From Wikipedia, the free encyclopedia
Həsən Musa oğlu İsazadə (25 dekabr 1912, Qazax – bilinmir) — tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru, tədris işləri üzrə prorektoru, polkovnik, əməkdar həkim, əməkdar elm xadimi, SSRI-nin tibb əlaçısı, Azərbaycan Kardioloqlar Cəmiyyətinin sədr müavini, Səhiyyə Nazirliyinin baş kardioloqu, eləcə də nazirliyin Terapiya üzrə Attestasiya Komissiyasının sədri, Azərbaycan elmi terapevtik cəmiyyətinin sədri olmuşdur. Azərbaycanın korifey kardioloqlarındandır. Bir sıra dövlət mükafatları və medallar ilə təltif edilmişdir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Həsən İsazadə | |
---|---|
Həsən Musa oğlu İsazadə | |
Doğum tarixi | 25 dekabr 1912 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Mükafatları |
|
Həsən Musa oğlu İsazadə 1912-ci il dekabrın 25-də Qazax şəhərində anadan olmuşdur. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya gələn Həsən orta məktəbi əla qiymətlərlə bitirir. 1929-cu ildə Azərbaycan Tibb İnstitutuna (indi Azərbaycan Tibb Universiteti) daxil olmuş, 1936-cı ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirir. Bir müddət təyinatla Qubadlı, Zəngilan və Biləsuvar rayonlarında baş həkim kimi çalışır. Böyük Vətən müharibəsi illərində cəbhəyə yollanan Həsən İsazadə çox keçmədən İranda Sovet ordusuna məxsus hərbi hospitalın rəisi təyin edilir.
Həsən İsazadə 1946-cı ildə Bakıda 1 saylı şəhər Kliniki Xəstəxanada (keçmiş "Semaşko" adına xəstəxana) baş həkimin müavini vəzifəsində fəaliyyətə başlayır və eyni zamanda ATİ-nin pediatriya fakültəsinin Daxili xəstəliklər kafedrasında assistent olur. O zaman həmin kafedraya Cahangir Abdullayev rəhbərlik edirdi.
H.İsazadə 1951-ci ildə namizədlik, 1952-ci ildə isə doktorluq dissertasiyalarını uğurla müdafiə edir. Həmin dissertasiyalar o zaman respublika üçün çox əhəmiyyətli problemlərə həsr olunur, tibb elminə bir sıra yeniliklər gətirir. Görkəmli alim 1952-ci ildə dosent, 1961-ci ildə professor seçilir, 1963–1967-ci illərdə Azərbaycan Tibb İnstitutunun tədris işləri üzrə prorektoru vəzifəsində fəaliyyət göstərir. 1969-cu ildə kafedra müdiri seçilir və 1990-cı ilə kimi həmin kafedraya rəhbərlik edir.
Həsən İsazadə ömrünün çox hissəsini Bakı şəhər 1 saylı Kliniki Xəstəxanada fəaliyyətdə keçirmişdir. Həmin xəstəxananın I müalicə-profilaktika fakültəsinin I Daxili xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Onun rəhbərliyi altında onlarla doktorluq və namizədlik dissertasiyası müdafiə olunmuşdur. Alim çoxsaylı elmi əsərlərin müəllifi idi. Çap edilmiş 270-ə yaxın elmi əsəri, monoqrafiyası bu gün də tibbin tədrisində geniş istifadə olunur.
Professor H.İsazadə Bakı şəhər 1 saylı Klinik Xəstəxanasının bazasında I Daxili xəstəliklər kafedrasının nəzdində funksional diaqnostika laboratoriyasını təşkil etmiş, intensiv terapiya bloku ilə birlikdə ixtisaslaşdırılmış kardioloji şöbə və şəhərətrafı zonada kardioloji sanatoriyanın yaradılmasının təşəbbüskarı olmuşdur.
H.İsazadə uzun illər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının plenum üzvü, respublika Terapevtlər Cəmiyyəti İdarə Heyətinin üzvü, Azərbaycan Kardioloqlar Cəmiyyətinin sədr müavini, Səhiyyə Nazirliyinin baş kardioloqu, eləcə də nazirliyin Terapiya üzrə Attestasiya Komissiyasının sədri olmuşdur.
http://www.milli.az/news/culture/159452.html Arxivləşdirilib 2013-03-14 at the Wayback Machine
http://www.anl.az/down/meqale/azerbaycan/2010/sentyabr/133161.htm
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.