə qızıl hərflərlə həkk olunub. O, 1929-cu ildə Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı səhiyyə şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarını müavini, xalq səhiyyə komissarı çalışarkən respublikanın bütün rayonlarını qarış-qarış gəzib, bu sahədə problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb və namizədlik dissertasiyasını müdafiə etmişdir.
1929–1932-ci illərdə Azərbaycan Klinik İnstitutunun rektoru vəzifəsində işləmişdir.
1937-ci ildə Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur.
1930-cu il iyun ayının 19-da Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılır. Əziz Əliyev o illərdə ADTİ-nin yaradılmasında böyük rol oynayır. 1932-ci ildə o həmin institutun rektoru olur.
Əziz Əliyev 1934-cü il mart ayının 30-da paytaxtda səhiyyə işlərini yaxşılaşdırmaq məqsədilə Bakı şəhər səhiyyə şöbəsinin müdiri təyin edilir. Ancaq az keçməmiş, 1935-ci il yanvarın 14-də Azərbaycanda yüksək ixtisaslı milli tibb kadrlarının hazırlığını gücləndirmək məqsədilə o, yenidən ADTİ-nin rektoru vəzifəsinə qaytarılır. ADTİ-yə rektor təyin edildikdən az sonra onun rəhbərliyi altında həlli vacib sayılan bütün məsələlər üçün geniş tədbirlər planı hazırlanır. O, azərbaycanlı kadrları işə cəlb edərək onların fəaliyyət dairəsini genişləndirir və ana dilində dərsliklər, dərs vəsaitləri, monoqrafiya və tövsiyələr yazılmasına nail olur.
1932–1935-ci illər ərzində Əziz Əliyevin rəhbərliyi altında əməkdaşlar tərəfindən Azərbaycan dilində latın qrafikası ilə 45 adda dərslik və dərs vəsaiti tərtib edilərək tibb təhsili alan tələbələrin ixtiyarına verilir. Bu o dövrün texniki imkanları üçün çox böyük göstərici idi. Ə. Əliyevin təşəbbüsü ilə işıq üzü görən əsərlərdən onun özünün "Klinik analizlər" kitabı, K. Ə. Balakişiyevin "İnsanın normal anatomiyası", M. Qəniyevin "Mikrobiologiya kursu", C. Hüseynovun "Patoloji anatomiya", Y. Qazıyevin "Ağciyər vərəmi", Ü. Musabəyovanın "Göz xəstəlikləri", Ə. Talışinskinin "Travmatologiya", Q. Səfərov və Ə. Həsənovun "Bioloji kimya" və digər dərsliklər, eləcə də M. A. Mirqasımovun, M. A. Topçubaşovun, M. M. Mirsəlimovun, M. Ə. Əfəndiyevin, Z. M. Məmmədovun və başqalarının çap olunan əsərləri Azərbaycanın tibb tarixində ən qiymətli nəşrlərdəndir. Bu kitablar indi də öz dəyərini saxlayır və onların hər birinin işıq üzü görməsində Əziz Əliyevin müstəsna rolu vardır. Əziz Əliyev qısa müddətdə başqa dillərdə alternativi olmayan tibbi kitablardan ən vaciblərinin də Azərbaycan dilinə tərcüməsinə nail olur.
Onun təşəbbüsü ilə İ. Berberinin "Boğaz, burun, qulaq xəstəlikləri", A. Qaltıçinin "Uşaq xəstəlikləri", V. Skvortsovun "Farmakologiya kursu", E. Freyzeldin "Histologiya" adlı kitabları və digər müəlliflərin dərslikləri Azərbaycan dilinə tərcümə olunur. 1930–1945-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun əməkdaşları tərəfindən 80 adda dərslik və dərs vəsaiti nəşr olunur. Onun 55-i Əziz Əliyevin instituta rəhbərlik etdiyi beş il ərzindəki yaradıcı və məhsuldar dövrə təsadüf edir.
Bütün fəaliyyəti dövründə tibb nəşriyyatı yaratmağın, onu təkmilləşdirmək və inkişaf etdirməyin yolları haqqında düşünür. O, bu sahədəki ideyalarını tədricən həyata keçirməyə başlayır və institut kollektivinin köməyi ilə "Tibb nəşriyyatı" yaradır. Professorun təşəbbüsü ilə ilk dəfə "Praktiki və nəzəri tibb jurnalı"nın nəşri əsaslı surətdə təkmilləşdirilir. 1933-cü ildə o, jurnalın Baş redaktoru təyin edilir. 1933-cü ildə Əziz Əliyevin təşəbbüsü ilə Tibb İnstitutunda "Tibb kadrları uğrunda" adlı çoxtirajlı qəzetin çapı qaydaya salınır. Hazırda bu qəzet "Təbib" adı ilə Azərbaycan Tibb Universitetində çap olunmaqdadır.
O, institutu bitirəndən iki il sonra 1929-cu ildə namizədlik, beş il sonra isə doktorluq dissertasiyasını müdafiə edir. Əziz Əliyevin doktorluq dissertasiyası Azərbaycanda ilk dəfə olaraq SSRİ Elmlər Akademiyasının, ÜİLKGİ Mərkəzi Komitəsinin mükafatına layiq görülən dəyərli elmi iş idi. Əziz Əliyev 1941-ci il mayın 13-də (Azərbaycan SSR xalq səhiyyə komissarı işləyərkən) SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının rəyasət heyəti nəzdində təşkil edilmiş elmi şuranın üzvü, 1956-cı ildə isə professor vəzifəsinə seçilir və həmin ildə də professor elmi adı təsdiq olunur.[3]
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakı, Naxçıvan və Mahaçqalada mərkəzi küçələrindən biri Əziz Əliyevin adını daşıyır.
Əziz Əliyevin əbədi heykəli xalqın qəlbində çoxdan ucaldılıb. Bunu İmran Qasımovun, Süleyman Rüstəmin, Mustafa bəy Topçubaşovun, Mirzə İbrahimovun, Rəsul Həmzətovun, Baxış Qəhrəmanovun, Abdulla Quliyevin, Həmid Rüstəmovun, M. S. Umaxanovun, Əhməd Musayevin, N. İ. Trufanovun, Əbdülvahab Süleymanovun, Həsən İsazadənin, Nəriman Əliyevin, Zəhra Quliyevanın, həmçinin Qurban Əliyevin, Böyükkişi Ağayevin, Həsən Sultanovun, Leyla Kərimovanın və başqalarının Əziz Əliyev haqqındakı xatirələrində də aydın müşahidə etmək olar. Akademik M. Topçubaşov Əziz Əliyev haqqında xatirələrində yazır: "Qəribə oğlan idi Əziz. Təhsildə, əxlaqda, mülayimlikdə, xeyirxahlıqda, işgüzarlıqda tayı-bərabəri yox idi. Təbabətin atası Hippokrat elə bil həkim haqqında andı onun kimilərinə baxıb yazmışdır".
1997-ci ildə əməkdar jurnalist Tahir Talıblı "Əziz Əliyev: dövrü, həyatı, şəxsiyyəti" adlı kitab yazmışdır.[4]
1998-ci il may ayının 14-də dövlət səviyyəsində Əziz Əliyevin anadan olmasının 100 illik yubileyi keçirilərkən yubiley təntənələrində çıxış edən prezident Heydər Əliyev Əziz Əliyevin zəngin həyat yolunun və dəyərli yaradıcılığının bizə məlum olmayan məqamlarının incəliklərindən ətraflı söhbət açmışdı.
2006-cı il dekabr ayının 5-də Əziz Əliyevin anadan olmasının 110 illiyi dövlət səviyyəsində yenidən qeyd edildi.
18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.